Blum taksanomiyası

Blum taksanomiyası

Kurikulum islahatı təlim prosesinin mahiyyətində ciddi dəyişikliklərin həyata keçirilməsini zəruri etmişdir. Hazırlanmış fənn kurikulumlarında nəticəyönümlü yanaşma əsasında məzmun müəyyənləşmiş və burada başlıca diqqət şagirdin nümayiş etdirməli olduğu fəaliyyətlərə istiqamətlənib. Ənənəvi təlimdən fərqli olaraq milli kurikulum sənədinin elmi psixoloji mahiyyətini pedaqoji prosesdə qarşıya qoyulan məqsədlərin taksonomiyası təşkil edir. “Təhsil məqsədlərinin taksonomiyası” nəzəriyyəsini ilk dəfə Çikaqo universitetinin professoru Benjamen Blum 1956-cı ildə təklif etmişdir. Blum şagirdlərdə təfəkkürü inkişaf etdirmək üçün dərketmənin altı səviyyəsini müəyyən etmişdir. Həmin səviyyələr beynəlxalq aləmdə geniş şəkildə qəbul olunmuşdur. Bir vaxtlar təlim məqsədləri pedaqoji prosesdə reallaşdırılarkən əsasən şagirdlərin yaddaşının (hafizə) yüklənməsinə diqqət ayırmışıq. Təlim materiallarını əzbərləmək, mexaniki şəkildə ifadə etməklə yüksək qiymətlərlə dəyərləndirmə aparmışıq. Dərketmənin səviyyələrə görə (bilmək, anlamaq, tətbiqetmə, təhlil, tərkib, qiymətləndirmə) müəyyənləşdirilməsi barədə düşünməmişik. Müasir dərsdə iştirakçıların fəallığını təmin etməkdən ötrü ilk növbədə onların dərketmə səviyyələrini idrak fazaları üzrə (düşünməyə yönəltmə dərketmə, düşünmə) nizamlamaq lazımdır. İKT-nin texniki imkanlarından səmərəli istifadə etməklə sinifdə şagirdləri tədqiqatçılığa yönəltməklə müəllimin peşəkar bələdçiliyi vacibdir. Tədris olunan fənnin xüsusiyyətlərindən asılı olmayaraq vahid məqsəd Azərbaycanın çiçəklənməsinə xidmət edən, milli və bəşəri dəyərləri əsasında formalaşan şəxsiyyət yetişdirməkdir. Şübhəsiz, Blum taksonomiyası təlim məqsədlərinin yüksək səviyyədyararlanmağı bacarmalıdır.
Şəxsiyyətin formalaşması taksonomiya baxımından öyrənmə, inkişaf və mədəniyyət amillərinin məcmusu ilə şərtlənir.
Kurikulumda fənlərin məzmunu bilik, bacarıq şəklində ifadə edilən təlim nə dərk olunmasında mühüm vasitədir. Müəllim bundan düzgün əticələrindən (standartlardan) təşkil olunmuşdur. Təhsil pillələri və eləcə də hər bir sinif üzrə müəyyən olunmuş standartların əsasında məhz taksonomiya durur. Konseptual sənəddə qeyd olunur: “Məzmun standartı təhsilalanların bilik, bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir”. Məzmun standartlarının psixoloji əsasını öyrənmə və inkişaf təşkil edir.
Sevindirici hal ondan ibarətdir ki, dünya təcrübəsində istifadə olunmayan üç komponentli öyrənmə, inkişaf, mədəniyyət taksonomiyası Azərbaycanın tanınmış psixoloq alimi professor Əbdül Əlizadənin adı ilə bağlıdır. Şagirdlər təlim prosesində sadəcə öyrənmir. Öyrəndikcə inkişaf edirlər. Nəticədə mədəniyyətə malik şəxsiyyət kimi formalaşır. Milli Kurikulum sənədinin ibtidai təhsil üzrə ümumi təlim nəticələrinin hər birini Əbdül Əlizadənin üç tərkibli taksonomiyası baxımından təhlil etmək mümkündür.
Məsələn: III sinif Ana dilndə standartlardan biri aşağıdakı kimi formula edilmişdir: “Bədii və elmi kütləvi mətnləri fərqləndirir, onların xüsusiyyətlərini sadə şəkildə şərh edir”.
Bu bacarığa nail olmaq üçün şagird “öyrənmə” səviyyəsində bədii və elmi kütləvi mətnləri fərqləndirmək, onların xüsusiyyətlərini sadə şəkildə şərh etmək üçün ilkin biliklər əldə edir. Bunun üçün zəruri faktları bilir, öyrəndikləri xüsusi informasiyaları xatırlayır, anlama səviyyəsində yeni məlumatların mənasını dərk edir, mühakimə yürüdür, tətbiqetmə səviyyəsində həmin bilikləri fərqli məqamlarda faydalanaraq dəyərləndirir.
Şagird inkişaf səviyyəsində məlumatı bir neçə hissəyə ayırır, tədqiqat aparır, müqayisə edir, yeni ideya irəli sürür, tənqidi təfəkkürün, yaradıcı təxəyyülün əsasında bədii və elmi kütləvi mətnləri fərqləndirir və onların xüsusiyyətləri ilə bağlı ilkin bilikləri sadə formada təqdim edir.

Amerika psixoloqu Benjamen Blumun təlim məqsədlərinin taksonomiyası dörd prinsip (praktik istiqamət, psixoloji, məntiqlilik, obyektivlik) əsasında yaradılmışdır. Bu taksonomiya universal model olub, düşünmə bacarıqlarının altı səviyyədə (bilik, anlama, tətbiq, təhlil, tərkib, qiymətləndirmə) təşkilini həyata keçirir.
Blumun əsas taksonomik düsturu təfəkkür=təhlil+tərkib kimi ifadə olunur. Görkəmli mütəfəkkirlər fikirləşməyi təlimin başlıca məqsədi hesab etmişlər. T.Edisson deyirdi: “Sivilizasiyanın başlıca məqsədi insana fikirlərşməyi öyrətməkdir”.
Blum taksonomiyasından pedaqoji prosesdə faydalanmaq üçün müəllim dərketmə səviyyələrini şərtləndirən məsələləri tətbiq etməyi bacarmalıdır. Məsələn,

* bilik – informasiyanı eşidildiyi formada təkrar çatdırmaq qabiliyyəti;
* anlama – müəyyən bir fikri öz sözləri ilə və ya hansısa başqa bir yolla söyləmək qabiliyyəti;
* tətbiq – yenicə öyrənilmiş üsuldan istifadə etməklə yeni bir tapşırığın həlli;
* təhlil – mürəkkəb bir ideyanın səbəblərini, nəticələrini və digər tərkib hissələrini tapmaq bacarığı;
* tərkib – bir neçə ideyanın bir yeni ideya halında birləşdirilməsi, köhnə ideyanın, yeni variantının yaradılması;
* qiymətləndirilməsi – konkret ideyanın, yaxud mənbənin, hansısa tezisin izahı üçün uyğun gəldiyini qiymətləndirmək qabiliyyəti.

Dərsdə düşünməyə yönəltmə, dərketmə və düşünmə mərhələləri ilə şagirdlərin idrak fəallığı təmin olunmalıdır. Düşünmə mərhələsində şagirdlər bildikləri və öyrəndikləri məlumatlara müvafiq olaraq müəyyən nəticələr çıxarmalıdırlar. Blum tanksonomiyası üzrə hər bir dərsin sonunda mövzuya uyğun olaraq aşağıdakı ardıcıllıqla suallar verib şagirdlərin fəallığını təmin etmək olar:

* Sizə verdiyim məlumatda nə tanış idi;
* yeni məlumatlar hansılar idi;
* öyrəndiyiniz yeni sözləri sadalayın (hafizəni yoxlamaq);
* yeni sözlərin mənası nədən ibarətdir (tərkibedici);
* yeni sözlərin mənasının öyrənilməsi nəyə lazımdır (təhliledici);
* müxtəlif yeni sözlərin mənalarını xarakterizə edin (müqayisəedici).

Aparılan müşahidələrdən aydın olur ki, Blum taksonomiyasının tətbiqi ilə həyata keçirilən pedaqoji prosesdə təlimin məqsədləri reallaşaraq şagirdlərdə bir çox öyrənmə, inkişaf və mədəniyyətlə bağlı aşağıdakı keyfiyyət dəyişiklikləri arıtır:

* Müstəqil düşünmə – sərbəst fəaliyyət;
* sosiallaşma – ünsiyyətin formalaşması;
* İKT-dən səmərəli faydalanmaq;
* tədqiqatçılıq – məntiq, düşünmə, nəticəçıxarma;
* təfəkkür qabiliyyətinin inkişafı və s.

Fənlərarası inteqrasiyanın həyata keçirilməsində idrakı bacarıqlar üzrə feillərin Blum tərəfindən tərtib edilmiş taksonomiyalardan müəllim faydalandıqda standartların təlim məqsədləri vasitəsilə reallaşmasında uğurlu nəticələr qazana bilər. İdrakı bacarıqları təmin etmək üçün müəllim dərketmə səviyyələrinə uyğun olaraq aşağıdakı feillərdən istifadə edə bilər:

* Bilik – müəyyənləşdirir, sadalayır, xatırlayır, seçir, deyir, yazır və s.;
* anlama – izah edir, nümunə verir, əyani göstərir, təsvir edir, şərh edir və s.;
* tətbiq – yerinə yetirir, dəyişir, seçir, nümayiş etdirir, istifadə edir, hazırlayır və s.;
* təhlil – hissələrə ayırır, əlaqələndirir, fərqləndirir, yoxlayır, sxematik təsvir edir, müzakirə edir və s.;
* tərkib – modelləşdirir, şəklini dəyişir, yenidən yerləşdirir, tərtib edir, strukturunu qurur, yaradır və s.;
* qiymətləndirmə – qarşı-qarşıya qoyur, mübahisə edir, rəy verir, qərara gəlir və s.

Şagirdlərdə yüksək düşüncə tərzinin formalaşdırılmasına yönələn Blum taksonomiyasına əsasən təhsil sisteminin müəyyənləşməsində maraqlı olan ölkələr çoxdur. Taksonomiya ilk dəfə biologiyadan götürülmüş anlayışdır. Obyektlərin qarşılıqlı əlaqəsi üzərində qurulması təsnifatını və sistemləşdirilməsini bildirir və artma sırası üzrə yerləşdirilmiş kateqoriyaların təsviri üçün istifadə olunur və idraki bacarıqlar aşağıdakı kimi şərh olunur:

Bilik – məlumatı yada salma, müəyyənləşdirmək, köhnə biliklərdən bəhrələnmə;
anlama (qavrama) – motivasiya yaratmaq, materialı başa düşmək, mənanı dərk etmək, dəyişmək, izah, təsvir, şərh etmək;
tətbiq – məlumatdan istifadə etmək və yeni şəraitdə, metod və konsepsiyalara tətbiq etmək;
tərkib – başqa elmlərlə əlaqəsini yaratmaq, generasiya etmək;
qiymətləndirmək – vacibini müəyyən etmək, fərqləndirmək, səviyyələrə görə bölmək, nəticə əldə etmək.

Aparılan araşdırmalar göstərir ki, təlim məqsədlərinin taksonomiyası öyrənmənin elmi-pedaqoji əsaslarını təşkil edib, geniş sahəni əhatə edərək ciddi tədqiqatların aparılmasını zəruri edir.

Yeganə Fərzəliyeva,
Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin sinif müəllimi



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.