NOVRUZ BAYRAMI

NOVRUZ BAYRAMI

 

 

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.

 


2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.
Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd göstərmşlər. Hətta bəzi din xadimləri belə bir fərziyyəyə uydurmuşlar ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki imam Əli iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir.
Xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyildir. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.
Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan BiruniNovruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir.
Nizamül Mülk "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.
Bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da "Ab, atəş, xak, badan yarandım" deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.
• Birinci su çərşənbəsi adlandırılırdı. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.
• İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.
• Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
• Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar "Səməni, saxla məni, ildə göyərdərəm səni" deyib buğda isladardılar.

NOVRUZ BAYRAMI

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 19 mart 2013 18:35
    BAYRAMNZ MUBAREK!

  2. 20 mart 2013 20:36
    Azerbaycan xalqini bu eziz bayram munasibetile tebrik edirem ! Allahdan xalqimiza od cershenbesi qeder istiqanliq versin bir birimize qarshi munasibetde isti munasibeti saxlasin ! Allah xalqimiza su cershenbesi qeder safliq paklik verin , su qeder omrunuz olsun inshallah ! Allah xalqimiza torpaq cershenbesi qeder ruzi bol heyat versin, torpaqimizin qarishina qurban olaq ! Allah xalqimiza yel cerswhenbesi qeder xoshxeber guzaran nesib etsin, her qaelen xeberiniz shad vxurrem olsun inshallah ! Eziz tarix infocular! Sizi xalqimizin bu muqeddes bayrami munasibeti ile semimi qelbden tebriik edirem. Sizi bu saytda daha feal olmaqa calishiram birlikde mariflenek birlikde biliyimizi paylashaq.
    Tariximizi birge qoruyaq, birge tanidaq, birge zengin edek..........

  3. 21 mart 2013 01:36
    Bayraminiz Mubarek!!!

  4. 21 mart 2013 10:08
    BAYRAMINIZ MBAREK MENM ZZ DOSTLARIM!!! wink

  5. 21 mart 2013 10:38
    NOVRUZ BAYRAMINIZ MUBAREK! smile

  6. 21 mart 2013 17:49
    HAMINIZIN BAYRAMINI TEBRIK EDIREM! NECE BELE ILLERE!fellow

  7. 22 mart 2013 15:25
    smile bayraminiz mubarek smile

  8. 22 mart 2013 19:13
    BAYRAMINIZ MUBAREK OLSUN EZIZ HEMVETENDASLARIM love smile BIR AZ GECDI AMMA.....YENE DE BAYRAMINIZ MUBAREK

  9. 23 mart 2013 20:15
    bayraminiz mubarek!!!!!!!!

  10. 23 mart 2013 23:24
    bayramimiz mubbarek

    --------------------

  11. 30 mart 2013 20:36
    smile cox maraqlidir lol

  12. 30 mart 2013 20:53
    cox maraqli melumatlar var

  13. 31 mart 2013 13:46
    uwagligim yadima tuwdu)))

  14. 31 mart 2013 16:50
    wtrriuji79iu9iuykhg87

  15. 31 mart 2013 21:45
    cox sagolun wink

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.