Müzakirə

Müzakirə

 

Tarix müəllimləri və tarixçilərtin nəzərinə! 

12 illik təhsilə keçidlə bağlı fənlərin adları və hansı siniflərdə tədris olunması müzakirə mövzusudur. TPİ-nin təklif etdiyi səviyyələr aşağıdakılardır: 
- I-IV siniflər-ibtidai təhsill səviyyəsi
- V-X siniflər-ümumi orta təhsil səviyyəsi
- XI-XII siniflər-tam orta səviyyəsi.
Tarix fənlərinin ümumi orta təhsil səviyyiəsindən nəzərdə tutulur. tədrisi V sinifdən etibarən nəzərdə tutulur. Lakin fənnin adı, quruluşu və məzmunu ilə bağlı fikir ayrıseçkiliyi mövcuddur. Sadalanan təkliflər sizin müzkirənizə verilir.
I təklif: Azərbaycan tarixi və ümumi tarix fənləri ümumi orta təhsil səviyyəsində birləşdirilərək bir adla "Azərbaycan və dünya tarixi” fənni adı altında tədris olunsun. Təbii ki, tədris olunan materiallar Azərbaycan tarixi əsas götürülməklə dünya tarixi də bu tərkibdə öyrənilsin. Tam orta təhsil səviyyəsində isə Azərbaycan tarixi və ümumi tarix fənləri müstəqil fənn kimi tədris olunsun.
II təklif: Azərbaycan tarixi və ümumi tarix fənnləri ümumi orta təhsil səviyyəsində birləşdirilərək bir adla "Tarix” fənni adı altında tədris olunsun. Təbii ki, tədris olunan materiallar Azərbaycan tarixi əsas götürülməklə dünya tarixi də bu tərkibdə öyrənilsin. Tam orta təhsil səviyyəsində isə Azərbaycan tarixi və ümumi tarix fənləri müstəqil fənn kimi tədris olunsun. 
III təklif: "Azərbaycan tarixi” adı saxlanılmaqla dünya tarixi də onun tərkibində ümumi orta təhsil səviyyəsində tədris olunsun. Tam orta təhsil səviyyəsində isə Azərbaycan tarixi və ümumi tarix fənləri müstəqil fənn kimi tədris olunsun. 
IV təklif: "Azərbaycan tarixi” adı saxlanılmaqla dünya tarixi də onun tərkibində ümumi orta təhsil səviyyəsində tədris olunsun. Tam orta təhsil səviyyəsində isə Azərbaycan tarixi müstəqil fənn kimi tədris olunsun.
V təklif: Azərbaycan tarixi və ümumi tarix fənnləri ümumi orta təhsil səviyyəsində birləşdirilərək bir adla "Tarix” fənni adı altında tədris olunsun. Təbii ki, tədris olunan materiallar Azərbaycan tarixi əsas götürülməklə dünya tarixi də bu tərkibdə öyrənilsin. Tam orta təhsil səviyyəsində isə Azərbaycan tarixi və ümumi tarix fənləri müstəqil fənn kimi tədris olunsun. Həmçinin, tarix fənninin tərkibində Həyat bilgisində öz əksini tapan "Fərd və cəmiyyət”məzmun xəttinə aid olan məsələlər də öz əksini tapsın. 
VI təklif: Azərbaycan tarixi və ümumi tarix fənləri ümumi orta təhsil səviyyəsində birləşdirilərək bir adda "Tarix” fənni adı altında tədris olunsun. Həmçinin, Həyat bilgisi fənnində cəmiyyətlə bağlı məsələlər Vətəndaşşünaslıq fənni adı ilə VIII, IX və X siniflərdə tədris olunsun.
VII təklif: Azərbaycan tarixi və ümumi tarix fənləri yenə də hər iki səviyyədə əvvəlki adı ilə, Azərbaycan tarixi və ümumi tarix adı altında qalsın.
Hörmətli həmkarlarım, Sizin rəyinizi və dəyərli təkliflərinizi almaq bizim üçün çox önəmlidir.
 
Hörmətlə, Sevil Bəhrəmova. TPİ-nin Monitorinq və qiymətləndirmə şöbəsinin böyük elmi işçisi, Tarix və həyat bilgisi fənn kurikulumlarının koordinatoru.



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 17 iyul 2015 22:25
    2015-2016 tədris planında 8 sinifdə "İnsan və cəmiyyət " fənninin adı yoxdur.Bu artıq bu fənnin tədris planlarından çıxarılması deməkdir?

  2. 20 iyul 2015 14:45
    Maraqli teklifler var. Hansi teklif qebul olunur olunsun amma amma "Azerbaycan tarixi" fenni esas tutulsun!

  3. 22 iyul 2015 16:12
    mence Azerbaycan tarixi ve dünya tarixinin ayrı müsteqil fenn kimi keçirilmesi qalmalıdı. onsuz da son iller bu fennler mümkün qeder sıxlaşdırılıb son ders illerinin kitabları ele bil ki evvelki kitabların konspektidi. insan ve cemiyyet fenni niye leğv olunur? şagirdlerin bir şexsiyyet kimi formalaşmasında dünyaya insanlara cemiyyete baxışının formalaşmasında bu fennin rolu çox böyükdü

  4. 23 iyul 2015 00:26
    mence yene de her biri musteqil fenn kimi qalsin

  5. 28 iyul 2015 16:21
    hər biri ayrı tədris olunsa daha məqsədəuyğundur.

  6. 4 avqust 2015 00:35
    Hər biri ayrı-ayrılıqda tədris olunsa daha yaxşı mənimsənilər.

  7. 9 avqust 2015 00:43
    Ən doğrusu hər bir fənn ayrı-ayrılıqda tədris olunsun.İnsan və cəmiyyət fənninin tədrisi əvvəlki kimi olmalıdı.Çünki bu fənn orta məktəb şagirdlərinin vətəndaş, şəxsiyyət kimi yetişdirilməsində mühüm əhəmiyyətə malikdir.Həm də yaxşı olar ki , Azərbaycan tarixi 11-ci siniflərdə həftədə 2 deyil 3 saat olmalıdı.

  8. 26 avqust 2015 19:25
    Sitat: Anar m
    Maraqli teklifler var. Hansi teklif qebul olunur olunsun amma amma "Azerbaycan tarixi" fenni esas tutulsun!

    haqlısınız

  9. 2 sentyabr 2015 00:24
    Məncə,"İnsan və Cəmiyyət" fənni yığışdırılmasın. Çünki bu fənn hər bir şagirdin formalaşmasında xüsusi rol oynayır. Azərbaycan tarixi fənni də üstün tutulmalıdı... smile

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.