Kurikulum sınağı

Kurikulum sınağı

 

Suallar

1. Kurikulum nədir?
a) planlaşdırma
b) konseptual sənəd
c) standart
d) qiymətləndirmə
2. Aşağıdakı anlayışlardan hansı fənn kurikulumuna aid deyil?
a) məzmun standartı
b) məzmun xətti
c) ümumi təlim nəticələri
d) həftəlik dərs saatlarının miqdarı
3. Aşağıdakılardan hansı fənn kurikulumlarının səciyyəvi cəhətidir?
a) bilikyönümlüdür
b) nəticəyönümlüdür
c) müəllimyönümlüdür
d) fənyönümlüdür
4. Bunlardan biri əsas qiymətləndirmə növünə aid deyil ?
a) diaqnostik
b) rüblük
c) formativ
d) summativ
5. Aşağıdakılardan hansı biliyin kateqoriyasına aiddir?
a) psixomotor
b) deklarativ
c) idraki
d) ünsiyyət
6. Kurikuluma nə daxil deyil?
a) təlim strategiyaları
b) məzmun standartları
c) təhsil qanunu
d) qiymətləndirmə mexanizmləri
7. Məzmun standartı neçə hissədən ibarətdir?
a) 2 b) 1 c) 3 d) 5
8. "Tələbyönümlülük” deyəndə nə nəzərdə tutulur?
a) məktəbin tələbatının nəzərə alınması.
b) fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması.
c) şagirdin tələbatının nəzərə alınması.
d) məktəbin və ailənin tələbatının nəzərə alınması.
9. Aşağıdakılardan hansı təlimin təşkilinə verilən tələblərə daxil deyil?
a) dəstəkləyici mühitin yaradılması
b) fəaliyyətin stimullaşdırılması
c) təlimdə bərabər imkanların yaradılması
d) bilikyönümlülük
10. Neçə təlim forması var?
a) 8 b) 5 c)4 d) 14
11. Aşağıdakılardan hansı iş forması deyil?
a) cütlərlə b) fərdi c) müzakirə d) kollektiv
12. Aşağıdakılardan hansı iş üsuludur?
a) klaster, müzakirə
b) qruplarla, müsahibə
c) bibö, cütlərlə
d) cütlərlə, fərdi
13. Planlaşdırmanın neçə növü var?
a) 1 b) 3 c)2 d) 6
14. Perspektiv planlaşdırma hansı müddəti əhatə edir?
a) aylıq b) illik c) rüblük d) gündəlik
15. Perspektiv planlaşdırma aparmaq üçün müəllim hansı bacarıqlara malik olmalıdır?
1. Məzmun standartlarına əsasən dərslikdəki (dərslik olmayan fənlər üzrə müəllim vəsaitindəki) tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq.
2. Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək.
3. İnteqrasiya imkanlarını müəyyən etmək.
4. Mövzuya uyğun motivasiyanı müəyyənləşdirmək.
a) 2, 3, 4 b) 1, 2, 3 c) 1,3, 4 d) 1, 2, 4
16. Aşağıdakı prinsiplərdən hansı tədris vahidlərinin və mövzuların ardıcıllığına daxil deyil?
a) xronoloji
b) sadədən mürəkkəbə
c) şeirlərin ardıcıllığı.
d) məntiqi ardıcılllıq
17. Aşağıdakılardan hansı ənənəvi qiymətləndirmə sisteminə aiddir?
a) cari qiymətləndirilmənin aradan qaldırılması məzmun standartlarının bütövlükdə mənimsənilməsini və qiymətləndirmənin obyektivliyini təmin edir.
b) qiymətləndirməşagirdə qiymət yazmaq kimi qəbul olunurdu, şagird yalnız qiymət almaq xatirinə oxuyurdu.
c) şagirdin nailiyyəti (qazanılan dəyərər) qiymətləndirilir, inkişafı sistemli şəklidə izlənilir.
d) cari qiymətləndirilmənin aradan qaldırılması məzmun standartlarının bütövlükdə mənimsənilməsini və qiymətləndirmənin obyektivliyini təmin edir.
18. Məktəbdaxili qiymətləndirmənin neçə növü var?
a) 2 b) 4 c) 5 d) 3
19.Diaqnostik qiymətləndirmə hansı məqsədlə aparılır?
a) fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədilə
b) təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini qiymətləndirmək məqsədilə
c) təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək məqsədilə
20. Formativ qiymətləndirmə hansı məqsədlə aparılır?
a) fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədilə .
b) təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini qiymətləndirmək məqsədilə
c) təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək məqsədilə
21. Summativ qiymətləndirmə hansı məqsədlə aparılır
a) fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədilə
b) təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini qiymətləndirmək məqsədilə
c) təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək məqsədilə
22. Summativ qiymətləndirmə hansı mərhələdə aparılır
a) təlim prosesisinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda).
b) dərs ilinin əvvəlindən başlayaraq mütəmadi olaraq
c) summativ qiymətləndirmə bölmə və bəhslərin, yarımilin sonunda
23. Formativ qiymətləndirmə hansı mərhələdə aparılır?
a) təlim prosesisinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda)
b) dərs ilinin əvvəlindən başlayaraq mütəmadi olaraq
c) kiçik summativ qiymətləndirmə bölmə və bəhslərin, yarımilin sonunda
24 Diaqnostik qiymətləndirmə hansı mərhələdə aparılır?
a) təlim prosesisinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda)
b) dərs ilinin əvvəlindən başlayaraq mütəmadi olaraq
c) bölmə və bəhslərin, yarımilin sonunda
25 Diaqnostik qiymətləndirmədə istifadə olunan metod və vasitələr?
a) müşahidə, şagirdlərin şifahi cavabları , şagirdlərin yazı işlərinin təhlili , test tapşırıqlarının nəticələri
b) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləriləəməkdaşlıq
c) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi
26 Formativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr hansılardır?
a) müşahidə, şagirdlərin şifahi cavabları ,şagirdlərin yazı işlərinin təhlili , test tapşırıqlarının nəticələri
b) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləriləəməkdaşlıq
c) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi
27 Summativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr hansılardır?
a) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri
b) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləriləəməkdaşlıq
c) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi
28) Qiymətləndirmə standartları neçə səviyyədə müəyyən olunur?
a) 3 b) 6 c) 6 d) 4
29) Aşağıdakılardan hansı təlim üsuludur?
a) qiymətləndirmə b) kompetensiya c) yazı işləri d) müzakirə
30) İllik planlaşdırmaya hansı daxil deyil?
a) standartlar b) inteqrasiya c) motivasiya d) resurslar
31) Aşağıdakılardan hansı iş formasıdır?
a) müzakirə b) cütlərlə c) söz assosiasiyası d) debat
32 Summativ qiymətləndirmə tapşırıqları hazırlanan zaman sualların çətinlik dərəcəsi necə paylaşdırırlır?
a) asan səviyyəli suallar 20%, orta səviyyəli suallar 40%, çətin səviyyəli suallar 40% təşkil edir.
b) asan səviyyəli suallar 20%, orta səviyyəli suallar 60%, çətin səviyyəli suallar 20% təşkil edir.
c) asan səviyyəli suallar 40%, orta səviyyəli suallar 40%, çətin səviyyəli suallar 20% təşkil edir.
d) asan səviyyəli suallar 40%, orta səviyyəli suallar 20%, çətin səviyyəli suallar 40% təşkil edir.



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 4 fevral 2015 15:45
    Cox saqolun

    --------------------

  2. 4 fevral 2015 19:02
    testlerin cavablarini nece elde etmek olar?

  3. 4 fevral 2015 20:31
    Sitat: cemaaa
    testlerin cavablarini nece elde etmek olar?

    müəllim və müəllimələr ;Siz testlərin cavabını yazın və mən isə sizə doğru olub ya olmadığını yazacam..........Sizə Uğurlar.........

  4. 5 fevral 2015 20:14
    salam sizde yene bu testlərdən varsa zəhmət olmazsa yazardınız. əvvəlcədən təşşəkkürlər love

  5. 5 fevral 2015 20:32
    Sitat: Esedova
    salam sizde yene bu testlərdən varsa zəhmət olmazsa yazardınız. əvvəlcədən təşşəkkürlər love

    Elbetde yazaram..........

  6. 15 fevral 2015 23:17
    1b 2d 3b 4b 5c 6c 7a 8b 9d 10c 11c 12a 13c 14b 15b 16c 17b 18d 19a 20b 21c 22c 23b 24a 25b 26a 27c 28d 29d 30c 31a 32c

  7. 16 fevral 2015 09:47
    Sitat: tutusaleh
    1b 2d 3b 4b 5c 6c 7a 8b 9d 10c 11c 12a 13c 14b 15b 16c 17b 18d 19a 20b 21c 22c 23b 24a 25b 26a 27c 28d 29d 30c 31a 32c

    Cavablar dogrudur....

  8. 17 fevral 2015 00:45
    salamlar hamıya

    mənə tqdk tarix sinif testlərinin cavabları lazımdır
    mümkünsə kömək edəsiniz

  9. 13 aprel 2015 19:51
    TARİX FƏnni uzre müullimiyə qəbul imtahaninda dusecek suaalarin numunesi kimdese var..suallar ixtisadan mekteb qroqramina esasen dusur,?

  10. 8 iyul 2015 13:43
    Sitat: Defne 2004
    Cox saqolun
    Salam zehmet olmasa cavablarimi yoxlayib sehv cavablarimi deyerdiniz

    1-b 2-d 3-b 4-b 5-b 6 c 7 a 8 b 9 d 10 c 11 c 12 a 13 c 14 b 15 b 16 c 17 b 18 d 19 a 20 b 21 c 22 c 23 a 24 b 25 b 26 a 27 c 28 a 29 d 30 c.yoxdur 31 b 32 c

  11. 8 noyabr 2015 21:13
    salam Azerbaycan dili ve edebiyyat uzre muellimliye qebul imtahaninda duwecek suallarin numanesi kimde varsa cox xaiw edirem yazsin . . .

  12. 21 iyun 2016 02:03
    kurikulum testlerinin muellimliye imtahanda duwme ehtimali coxdur?

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.