Azərbaycan Birinci Dünya müharibəsi illərində

 Azərbaycan Birinci Dünya müharibəsi illərində


Azərbaycan Birinci Dünya müharibəsi illərində

 

 

1. Müharibə ərəfəsində  Azərbaycan neft sənayesində  hakim mövqe tutmaq uğrunda mübarizədə daha çox rəqabət aparan inhisalar:

  1. ABŞ inhisarları 
  2. Rusiya inhisarları 
  3. Fransa inhisarları 
  4. İngiltərə inhisarları 
  5. Almaniya inhisarları 

A) 1, 2   B) 3, 4   C) 4, 5   D) 1, 3   E) 3, 5

 

2. Alman inhsarları Bakı neftinə sahib olmaq üçün:

A) Rusiya ilə yaxınlaşmağa cəhd edirdilər

B) İrandan istifadə etmək istəyirdilər

C) Milli burjuaziya ilə əməkdaşlıq edirdilər

D) Türkiyədən istifadə etmək istəyirdilər

E) İngiltərə ilə razılığa gəlməyə can atırdılar

 

3. Almaniyanın Qafqaza dair işğalçılıq planlarına daxil idi:

  1. Qafqazda Rusiya ilə Türkiyə arasında xristian bufer dövləti yaratmaq 
  2. Müstəqil Azərbaycan dövləti yaratmaq 
  3. Qafqazı Türkiyə ilə bölüşdürmək 
  4. Türkiyə sərhəddi yaxınlığında bitərəf Qafqaz müsəlman dövləti yaratmaq 
  5. Qafqazda yaşayan müsəlmanları Rusiyanın müstəmləkə əsarətindən xilas etmək 

A) 1, 3  B) 2, 5  C) 1, 4  D) 2, 4   E) 4, 5

 

4.  Türk ordusunun Qafqaz cəbhəsindəki hər­bi əməliyyatlarına rəhbərlik edirdi:

A) Nuru paşa

B) Mürsəl paşa

C) Ənvər paşa

D) Tələt paşa

E) Kazım Qarabəkir paşa

 

5.  1914-cü il dekabrın 4-dən 1915-ci il yanvarın 18-dək davam etmiş hərbi əməliyyat:

A) Boğazlar əməliyyatı

B) Köprü-Köy əməliyyatı

C) Sarıqamış əməliyyatı

D) Ərzurum əməliyyatı

E) Bağdad əməliyyatı

 

6.  Sarıqamış döyüşünün nəticəsi:

A) Türklər qalib gəldilər

B) Türklər qalib gələrək Batumu ələ keçirdilər

C) Ruslar qalib gəldilər və İstambula gedən yol açıldı

D) Hər iki tərəf ağır itki verərək əvvəlki mövqelərinə çəkildilər

E) Ruslar qalib gəldilər, Təbrizi tutdular

 

7.  Uyğun variantı müəyyənləşdirin:

  1. «Müqəddəs Georgi» ordeninin dörd də­rəcəsi ilə təltif edilmiş Nijeqorod dra­qun alayının rotmistri olmuş azərbay­canlı 
  2. Qərb cəbhəsində mühəndis alayında vuruşmuş və döyüşdə göstərdiyi igidliyə görə «Müqəddəs Georgi» ordeni ilə təltif olunmuş azərbaycanlı 
  3. «Müqəddəs Georgi» ordeni ilə təltif olunmuş ilk azərbaycanlı təyyarəçi

A) Fərrux Qayıbov, Qalib Vəkilov, Teymur Novruzov

B) Fərrux Qayıbov, Teymur Novruzov, Qalib Vəkilov

C) Qalib Vəkilov, Teymur Novruzov,  Fərrux Qayıbov

D) Teymur Novruzov, Fərrux Qayıbov, Qalib Vəkilov

E) Teymur Novruzov, Qalib Vəkilov, Fərrux Qayıbov

 

8. Fransanın  yüksək rütbəli sərkərdələr üçün nəzərdə tutulan ordeni ilə təltif olun­muş azərbaycanlı hərbçi:

A) Hüseyn xan Naxçıvanski

B) Səməd bəy Mehmandarov

C) tərlan Əliyarbəyov

D) İbrahi Ağa vəkilov

E) Əliağa Şıxlınski

 

9.  1. I Dünya müharibəsi başlayanda Qərb cəb­həsində 21-ci piyada diviziyasının koman­diri idi 

2. Müharibənin sonuna yaxın korpuslar qru­puna konmandanlıq edirdi

Göstərilənlər Azərbaycanın hansı sər­kər­dəsinə aiddir?

A) Əliağa Şıxlınskiyə

B) İbrahim Ağa Vəkilova

C) Hüseyn xan Naxçıvanskiyə

D) Tərlan Əliyarbəyova

E) Qalib vəkilova

 

10. Göstərilənlərdən bir H.Naxçvanskiyə aid deyil:

A) Müharibə ərəfəsində I əlahiddə süvari bri­qa­dasının komandiri idi

B) Müharibə başlayandan sonra Cənub-Qərb cəbhəsinə komandanlıq edirdi

C) Alman cəbhəsinin yarılmasında xüsusilə fərqləndiyi üçün cənubi Qafqaz cəbhəsinin komandanı təyin olunmuşdu

D) General-leytenant rütbəsinə yiyələnmişdi

E) Ali Baş komandanın əmri ilə Peterburqun müdafiəsi ona tapşırılmışdı

 

11.  Rusiyanın milli ucqarlarında milli-azadlıq hərəkatına təkan vermiş hadisələr:

  1. Rusiyanın müharibəyə qoşulması 
  2. Cəbhələrdəki məğlubiyyətlər 
  3. Mütləqiyyətin devrilməsi 
  4. Oktyabr çevrilişindən sonra Rusiyanın müharibədən çıxması 

A) 1, 2   B) 3, 4   C) 2, 3   D) 1, 4   E) 2, 4

 

12.  Birinci Dünya müharibəsi dövründə  dağlıların və türk xalqlarının nümayəndələri ilə birlikdə cəbhə xəttini keçərək Avstriya-Macarıstana və Almaniyaya getmiş azərbaycanlılar:

  1. Əli bəy Hüsyenzadə 
  2. Nəsib bəy Yusifbəyov 
  3. Əlimərdan bəy Topçubaşov 
  4. Əhməd bəy Ağayev 
  5. Həsən bəy Ağayev 

A) 1,3  B) 3, 5  C) 1, 4  D) 2, 3   E) 1, 2

 

13. Müsəlman vilayətlərini Rusiyanın müs­təmləkə əsarətindən azad edilməsinə yar­dım göstərmələrini xahiş etmək məqsədilə Ənvər paşanın yanına getmiş azərbaycanlı:

A) Nəsib bəy Yusifbəyov

B) Əhməd bəy Ağayev

C) Fətəli xan Xoyski

D) Aslan bəy Xoylu

E) Əlimərdan bəy Topçubaşov

 

14. Hərbləşdirilməsinə səviyyəsinə görə Ru­si­yanın daxili quberniyalarından yüksəkdə dururdu:

A) Şimali Qafqazın neft mədənləri

B) Baltikyanı ölkələrin sənaye müəssisələri

C) Cənubi Qafqaz müəssisələri

D) Ukrayna kömür mədənləri

E) Mərkəzi Asiyanın toxuculuq müəssisələri

 

15.  Müharibə dövründə gön-dəri tədarükü ilə məşğul olmaq üçün komissiyaların təşkil olunduğu şəhərlər:

  1. Gəncə 
  2. Nuxa 
  3. Şuşa 
  4. Bakı 
  5. Dərbənd

A) 1, 2  B) 4, 5  C) 1, 4   D) 2, 3   E) 3, 5

 

16. Birinci Dünya müharibəsi dövründə əsgərlərin işlədiyi və keşik çəkdiyi istehsal sahəsi:

A) Abşeronun duz gölləri

B) H.Z.Tağıyevin toxuculuq fabriki

C) Gəncənin gön-dəri emalı zavodları

D) Naxçıvanın daş duz mədənləri

E) Gədəbəy misəritmə zavodu

 

17. Birinci Dünya müharibəsi dövründə Azərbaycanda əhalinin sayının artmasına təsir etmiş amillər:

  1. Cəbhə rayonlarından gətirilən xəstə və şikəstlər 
  2. Rusiya hökumətinin köçürmə siyasəti 
  3. İri qoşun hissələrinin Bakıda yerləş­dirilməsi 
  4. Türkiyədən qaçqın axını 

A) 1, 3   B) 3, 4  C) 1, 2   D) 2, 3   E) 1, 4

 

18.  Uyğunluq pozulmuşdur:

A) Müharibə dövründə gədəbəydəki misərit­mə zavodunda möhlət verilir, orduya çağrılmırdılar- Gədəbəy misəritmə zavodunun müsəlman fəhlələri

B) 1915-ci ildə xüsusi komitə təşkil olun­muş­du-gön-dəri sənayesini xammalla təmin et­mək üçün

C) 1916-cı ildə  cəbhə üçün işləyən strateji müəssisələr sırasına daxil edilmişdi-Azərbay­canın tütün emalı fabrikləri

D)  Azərbaycanda müharibəyə getməmək üçün hər bir çağırışçı ödəməli idi- xüsusi vergi

E)  Naxçıvanın duz mədənlərindən çıxarılan duz birbaşa göndərilirdi- hərbi idarələrə

 

19.  Azərbaycanda müharibənin ehtiyacla­­ ödəmək üçün xüsusi komitələrin yaran­dığı sənaye sahələri:

  1. Pambıq emalı və parça toxuculuğu 
  2. Tütün emalı
  3. Gön-dəri sənayesi 
  4. Duz istehsalı 
  5. İpəkçilik

A) 1, 2   B) 1, 3   C) 2, 4   D) 4, 5   E) 3, 4

 

20.  Rusiya çarının 1915-ci ilin  iyun  ayında verdiyi fərmanın mahiyyəti:

A) Gön-dəri tədarükü ilə məşğul olan komis­si­yalar yaradıldı

B) Azərbaycanın tütün emalı fabrikləri  cəbhə üçün strateji  müəssisələr sırasına daxil edilirdi

C) «Qeyri-rus» xalqlarından olan 18-23 yaşlı gənclər arxa cəbhədə işləmək üçün səfər­bər­liyə alınrıdılar

D) Naxçıvanın duz mədənləri  hərbi obyektlər sırasına daxil edilirdi

E) Tütün məmulatlarına sabit dövlət qiymətləri qouldu

 

21.  Birinci Dünya müharibəsi ərəfəsində  Cə­­nu­bi Azərbaycanda natural təsərrüfatın dağıl­masına, kəndlilər içərisində təbəqələş­mənin artmasına və onların istehsal vasitələrindən getdikcə daha çox məhrum olmasına gətirib çıxartmış amillər:

  1. Kənd təsərrüfatının əsas sahələrində əmtəə istehsalının artması 
  2. Xaricdən ölkəyə çoxlu mal gətirilməsi 
  3. Mülkədar torpaq sahibliyinin zəifləməsi 
  4. Ölkənin dünya bazarlarına daha çox cəlb olunması 

A) 1, 2   B) 3, 4   C) 1, 3   D) 2,3   E) 1, 4

 

22.  1912-ci ildə Təbrizdə «Fars xalça şirkəti»ni təsis etdilər:

A) Fransız kapitalistləri

B) Rus kapitalistləri

C) Şimali Azərbaycan kapitalistləri

D) Alman kapitalistləri

E) İngilis kapitalistləri

 

23.  Türk ordusunun 1914-cü il dekabrın 25-də Təbrizə daxil olmasının nəticəsi:

A) Rusiyaya məxsus konsulluq ləğv olundu

B) İngilis hərbi müşavirləri həbs olundular

C) İranın şimal-qərb bölgələri Birinci Dünya müharibəsinin Qafqaz cəbhəsinə daxil edildi.

D) İran «Antanta» bloku tərəfdən müharibəyə qoşuldu

E) Rus qoşunları Təbrizi tərk etdi.

 

24.  Erməni və aysor silaşhlı dəstələrinin azər­baycanlılara qarşı soyqırımı törətdik­ləri Cənubi Azərbaycan şəhərləri:

  1. Xoy 
  2. Təbriz 
  3. Səlmas 
  4. Sərab 
  5. Soucbulaq

A) 1, 4, 5    B) 1, 3, 5   C) 2, 3, 4  D) 2, 4, 5

E) 1, 2, 3

 

25.  Cənubi Azərbaycanın Türkiyə və İraqla həmsərhəd bölgələrində ermənilər, aysorlar və kürdlərin azərbaycanlılara qarşı törət­dikləri soyqırımı çox dramatik şəkil aldı:

A) Türk qoşunlarının Cənubi Azərbaycanı tərk etmə­si nəticəsində

B) İngilis ordusunun Cənubi Azərbaycanı tut­ması nəticəsində

C) Rusiyadakı bolşevik hökumətinin rus hərbi hissələrini İrandan çıxardığı vaxt

D) İran hökumətinin Türkiyə tərəfindən müha­ribəyə girməsi ilə

E) Andronikin quldur dəstələrinin bu bölgələrə soxulması nəticəsində

 

 

 

 Şimali Azəprbaycan Rusiyada fevral inqilabı və inqilabdan sonrakı dövrdə 

 

1. Azərbaycan xalqının mübarizəsində dönüş nöqtəsi oldu:

A) Fevral burjua-demokratik inqilabının qələ­bəsi

B) Birinci Dünya müharibəsinin başlanması

C) Bakı Fəhlə Deputatları Sovetinin yaradıl­ması

D) Fevral inqilabından sonra yerlərdə yeni ha­ki­miyyət orqanlarının yaradılması

E) Müsəlman Milli Şurasının yaradılması

 

2. 1917-ci il  martın 16-da təşkil olunmuş Bakı Sovetində təmsil olunmurdular:

A) Menşeviklər

B) Eserlər

C) Müsavatçılar

D) Daşnaklar

E) Bolşeviklər

 

3. !917-ci il fevral inqilabının qələbəsindən sonra Kəndli  Deputatları sovetləri yara­dıl­mışdı:

A) Qazaxda və Tovuzda

B) Yelizavetapolda  və İrəvan quberniyasında

C) Göyçayda və Bakı quberniyasının bəzi qə­zalarında

D) Lənkəranda və Qarabağda

E) Bakı quberniyasında və Yelizavetpolda

 

4. Xüsusi Cənubi Qafqaz Komitəsi təşkil olu­nmuşdu:

A) Fəhlə və əsgər deputatları sovetlərinin nümayəndələrindən

B) Cənubi Qafqazda fəaliyyət göstərən milli şu­ra üzvlərindən

C) IV Dövlət Dumasının 5 nəfər üzvündən

D) Daşnak, eser, menşevik və Müsavat parti­yalarının  nümayəndələrindən

E) Şəhər dumalarının üzvlərindən

 

5.  «Müsavat» partiyasının 1917-ci il martın 15-də qəbul etdiyi müraciətnamənin məzmunu:

A) Azərbaycanda  demokratik respublikaının qurulması ideyası irəli sürülürdü

B) Rusiyada burjua respublikasının qurulması bəyənilirdi

C) Bakı Sovetində müsəlmanların təmsil olunmaması tənqid olunurdu

D) Azərbaycana mədəni-milli muxtariyyət verilməsi ideyası irəli sürülürdü

E) Müvəqqəti hökumətin müharibəni davam etdirmək siyasəti müdafiə olunurdu

 

6. «Türk Ədəmi Mərkəziyyət Federalistlər partiyası»nı yaratmışlar:

  1. N.Yusifbəyli 
  2. M.Ə.Rəsulzadə 
  3. Ş.Rüstəmbəyli 
  4. A.Kazımzadə 
  5. H.Ağayev

A) 1, 2, 3    B) 3, 4, 5    C) 1, 4, 5    D) 1, 2, 4   E) 2, 3, 4

 

7. «Daşnaqsütyun» partimyasının əsas şüarı idi:

A) Rusiyanı federativ, demokratik respublika şəklində qurulması

B) Müharibəni son qələbəyədək davam etdirmək

C) Cənubi Qafqaz xalqlarının birgə iştirak etdiyi federativ dövlətin yaradılmasını

D) Rusiyada mütləqiyyət  idarə üsulunun bərpa olunması

E) Müvəqqəti hökumətə etimad göstəril­məməsi

 

8. Cənubi Qafqazdakı Milli şuralar içəri­sində ən nüfuzlusu idi:

A) Rus Milli şurası

B) Yəhudi Milli şurası

C) Müsəlman Milli şurası

D) Erməni Milli şurası

E) Gürcü Milli şurası

 

9. Fevral burjua-demokratik inqilabının qələbsindən sonra milli-azadlıq hərəkatının tamamilə yeni mərhələsinin əsas cəhətləri:

  1. Milli hərəkatın daha kütləvi səciyyə alması 
  2. Sinfi mübarizə şüarının önə çəkilməsi 
  3. Milli dövlətçilik ideyası ətrafında bütün əhali təbəqələrinin birləşdirilməsi 
  4. Milli dövlətçilik ideyası ətrafında bütün əhali təbəqələrinin birləşdirilməsinə səy göstərilməsi 
  5. Konkret iqtisadi tələblər irəli sürülməsi 

A) 1, 2, 3   B) 3, 4, 5    C) 1, 3, 5   D) 2, 3, 4    E) 1, 2, 4

 

10. Azərbaycanda mövcud olmuş siyasi təşkilatlara uyğun variantı müəyyənləş­dirin:

  1. RSDFP Bakı Komitəsinin nəzdində müstəqil təşkilat kimi fəaliyyət göstərir və N.Nərimanov tərəfindən rəhbərlik edilirdi.
  2. Azərbaycanın cənubundan Şimala kəsbkarlığa gəlmiş fəhlələr arasında inqilabi görmək məqsədilə ya­radıl­mışdı.
  3. Bakının neft mədənlərində və sənaye əssisələrində Volqaboyu quberni­yala­rından gəlmiş müsəlman fəhlələri ərisində siyasi tərbiyə işi aparmaq üçün yaradılmışdı.

A) «Hümmət», «Ədalət», «Birlik»

B) «Ədalət», «Birlik»,  «Hümmət»

C) «Ədalət»,  «Hümmət», «Birlik»

D) «Birlik», «Hümmət», «Ədalət»

E) «Birlik», «Ədalət», «Hümmət»

 

11. Unitaristlərlə federalistlər arasında fərq:

A) Unitaristlər Rusiya imperiyasının saxlanmasını, federalistlər isə ləğv olunmasını tələb edirdilər

B) Unitaristlər Rusiya respublikasının tərkibində türk xalqlarına mədəni muxtariyyət, federalistlər isə ərazi muxtariyyəti tələb edirdilər

C) Unitaristlər Rusiya respublikasının tərkibində türk xalqlarına ərazi muxtariyyəti federalistlər isə mədəni muxtariyyət, tələb edirdilər

D) Unitaristlər Rusiya imperiyasının ləğv olunmasını, federalistlər isə saxlanmasını tələb edirdilər

E) Unitaristlər müstəqil türk dövlətlərinin yaradılmasını,  federalistlər isə Rusiya imperiyasının tərkibində ərazi muxtariyyəti tələb edirdilər.

 

12.  Bakıda yaradılmış Müsəlman Milli şurasının Müvəqqəti İcraiyyə Komitəsinin tərkibinə seçilmiş bolşeviklər:

  1. N.Nərimanov 
  2. M.B.Qasımov 
  3. Ə.Qarayev 
  4. M.Əzizbəyov 
  5. Q.Musabəyov 

A) 1, 2   B) 3, 4   C) 4, 5   D) 1, 4   E) 2,3

 

13. Bakıda Müsəlman Milli Şurasının və onun yerlərdə şöbələrinin yaradılmasında məqsəd:

A) Müsəlmanların hüquqlarını müdafiə etmək

B) Müsəlmanların maariflənməsi ilə məşğul olmaq

C) Milli hərəkata vahid rəhbərlik etmək

D) Ümumrusiya Müsəlmanlar qurultayını ke­çir­mək

E) Müsəlmanları erməni təcavüzündən qorumaq

 

14. IV Dövlət Dumasının müsəlman fraksiyasında «Rusiya müsəlmanlarının Müvəqqəti Bürosu»na başçılıq edirdi:

A) M.Y.Cəfərov

B) M.Ə.Rəsulzadə

C) İ.Qaspiralı

D) Ə.Salikov

E) Ə.Topçubaşov

 

15.  Rusiyadakı türklərin gələcək siyasi isti­qa­məti və taleyi baxımından uğurlu addım oldu:

A) Ümumrusiya müsəlmanlarının Moskva qurultayı

B) Qafqaz müsəlmanlarının Bakı qurultayı

C) Xüsusi Cənubi Qafqaz Komitəsinin təşkili

D) Müsəlman Milli şuralarının yaradılması

E) «Rusiya müsəlmanlarının Müvəqqəti Büro­su»na

 

16.  Ümumrusiya müsəlmanlarının qurulta­yı­nın qətnaməsində öz əksini tapmamış məsələ:

A) İbtidai təhsilin pulsuz və icbari elan edilməsi

B) Təhsilin ana dilində aparılması

C) Azərbaycan (türk) məktəblərində rus dilinin xarici dil kimi tədris olunması

D) Orta təhsilin pulsuz və icbari elan edilməsi

E)  Milli kadrlar hazırlamaq  üçün seminariyalar və Ali Pedaqoji institutlar açılması

 

17.  1917-ci ildə təkcə Azərbaycanda deyil, Cənubi Qafqazın hər yerində siyasi nüfuzu çox sürətlə artmaqda olan partiya:

A) Rusiya Sosial-Demokrat Fəhlə Partiyası

B) «Müsavat»

C) «Hümmət»

D) «Rusiyada müsəlmançılıq partyası»

E) «İttihadi-islam» partiyası

 

18. Milli-azadlıq uğrunda mübarizədə  ittihadçıların unitarislərlə mövqe birliyi:

A) İbtidai təhsilin pulsuz olması məsələsində

B) Muxtariyyət məsələsində

C) Müharibəyə münasibətdə

D) Qafqaz dövlətinin yaradılmasında

E) İslam dövlətinin yaradılmasında

 

19. Bakı fəhlə və əsgər deputatları Sovetinin tərkibi bütünlüklə ibarət idi:

A) Yəhudilərdən və ruslardan

B) Ermənilərdən və gürcülərdən

C) Ermənilərdən və ruslardan

D) Ruslardan və gürcülərdən

E) Ermənilərdən və yəhudilərdən

 

20. «İttihadi-islam» partiyasının rəhbərləri:

  1. H.Trequlov 
  2. İ.Aşurbəyov 
  3. Ə.Qafarov 
  4. Q.Qarabəyov 
  5. S.M.Qənizadə

A) 1, 2, 4   B) 2, 4, 5   C) 2, 3, 5   D) 1, 2, 3 E) 3, 4, 5





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 16 fevral 2014 00:38
    duzgun cavablari qeyd olunmayib? elave olsa yaxsi olar.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.