KURIKULUM MƏSƏLƏLƏRI

KURIKULUM MƏSƏLƏLƏRI
  1. Motivasiya (10 dəq.)

Kurrikulumun şagirdyönümlülük və nəticəyönümlülük xüsusiyyətlərinə aid slayd təqdim olunur .

Yönəldici sual:

  • Təqdim edilmiş slaydı necə başa düşürsünüz?

Tədqiqat sualı:

  • Kurrikulumun şagirdyönümlülük və nəticəyönümlülük xüsusiyyətləri real təlim-tərbiyə prosesində nələrdə əks olunur?
  • Kurrikulumun şagirdyönümlülük və nəticəyönümlülük xüsusiyyətləri ilə əlaqədar müəllimin qarşısına qoyulan tələblər hansılardır?
  1. Tədqiqatın aparılması (20 dəq.)

 Kiçik qruplarda tədqiqatı aparmaq üçün bilik mənbəyi kimi "İbtidai məktəb üzrə fənn kurikulumları” istifadə olunur).

İştirakçilar "şagirdyönümlülük”  və "nəticəyönümlülük” anlayışlarının klaster (şahələndirmə) sxemini qururlar.

İş kişik qruplarda təşkil olunur.

I qrup - «şagirdyönümlülük» anlayışına dair onun təlim prosesində olan xüsusiyyətlərini nəzərə alaraq klaster qururlar.

II qrup - «nəticəyönümlülük» anlayışına dair onun təlim prosesində olan xüsusiyyətlərini nəzərə alaraq klaster qururlar

III qrup - «şagirdyönümlülük» anlayışını necə başa düşürsünüz və bununla əlaqədar real təlim-tərbiyə prosesi zamanı müəllimin qarşısında qoyulan tələblər hansılardır?

IV qrup - «nəticəyönümlülük» anlayışını necə başa düşürsünüz və bununla əlaqədar real təlim-tərbiyə prosesi zamanı müəllimin qarşısında qoyulan tələblər hansılardır?

  1. Məlumat mübadiləsi (20 dəq.)

Hər qrup digər iştirakçıları öz işlərinin nəticələri ilə tanış edir.

  • Kurrikulumun şagirdyönümlülük xüsusiyyəti ilə əlaqədar müəllimin qarşısına qoyulan tələblər hansılardır?
  • Kurrikulumun nəticəyönümlülük xüsusiyyəti ilə əlaqədar müəllimin qarşısına qoyulan tələblər hansılardır?
  1. Məlumatın müzakirəsi və təşkili (10 dəq.)

Köməkçi suallar:

  •  "Şagirdyönümlülük”  və "nəticəyönümlülük” anlayışlar arasında əlaqə varmı və bu əlaqənin həyata keçirilməsi necə mümkündür?

Kurikulumun bu iki xüsisiyyətinə tələblər eynidir.

  • Bu tələbləri biz necə təhlil edə bilərik?
  1. Nəticələrin çıxarılması və refleksiya (5 dəq.)

Məşğələnin nəticəsində refleksiya aparılır və iştirakçılar tərəfindən keçirilən məşğələdə müəllimlərin fəaliyyətində bu iki xüsusiyyətin necə əks olunması məsələsi  təhlil olunur.

  • Bu treninqdə aparılan təlim müasir kurikulumun "şagirdyönümlülük”  və "nəticəyönümlülük” xüsusiyyətlərini özündə əks etdirirmi? Bunu nədə görürsünüz? Bunu təlimçilər necə həyata keçirirlər?
  • Adi müəllim nöqteyi-nəzərindən sizdə müasir kurikulumun "şagirdyönümlülük”  və "nəticəyönümlülük” xüsusiyyətlərinin həyata keçirilməsi ilə bağlı hansı suallar yaranıblar? (irəli sürülən fikirlərin siyahını yaratmaq)



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 24 fevral 2012 20:32
    bilirsiz bir az cetindir amma yenede mentiq teleb edir diqqetli olsaq alinmayaan bele yaradariq

  2. 24 fevral 2012 20:33
    evvelce cetin gorsenecek sonra tedricen duzelecek

  3. 24 fevral 2012 21:12
    Her bir ishin evveli cetin olur..Sonra tedricen menimseyeceksen..

  4. 28 iyun 2013 16:32
    menim bacim kurikulum proqrami kecir.5-ci sinifdedi.ondan 1 sinif boyuyem cox cetindi.yeni bizim ucun.amma cox maraqlidi

  5. 17 noyabr 2015 18:14
    Mentiqle isleyerken asan olur.Fuad muellme tesekkurler yene de . Bize burdan cox yardimci olursuz.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.