Abituriyentlərə dəstək

 [/b]

Abituriyentlərə dəstək

Az[/b]ə[/b]rbaycan[/b] [/b]tarixi[/b] ([/b]erk[/b]ə[/b]n[/b] [/b]orta[/b] [/b]ə[/b]srl[/b]ə[/b]r[/b])[/b]

 

 

1. VI əsrin əvvəllərində Atropatenanın ictimai quruluşunda baş vermiş dəyişiklik:

A) Kənd icmalarının rolu artdı

B) İcma torpaq sahibliyi daha da inkişaf etdi

C) Torpaqsız icma üzvləri feodallardan asılı kəndlilərə çevrildilər

D) Feodal münasibətləri yaranmağa başladı

E) şərti torpaq sahibliyi zəiflədi

 

2. Albaniyanın Sasani hakimiyyəti altında ol­duğu dövrə aid deyil:      

A) Sanatürkün Ermənistanın paytaxtı Valar­şapatı tut­­ması

B) Aquen kilsə məclisinin keçirilməsi

C) Məzdəkilər hərəkatının baş verməsi

D) Cavanşirin Şam şəhərinə gedərək ərəb xəlifəsi ilə görüşməsi

E) Sabir türklərinin Girdiman vilayətində məskun­laş­ması

 

3. Ərəb xilafətində ilk vaxtlar Sasani impe­riyasının çoxəsrlik idarə sistemindən istifadə edilməsinin səbəbi:

A) Bu idarəçilik sisteminin mütərəqqi mahiyyət da­şıması

B) Ərəblərin dövlət təşkilatçılığı cəhətdən kifayət qədər təcrübə və idarəçilik vərdişlərinin olması

C) Ərəb xəlifələrinin əksəriyyətinin fars mənşəli ol­ması

D) Xilafət ərazisinin böyük bir hissəsini keçmiş Sa­sani torpaqlarının təşkil etməsi

E) Geniş işğallar aparıldığından yeni idarə sisteminə keçməyə vaxtın olmaması

 

4. VII əsrin 40-50-ci illərində və 662-ci ildə baş ver­miş Bələncər döyüşlərinin oxşarlığı:

  1. Xəzərlərlə slavyanlar arasında baş ver­mişdir 
  2. Xəzərlər qalib gəlmişlər 
  3. Xəzərlərlə ərəblər arasında baş ver­mişdir 
  4. Ərəblər qalib gəlmişlər 
  5. Slavyanlar qalib gəlmişlər 
  6. Xəzərlər məğlub olmuşlar 

A) 1, 2   B) 3, 4   C) 2, 3   D) 1, 6   E) 1, 5

 

5. Cavanşirin hakimiyyəti dövrünə uyğundur:

A) Ərdəbilin ərəbələr tərəfindən ikinci dəfə işğal olunması

B) Ərəblərin Azərbaycanda  əhalini, mal-qara və torpağı siyahıya almaları

C) Əməvilər sülaləsinin siyasətinə qarşı Xila­fətin mərkəzində və asılı ölkələrdə müba­ri­zənin kəskinləşməsi

D) Beyləqanda Müsafirin başçılığı alıtnda üs­yan baş verməsi

E) Xəzərlərin 300 minlik ordu ilə Azərbay­cana soxularaq Ərdəbilə qədər irəliləməsi

 

7. Xürrəmilərin 778 və 808-ci illər üsyanla­rının nəticələrinin oxşarlığı:

A) Xürrəmilər qalib gəlmişlər

B) Xürrəmilər məğlub olmuşlar

C) Xürrəmilər taktiki hiylə işlətməklə qalib gəlmiş­lər

D) Ərəblər xəyanət yolu ilə qalib gəlmişlər

E) Döyüşn tərəflər üçün nəticəsiz olmuşdur

 

8. Xürrəmilər hərəkatı dövrünə uyğundur:

A) Ərəbələrin Azərbaycanda əhalini, mal-qa­ranı və torpağı siyahıya almaları

B) Bizans imperiyasında Yustinianın haki­miyyətdə olması

C) Frank dövlətinin yaranması

D) Frank imperiyasının yaranması

E) «Müqəddəs Roma imperiyası»nın yaran­ması

 

9. Xronoloji  ardıcıllığı əyyənləşdirin:

  1. Birinci Həşdadsər döyüşü 
  2. Xürrəmilərin Ərəb xilafətinə qarşı ikin­ci üsyanı 
  3. İkinci Həmədan döyüşü 
  4. Ərəblərin xürrəmilərə qarşı ilk nizami or­du hissələri göndərməsi 

A) 2, 3, 4, 1   B) 2, 1, 4, 3   C) 3, 2, 4, 1

D) 1, 4, 3, 2   E) 2, 4, 1, 3

 

10. SacilərRəvvadilər və Şəddadilər dövlətlə­rinə xas olan ümumilik:

A) Əsaslarını qoymuş sülalələrin türk mənşəli ol­ması

B) Hökmdarlarının əksəriyyətinin ərəb mən­şəli ol­ması

C) Əsaslarını qoymuş sülalələrin kürd mənşəli ol­ma­sı

D) Azərbaycan torpaqlarını ələ keçirmək istə­yən er­məni-gürcü feodallarının və Bizansın birləşmiş qüvvələrini sarsıdıcı məğlubiyyətə uğratmaları

E) Bütün Azərbaycan torpaqlarını vahid döv­lətdə birləşdirmələri

 

11. 951-ci ildə baş vermiş hadisələr:

  1. Şəddadilər dövlətinin əsasının qoyul­ması 
  2. Ərəblərlə franklar arasında Puatye döyü­şü­nün baş verməsi 
  3. Almaniya kralı I Ottonun Şimali İtali­yanı ələ keçirməsi 
  4. Məhəmməd ibn Şəddadın Dəbil əmir­liyinin əsasını qoyması 

A) 1, 2    B) 3, 4   C) 2, 3   D) 1, 3   E) 2, 4

 

12.  Məntiqi ardıcıllığı tamamlayın:

1.Haşimilər  2. Cəfərilər    3. …………………

A) Sacilər         B) Salarilər   C) Şirvanşahlar

D) Rəvvadilər  E) Şəddadilər

 

13. Salari hökmdarı Mərzban ibn Məhəm­mədə aid olanlar:

  1. Hakimiyyəti dövründə Xudafərin kör­püləri inşa olunmuşdu 
  2. Ermənistan ərazisini öz dövlətinin tər­kibinə qatmış, Şərqi Gürcüstanı tabe etmişdi.
  3. Salarilər dövlətinin sonuncu hökm­da­rıdır 
  4. 30000 nəfərlik qoşunla Bərdəni slavyan ­ğalından azad etməyə getmişdi 
  5. Vergi sistemində qayda-qanun yarat­maq üçün xüsusi qanunnamə hazırlat­mışdı

A) 1, 2, 4   B) 2, 3, 4   C) 3, 4, 5   

D) 2, 4, 5   E) 1, 2, 3

 

14. IX əsrin kinci yarısı-XI əsrin ortalarında Azərbaycanda elmin müxtəlif sahələrinə ma­rağın artmasına şərait yaratmış amillər:

  1. Ölkənin ayrı-ayrı vilayətləri arasında iqti­sadi əlaqələrin genişlənməsi 
  2. Ərəb səyyah və coğrafiyaşünasların Azər­bay­can şəhərləri haqqında verdiyi məlu­matlar 
  3. Beynəlxalq karvan ticarətinin geniş­lən­məsi 
  4. Bütün Azərbaycan torpaqlarının uzun müd­­dət vahid dövlətin tərkibində ol­ması 
  5. Şəhərlərdə müxtəlif sənət sahələrinin tə­rəqqi etməsi 

A) 1, 4, 5    B) 2, 4, 5   C) 1, 2, 3 

D) 1, 3, 5    E) 2, 3, 4

 

15. Sacilər dövlətinin mövcud olduğu dövrdə Çin­­də:

A) Sun sülaləsinin hakimiyyəti bərqərar oldu

B) Xuan Çaonun başçılıq etdiyi kəndli üsyanı məğ­lub oldu

C) Xuan Çaonun başçılığı ilə kəndli üsyanı başlandı

D) Feodallar dövlət torpaqlarını özbaşına ələ keçir­məyə başladılar

E) Tan sülaləsi hakimiyyətə gəldi

 

16.  Orta əsr mənbələrində sərirlər adlanırdı:

A) Şimali Qafqazda yaşayan alanlar

B) İdil ətrafı ərazilərdə yaşayan qıpçaqlar

C) Xəzərlər     D) Slavyanlar

E) Dağıstanda yaşayan xalq

 

17.  Slavyanların Xəzər sahillərinə 914- il ­­­şü­nün əvvəlkilərdən fərqi:

A) Təsadüfi, nizamsız səfər idi

B) Dağıdıcı deyil, ticarət məqsədi daşıyırdı

C) Kiçik dəstələrdən ibarət idi

D) Böyük və nizamlı bir hərbi səfər xarakteri daşı­yırdı

E) Xəzərin İran sahillərinə doğru yönəlmişdi

 

18. 642 və 833- illər Həmədan döyüşlərinin ox­şarlığı:

A) Xəzərlər qalib gəlmişlər

B) Ərəblər məğlub olmuşlar

C) Ərəblər qalib gəlmişlər

D) Xürrəmilər məğlub olmuşlar

E) Xürrəmilər qalib gəlmişlər

19.  Cavanşirin sui-qəsd nəticəsində öldürül­mə­sin­dən neçə il sonra Babək edam olun­muşdu?

A) 159  B) 156   C) 150   D) 149   E) 140

 

20. Sasanilərin qalib gəldikləri döyüşlər deyil: 

  1. Suzian     2. Avarayr      3. Xalxal[/i]

4.  Kadisiyyə  5. Nəhavənd  6. Amid

A) 1, 2, 6   B) 3, 4, 5   C) 2, 3, 4  

D) 3, 4, 6    E) 1, 2, 3

 

21. Sacilər və Qəznəvi dövlətlərinə aid olan oxşar cəhət:

A) Hər ikisinin əsasını Mərkəzi Asiyadan olan türk mənşəli sülalələrə mənsub sərkərdələr qoyumşlar

B) Hər ikisi Ərəb xilafətinin dağılması nəticəsində yaranmışdır

C) Hər ikisinin varlığına səlcuqlar son qoymuşlar

D) Hər ikisi eyni vaxtda mövcud olmuşdur

E) Hər ikisi Bizansla müharibələr aparmışlar

 

22. Şirvanşahlar və Sacilər dövlətlərinə xas olan oxşarlıqlardan deyil:

1.   Bütün Azərbaycan torpaqlarını vahid döv­lət­də birləşdirmişdilər.

  1. Azərbaycanın şimal torpaqlarında yaran­mış­­dılar
  2. Ərəb xilafətinin dağılması nəticəsində yara­nmış­dılar
  3. [i]Dərbənd səddini təmir etdirmişdilər

A) 3, 4    B) 1, 2   C) 1, 4   D) 1, 3    E) 2, 3

 

23.  Uyğunluq gözlənilmişdir:

A) «Kürki» bazarı yerləşirdi-Ərdəbildə

B) Cənubi Qafqazda kətan parça istehsalının yeganə mər­kəzi idi- Dərbənd

C) «Arranın anası» hesab olunurdu-Beyləqan

D) Şabran şəhəri salınmışdı- Muğan  düzündə

E) Təbriz ilk dəfə paytaxtı olmuşdur-Salarilərin

 

24. Uyğunluq pozulmuşdur:

A) X əsrdə Azərbaycanın cənub rayonlarında Ərdə­bildən sonra ikinci böyük şəhər idi- Təbriz

B) Sacilər və Salarilər dövlətinin paytaxıt olmuş­dur- Ərdəbil

C) Ərəb səyyahları Arranın ən böyük şəhərləri sıra­sında Bərdə və Dərbənddən sonra bəhs edirlər-Tif­lisdən

D) Sacilər dövlətinin paytaxtı olmuşdur-Marağa

E) X əsrdə kanalizasiya sistemi yaradılmışdı-Dər­bənddə

 

25.  I Xosrov Ənuşirəvan və Məhəmməd ibn Mərzbana aid olan oxşarlıq:

A) İnzibati islahatlar keçirmişlər

B) Vergi sistemini nizama salmışlar

C) Geniş işğalçı müharibələr aparmışlar

D) Etnik köçürmə siyasəti yeritmişlər

E) Köçəri-hərbçi əyanların nüfuzunu artırmışlar

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 6 yanvar 2012 10:39
    Qardaw testlere gore tewekkur edirem.

  2. 21 fevral 2012 16:32
    gozel testlerdir

  3. 24 fevral 2012 18:17
    düşündürücü testlerdi

  4. 3 avqust 2012 14:36
    eladiiii )))

  5. 31 avqust 2012 16:27
    testler eladi amma cavablarinda versez yaxsi olar

  6. 28 sentyabr 2012 23:43
    testlere gore cox sag olun/amma cavablari da verin da zehmet olmasa

  7. 15 noyabr 2012 18:16
    1c,2d,3b,4c,5a,7b,8d,9e,10,d,11b,12c,13d,14d,15b,16e,17d,18c,19(157il olmalidir.variant sehvdir)20b,21A,22B,23B,24A,25B buyurun istifade edin eziz abituriyentler.Cavabi yazdi Elvin muellim

  8. 11 iyul 2014 22:34
    7cide a bendi deyil?

    --------------------

  9. 23 yanvar 2015 23:31
    gözəl testdir düşündürücüdür

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.