Azərbaycan tarixindən movzu testləri

Azərbaycan tarixindən movzu testləri

Azərbaycan torpaqları Böyük Səlcuq imperatorluğunun tərkibində

 

Test 1

 

1. XI əsrin ortalarında Yaxın və Orta Şərqin, o cümlədən Azərbaycanın tarixində dərin iz buraxmışdı:

A) Şirvanşahların yenidən müstəqillik qazanmaları

B) Eldənizlər imperatorluğunun yaranması

C) Böyük Səlcuq imperatorluğunun yaranması

D) Şirvanın Böyük Səlcuq imperatorluğunun tərkibinə qatılması

E) Cənubi Qafqazın Böyük Səlcuq imperatorluğunun tərkibinə qatılması

 

2. Səlcuqların Şirvanı işğal etməsinin nəticələri:

1. Məzyədilər sülaləsi Kəsranilər sülaləsi ilə əvəz olundu.

2. Şirvanşah I Fəribürz səlcuqlara tabe oldu.

3. Şirvanşahlar dövləti dağıldı.

4. Şirvanşahlar dövləti vassal halına salındı.

5. Şirvanşah I Fəribürz əsir edildi, paytaxt Şamaxıdan Bakıya köçürüldü.

A)  1, 4    B) 3, 4     C) 2, 4     D) 4, 5    E) 12, 2

 

3. Azərbaycan türkləri, o cümlədən Cənubi Qafqazın bütün müsəlman əhalisi səlcuqlara özlərinin təbii müttəfiqi kimi baxırdılar:

A) Şimal tayfalarının hücumlarını dəf etməkdə

B) İran feodallarına qarşı mübarizədə

C) Bizans və erməni-gürcü təcavüzünə qarşı mübarizədə

D) Alan tayfaları ilə mübarizədə

E) Monqol yürüşlərinin qarşısının alınmasında

 

4. Azərbaycan cənub əyalətlərini nəzarət altına almış səlcuq sərkərdəsi:

A) İbrahim Yınal   B) Həsən    C) Savuqtəkin

D) Alptəkin    E) Çağrı bəy

 

5. Azərbaycanın oğuz türklərinin yaşadığı ümumi əraziyə daxil olduğunu sübut edən tarixi mənbə:

A) «Kitabi-Dədə Qorqud» dastanı

B) «Alban tarixi» əsəri

C) «Zaman illəri haqqında dastan»

D) «Koroğlu» dastanı

E) «İqor polku haqqında dastan»

 

6. Yaxın və Orta Şərqin siyasi xəritəsinin Qərbi Avropanın xeyrinə dəyişməsinə imkan vermədilər:

A) Səlcuq türkləri

B) Osmanlı türkləri

C) Tiflis müsəlman əmirliyi

D) Qıaçaq türkləri

E) Şirvanşahlar

 

7. Səlcuq türklərinin axınları dövründə Yaxın və Orta Şərqdə, o cümldən Azərbaycanda başlıca mülkiyyət formasına çevrilmiş torpaq mülkiyyəti forması:

A) Soyurqal   B) Tiyul    C) Vəqf

D) İqta   E) Uc

 

8. Səlcuqlarla birləşərək erməni və gürcü feodallarının birləşmiş qüvvələrinə qarşı ağır zərbə vuran qüvvələr:

A) Tiflis müsəlman əmirliyi    B) Şəddadilər

C) Rəvvadilər    D) Sacilər      E) Salarilər

 

9. Səlcuqlar Təbrizi ələ keçirdikdən neçə il sonra Azərbaycanın işğalını başa çatdırdılar?

A) 10    B) 12     C) 11    D) 13     E) 14

 

10. Böyük Səlcuq imperatorluğunun tənəzzülünə təsir etmiş amillərə aid deyildir:

A) Aralıq dənizinin Kiçik Asiya, Suriya və Fələstin sahillərində çox mühüm əhəmiyyətli ərazilərin itirilməsi

B) İmperatorluğu əhatə edən ərazilərin və xalqların vahid iqtisadi və siyasi mərkəz ətrafında sıx birləşməməsi

C) ayrı-ayrı sərkərdələrin, əmirlərin daha mərkəzi hakimiyyətə tabe olmaq istəməməsi

D) Əsarət altına alınmış xalqların azadlıq mübarizəsinin genişlənməsi

E) Osmanlı dövlətinin yaranması

 

Test 2

 

1. Səlcuq türklərinin əvvəllər yaşadıqları ərazilər:

A) Şərqi Anadolu

B) Cənubi Qafqaz

C) İran

D) Sırdərya boyu torpaqlar

E) Xorasan

 

2. Gilan da daxil olmaqla Xəzərin cənubundakı ərazini və Arranı ələ keçirmiş səlcuq sərkərdəsi:

A) İbrahim Yınal   B) Kutalmış   C) Çağrı bəy

D) Həsən    E) Alptəkin

 

3. Böyük səlcuq imperatorluğunun paytaxtı olmuş şəhərlər:

1. Nişapur    2. Tehran   3. Rey

4. Səmərqənd    5. Təbriz    6. İsfahan

A) 1, 3, 5    B) 2, 4, 6    C) 1, 3, 6

D) 2, 3, 4    E) 1, 2, 3

 

4. Səlcuq imperatorluğu dövründə torpaq mülkiyyəti forması:

A) İqta     B) Uc    C) Soyurqal

D) Tiyul   E) Mülk

 

5. Səlcuqlar dövründə Azərbaycanda əhalidən alınan vergi növü deyildir:

A) Silah bahası    B) Şərab bahası   C) Nal bahası

D) Tamğa    E) Uşr

 

6. Səlcuq oğuzları XI əsrin əvvəllərində məskən saldılar:

A) İsfahanda   B) Həmədanda   C) Cənubi Qafqazda

D) Xorasanda  E) Bizans torpaqlarında

 

7. Həmədan və İsfahan da daxil olmaqla bütün Qərbi İranı ələ keçirmiş səlcuq sərkərdəsi:

A) Kutalmış   B) Alptəkin   C) İbrahim Yınal

D) Həsən   E) Çağrı bəy

 

8. Bizans səfərindən qayıdan Çağrı bəyin təklifi:

A) Mərkəzi Asiyada möhkəmlənmək

B) Feodal dağınıqlığı hökm sürən Hindistanı ələ keçirmək

C) Xorasanda və İsfahanda möhkəmlənmək

D) İran, Azərbaycan istiqamətində Bizansa qarşı hücuma keçmək

E) Qəznəvilər və Qaraxanlılarla yeni döyüşlərə başlamaq

 

9. Azərbaycan ərazisində yaşayan  müxtəlif türk tayfalarının, həmçinin qeyri-türk etnik qruplarının vahid xalq halında formalaşmasında mühüm rol oynamış amil:

A) İslam dininin qəbul olunması

B) Ərəb qrafikalı əlifbanın tətbiq olunması

C) Azərbaycan dilinin hakim mövqe tutuması

D) Səlcuq imperatorluğunun idarə edilməsində müxtəlif etnik qruplarının nümayəndələrinin iştirak etməsi

E) Azərbaycanın Səlcuq imperatorluğunun mərkəzinə çevrilməsi

 

10. Səlcuq sultanlarının imperatorluq ərazisinə daxil olan bütün torpaqları hərbi xidmət müqabilində iqta şəklində Səlcuq əmirləri arasında bölüşdürməkdə məqsədləri:

A) Onları imperatorluğun ucqar sərhədlərini qorumağa göndərmək

B) Dövlət xəzinəsinə sabit gəlirin daxil olmasını təşkil etmək

C) Mərkəzi hakimiyyət üçün hərbi-siyasi dayaq yaratmaq

D) Türk tayfalarının imperatorluq əraziisndə hakim rolunu təmin etmək

E) İqta torpaq sahibliyinin irsi səciyyəsini zəiflətmək

 

 

Test 3

 

1. Səlcuq sultanının ən yaxın əmirlərinə iqta olaraq verilmiş olduğu bəzi tarixi Azərbaycan vilayətləri:

1. Şəki   2. Arran   3. Çuxursəd

4. Dərbənd   5. Şirvan    6. Təbriz

A) 1, 4, 6     B) 2, 3, 5   C) 2, 4, 5

D) 1, 2, 3     E) 2, 3, 4

 

2. Səlcuqların əsas hücum hədəfi oldu:

A) Şimali Qafqaz

B) Bizans torpaqları

C) İranın şərq vilayətləri

D) İraq

E) Suriya

 

3. Rey şəhəri Nişapur şəhərindən neçə il sonra Səlcuq imperatorluğunun paytaxtı olmuşdur?

A) 7   B) 5   C) 10   D) 12   E) 6

 

4. İlk Səlcuq sultanı:

A) Alp Arslan    B) B.rküyarıq    C) I Məlikşah

D) II Məlikşah    E) I Toğrul

 

5. Azərbaycanda İslam-türk etnik siyasi amili daha da qüvvətləndi:

A) Xilafətin zəiflədiyi dövrdə

B) Xilafətin dağıldığı dövrdə

C) İslam dininin qəbul olunduğu dövrdə

D) Azərbaycanın ərəblər tərəfindən işğalından sonra

E) Xürrəmilər hərəkatının məğlub edilməsindən sonra

 

6. Azərbaycan torpaqları Səlcuq imperatorluğunun tərkibinə qatılmış oldu:

A) Təbrizin tutulması ilə

B) Şəddadilərin tabe edilməsi ilə

C) Şirvanşahların vassal halına salınması ilə

D) Rəvvadilərin tabe edilməsi ilə

E) Gilanın tutulması ilə

 

7. Səlcuqların Azərbaycana yürüşü zamanı şəddadi hökmdarı:

A) Vəhsudan

B) Əbüləsvar Şavur

C) Mərzban ibn Məhəmməd

D) Şəddad Məhəmməd

E) I Fəribürz

 

8. Şirvanın işğal etmiş səlcuq sərkərdəsi:

A) İbrahim Yınal   B) Alptəkin   C) Çağrı bəy

D) Qaratəkin   E) Həsən

 

9. XI–XIII əsrlərdə Azərbaycan əhalisinin ödədiyi vergi növü deyildir:

A) Cizyə     B) Alaf     C) Avariz D) Daraib   E) Gezit

 

10. Səlcuq işğalları ərəfəsində Azərbaycanda mövcud olmuş dövlətlər:

1. Şirvanşahlar    2. Sacilər      3. Eldənizlər

4. Rəvvadilər       5. Salarilər   6. Şəddadilər

A) 1, 2, 3    B) 4, 5, 6    C) 3, 5, 6

D) 1, 4, 6    E) 2, 3, 5

 

Test 4

 

1. Dəndənəkan döyüşü baş vermişdir:

A) Səlcuqlarla Xarəzmşahlar arasında

B) Tiflis müsəlman əmirliyi ilə Şirvanşahlar arasında

C) Səlcuqlarla Qəznəvilər arasında

D) Səlcuqlarla Öizans arasında

E) Səlcuqlarla Rəvvadilər arasında

 

2. Malazgird döyüşü Amid döyüşündən neçə il sonra baş vermişdir?

A) 691    B) 712    C) 689    D) 680    E) 681

 

3. Səlcuqların Rəvvadiləri tabe etdiyi ildə:

A) Normandiya kəndlilərinin üsyanı baş verdi

B) İngiltərə Fateh Vilhelm tərəfindən işğal olundu

C) Avropada xristian kilsəsi iki hissəyə bölündü

D) Klermon şəhərində xaç yürüşləri elan edildi

E) İngiltərədə ilk parlament çağrıldı

 

4. 1038-ci ildə:

A) Malazgird döyüşü baş verdi

B) Paytaxtı  Nişapur şəhəri olan Səlcuq dövləti yarandı

C) Təbriz Rəvvadilər tərəfindən tutuldu

D) Səlcuqlar Qəznəvilərin hərbi qüvvələrini darmadağın etdilər

E) Səlcuq dövlətinin paytaxtı Nişapurdan Reyə köçürüldü

 

5. Səlcuqların Bağdadı tutması nəticəsində:

A) Abbasilər xilafəti süqut etdi

B) Səlcuq dövlətinin paytaxtı bura köçürüldü

C) I Toğrul sultan titulu qəbul etdi

D) Abbasilər xilafəti Səlcuq türklərindən asılı vəziyyətə düşdü

E) Abbasi xəlifəsinin hakimiyyəti bərpa olundu

 

6. Səlcuqlar Bizans imperiyasının hərbi qüvvələrini darmadağın etdilər:

A) Dəndənəkan döyüşündə

B) Malazgird döyüşündə

C) Ərdəbil döyüşündə

D) Dərbənd döyüşündə

E) Bələncər döyüşündə

 

7. Səlcuq dövləti yarandıqdan neçə il sonra Bizans imperatoru Roman Diogenin əsir düşməsi ilə nəticələnən döyüş baş vermişdir?

A) 12   B) 33    C) 16    D) 23    E) 30

 

8. Sonuncu Səlcuq hökmdarı sultan Səncərin hakimiyyəti dövründə:

A) Bizans imperiyası süqut etdi

B) Qərbi Avropaya yeni yürüşlər başlandı

C) Monqollarla ilk toqquşmalar baş verdi

D) Səlcuq imperatorluğu ayrı-ayrı dövlətlərə parçalandı

E) Səlcuq imperatorluğu öz qüdrətinin zirvəsinə çatdı

 

9. Xronoloji ardıcıllığı müəyyənləşdirin:

1. Dəndənəkan döyüşü

2. Malazgird döyüşü

3. I Bələncər döyüşü

4. I Həşdadsər döyüşü

5. Bəzz döyüşü

A) 2, 4, 3, 5, 1     B) 4, 3, 5, 2, 1    C) 3, 4, 5, 1, 2

D) 3, 4, 1, 5, 2     E) 5, 2, 1, 3, 4

 

10. Böyük Səlcuq imperatorluğunun ərazisi əhatə edirdi:

A) Əfqanıstandan Aralıq dənizi sahillərinədək olan torpaqları

B) Mərkəzi Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran körfəzinədək olan torpaqları

C) Hind çayından Atlantik okeanının sahillərinədək olan torpaqları

D) Hind-Çin yarımadasından tutmuş İran yaylasına qədər olan torpaqları

E) Hindistandan tutmuş İran yaylasına qədər olan torpaqları

 

Test 5

 

1. Xronoloji ardıcıllığı müəyyənləşdirin:

1. Səlcuqların Qəznəvilərin hərbi qüvvələrini darmadağın etməsi

2. İlk Səlcuq dövlətinin meydana gəlməsi

3. Səlcuq dövlətinin paytaxtının Nişapurdan Reyə köçürülməsi

4. Alp Arslanın Bizans imperiyasının hərbi qüvvələrini darmadağın etməsi

5. sultan Toğrulun hərbi qüvvələrinin Rəvvadilərin paytaxtı Təbrizə yaxınlaşması

A) 2, 1, 3, 5, 4    B) 3, 1, 2, 4, 5    C) 1, 3, 2, 5, 4

D) 2, 4, 5, 3, 1    E) 4, 2, 3, 1, 5

 

2. Səlcuq işğalları dövründə Rəvvadi hökmdarı idi:

A) Vəhsudan

B) İbrahim ibn Mərzban

C) Deysəm

D) Heysəm ibn Xalid

E) Yusif ibn Əbu Sac

 

3. Vahid Azərbaycan türk xalqının təşəkkülü prosesini başa çatdırdı:

A) Şirvanşahların müstəqilləşməsi

B) Xilafətin süqut etməsi

C) Rəvvadilərin tabe olması

D) Azərbaycana səlcuq axınlarının baş verməsi

E) Cənubi Qafqazın Xilafətin təsir dairəsindən çıxması

 

4. Səlcuqlar dövründə meydana gəlib formalaşan və imperatorluğun sərhədlərini  qoruyan səlcuq sərkərdələrinə verilən torpaq mülkiyyəti forması:

A) İqta   B) Uc    C) Soyurqal   D) Timar  E) Ziyamət

 

5. Uyğun variantı müəyyənləşdirin:

I. Malazgird döyüşü

II. Katalaun döyüşü

III. Fraaspa döyüşü

1. Atropatena ilə Roma arasında

2. Səlcuqlaral Bizans arasında

3. Hunlarla romalılar arasında

A) I-1,  II-3,  III-2

B) I-3,  II-2,  III-1

C) I-1,  II-2,  III-3

D) I-2,  II-3,  III-1

E) I-3,  II-1,  III-2

 

6. Uyğunluq pozulub:

A) Şəddadi hökmdarı – Əbüləsvar Şavur

B) Şirvanşah – I Fəribürz

C) Rəvvadi hökmdarı – İbrahim Yınal

D) Bağdad da daxil olmaqla İraqı tabe etdi – Sultan I Toğrul

E) Sonuncu Səlcuq hökmdarı – Sultan Səncər

 

7. Gilan istiqamətində hərəkət edən Səlcuq hərbi hissələri tutdular:

A) Xəzərin cənubundakı torpaqları

B) Ərdəbil və Təbrizi

C) Qarabağı

D) Xəzərin qərbindəki torpaqları

E) Şamaxını və Dərbəndi

 

8. Uyğunluq gözlənib:

A) 1043-cü ildə Səlcuq dövlətinin paytaxtı köçürüldü – Həmədana

B) Səlcuqlar 1055-ci ildə tabe etdilər – İraqı

C) Səlcuqlara tabe olduğunu bildirmiş Şəddadi hökmdarı – Məhəmməd ibn Şəddad

D) Azərbaycanın cənub əyalətlərini işğal etmiş Səlcuq sərkərdəsi – İbrahim Yınal

E) Dəndənəkan döyüşü baş vermişdir – Qəznəvilərlə Bizans arasında

 

9. Böyük Səlcuq imperatorluğu neçə il mövcud olmuşdur:

A) 119   B) 121   C) 120   D) 133   E) 132

 

10. Uyğun variantı müəyyənləşdirin:

I. Gezit

II. Cizyə

III. Uc

1. Səlcuqlar

2. Sasanilər

3. Ərəblər

A) I-1,  II-3,  IIII-2

B) I-2,  II-1,  IIII-3

C) I-3,  II-1,  IIII-2

D) I-2,  II-3,  IIII-1

E) I-3,  II-2,  IIII-1.

 

Şirvanşahlar və Eldənizlər dövlətləri

                        Test 1

1. Səlcuq sultanı I Məlikşahın hakimiyyəti dövründə Şirvanı müstəqil idarə edən Şirvanşahlar:

1. I Fəribürz    2. II Afridun    3. I Mənuçöhr

4. I Afridun    5. II Mənuçöhr   6. III Mənuçöhr

A) 1, 4, 5   B) 2, 4, 6   C) 3, 5, 6

D) 1, 2, 3   E) 2, 3, 5

 

2. Səlcuq hökmdarı Sultan Mahmudun Şirvana yürüşü səlcuqların Şirvanşahları tabe etməsindən neçə il sonra baş vermişdir?

A) 55    B) 57    C) 59    D) 61    E) 50

 

3. Səlcuq sultanı Mahmudun Şirvana yürüşünün səbəbləri:

1. Qıaçaqların Şirvanın şimal sərhədlərini pozması

2. Gürcü çarı Davidin Hirvanın bir hissəsini işğal etməsi

3. Şirvanşah II Mənuçöhrün Şirvanşahlar dövlətinin ənəvi siyasətini pozuraq səlcuqlardan üz döndərməsi və onlarla ittifaqdan çıxması

4. Şirvanşah III Mənuçöhrün Bizansla hərbi ittifaqa girməsi

5. Şirvanşahların 40000 dinar məbləğində illik xərac  verməkdən imtina etməsi

A) 2, 3    B) 1, 4    C) 3, 5    D) 2, 4    E) 3, 4

 

4. Şirvanşah I Axistan III Mənuçöhrdən neçə il az hakimiyyətdə olmuşdur?

A) 10    B) 15   C) 6    D) 4     E) 8

 

5. Ərəblərin Albaniyanın siyasi müstəqilliyinə son qoymasından neçə il sonra Tiflis müsəlman əmirliyi süqut etdi?

A) 400      B) 517      C) 413      D) 402      E) 417

 

 

6. XII əsrin 30–60-cı illərində Şirvanşahlar dövləti:

A) Öz müstəqilliyini itirərək Böyük Səlcuq imperatorluğunun tərkibinə qatılmışdı

B) Cənubi Qafqazda ən qüdrətli siyasi amilə çevrilmişdi

C) Xırda feodal hakimliklərinə parçalanmışdı

D) Bütün Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmişdi

E) Gürcüstanla daim hərbi münaqişələrdə olmuşdu

 

7. 1. Şirvanşahlar dövlətinin qüdrətini daha da möhkəmləndirdi:

2. Atası Manuçöhrün səhvini düzəldərək səlcuqlarla dostluq münasibətlərini bərpa etdi.

Göstərilənlər hansı Şirvanşaha aiddir?

A) I Fəribürz    B) I Afridun    C) II Fəribürz

D) Huşəng        E) I Axsitan

 

8. Məntiqi ardıcıllığı tamamlayın:

1. III Mənuçöhr   2. I Afridun    3. ……………

A) Qızıl Arslan

B) I Axsitan

C) Məhəmməd Cahan Pəhləvan

D) Əbubəkr

E) Özbək                                                       

 

9. Səlcuqların vassallığını qəbul etmiş Azərbaycan dövləti:

A) Şirvanşahlar    B) Cəlairilər    C) Salairilər

D) Rəvvadilər      E) Şəddadilər

 

10. Səlcuqlarla ənənvi dostluq siyasətindən üz döndərmiş Şirvanşah:

A) I Axsitan    B) II Mənuçöhr    C) III Mənuçöhr

D) Huşəng    E) IV Afridun

 

<


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 30 may 2012 17:45
    [left][/left]

  2. 21 iyun 2013 15:40
    Tesekkurler thank birezde calisin

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.