XI sinif Kurikulumu

 

XI sinif Kurikulumu

Azərbaycan tarixinin X sinif kursunda öyrənilən dövrdə (XIX əsrin 30-cu illərindən- 1917 ilin ortalarına qədər) şagirdlərin ictimai həyatla bağlı və Milli kurrikulum çərçivəsində öz əksini tapmış mühüm biliklərə və bacarıqlara yiyələnməələri üçün geniş imkanlar açır.

 

         Azərbaycan tarixinin bu dövrünün keçmiş dövrlərə nisbətən mühüm xüsusiyyəti odur ki, həmin dövrə aid çoxlu miqdarda müxtəlif növ sənədlər mövcuddur. Həmin sənədlərin təhlili və onların verdiyi məlumatların müqayisəsi şagirdlərin həm sənədlərlə işləmə bacarıqlarını inkişaf etdirməyə, həm də Azərbaycanın müasir vəziyyətinin bir sıra aspektlərinin bünövrəsinin qoyulduğu dövrün ən mühüm məsələlərini hərtərəfli anlamağa şərait yaradacaqdır. Ona görə də Orta təhsil səviyyəsində X sinifdən başlayaraq tarixi sənədlərlə işləmə bacarığının formalaşdırılması ön plana çəkilməlidir.

         Şimali Azərbaycanın Rusiyanın müstəmləkəsi, Cənubi Azərbaycanın İranın şahlıq rejimi vəziyyətində siyasi, sosial-iqtisadi və mədəni inkişafının hərtərəfli öyrənilməsi müasir dövrdə mövcud olan bir sıra problemlərinin köklərini aşkar etməyə və onların həlli yollarını axtarmaq imanı yaradacaqdır..

         Rusiya tərəfindən yeridilən müstəmləkəçilik siyasəti nəticəsində Azərbaycan ərazisinin bir neçə dəfə inzibati bölgüsündə edilmiş dəyişikləiklərin və bu proses zamanı milli-tarixi sərhədlərin bütövlüyünün gözlənilməməsi və kobudcasına pozulmasının öyrənilməsi şagirdləri Azərbaycanın müasir ərazi problemlərinin köklərini məhz bu dövrdə axtarmağa  istiqamətləndirəcəkdir.

         Rusiyanın Şimali Azərbaycanda keçirdiyi iqtisadi islahatların mahiyyətcə müstəmləkə siyasəti olmasına baxmayaraq, ölkəmizin gələcək inkişfında oynadığı rolu təhlil etməklə, şagirdlər müasir dövrdə Azərbaycan iqtisadiyyatında baş  verən prosesləri daha dərindən dərk edə biləcəklər.

         Şagirdlər Şimali Azərbaycanda Rusiya hakim dairələrinin tətbiq etdikləri bir sıra idarəetmə formalarının –komendantlıq, quberniya və canişinlik sistemlərinin mahiyyətcə müstəmləkə idarəetmə formaları olduğunu dərk etməklə yanaşı, müstəqil dövlətə malik olmağın nə qədər böyük mənfəətlər gətirdiyi qənaətinə gəlmək və müstəqil dövlətin vətəndaşı kimi formalaşmaq imkanı da qazanacaqlar.

         Azərbaycan tarixinin bu dövrünün öyrənilməsi prosesində dünyanın digər ölkələrinin tarixindən analogiyalarının axtarılması və həmin analoji tarixi hadisələrin və  yaxud təzahürlərin Azərbaycan tarixindəki oxşar proseslərlə  hərtərəfli müqayisə və təhlil edilməsi şagirdlərdə proqnozlaşdırma bacarıqlarının formalaşdırılmasına xidmət edəcəkdir.

         Rusiya imperiyasının Azərbaycanda apardığı müstəmləkəçilik siyasətinə, milli zülmə və əsarətə  qarşı yönələn xalq hərəkatlarının və milli-azdlıq mübarizəsinin şagirdlər tərəfindən təhlili Azərbaycan xalqının milli şürunun oyanması və  formalaşması ilə bağlı mühüm məsələləri daha yaxşı təsəvvür etməyə imkan yaradacaqdır.

         Öyrənilən dövrdə Azərbaycanın maddi və mənəvi mədəniyyətin müxtəlif təzahürləri ilə yaxından tanışlıq şagirdlər həmin dövrdə Azərbaycanda yaşamış insanların həyat tərzini və mədəni ənənələrini daha canlı təsəvvür edə biləcəklər.

I. Tarixi zaman

 

Orta təhsil pilləsi üzrə ümumi təlim nəticələri

 

 

Məzmun xətləri üzrə XI sinifdə gözlənilən təlim nəticələri

 

 

Sagird:

1. Xronologiya ilə bağlı əsas anlayışların köməyi ilə qədim dövrdən müasir zamana qədər Azərbaycan tarixinə aid olan xronoloji məsələləri həll edir.

 

1.1.   1918-ci ildən müasir zamana qədər olan dövrdə Azərbaycan tarixi ilə bağlı əsas hadisələrin tarixi zaman çərçivəsində mövqelərini müəyyənləşdirir və onları xronoloji baxımdan düzgün  ardıcıllıqla yerləşdirir.

2. Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid olan  mənbələri (maddi və yazılı) təhlil edir və dəyərləndirir.

 

 

2.1.  1918-ci ildən müasir zamana qədərki  dövrə aid  olan və Azərbaycan tarixinin müxtəlif məqamlarından bəhs edən ən mühüm yazılı mənbələri (məs: Azərbaycan tarixçilərinin əsərlərini, qeydlərini, ayrı-ayrı görkəmli tarixi şəxsiyyətlərin qeydlərini, xatirələrini, hakimiyyət orqanlarının qərar, fərman və sərəncamlarını, kütləvi informasiya materialların, internet resurslarını) tanıyır və onları növlərinə görə təsnif edir.

2.2. Həmin mənbələrin tariximizin bəhs olunan dövr baxımından hansı cəhətlərini öyrənmək üçün əhəmiyyətli olduğuna dair mülahizələr irəli sürür və öz mülahizələrini əsaslandırır.

2.3. Həmin mənbələrdən götürülmüş mühüm parçalardan tələb olunan məlumatları seçir və müxtəlif formalarda tətbiq edir.

2.4. Həmin mənbələr arasından eyni tarixi hadisə və ya təzahürlərə aid olanlarını müəyyənləşdirir, müqayisə əsasında onların verdiyi məlumatlardakı ziddiyyət və uyğunsuzluqları aşkar edir.

2.5. Öyrəndiyi dövrə aid olan maddi mənbələri tanıyır və onları növlərə görə təsnif edir.

2.6. Maddi mənbələrin öyrəndiyi dövrün hansı xüsusiyyətlərini aydınlaşdırmaq üçün əhəmiyyətli olduğunu dərk və izah edir.

2.7. Maddi və yazılı mənbələrin səciyyəvi əlamətlərini özündə əks etdirən esse yazır.

2.8. Dövrə aid maddi mənbələri əvvəlki dövrlərdəki maddi mənbələrlə müqayisə edir, onların fərqli və oxşar cəhətlərini müəyyənləşdirir.

3. Azərbaycan ərazisində müəyyən dövrə aid olan insanların ehtiyaclarının, yaşa­dıq­ları məskənlərinin, geyimlərinin, məişət və incəsənət əşyalarının nümunələrini təsvir edir, onların zaman keçdikcə dəyiş­məsini izləyir və izah edir.

 

 

3.1. XX əsrin əvvəllərindən müasir zamanadək olan dövrdə Azərbaycan ərazisində yaşamış və yaşamaqda olan  müxtəlif sosial təbəqə və qruplardan olan insanların həyat və məişət tərzini, ehtiyac və məşğuliyyətlərini, geyimlərini, məşğulluqlarını təsvir edir, əvvəlki dövrlərlə müqayisə aparır, və fərqləri və oxşarlıqları müəyyənləşdirir.

3.2. İllüstrasiyalarda verilmiş məişət, geyim və incəsənət əşyalarından, memarlıq abidələrindən öyrənilən dövrə aid olanları seçir və öz seçimini əsaslandırır.

4. Bəzi tarixi hadisələrin, o cümlədən texniki kəşf və ixtiraların, dövlətlərin yaranmasının, xalqların köçməsinin və köçürülməsinin, dinlərin yayılmasının və s. əhəmiyyətini onların baş verdiyi zaman, həm də müasir dövr  baxımından dəyərləndirir.

 

 

 

4.1. 1918-1920, 1920-1991, 1991-ci ildən etibarən Şimali Azərbaycanda yaradılmış idarəçilik formalarının (Xalq Cümhuriyyəti, Sovet Respbublikası, Demokratik Respublika) mahiyyətcə bir-birindən fərqləndiyini bilir, onlar arasındakı fərqi və oxşarlığı müəyyənləşdirir.

4.2. Sovet Rusiyasının, sonralar Sovet dövlətinin 1920-1991-ci illərdə Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətinin Azərbaycanın ərazi bütövlüyünə və xalqın fiziki varlığına, mənəvi cəhətdən aşılanmasına, soy-kökündən uzaqlaşdırılmasına yönəldilmiş təhlükə kimi dəyərləndirir.

4.3. Sovet dövlətinin Şimali Azərbaycan torpaqlarında yerləşdirilmiş qeyri-azərbaycanlı millətlərin, etnik qrupların mənafeyini bu torpağın köklü sakinlərinin mənafeyindən üstün tutmaq siyasətini  Azərbaycanın ərazi bütövlüyünə və dövlətçilik ənənələrinə yönəldilən qəsd, gələcəkdə etnik münaqişə ocaqları yaratmaq baxımından dəyərləndirir.

4.4. Sovet dövlətinin XX əsrin 20-80-ci illərində  Azərbaycan torpaqlarının müxtəlif yollarla Ermənistana, Gürcüstana və Rusiya Federasiyasına verməsi tədbirlərinin nəticələrini müəyyənləşdirir və   müasir dövrlə əlaqələndirir.

4.5. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətini Azərbaycan xalqının fiziki varlığının qorunmasında və dövlətçilik ənənələrinin bərpasında oynadğı rolu bilir və onu XX əsrin sonlarında dövlətçiliymizin yenidən bərpası ilə əlaqələndirir.

4.6. XX əsrin 20-90-cı illərində dövlət səviyyəsində  Ermənistan SSR-də yaşayan Azərbyacan türklərinin öz dədə-baba torpaqlarından zorakılıqla mərhələ-mərhələ köçürülməsinin (deportasiya edilməsinin) doğurduğu nəticələri müəyyənləşdirir və onu müasirliklə əlaqələndirir.

5. Haqqında məlumatı olduğu tarixi hadisə və ya  təzahürün (məs. dövlətin, sosial hərəkatın və ya fikrin, təsərrüfatın və ya mədəniyyət sahəsinin və s.) inkişaf mərhələlərini  zaman baxımından düzgün ardıcıllıqda təsvir edir və onların inkişaf məntiqini təhlil edərək gələcəyə proqnozlaşdırır.

 

 

5.1. XX əsrin əvvəllərində  Şimali Azərbaycanda və Cənubi Azərbaycanda  milli-azadlıq hərəkatının mərhələlərini zaman baxımından düzgün ardıcıllıqla təsvir edir və onları əlaqələndirir.

5.2. 1918-ci ildən müasir zamanadək olan dövrdə Azərbaycanda  mövcud olmuş idarəçilik formalarını zaman baxımından düzgün ardıcıllıqla təsvir edir və əlaqələndirir.

5.3. Sovet işğal rejimi və müstəmləkəçiliyi əleyhinə yönəlmiş üsyan və hərəkatları (Gəncə, Qarabağ, Lənkəran, Şəki, Zaqatala, Şəmkir  üsyanları, qaçaq hərəkatı), siyasi partiya və təşkilatların ("Hümmət”, "Difai”,”Müsəlman ittifaqı”, "Müsavat”) fəaliyyətini, Cənubi Azərbaycanda müstəmləkə əsarətinə və, şah rejiminə  qarşı milli-azadlıq mübarizəsini (Şeyx Məhəmməd Xiyabani və 21 Azər hərəkatları) zaman baxımından düzgün ardıcıllıqla təsvir edir.

5.4.  1918-ci ildən müasir zamanadək olan dövrdə Şimali Azərbaycan ərazisində təsərrüfatın, mülkiyyət formalarının, vergilərin dəyişməsini izləyir və onları əvvəlki dövrlərdə Azərbaycanda mövcud olan təsərrüfat, mülkiyyət və vergi növləri ilə müqayisə edir,  oxşar və fərqli cəhətləri aşkar edir.

5.5. Rusiya hakim dairələrinin Şimali Azərbaycanda, şah rejiminin Cənubi Azərbaycanda mədəniyyət sahəsində yeritdiyi müstəmləkəçilik və şovinist  siyasətinə baxmayaraq, milli mədəniyyətin inkişaf meyillərini düzgün ardıcıllıqla təsvir edir və əvvəlki dövrlərdəki Azərbaycan mədəniyyətinin inkişafı ilə əlaqləndirir.

6. Eyni tarixi hadisə və ya təzahürün həmin dövrə aid və müasir təsvirlər arasında fərqli cəhətlərini müəyyənləşdirir,  həmin fərqləri zaman xüsusiyyətləri baxımından izah edir.

 

 

6.1. Azərbaycan tarixinin XX əsrin əvvəllərindən müasir zamanadək olan dövrünün mühüm məqamlarından bəhs edən  yazılı mənbələri müasir dövr  tarixçilərinin həmin məqamlara həsr olunmuş əsərləri, internet resursları və dövrü mətbuat materialları ilə müqayisə edir, aşkara çıxarılmış fərqləri zaman  xüsusiyyətləri baxımından izah edir.

6.2. Sovet tarixçilərinin Azərbaycan SSR-nin sosial-iqtisadi və siyasi inkişafı ilə bağlı əsərlərini başqa ölkələrdə Azərbaycan mühacirətinin görkəmli nümayənədələrinin (M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, Ə.Ağayev, C.Hacıbəyli və b.) həmin məsələlərə dair  əsərlərindəki nöqteyi-nəzərlə müqayisə edərək yaranmış fərqlərin səbəbləri  haqqında mülahizələr irəli sürür.

7. Müxtəlif zaman çərçivələrində Azərbay­canda baş vermiş hadisələrin dünyada həmin zamanda baş vermiş hadisələrlə sinxronluğunu göstərir və müqayisə əsasında onlar arasında əlaqənin olub-olmadığını müəyyənləşdirir.

 

 

7.1. 1918-ci ildən müasir zamanadək olan dövrdə Azərbaycan ərazisində baş vermiş siyasi, sosial-iqtisadi və mədəni  prosesləri Avropa və Asiyanın bir sıra ölkələrində eyniadlı proseslərdəki dəyişmələrlə müqayisə edir, onlar arasındakı fərqi və oxşarlığı müəyyənləşdirir.

7.2.   Azərbaycanın 1920-1991-ci illərdəki müstəmləkə vəziyyətini bir sıra başqa dövllətlərdəki oxşar proseslərlə zaman baxımından müqayisə edir, onlar arasında əlaqənin olub-olmadığını müəyyənləşdirir.

8. Zaman və hadisələr arasındakı əlaqələrə dair müxtəlif sxemlərdən tələb olunan məlumatı seçir, istifadə edir və öz biliklərini müvafiq sxemlərin köməyi ilə təqdim edir.

 

8.1. Azərbaycanın şimal və cənub torpaqlarında baş vermiş müxtəlif ictimai və siyasi proseslərlə bağlı zaman əlaqələrinə həsr olunmuş sxemlərdən tələb olunan məlumatları seçir və tətbiq edir.

8.2. Sovet dövlətinin Şimali Azərbaycanda həyata keçirdiyi sosial-iqtisadi və mədəni dəyişikliklərlə bağlı zaman ardıcıllığına həsr olunmuş sxemləri və cədvəlləri müvafiq məlumatlarla doldurur, onların köməyi ilə təqdim edir.

 

                                                       

 

 

 

II. Tarixi məkan və təbii şərait

Sagird:

1. Müasir və dövrə müvafiq tarixi xəritələrdə Azərbaycanda müxtəlif vaxtlarda mövcud olmuş dövlətləri, onların paytaxtlarını, qonşularını, əsas ticarət yollarını, sərhədlərini, ərazilərini, Azərbaycanın Rusiya və İran tərəfindən bölüşdürülməsinin nəticələrini və XX əsrin sonunda erməni təcavüzü nəticəsində itirilmiş ərazilərini müəyyənləşdirir.

 

 

 

1.1. 1920-1991-ci illərdə SSRi  dövlətlərinin tərkibində Azərbaycan SSR, 1918-ci ildən müasir zamanadək olan dövrdə İran dövləti tərkibində Cənubi Azərbaycan ərazilərinin sərhədlərini və inzibati-ərazi bölgüsünü dövrə uyğun xəritədə müəyyənləşdirir.

1.2.1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini, sərhədlərini, inzibati-ərazi bölgüsünü, Gürcüstan və Ermənistanla mübahisəli ərazilərini dövrə uyğun xəritədə izləyir və izah edir.

1.3. XX əsrin 30-80-ci illərində  Azərbaycan SSR-də  baş vermiş inzibati-ərazi dəyişmələrini xəritədə izləyir və onların səbəblərini izah edir.

1.3. XX əsrdə və XXI əsrin əvvəllərində Azərbaycanın ən mühüm yaşayış yerlərini, əkinçilik və maldarlıq bölgələrini, ticarət, sənaye və mədəniyyət mərkəzlərini, digər coğrafi obyektləri xəritədə müəyyənləşdirir.

1.4. Azərbaycan Respublikasına Ermənistanın hərbi təcavüzünü və onun nəticələrini xəritədə izləyir.

1.5. Azərbaycan Respublikasının ərazi-inzibati bölgüsündə edilmiş dəyişiklikləri, yeni inşa olunmuş və olunmaqda olan ən mühüm sənaye obyektlərini (Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və s.) xəritədə müəyyənləşdirir.

2. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitinin insanların və dövlətlərin meydana gəlməsində və inkişafında, müxtəlif xalqların buraya köçməsində və köçürülməsində, müxtəlif dövlətlərin təcavüzlərində, ərazimizin parçalanmasında və uzun müddət müstəmləkə şəraitində qalmasında rolunu izah edir.

 

 

2.1. Azərbaycanın təbii-coğrafi şəraitini və geosiyasi  mövqeyini böyük dövlətlərin və region dövlətlərinin siyasəti və maraq dairəsi ilə əlaqələndirir.

2.2. XX əsrin 20-80-ci illərində  Azərbaycan ərazisində yaşamış ermənilərin (Qarabağın Dağlıq hissəsində) Azərbaycanın ərazi bütövlüyü, xalqın fiziki varlığı (1918-ci il mart soyqırımı, Xocalı soyqırımı, Şuşa, Qarakənd, Malıbəyli faciələri), dövlətçiliyimiz üçün törətdiyi təhlükələrin (Ermənistanın Azərbaycana hərbi təcavüzü, Qarabağın dağlıq hissəsinin və ətraf rayonların işğalı) səbəb və nəticələrini müəyyənləşdirir və əvvəlki dövrlə əlaqələndirir.

2.3. XX əsrin 20-30-cu illərində ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlara dair nümunələr gətirir, onları XIX əsrin 30-cu illəri-XX əsrin əvvəlindəki dövrlə əlaqələndirir, esse yazır.

3. Azərbaycan ərazisində müxtəlif dövrlərdə insanların həyat tərzlərinin, məşğuliyyətlərinin, təsərrüfat və mədəniyyət sahələrinin, iqtisadiyyatın inkişafının və xarici siyasətin təbii və geosiyasi mövqelərdən asılılığını təhlil edib nəticə çıxarır.

 

 

 

3.1. 1918-ci ildən müasir zamanadək olan dövr üçün Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini müxtəlif təsərrüfat sahələrinin (əkinçilik, maldarlıq, sənətkarlıq, dağ-mədən və fabrik-zavod sənayesi, nəqliyyat və rabitə ) şəhərlərin,  ticarətin və beynəlxalq iqtisadi əlaqələrin inkişaf xüsusiyyətləri ilə əlaqələndirir.

3.2. Daxili və xarici ticarətin əsas istiqamətlərini, ölkəyə gətirilən və ölkədən aparılan malların tərkibini təbii şərait və sərvətlərlə bağlı izah edir.

3.3. Öyrənilən dövrdə Azərbaycanda nəqliyyat və rabitənin inkişafını təbii-coğrafi şərait və geosiyasi mövqe ilə əlaqələndirir.

4. Azərbaycanın bölgələrini müəyyən dövrdə təsərrüfat və mədəniyyət xüsusiyyətlərinə görə fərqləndirir.

 

4.1. Azərbaycanın müxtəlif bölgələrinin təsərrüfat və mədəniyyət xüsusiyyətlərini onların təbii-coğrafi şəraiti ilə əlaqələndirir, əvvəlki dövrlərlə müqayisə edir və fərqləndirir.

5. Müxtəlif tarixi hadisələrə həsr olunmuş xəritələrdən tələb olunan məlumatları toplayır, təhlil edir və nəticə çıxarır.

 

 

5.1. Sovet totalitar rejimi şəraitində Azərbaycanın şimal torpaqlarında baş vermiş ərazi-inzibati dəyişikliklərə, totalitar rejimə və sosial ədalətsizliyə qarşı azadlıq mübarizəsinə, iqtisadi və mədəni inkişafa həsr olunmuş xəritələrdən tələb olunan məlumatları seçir, onları təhlil və tətbiq edir, müvafiq nəticələr çıxarır.

 

 

 

 

III. Şəxsiyyətin tarixdə rolu

Sagird:

1.Azərbaycanın görkəmli şəxsiyyətlərinin fəaliyyətlərini müəyyən dövrə və fəaliyyət sahələrinə  əsasən cədvəl şəklində göstərir.

 

 

1.1.   Məmməd Əmin Rəsulzadəni, Nəriman Nərimanovu, Əhməd bəy Ağayevi, Əlimərdan bəy

Topçubaşovu, Fətəli xan Xoyskini, Nəsib bəy Yusifbəylini, Həsən bəy Ağayevi, Xosrovpaşa bəy Sultanovu, Adilxan Ziyadxanlını, Cahangir bəy Kazımbəyovu, Şeyx Məhəmməd Xiyabanini, Seyid Cəfər Pişəvərini, Heydər Hüseynovu, Heydər Əliyevi   və Azərbaycanın  digər ictimai-siyasi xadimlərini, xalq qəhrəmanlarını tanıyır,  onları  fəaliyyət sahələri və yaşadıqları dövr baxımından cədvəllər vasitəsilə təsnif edir.

1.2. XX əsrin əvvəllərndən müasir dövrədək yaşayıb-yaratmış mədəniyyət xadimlərini (Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, Niyazi, Arif Məlikov, Mərziyə Davudova, Nəsibə Zeynalova, Səttar Bəhlulzadə, Əzim Əzimzadə, Bəhruz  Gəngərli, S.Vurğun, H.Cavid, M.Müşfiq, B.Vahabzadə, Şəfiqə Axundova və b.) tanıyır və fəaliyyət sahələrinə görə təsnif edir.

2. Azərbaycanın görkəmli şəxsiyyətlərinin fəaliyyətlərinin nəticələrini həm yaşadıqları zaman, həm də müasir zaman baxımından təhlil edir və dəyərləndirir.

 

 

2.1.  N.Nərmimanov, M.C.Bağırov, İ.Mustafayev, V.Axundov b. fəaliyyətini dövrün reallıqları baxımından təhlil edir və həmin fəaliyyətin Azərbaycan üçün nəticələrini dəyərləndirir.

2.2. Sovet rəhbərləri V.İ.Leninin, İ.V.Stalinin, N.S.Xruşşovun, L.İ.Brejnevin və M.S.Qorbaçovun Azərbaycan SSR-ə qarşı yeritdikləri siyasəti təhlil edir, həmin siyasəti SSRİ-nin öyrənilən dövrdəki iqtisadi tələbatları və siyasi məqsədləri, totalitar kommunist rejiminin xüsusiyyətləri  ilə əlaqələndirir, bu siyasətin Azərbaycan üçün  öyrənilən dövr üçün və gələcəkdə nəticələrini müəyyənləşdirir.

2.3.  XX əsrdə yaşayıb-yaratmış bəzi ictimai-siyasi xadimlərin (N.Nərimanov. M.Ə.Rəsulzadə, S.C.Pişəvəri,  H.Əliyev) fəaliyyətini dövrün xüsusiyyətləri, habelə bu fəaliyyətin nəticələrini XX əsrin əvvəlləri ilə əlaqələndirir.

3. Bəzi görkəmli şəxsiyyətlərin Vətənimizin tərəqqisinə və mədəni inkişafına yönəlmiş fəaliyyətlərini təsvir və müzakirə edir,  dəyərləndirir.

 

 

3.1. Xalqımızın maariflənməsi,  təhsilli, gözüaçıq və milli özünüdərk ruhlu ziyalılıarımızın yetişdirilməsi sahəsində Ü.Hacıbəyovun, H.Cavidin, A.Şaiqin, S.Vurğunun, R.Rzanın, B.Vahabzadənin  fəaliyyətlərini təsvir və müzakirə edir, dəyərləndirir.

3.2. Cahangir bəy Kazımbəyovun, Əbdüləli bəy Fətəlibəyli-Düdənginskinin, Əlif Hacıyevin, Tofiq Məmmədovun, 20 yanvar şəhidlərinin, Qarabağ müharibəsinin qəhrəmanlarının Vətən torpaqlarının müstəqilliyi, ərazi bütövlüyü uğrunda, milli zülmə və əsarətə qarşı apardığı mübarizəsini  təsvir edir və dəyərləndirir

4. Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərinin Vətənin və bəşəriyyətin inkişafına verdikləri töhfələri tanıyır, dəyərləndirir və  onlar tərəfindən  əsası qoyulan ənənələrin müasir baxımından inkişafını izləyir.

4.1. Ü.Hacıbəylinin, Q.Qarayevin, F.Əmirovun, Niyazinin, Ş.Axundovanın, H.Cavidin, S.Vurğunun, B.vahabzadənin, Bəhruz Gəngərlinin, Nəsibə Zeynalovanın,  Əzim Əzimzadənin, Səttar Bəhlulzadənin,  M.Abdullayevin və başqalarının Azərbaycan və bəşər mədəniyyətinin inkişafındakı xidmətlərini tanıyır, dəyərləndirir və bu dəyərlərin müasir dövr baxımından inkişafını dəyərləndirir.

 

                                                        IV. Dövlət və sosial münasibətlər

Sagird:

1. Dövlətin əsas vəzifələrini izah edir və müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bu vəzifələri yerinə yetirmək üçün istifadə etdikləri vasitələri,  dövlət quruluşunu təhlil və müqayisə edir.

 

 

1.1.  1920- -1991-ci illərdə SSRİ və İran dövlətləri tərkibində Azərbaycanda tətbiq

edilən idarəçilik, inzibati-ərazi quruluşu, vergi və mükəlləfiyyətlər sistemində baş vermiş dəyişiklikləri bilir, onların mahiyyətini təhlil edir və əvvəlki dövrlərdəki eyniadlı məsələlərlə əlaqələndirir.

1.2.  Azərbaycan SSR-də yaradılmış idarəçilik formasının  mahiyyətini dərk edir, onlarıne fərqli və ümumi

cəhətlərini  müəyyənləşdirir, Azərbaycan üçün nəticələrini təhlil edir.

1.3.  Pəhəlvilər sülaləsinin idarə etdiyi İran dövləti və İran İslam Respublikası  tərkibində Cənubi

Azərbaycanın idarə edilməsinin, inzibati-ərazi quruluşunun xüsusiyyətlərini təhlil edir və Şimali Azərbaycandakı idarəçiliklə əlaqləndirir.

2. Azərbaycan ərazisində müxtəlif dövrlərdə mövcud olmuş dövlətləri tanıyır, tarixi zamanda ardıcıl şəkildə göstərir və onların meydana gəlməsinin, inkişafının və tənəzzülünün əsas məqamlarını təsvir, təhlil və müqayisə edir.

2.1. Azərbaycan ərazisində ləğv edilmiş  dövlətçiliyi əvəz edən idarəçilik sisteminin müstəmləkə, totalitar rejim səciyyəsi daşıdığını bilir və dövlətçiliyin itirilməsinin səbəblərini müəyyənləşdirir.

2.2. Azərbaycanda demokratik respublika və sovet respublikası, İranda şahlıq rejimi və teokratik respublika idarəetmə sistemlərinin mahiyyətini bilir, tarixi zamanda ardıcıl şəkildə göstərir, onların bir-birini əvəz etməsinin səbəblərini təsvir, təhlil və müqayisə edir.

 

3. Azərbaycan ərazisində mövcud olmuş bir sıra dölətlərin quruluşunu onunla eyni dövrdə mövcud olan dünyanın başqa dövlətlərinin quruluşu və xüsusiyyətləri  ilə müqayisə edərək onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirir, təhlil və izah edir.

3.1. 1918-ci ildən müasir zamanadək olan dövrdə Azərbaycanda tətbiq edilən idarəçilik sistemlərini həmin dövrdə dünyanın başqa ölkələrində (Hindistan, İran, Türkiyə və  Latın Amerikası ölkələri və s.) tətbiq edilən idarəçilik sistemləri ilə müqayisə edərək onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirir, təhlil və izah edir.

 

4.  Azərbaycan dövlətləri ilə dünyanın başqa dövlətləri arsındakı münasibətləri dövlətlər­arası münasibətlərin müxtəlif növləri baxımın­dan təhlil edir, həmin münasibətlərin zaman keçdikcə inkişafını və dəyişməsini izləyir.

4.1. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azəbaycanın başqa dövlətlərlə (Gürcüstan, Ermənistan, RSFSR, Türkiyə, ABŞ, Britaniya, Polşa, İran və s.) əlaqələrinin inkişafını müxtəlif istiqamətlərdən izləyir və təhlil edir.

4.2. SSRİ və İran dövlətlərinin tərkibində Azərbaycanın başqa dövlətlərlə əlaqələrinin  inkişafını müxtəlif istiqamətlərdən izləyir və təhlil edir.

4.3. Müstəqil Azərbaycan Respublikasının başqa dövlətlərlə əlaqələrinin inkişafını müxtəlif istiqamətlərdən izləyir və əlaqələndirir.

5. Qanunların cəmiyyətdə və dövlətdə rolunu və mahiyyətini izah, təhlil və müzakirə edir və dəyərləndirir.

5.1. Totalitar Sovet rejimi dövründə keçirilən  siyasi və inzibati  islahatların mahiyyətini və onların Azərbaycan üçün nəticələrini müəyyənləşdirir.

5.2. XX əsrin 60-cı illərində keçirilmiş aqrar islahatlarla XX əsrin sonlarında keçirilən aqrar islahatları müqayisə edir, fərqini və oxşarlığın müəyyənləşdirir, əvvəlki dövrlərdə keçirilmiş (XIX əsrin 40-70-ci illəri və XX əsrin əvvəllərində ) islahatlardan fərqini izah edir.

5.3. Sovet totalitar sistemi,  şahlıq  rejimi ("Ağ inqilab”) və İran İslam Respublikası  şəraitində Azərbaycanda tətbiq edilən qanunların, keçirilən islahatların xarakterini və mahiyyətini izah, təhlil, müzakirə edir və dəyərləndirir.

6. Azərbaycan tarixinin müxtəliff dövrlərinə aid müxtəlif sosial təbəqə və qrupları hüquq və vəzifələrinə görə təsnif edir.

 

6.1. Bəhs edilən dövrdə Azərbaycanda əhali qrup və təbəqələrini onların mülki vəziyyətlərini, hüquq və vəzifələrinə görə təsnif edir.

6.2.  Azərbaycan Respublikasında özəlləşdirmə siyasətinin həyata keçirilməsi, bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq  meydana gəlmiş yeni sosial zümrəninin-milli burjuaziyanın cəmiyyətdə oynadığı rolu dəyərləndirir.

 

7. Ayrı-ayrı şəxslərin,  yaxud  sosial təbəqə və qrupların maraq­ları ilə dövlətin maraqları aarsındakı ziddiyyətlərə aid nümunələr gətirir və həmin ziddiyyətlərin həll edilməsinə dair faktları müzakirə edir, eyni zamanda başqa mümkün  həll yolları haqqında fərziyyələr irəli sürür.

 

7.1. Totalitar Sovet sistemi  və şahlıq rejimi şəraitində Azərbaycanda yeridilən siyasi, iqtisadi və sosial siyasətin əhalinin hansı sosial təbəqələrinin narazılığına gətirib çıxardığını və həmin narazılığının özünü hansı formalarda əks etdirdiyini izah edir.

7. 2. Əhalinin müxtəlif qrup və təbəqələrinin çıxışlarına dair nümunələr gətirir, onları əvvəlki dövrlərdəki çıxışlarla müxtəlif istiqamətlərdən müqayisə edir.

7. 3. Həmin çıxışlardan milli-azadlıq xarakteri daşıyanları seçir və öz seçimini əsaslandırır.

7. 4. Bəhs edilən dövrdə sosial qruplar arasındakı ziddiyyətlərin həlli yollarına dair fərziyələr irəli sürür.

 

 

 

V. Mədəniyyət və mədəni əlaqələr

Sagird:

1. Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid olan mədəniyyət təzahürlərini tanıyır, növlərinə görə təsnif edir və onları yaranma dövrünün xüsusiyyətləri ilə əlaqələndirir.

1.1. XX əsr üçün səciyyəvi olan memarlıq abidələri və təsviri sənət nümunələrini illüstrasiyalar əsasında fərqləndirir.

1. 2. XX əsrin 20-ci illəri-XXI əsrin əvvəllərində Azərbaycanda mədəniyyətin inkişafını dövrün xüsusiyyətləri ilə əlaqələndirir.

1. 3. XX əsrdə Azərbaycanda  elmin müxtəlif sahələrinin sürətli inkişafını Azərbaycanın mövcud ictimai-siyasi şəraiti baxımından təhlil edir.

2. Mədəniyyət təzahürlərinə aid olan müxtəlif nümunələrdən Azərbaycan mədəniyyətinə aid olanları seçir və onların başqa mədəniyyətlərə aid olan nümunələrlə oxşar və fərqli cəhətlərini müəyyənləşdirir.

2. 1. Dünyanın müxtəlif xalqlarının öyrənilən dövrə aid olan incəsənət nümunələri içərisindən Azər­baycan mədəniyyəti ilə bağlı olanlarını seçir və onların səciyyəvi xüsusiyyətlərini müəyyənləşdirir.

3.  Azərbaycan xalqının mədəni nailiyyət­lə­rinin və məişətinin başqa xalqların mədəniyyət və məişətinə təsirinə aid  nümunələri tanıyır və onları müvafiq zaman baxımından təhlil edir və dəyərləndirir.

3. 1. Öyrənilən dövrdə dünyanın bəzi ölkələrinin və xalqlarının mədəniyyətinin Azərbaycanın mədə­niyyətinə təsirini və əksinə prosesi Azərbaycanın müstəqil dövlətçiliyi, dövlətlərarası münasibətlərin və əlaqlərin  və nəqliyyat-komunikasiya əlaqələrinin inkişafı ilə əlaqələndirir.

4. Müxtəlif səbəblər üzündən hazırda başqa ölkələrdə olan Azərbaycan mədəniy­yətinin və elminin təzahürlərini tanıyır, fərqləndirir və onların dünyanın başqa ölkələrinin mədə­niyyətinə  təsirinə aid olan nümunələr gətirir və dəyərləndirir.

4.1. Müxtəlif səbəblər üzündən hazırda ölkəmizdən kənarda qalan maddi mədəniyyət abidələrimizi, mənəvi irsimizi (Gəncə qapıları, mütəfəkkirlərin əlyazmaları, Şeyx Səfi kitabxanasının əlyazmaları, rəsm əsərləri, sənətkarlıq nümunələri) tanıyır, onların başqa ölkənin mədəniyyətinə təsirinə aid nümunələr gətirir və dəyərləndirir.

 

VI. İqtisadi münasibətlər

 

Şagird:

1. İqtisadi münasibətlərlə bağlı əsas anlayışların köməyi ilə XIX əsrin 30-cu illərindən müasir zamana qədər Azərbaycanın iqtisadi inkişafını izləyir və təhlil edir.

 

 

 

1.1. AXC, Sovet rejimi və müstəqillik dövrlərində Azərbaycanın iqtisadi inkişaf xüsusiyyətlərini izləyir, bu inkişafı müqayisə edərək fərqli və oxşar cəhətləri müəyyənləşdirir.

1.2. XX əsrin 90-cı illərində  Azərbaycan Respublikasında bazar iqtisadiyyatına keçidin Avropanın keçmiş sosialist ölkələri, postsovet məkaın ölkələri və Rusiyadakı eyni proseslə müqayisə əsasında fərqli və oxşar cəhətlərini müəyyənləşdirir.

1.3. Azərbaycan Respublikasında bazar iqtisadiyyatına keçidin və onun  inkişafının səciyyəvi əlamətlərini izləyir və təhlil edir.

1.4. Bazar iqtisadiyyatının cəmiyyətin siyasi, sosial və mədəni həyata olan təsiri barədə   mülahizələr  yürüdür və əsaslandırır.

2. Azərbaycanda kənd təsərrüfatının, sənət­karlığın və ticarətin dövlətin inkişafında, şəhərlərin tərəqqisində oynadığı rolu müxtəlif mənbələr əsasında müəyyənləş­dirir, təhlil edir, nümunələr gətirməklə dəyərləndirir.

 

2.1. Azərbaycan milli burjuaziyasının kənd təsərrüfatının, sənayenin və ticarətin, mədəniyyətin tərəqqisində oynadığı rolu təhlil  və esse yazır.

2.2. Öyrənilən dövrdə sənayenin  müxtəlif sahələrinin (neft hasilatı və emalı, dağ-mədən sənayesi, tütün, pambıq, balıq və s. sənayesinə) bir-birinə qarşılıqlı təsiri haqqında fikirlər irəli sürür, nümunələr gətirməklə onları dəyərləndirir.

3. Müxtəlif tarixi dövrlərdə Azərbaycanda iqtisadi münasibətlərin müxtəlif sahələrin­dəki inkişafı müasirliklə əlaqləndirir, onların zaman keçdikcə inkişafını, dəyiş­məsini izləyir və izah edir.

3.1. Öyrənilən dövrdə təsərrüfatın  müxtəlif sahələrinin inkişafını müvafiq bölgələrin və yaxud şəhərlərinin iqtisadi inkişafı ilə əlaqələndirir.

3.2. Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin fəaliyyətə başlamasını əsrin ən iri layhiələrindən birinin reallığa çevrilməsi kimi dəyərləndirir, onun Azərbaycanın, regionun, bütövlükdə dünyanın iqtisadi, sosial, mədəni  və geosiyasi inkşafına verəcəyi töhfələri proqnozlaşdırır.

3.3. «Üç dənizin əfsanəsi» adlı esse yazır.

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 21 noyabr 2013 16:23
    esas bu dieeee


    bize le esas 
    111i sinif lazimdi
    o da tapildi

  2. 27 dekabr 2014 21:58
    maraqlidi. twk

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.