Fənn üzrə təlİmİn məzmunu

Fənn üzrə təlİmİn məzmunu

1. Fənn üzrə təlİmİn məzmunu[/b]

 

 

1.1.  Fənn üzrə ümumi təlim nəticələri

Ümumi orta təhsil səviyyəsində  şagird: 

  • tarixi hadisələri xronoloji əsasda təsvir edir, onlar arasındakı səbəb və nəticə əlaqələrini izah edir;
  • sivilizasiyaların formalaşmasında, dünya mədəniyyətinin, incəsənətinin inkişafında Azərbaycanın rolu və mövqeyi barədə mülahizələrini bildirir;
  • tarixi fakt və hadisələrə, tarixi şəxsiyyətlərə və onların fəaliyyətinə münasibət  bildirir, onları müvafiq dövr baxımından qiymətləndirir.

 

Tam orta təhsil səviyyəsində şagird:

  • Azərbaycanın tarixi keçmişi və müasir dövrü haqqında zəruri biliklərə malik olduğunu nümayiş etdirir;
  • tarixi hadisə və proseslərin mahiyyətini konkret dövrün xüsusiyyətləri baxımından izah edir və ona münasibət bildirir;
  • tarixi informasiyaları toplayır, sistemləşdirir, təhlil edir və nəticələr  barədə  təqdimatlar hazırlayır;
  • tarixi hadisələrlə bağlı fərziyyə  və mülahizələr irəli sürür,  proqnozlar verir;
  • debatlarda, diskussiyalarda, müzakirələrdə ictimai rəy formalaşdıran məsələlər ətrafında təkliflərlə çıxış edir, hüquqi-siyasi dəyərlərin (demokratiya, şəxsiyyət, azadlıq və s.) həyatda reallaşmasına münasibət bildirir.

 

         1.2.  Fənnin məzmun xətləri və onların əsaslandırılması

Məzmun xətləri  fənn üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün müəyyən edilən məzmunun zəruri hissələridir. Bu hissələr bir-biri ilə həm məntiqi, həm də xronoloji cəhətdən bağlı olur, məzmunun bütöv və əhatəli ifadə olunmasını təmin edir.  

            Azərbaycan tarixi fənni üzrə məzmun xətləri ümumi təhsilin səviyyələri üzrə  bütün şagirdlər üçün vacib olan məzmunu əhatə etməyə, hər bir şagirdin Vətən tarixindən öyrənə biləcəyi və öyrənməli olduğu məsələləri müəyyənləşdirməyə imkan yaradır. Onlar siniflər üzrə özlərinə məxsus əsas və alt-standartları ehtiva etməklə  fərqlənir .

            Azərbaycan tarixi fənni üzrə məzmun standartları aşağıdakı  siniflər üzrə sistemləşdirilmişdir  və aşağıdakı beş məzmun xətti üzrə qruplaşdırılır:

  1. Tarixi zaman
  2. Tarixi məkan
  3. Dövlət
  4. Şəxsiyyət 
  5. Mədəniyyət

Azərbaycan tarixi fənni üzrə məzmun xətlərinin vacibliyi aşağıdakı zərurətdən irəli gəlir.

1. Tarixi zaman 

Bütün hadisə və təzahürlər tarixi zaman daxilində baş verir. Bu hadisə və təzahürlərin zaman daxilində baş verməsinin və inkişafının ardıcıllığı onlar arasında qarşılıqlı əlaqə və təsirləri müəyyənləşdirməyə imkan yaradır. Tarixi zamanda mövqe hadisə və təzahürlərin hansı tarixi şəraitdə baş verdiyini göstərir. Eyni zamanda bu şəraitin ona necə təsir göstərdiyini, həmin hadisə və  təzahürün səbəbi, yaxud da nəticəsi olub-olmadığını müəyyən etməyə imkan verir.

Tarixi zaman daxilində hadisələrin və təzahürlərin dəyişməsinin izlənməsi şagirdlərin tarixi hadisələri zaman baxımından müəyyənləşdirməsi, əlaqələndirməsi, təhlil etməsi və dəyərləndirməsində, xronologiyaya dair bacarıqların mənimsənilməsində əhəmiyyətli rol oynayır.

 

2. Tarixi məkan 

          İnsanların və cəmiyyətin həyatı, onların inkişafı və dəyişməsi müəyyən tarixi məkan çərçivəsində baş verir. Həmin məkanın təbii-coğrafi şəraiti insanların həyat tərzlərinə, məşğuliyyətlərinə, təsərrüfat həyatlarına, ictimai münasibətlərinə, mədəni inkişaf xüsusiyyətlərinə böyük təsir göstərir. Ona görə də bu şəraitin öyrənilməsi təsərrüfatın, mədəniyyətin,  dövlət quruluşunun, ictimai həyatın, daxili və xarici siyasətin inkişaf məntiqini izləməyə və onların gələcək inkişaf perspektivlərini proqnozlaşdırmağa imkan verir. Azərbaycan tarixində təbii-coğrafi amillərlə bağlı bilik və bacarıqların aşılanması şagirdlərin cəmiyyətin inkişafının ətraf mühitdən, təbiətdən, geosiyasi amillərdən asılılığını dəyərləndirməsinə şərait yaradır.

 

  1. 3.    Dövlət

Müxtəlif dövlət quruluşu formaları, qanunlar və onlara əməl olunması, dövlətlər arasında və dövlətlə vətəndaşlar arasında olan münasibətlər insanların həyatına və tarixin gedişinə güclü təsir göstərmişdir. Müxtəlif tarixi dövrlərdə mövcud olmuş Azərbaycan dövlətlərinin quruluşu, yeritdikləri sosial-iqtisadi və xarici siyasət inkişaf edərək dəyişmiş, müasir səviyyəyə gəlib çatmışdır. Şagirdlər bu dəyişiklikləri izləməklə Azərbaycan dövlətçiliyinin tarixinə dair biliklər qazanır, onun tarixi inkişaf yolunu izləməklə, müvafiq materiallar toplamaqla, təhlillər aparmaqla elmi dünyagörüşünə, idrak bacarıqlarına yiyələnirlər.

 

 

  1. 4.    Şəxsiyyət

Ayrı-ayrı şəxsiyyətlərin fəaliyyəti bu və ya digər dərəcədə tarixin gedişinə təsir göstərir. Tarix  şəxsiyyətlərin fəaliyyətindən xeyli dərəcədə asılı olur.  Onların fəaliyyətlərinin əsasının başa düşülməsi və nəticələrinin düzgün qiymətləndirilməsi, eyni zamanda bir sıra tarixi hadisələrin səbəb-nəticə əlaqələrini müəyyənləşdirməyə və gələcəkdə baş verə biləcək digər  hadisə və təzahürləri proqnozlaşdırmağa imkan yaradır. Buna görə də şagirdlərin keçmişdə və həmçinin müasir zamanda insan cəmiyyətinin inkişafında ayrı-ayrı şəxsiyyətlərin rolunu düzgün başa düşməsi və dəyərləndirməsi üçün onlara Azərbaycan tarixi ilə bağlı şəxsiyyətlərin fəaliyyəti barədə araşdırmalar aparmaq, müqayisələr və təhlillər əsasında fikir söyləmək imkanı verən bacarıqların aşılanması zəruri hesab edilir.

 

  1. 5.    Mədəniyyət

Mədəniyyət insanların maddi və mənəvi fəaliyyətinin bütün nəticələrini əhatə edir. Tarixin gedişi ilə sıx bağlı olaraq yaranır və inkişaf edir. Bu fəaliyyət öz növbəsində milli və bəşəri mədəniyyətləri zənginləşdirir. Müəyyən cəmiyyətin mədəniyyətinin öyrənilməsi həmin cəmiyyətdə təsərrüfatın, insanlar arasındakı münasibətlərin, mənəvi dəyərlərin, başqa mədəniyyətlərlə əlaqələrin xüsusiyyətlərini anlamağa və perspektivlərini qiymətləndirməyə imkan yaradır.  Azərbaycan mədəniyyətinin tarixinə dair araşdırmalar şagirdləri düşünməyə, müqayisələr aparmağa sövq edir, onlarda milli qürur, maddi və mənəvi abidələrə məhəbbət hissi oyadır.

 

1.3.  Məzmun xətləri üzrə təlim nəticələri

Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri

1. Tarixi zaman

 Şagird:

-          Tarixi hadisələri xronoloji əsasda təsvir edir və qiymətləndirir.

-          Tarixi hadisələr arasındakı səbəb-nəticə əlaqələrini izah edir.

-          Sivilizasiyaların formalaşmasında, dünya mədəniyyəti və incəsənətinin inkişafında Azərbaycanın rolu barədə mülahizələrini şərh edir.

 

2. Tarixi məkan

Şagird:

-             Tarixi məkana görə sivilizasiyaların formalaşmasında, dünya mədəniyyəti və incəsənətinin inkişafında Azərbaycanın mövqeyini şərh edir, nəticələri təqdim edir.

 

3. Dövlət

Şagird:

-             Azərbaycanda dövlətçilik ənənələrinin yaranması və inkişafı xüsusiyyətlərini qiymətləndirir.

-             Azərbaycan dövlətləri ilə bağlı müxtəlif tarixi mənbələrdən topladığı materialları təqdim edir.

 

4. Şəxsiyyət

Şagird:

-             Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

-             Mənbələri araşdırmaqla Azərbaycanın görkəmli şəxsiyyətlərinə dair materiallar toplayır və təqdim edir.

 

5. Mədəniyyət

Şagird:

-             Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini dünya sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətləri ilə müqayisə edir.

-             Azərbaycan xalqının mədəni nailiyyətlərinə dair araşdırmalar aparır, nəticələrini təqdim edir.

 

 

Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri

1.Tarixi zaman

 Şagird:

-             Mənbələr əsasında Azərbaycanın keçmiş və müasir dövrlərini təhlil edir, onların oxşar və fərqli cəhətlərini izah edir, mülahizələrini təqdim edir.

-             Tarixi hadisə, proses və təzahürlərin mahiyyətini konkret dövrün xüsusiyyətləri baxımından qiymətləndirir.

-             Tarixi hadisə, proses və təzahürlərlə bağlı fərziyyə və mülahizələr irəli sürür, proqnozlar verir, təqdimatlar edir.

 

 2. Tarixi məkan

Şagird:

-             Müxtəlif tarixi hadisə, proses və təzahürlərlə bağlı informasiyalar toplayır və qiymətləndirir.

-             Aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərini müqayisə edir, Azərbaycan üçün xarakterik cəhətləri izah edir.

 

3. Dövlət

Şagird:

-             Dövlətlərin yaranması və inkişafında konkret dövrün xüsusiyyətlərini dəyərləndirir

-             Mənbələr əsasında Azərbaycanın dövlətçilik tarixinə dair araşdırmalar aparır, nəticələrini təqdim edir.

-             Dövlət quruluşları və dövlət idarəetmə formalarına dair təhlillər aparır.

 

4. Şəxsiyyət

Şagird:

-             Tarixi hadisə və proseslərin gedişində şəxsiyyətlərin rolu və fəaliyyətini dəyərləndirir, müqayisələr aparır, mülahizələrini bildirir.

-             Görkəmli tarixi şəxsiyyətlər haqqında müxtəlif mənbələrdən materiallar toplayır, təhlillər aparır, mülahizələr əsasında təqdimatlar edir.

 

5. Mədəniyyət

Şagird:

­          Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinin inkişafında rolunu dəyərləndirir.

­          Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə verdiyi töhfələrlə bağlı araşdırmalar aparır, nəticələrini təqdim edir.

 

1.4. Fəaliyyət xətləri

          Məzmun standartları müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət xətləri ilə əlaqəlilik nəzərə alınmışdır:

  • məlumat mənbələrindən istifadə;
  • məlumatın toplanması və sistemləşdirilməsi;
  • məlumatın interpretasiyası;
  • məlumatın  təhlili və tətbiqi;
  • məlumatın təqdim edilməsi;
  • məlumatın dəyərləndirilməsi;
  • problemin həlli;
  • proqnozlaşdırma.

 

 

1.5. Siniflər üzrə məzmun standartları

 

V sinif

V sinfin sonunda şagird:

  • tarixi zaman anlayışlarını fərqləndirir;
  • maddi və yazılı mənbələr əsasında sadə tədqiqatlar aparır;
  • insanların həyat tərzindəki dəyişiklikləri öz ailəsi nümunəsində təsvir edir;
  • insan və cəmiyyətin inkişafı üçün əlverişli təbii coğrafi amilləri izah edir və mühüm tarixi abidələri xəritədə müəyyənləşdirir;
  • Azərbaycan dövlətləri haqqında sadə biliklər nümayiş etdirir və xalqın mənafeyinin qorunmasında dövlətin rolunu dəyərləndirir;
  • Azərbaycan tarixində mühüm rol oynamış şəxsiyyətləri müəyyən edir;
  • Azərbaycanın maddi mədəniyyət abidələrini və mənəvi dəyərlərini qiymətləndirir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Tarixi zaman

 Şagird:

1.1. Xronologiya ilə bağlı əsas anlayışları fərqləndirir.

1.1.1. Tarixi zaman anlayışları arasındakı əlaqələri müəyyənləşdirir.

1.1.2. Sadə xronoloji məsələləri həll edir.

1.2. Tarixi mənbələri tanıdığını nümayiş etdirir.

1.2.1. Maddi və yazılı mənbələri fərqləndirir.

1.2.2.  İllüstrasiya, şəkil və sənədli materiallardan istifadə edərək tarixi tədqiqat aparır.

1.3.  İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.

1.3.1. İnsanların həyat tərzindəki dəyişiklikləri öz ailəsi nümunəsində təsvir edir.

 

 

2. Tarixi məkan

Şagird:

2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.

2.1.1. İnsan və cəmiyyətin həyatı üçün əlverişli təbii amilləri təsvir edir.

2.1.2. Xəritələrdə Azərbaycan ərazisini və mühüm tarixi abidələri müəyyənləşdirir.

 

3. Dövlət

Şagird:

3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir. 

3.1.1.  Azərbaycan dövlətləri haqqında sadə biliklər nümayiş etdirir.

3.1.2.  Xalqın mənafeyinin qorunmasında dövlətin rolunu dəyərləndirir.

3.1.3.  Kiçikhəcmli tarixi hekayə qurur.

 

4. Şəxsiyyət

Şagird:

4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

4.1.1. Azərbaycan tarixində mühüm rol oynamış şəxsiyyətləri (İranzu, Cavanşir, Şəmsəddin Eldəniz, Uzun Həsən, Sara xatun, Şah I İsmayıl, Cavad xan, Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Heydər Əliyev, İlham Əliyev və b.) müəyyən edir.

4.1.2. Mənbələrə əsasən şəxsiyyətlər haqqında təqdimatlar hazırlayır.

 

5. Mədəniyyət

Şagird:

5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.

5.1.1. Mədəniyyət abidələrinin əhəmiyyətini izah edir.

5.1.2. Milli-mənəvi dəyərləri fərqləndirir.

5.1.3. Azərbaycan mədəniyyəti ilə bağlı sadə təqdimatlar hazırlayır.

 

VI sinif

VI sinfin sonunda şagird:

  • mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müəyyən edir və zaman oxunda təsvir edir;
  • maddi mədəniyyət abidələri, illüstrasiya və yaxud muzey eksponatları əsasında tədqiqatlar aparır;
  • insanların birgə yaşayış formalarını fərqləndirir;
  • qədim insanların həyat tərzini Azərbaycan ərazisinin təbii coğrafi şəraiti ilə əlaqələndirir və ilk insan məskənlərini, dövlət qurumlarını, qədim dövlətləri xəritədə müəyyənləşdirir;
[/b]


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 18 may 2012 00:45
    Melumata gore teshekkur edirem.

  2. 10 iyul 2012 19:06
    muellim saq ol.mene nece komek olduz sozle deye bilmerem.bunlari biz eelle yazdirirlar vermirler ki kopya edek/Allah sizden razi olsun

  3. 2 may 2013 12:50
    hmmmmmmm winked cox sagolun feel

    --------------------

  4. 26 oktyabr 2013 12:14
    adminstrator niyeb sualima cavab vermirsiz

  5. 12 dekabr 2013 23:32
    men bele dusunuremki bu telim sagirleri yaziq edir.bir telim ki fakta yox ferziyelere esaslanir.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.