Gündoğan ölkə
//
//
20 iyul 2014
//

Gündoğan ölkə

 Yaponiyada olubsuzmu? Onların maraqlı adətləri haqqında xəbəriniz varmı?  Dünyanı gəzməyə planlaşdırdıqda bu ölkəni yada salın......
Gündoğan ölkə
İmtahan verənlər üçün riyaziyyatdan testlər.
//
//
18 iyul 2014
//

İmtahan verənlər üçün riyaziyyatdan testlər.

 Əziz istifadəçilər və imtahana hazırlaşanlar bu testlərin mənə çox köməyi oldu.Yəqin ki,sizində işinizə yarayar.
İmtahan verənlər üçün riyaziyyatdan testlər.
Qedim yunan-şəhər dövlətləri
//
//
13 iyul 2014
//

Qedim yunan-şəhər dövlətləri

Təbiət Yunanıstanı 3 hissəyə -şimali,cənubi və orta Yunanıstana bölmuşdǜ.Şimali Yunanıstanda Fessaliya,orta Yunanıstanda Attika,cənubi Yunanıstanda (Peloponnes) isə Lakonika və Messeniya vilayətləri yerləşirdi. E.ə VIII-V əsrlərdə Yunanıstanda
Qedim yunan-şəhər dövlətləri
Mühazirə
//
//
13 iyul 2014
//

Mühazirə

 Mühazirə
Mühazirə
Azərbaycan tarixi BSQ-2
//
//
13 iyul 2014
//

Azərbaycan tarixi BSQ-2

 Hacıqabul r-n udulu məktəbi: Müəllim Z.Əliyev
Azərbaycan tarixi BSQ-2
Tarixi gözünlə gör! » Kitabxana » Testler » Azərbaycan tarixi-7-test

Azərbaycan tarixi-7-test

müəllif administrator
//
21-12-2011, 22:50
//
//
oxunub 36000

Azərbaycan tarixi-7-test

Əziz şagird və abituriyentlər ! Sizlərə 7-ci sinif Azərbaycan tarixi fənni üzrə testlər təqdim edirəm. Buyurun həllinə keçin. Bu testlər 
yaxın bir mənbədən alınmışdır. Uğurlar !

 

 

1. Məşhur Bərdə bazarının əhəmiyyətini itirməsinin və pul kəsilməsinin dayandırılmasının səbəbi:

a) Şəddadilərin Gəncəni özlərinə paytaxt seçmələri

b) Slavyanların 909-cu il yürüşü

c) Slavyanların 910-cu il yürüşü

d) Mosul hakimi Əbu Məhəmməd Nəsrəddövlənin yürüşü

e) Slavyanların 944-cü il yürüşü


2. IX əsrin ikinci yarısı-XI əsrdə Azərbaycandakı feodal dövlətlərini idarə edən ərəb mənşəli sülalələr

  1. Sacilər
  2. Şəddadilər
  3. Rəvvadilər
  4. Eldənizlər
  5. Salarilər
  6. Məzyədilər

a) 1,3,6  b) 2,4,5  c) 3,5,6  d) 2,3,4 e) 3,4,5


3. Orta əsr mənbələrində Dağıstanda yaşayan xalq necə adlanırdı?

a) Alan     b) Qıpçaq

c) Sərir     d) Bulqar   e) Onoqur


4. Maymun ibn Əhmədin slavyanları köməyə çağırmasından neçə il sonra Dərbənd hakimi Mansur ibn Maymun slavyanların qoşunlarını məğlub etdi?

a) 46   b) 40   c) 45  d) 54  e) 56

 


5. Dərbənd hakimi Maymun ibn Əhmədin slavyanları köməyə çağırmaqda məqsədi nə idi?

a) Şirvanşahlardan özünü müdafiə etmək b) Yerli əyanlara qarşı mübarizə aparmaq

c) Qıpçaq və alan hücumlarının qarşısını almaq

d) Sərir tayfalarından müdafiə olunmaq

e) Şəddadilər üzərinə hücum etmək

 


5. Oğuz türklərinin Azərbaycanda mövqeyi xeyli gücləndi:

a) Sasani dövlətinin süqutu nəticəsində

b) Ərəb işğallarından sonra

c) Sacilər dövlətinin möhkəmlənməsi

d) Rəvvadilərin hakimiyyəti dövründə

e) Türkdilli tayfaların etnik axını zamanı

 


6. Saci hökmdarı Yusif Əbu Saca aid deyil:

a) Xilafət xəzinəsinə xərac göndərilm

sini tamamilə dayandırdı

b) Şirvanşahları tabe etdi

c) Dərbənd səddini təmir etdirdi

d) Təbriz, Marağa və Əhər hakimlərini tabe etdi

e) Müstəqil hökmdar kimi öz adından pul kəsdirdi

 


7. Slavyanların 909 və 914-cü il yürüşləri zamanı Azərbaycanda hansı dövlətlər var idi?

  1. Sacilər
  2. Salarilər
  3. Şirvanşahlar
  4. Rəvvadilər
  5. Şəddadilə

a) 1,3  b) 3,5  c) 2,4  d) 4,5  e) 2,3


8. Ərəb mənbələrində slavyanların rus adlandırılmasının səbəbi:

a) O vaxt Kiyev knyazlarının hərbi drujinalarının üzvləri «rus» adlanırdılar

b) Ros çayı sahilində yaşayırdılar

c) Ən böyük slavyan tayfası «Ros»un adı ilə belə adlanırdı

d) «Ros» adlı tayfa başçısının adı ilə adlanırdı

e) «Ros» sözü ərəbcə slavyan mənasını verirdi


8. Azərbaycan torpaqlarının Salarilər tərəfindən yenidən vahid dövlətdə birləşdirilməsinin əhəmiyyəti:

a) Azərbaycan türk xalqının formalaşması prosesi başa çatdı

b) Etnik fərqlər aradan qalxdı, xristianlıq sıxışdırıldı

c) Bütün ölkə miqyasında iqtisadi əlaqələr inkişaf etdi, sənətkarlıq və ticarətin tərəqqisinə, xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərdi

d) Dövlətin hərbi qüdrəti artdı, xarici əlaqələri gücləndi

e) Elm və mədəniyyətin inkişafı

 


9. Xronoloji ardıcıllığı göstərin:

  1. Bərdə faciəsi
  2. Xudafərin körpüsü salındı
  3. Şəddadilər dövləti yaradıldı
  4. İbrahim Osmanoğlu Gəncə qapılarını hazırladı

A) 3,4,2,1

B) 2,4,3,1

C) 1,3,2,4

D) 1,2,4,3

E) 3,2,4,1

 

 

10. Slavyanların 909-cu il yürüşünün nəticəsi:

A) 16 gəmi ilə Xəzər dənizinə daxil olaraq Abeskun adasını ələ keçirib sahil məntəqələrini qarət etdilər

B) Kür çayı vasitəsilə Bərdəyə soxularaq qarət və talanlar törətdilər

C) Sarı adası və sahil məntəqələrində yanğınlar törədərək Xəzərin İran sahillərinə hücum etdilər. Gilanşahın, sonra isə Şirvanşahların qoşunları tərəfindən darmadağın edildilər

D) 500 gəmi ilə Xəzərə daxil olaraq sahil məntəqələrini qarət etsələr də, əhali tərəfindən məğlub edilib qovuldular

E) Xəzərin İran sahillərində İran donanması tərəfindən darmadağın edildilər

 

 

11. IX-X əsrlərdə Azərbaycana aramsız yadelli basqınlarına qarşı mübarizəni çətinləşdirən amillər:

  1. Güclü ordunun olmaması
  2. Feodal dağınıqlığının hökm sürməsi
  3. Siyasi hərc-mərclik
  4. Ticarət dağınıqlığının hökm sürməsi
  5. Bütün ölkə ərazisini əhatə edən və uzun müddət davam edən qüdrətli dövlətin olmaması
  6. Etnik birliyin olmaması və Bizanspərəst ünsürlərin maneçilik törətmələri

A) 1,4,3  B) 2,3,4  C) 1,3,6  D) 2,5,6   E) 3,5,6

 


12. Slavyanların 944-cü il yürüşündə məqsəd:

A) Xəzərsahili vilayətləri talamaq

B) Şimali Azərbaycanda möhkəmlənmək və Bizans üzərinə yürüş etmək

C) Volqa-Xəzər su hövzəsinə yiyələnmək

D) Xəzərsahili vilayətlərdə həmişəlik möhkəmlənmək

E) «Arranın baş şəhəri» hesab edilən,

 


13. IX əsrin ikinci yarısı-X əsrdə yaranmış Azərbaycan dövlətlərinin xronoloji ardıcıllığı

  1. Şəddadilər
  2. Şirvanşahlar
  3. Rəvvadilər
  4. Sacilər
  5. Salarilər

A) 3,5,4,1,2   B) 2,4,5,3,1  

C) 2,4,5,1,3   D) 4,5,2,3,1   E) 3,2,4,5,1


14. Qanunauyğunluq pozulmuşdur:

A) Vəhsudan-Rəvvadi

B) Mənsur ibn Maymun-Dərbənd hakimi

C) Marağa-Salarilər dövlətinin paytaxtı

D) Sacilər-Usruşana vilayəti

E) Yezidiyyə-Şamaxı şəhəri

 

 

15. Şirvanşah Əbu Tahirin qədim Şamaxını bərpa etdirib paytayxtı bura köçürməsi nə ilə əlaqədar idi?

A) Sacilərin Gəncəni ələ keçirməsi ilə

B) Slavyanların Xəzərsahili vilayətlərə hücumlarının güclənməsi ilə

C) Lahıcanşahlığın Şirvanşahlar dövlətinə birləşdirilməsi ilə

D) Dərbəndin xəzərlərin hücumlarına məruz qalması ilə

E) Şirvanın xəzərlərin hücumlarına məruz qalması ilə

 


16. Şirvanşahların paytaxtının Şamaxıya köçürülməsinin əhəmiyyəti:

A) Qədim şəhər bərpa edildi, ticarət və sənətkarlıq inkişaf etdi

B) Dövlətin müdafiə qabiliyyəti artdı, şimaldan köçəri tayfaların hücumlarına son qoyuldu

C) Məzyədilər ərəb mənşəyini itirdilər

D) Şirvanşahlar dövlətinin müstəqilliyi daha da artdı, ərazisi genişləndi

E) Azərbaycan torpaqlarının vahid dövlət halında birləşdirildi


17. Ayrı-ayrı vaxtlarda Şirvanşahlardan asılı vəziyyətə salınmışlar:

1. Xursan         2. Şəki         3. Qarabağ

4. Sənariyyə   5. Dərbənd   6. Gəncə

A) 1,3   B) 2,4   C) 1,6  D) 2,6  E) 3,4


18. Sacilər mənşəcə mənsub idilər:

A) Bəsrə və Kufədəki ərəb nəsillərinə

B) Şərqi Anadoludakı müsəlman kürdlərinə

C) Mərkəzi Asiyanın Əsruşən vilayətinin Afşin ləqəbli qədim türk nəsillərinə

D) İranda yaşayan fars nəsillərinə

E) Mərkəzi Asiyada yaşayan oğuzların qayı boyuna

 


19. Şərqi Anadolu, İran və Cənubi Qafqazın, o cümlədən Azərbaycanın Xilafətin əlinə keçməsinin nəticəsi:

A) İslam dini bu ərazilərdə qəti olaraq möhkəmləndi

B) Azərbaycanda yerli dövlətçiliyin yaranması üçün şərait yetişdi

C) İslam dinini qəbul etmiş türk tayfalarının mövqeyi daha da möhkəmləndi

D) Həmin ərazilər arasında möhkəm iqtisadi əlaqələr yarandı

E) Ticarət inkişaf etdi, yeni şəhərlər yarandı, sənət sahələri tərəqqi etdi

 

 

rəylərin sayı. (34)

Elnur
Elnur 26 dekabr 2011 08:52
maraqli testlerdir.hazirlayana tewekkurler

qukqu
QUKQU 13 yanvar 2012 23:11
Maragli testlerdir...

diana 2 fevral 2012 09:35
bunu nisanlamaq olmur?

Hamlet
administrator 2 fevral 2012 13:05
bunu ancaq baxaraq yazma olur

Hamlet
administrator 3 fevral 2012 15:55
olar bu qun 8-ci sinifde elave edecem inshallah axshama

Sevda
sevda 26 fevral 2012 03:33
Cox saq olun...yorulmayasiz//

Teshekkurler...

BU kimin resmidir??Hurrem sultan olmaya?

TALEH
TALEH 25 mart 2012 17:16
SAGOLUN'

tebriz
tebriz 18 aprel 2012 17:32
Minnetar feel am

Zamin
Zamin 7 iyun 2012 14:59
cavablari yoxdu?

Aysu 22 iyun 2012 18:56
tewekkurler

Nazile
Nazile99 27 iyun 2012 12:11
tewekkurler. bunlarin cavablari yoxdur?

NEZRIN
saqi 6 avqust 2012 16:46
cox gozel testlerdir.ahmisini aysdim.cox sade idi love

ayla memmedova
ayla memmedova 13 avqust 2012 20:57
Cox asan testlerdi mence hamisini iwleye bildim winked

Elena
Elena 21 avqust 2012 20:09
of bu cox cetindir of of of angry

vefa
isabella hill 15 sentyabr 2012 19:18
maraqlidi amma cetindi what

resad
leo_messi 20 oktyabr 2012 17:26
suallar xosuma geldi

Aysel
Ayselka 20 oktyabr 2012 18:21
hamisini yazdim cox asandir

fidan
pepi 10 dekabr 2012 19:25
cox sagolun amma bir prablem var 17 ci testde sehvlik var sirvansahlar sekini xursan senariyyeni derbendi oz hakimiyyeti altina salib onda cavab ne olur xahis edirem duzgun cavabi yazin twk



Hamlet
administrator 10 dekabr 2012 20:45
Hormetli Pepi bu suallari mene tanish bir muallim gonderib duzu 17 sual ise kitab cumlesi ile verilib Sheki ve Sanariyye ayri ayri vaxtlarda Asili olub Xursan ve Tabasaran ise Derbenden sonra tutulub

sebnem
renata 15 yanvar 2013 20:22
cox ela testlerdir. wink winked tongue

xeyale
xeyale memmedli 16 yanvar 2013 11:28
cavablarinida verinde recourse

essek
essek 22 yanvar 2013 15:57
cox maraqli ve intelektual testlerdir ancaq bunlarin cavablari olsaydi yoxlayardiq

GunesGunes 6 fevral 2013 15:25
maraqlidie winked

AYLA A_VA 6 fevral 2013 15:30
HMMM........

AYLA A_VA 12 fevral 2013 11:36
salam mene bu wekli kim qoyub???

twk qewengdi love

meftunec 21 fevral 2013 17:09
Salam mellim.Men hene baadmrem.Cavab semek olmur?Baxb bir-bir yazmalyq?

Menede cavab yazn ne olar

Hormetli Meftuneq buradakini beli ancaq yazmalisan vereqlerine Ancaq onlayn etmek isrteyirsense ana sehifede solda Onlayn test yazilib Ora qir ve icerisindeki Teste bashlani vur orada onlayn ele BUyur !

farida 11 mart 2013 21:20
salam cox sevindim ki bura qebul olundum. smile

history my favorite subject.that is why ay give 3 groups. winked

briliant
briliant 19 mart 2013 18:49
salam ikinci sualda duzgun cavab varianti yoxduuuuu

nusabe ebilzade
naqil 20 aprel 2013 15:55
cox tesekkur bu testleriri artiq hell etmisem smile

mirzeyeva nurtac
Mirzeyeva Nurtac 11 iyun 2013 13:36
cox ela testler idi ozumuzu sinamaga cox tewekkur edirem
smile smile smile

Rəyinizi bildirin!

Məlumat
Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz şərh yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
Sayta daxil ol.
BÖLMƏLƏR

Qan yaddaşımız
Radio Klio
Загрузка плеера ...
Скачать
Səs verin
Saytda xoşlamadığınız nədir?
məqalələr
radio
audio dərslər
hər şey qaydasındadır

Dost saytlar