Qədim Dünya tarixi testləri

Qədim Dünya tarixi testləri

1. Qədim Yunanıstan yerləşirdi:

 

A)) Balkan yarımadasının cənub hissəsində Egey dənizi adalarında, Kiçik Asiyanın qərb sahilində, Frakiya ərazisində

B) Aralıq dənizinin şərq sahilboyu ensiz bir zolaqda

C) Avropa, Asiya və Afrikanın qovuşuğunda

D) Balkan yarımadasının şimal hissəsində,Egey dənizi adalarında

E) Kiçik Asiyanın şərq sahilində, Frakiya ərazisində

 

2. Miken sivilizasiyasını yaratmışlar:

A) Axeylər

B) Etrusklar

C) Likilər

D) Finikiyalılar

E) Dorilər

 

3. Freska nədir:

A)) Divarda yaş suvaq üzərində yağlı boya ilə çəkilmiş şəkillər

B) Mürəkkəb dolaşıq planlı tikili

C) Döyüş silahı

D) Yazı növü

E) Qədim Yunanıstanda şəhər-dövlətlərə verilmiş ad

 

4. Dorilər əsasən məskən saldılar:

A)) Peloponnesin cənub-şərqində yerləşən Lakonika vilayətində

B) Egey dənizi adalarında

C) Afinada

D) Şimali Yunansıtanda

E) Orta Yunanıstanda

 

5. Polis nədir?

A)) Qədim Yunansıtanda şəhər-dövlətlərə verilmiş ad

B) Qədim Attikada adlı-sanlı adamlara verilmiş ad

C) Afinada və digər yunan şəhərlərində bazar meydanı

D) Attika şəhərlərinin Afinanın hakimiyyəti altında birləşməsi

E) Aristokratlardan başqa Attikanın qalan bütün əhalisi

 

 

6. V əsrin ortalarına qədər polislərdə qulların sayının az olmasının səbəbi:

A)) Demosun qul əməyindən istifadə etməməsi

B) Xalq yığıncağının qul əməyindən istifadəni qadağan etməsi

C) Ümumiyyətlə qul əməyindən istifadə olunmaması

D) Ev tikmək üçün qullara torpaq payının verilməməsi

E) Polislərdə qulların yaşamasına icazə verilməməsi

 

7. Koloniyaların yaranma səbəbləri:

1. Çörəyin çatışmaması

2. Aristokratlarla əhalinin yerdə qalan hissəsi arasında mübarizə getməsi

3. Yunan şəhərlərinin sayının artırılması

4. Yunanların dəmir filizi, qalay əldə etmək arzusu

A)) 1, 2

B) 1, 4

C) 2, 3

D) 2, 4

E) 3, 4

 

 

8. Yunanların Aralıq dənizi və Qara dəniz sahillərində saldıqları məskənləri adlanırdı:

A)) Koloniya

B) Akropol

C) Aqora

D) Polis

E) Hoplit

 

 

9. Qədim yunan şəhərlərində düzənlər arasındakı hündür təpədə yerləşən divarları yonulmuş iri daşlardan tikilmiş binalar kompleksi:

A)) Akropol

B) Labirint

C) Polis

D) Amfora

E) Aqora

 

10. Akropol adlanırdı:

A)) Qədim yunan şəhərlərində düzənlər arasındakı hündür təpədə yerləşən divarları yonulmuş iri daşlardan tikilmiş binalar kompleksi

B) Bir-biri ilə yeraltı kesidlər və dəhlizlər vasitəsilə birləşdirilən otaqlardan ibarət olan mürəkkəb və dolaşıq planlı tikililər

C) Qədim Yunanıstanda şəhər-dövlətlərinin adları

D) Attika şəhərlərinin Afinanın hakimiyyəti altında birləşməsi

E) Afinada və digər yunan polislərində bazar medanı

 

11. Afinada və digər yunan polislərində bazar meydanı adlanırdı:

A)) Aqora

B) Amfora

C) Akropol

D) Polis

E) Labirint

 

12. Afina məhkəməsinin qərarı asılı idi:

A)) Mühakimə olunanın qanunları yaxşı bilməsindən və natiqlik məharətindən

B) Mühakimə olunanın dövlətli olmasından

C) Mühakimə olunanın vəzifəli şəxs olmasından

D) Xalq yığıncağının qərarından

E) Strateqdən

 

13. Strateqlərin vəzifələri:

1. Xalq yığıncağında qərarların qəbul edilməsinə nəzarət edir

2. Aristokratlar ilə demos arasında baş vermiş münaqişəni həll edir

3. Müharibə zamanı ordu və donanmanı idarə edir

4. Sülh şəraitində isə müdafiə məqsədi üçün ayrılmış vəsaitlə hərbi tikintilər və sədlər inşa etdirir

A)) 3, 4

B) 1, 2                                

C) 1, 4

D) 2, 4                                

E) 1, 3   

 

14. Afinanın güc və sərvətlərinin mənbəyi:

A)) Ticarət və gəmiqayırma

B) Sənətkarlıq məhsullarından əldə olunan gəlir

C) Gümüş pul kəsilməsi

D) Zeytun yağ istehsalı

E) Ticarət və əkinçilik 

 

 

15. Qədim Attikada adlı-sanlı adamlara verilmiş ad:

A)) Aristokrat

B) Demos

C) Strateq

D) Arxont

E) Aeropaq

 

 

16. Afinada əsas idarəetmə orqanı idi:

A)) Xalq yığıncağı

B) Beşyüzlər şurası

C) Xalq məhkəməsi

D) Areopaq

E) Stateq

 

17. E.ə. 594-cü ildə Afinada:

A)) Solon arxont seçildi

B) Gümüş pul kəsilməyə başlandı

C) «Perikl əsri» adlanan dövr başlandı

D) Afinada strateqlər seçilməyə başlandı

E) Xalq məhkəməsi çağrıldı

 

 

18. Solonun islahatları:

1. Drakon qanunları və borc üstündə köləlik ləğv edildi

2. Qul edilmiş afinalıları azad etdi

3. Ölkədən xaricə satılmış afinalılar geri alındılar

4. Kasıblara torpaq sahəsi verildi

5. Borcluluq ləğv olundu

6. Vəzifəli şəxslərə əmək haqqı verildi

7. Bayramların sayı artırıldı

A)) 1, 2, 3, 4, 5               

B) 1, 4, 5, 6, 7

C) 2, 3, 4, 5, 7

D) 3, 4, 5, 6, 7

E) 2, 3, 4, 5, 6 

 

19. Aşağıdakılardan hansıları Solonun islahatlarına aid deyil:

1. Bayramların sayı artırıldı

2. Qul edilmiş afinalıları azad etdi

3. Vəzifəli şəxslərə əmək haqqı verildi

4. Kasıblara torpaq sahəsi verildi

5. Borcluluq ləğv olundu

6. Ölkədən xaricə satılmış afinalılar geri alındılar

7. Drakon qanunları və borc üstündə köləlik ləğv edildi

A)) 1, 3

B) 1, 4

C) 5, 7

D) 3, 4

E) 2, 3

 

20.  Periklin hakimiyyəti dövrünə aiddir:

1. Tarixdə ilk dəfə olaraq vəzifəyə seçki yolu ilə seçilmiş şəxslərə dövlət xəzinəsindən maaş verilməyə başladı

2. Bayramların sayı artırıldı

3. Borc üstündə köləlik ləğv olundu

4. Əhali malik olduqları əmlakın miqdarına görə təbəqələrə bölündü

5. Yoxsul vətəndaşlara tamaşalara baxmaq üçün pul verildi

6. Kasıblara torpaq sahəsi verildi

A)) 1, 2, 5

B) 4, 5, 6                           

C) 2, 3, 4                          

D) 2, 3, 6

E) 3, 4, 5  

 

21. E.ə. 444-429-cu illəri tarixçilər adlandırmışdılar:

A)) «Perikl əsri»

B) «Solon əsri»   

C) «Hoplitlər dövrü»

D) «İlotlar dövrü»

E) «Ellinlər dövrü»

 

22. Spartalılar qərarların qəbul edilməsinə münasibətlərini bildirirdilər:

A)) Qışqırmaqla

B) Yazmaqla

C) Ayağa durmaqla

D) Oturmaqla

E) Ağlamaqla    

 

23. Xronoloji ardıcıllığı düzün:

1. Afinanın məğlubiyyəti və sülh müqaviləsi bağlanması

2. Plateya döyüşü

3. Salamin döyüşü

4. Sparta xalq yığıncağının Afinaya qarşı müharibəyə başlamaq haqqında qərar qəbul etməsi

5. Marafon döyüşü

A))  5, 3, 2, 4, 1

B)  3, 5, 1, 2, 4                    

C) 2, 1, 5, 4, 3

D) 4, 2, 5, 3, 1

E) 1, 2, 3, 4, 5                   

 

24. Yunanıstanda ağır silahla silahlanmış döyüşçülər adlanırdı:

A)) Hoplitlər

B) Perieklər

C) İlotlar

D) Liktorlar

E) Falanqa

 

25. Lakonik danışıq adlanır:

A)) Qısa və dürüst danışıq

B) Uzun və dürüst danışıq

C) Natiqlik qabiliyyəti

D) Şərti işarələrlə danışıq

E) Jestlərlə danışıq

 

26. Qısa və dürüst danışıq adlanırdı:

A)) Lakonik danışıq

B) Sparta danışığı

C) Afina danışığı

D) Periek danışıq

E) İlot danışığı

 

27. Sparta tarixinə aiddir:

1. Lakonik danışıq

2. İlotlar adlanan qullar var idi

3. Solon arxont seçilmişdi

4. Demokratik quruluş mövcud idi

A)) 1, 2

B) 1, 3

C) 2, 3

D) 2, 4

E) 3, 4

 

28. Spartada ağsaqqallar şurası adlanırdı:

A)) Gerusiya

B) Kir

C) Beşyüzlər şurası

D) Arxont

E) Strateq

 

29. İlot adlanırdı:

A)) Qədim Spartada qullar

B) Könüllü olaraq dorilərin hakimiyyətini qəbul etmiş Lakonikanın yerli əhalisi

C) Spartada ağsaqqallar şurası

D) Spartada icma üzvləri üçün ayrılmış torpaq sahəsi

E) Afinanı idarə edən vəzifəli şəxs

 

30. Yunan-İran müharibələrinin nəticəsi:

A)) Farslar Miletin, Egey dənizindəki adalarda və Kiçik Asiyada olan yunan polislərinin istiqlaliyyətini tanıdı, fars donanmasına Egey dənizində üzmək qadağan edildi.

B) Farslar Yunanıstan xəzinəsinə xərac ödəməklə, hər il Yunanıstana ən yaxşı sənətkarlıq məmulatları hədiyyə olaraq göndərməli idilər

C) Farslar məğlub oldu, Elladada Spartanın hökmranlığı bərqərar oldu və Afinanın qüdrəti sarsıldı

D) Yunanlar məğlub oldu, ölkənin sosial qrupları və təbəqələri arasında ziddiyyətlər daha da kəskinləşdi

E) Yunanlar məğlub oldu, farslar Afina və Sparta şəhərlərini tutaraq Yunanıstanda möhkəmləndilər

 

31. «Uzun divarlar» çəkilidi:

A)) Afinanın təhlükəsizliyini təmin etmək üçün

B) Spartanın təhlükəsizliyini təmin etmək üçün

C) Akropolun ətrafında

D) Dorilərin hücumlarından qorunmaq üçün

E) Bütün Yunanıstanın təhlükəsizliyini təmin etmək üçün

 

32. E.ə. 432-ci ildə:

A)) Sparta xalq yığıncağı Afinaya qarşı müharibəyə başlamaq haqqında qərar qəbul etdi

B) Afina dəniz ittifaqı yarandı

C) Salamin döyüşü baş verdi

D) Marafon döyüşü baş verdi

E) Afina ilə Sparta arasında sülh müqaviləsi bağlandı

 

33. Balkan yarımdasında Yunanıstandan şimal-şərqdə yerləşən dövlət:

A)) Makedoniya

B) Misir

C) İtaliya

D) Finikiya

E) Assuriya

 

 

34. Bəşər tarixində ilk dəfə Şərqlə Qərb arasında əlaqələr möhkəmləndi və daimi oldu:

A)) Ellinizm dövründə

B) Makedoniyalıların Yunanıstana hücumu ərəfəsində

C) Peloponnes müharibələri dövründə

D) Solonun islahatları nəticəsində

E) Sparta şəhərinin əsasının qoyulması nəticəsində

 

35. Uyğunluq pozulmuşdur:

A)) Yunanıstanda tanrılar yaşayırdılar-Akropolda

B) Homer- «İliada» və «Odisseya» poemalarının müəllifi

C) Apolon- İşıq və incəsənət tanrısı

D) Memar Miron- «Diskatan» heykəlinin müəllifi

E) Afinada üç əsas bayram- Afina, Dionis və Demetranın şərəfinə keçirilən bayramlar

 

36. Xronoloji ardıcıllığı düzün:

1. Qavqamela döyüşü

2. Əhəməni imperiyasının süqutu

3. Xeroneya döyüşü

4. İlk Olimpiya oyunlarının keçirilməsi

5. Qranik döyüşü

A)) 4, 3, 5, 1, 2

B) 5, 4, 3, 2, 1

C) 3, 5, 4, 2, 1

D) 1, 2, 3, 4, 5

E) 2, 5, 3, 4, 1

 

37. Yunansıtan tarixinə aiddir:

1. Demetra və Persefona əfsanəsi

2. «Rubikonu keçmək»

3. Pun müharibələri

4. Peloponnes müharibələri

A)) 1, 4

B) 1, 3

C) 2, 3

D) 2, 4

E) 3, 4

 

38. Aşağıdakılar nəticəsidir:

1. Bütün Yunanıstanı var-yoxdan çıxartdı

2. Ölkənin sosial qrupları və təbəqəlri arasında ziddiyyətləri daha da kəskinləşdirdi

A)) Peloponnes müharibələrinin

B) Yunan-İran müharibələrinin

C) Yunan-Makedoniya müharibələrinin

D) Fars padşahlarının Kiçik Asiyanın yunna dövlətlərinin tabe etməsinin

E) Yunan sivilizasiyalarının süqutunun

 

39. Aşağıdakılar aiddir:

1. Ordu tərəfindən «Asiyanın hökmdarı» elan edilmişdi

2. Əhəməni imperiyasının varlığına son qoymuşdu

A)) Makedoniyalı İsgəndərə

B) II Filippə

C) Aşşurbanipala

D) Hannibala

E) Yuli Sezara

 

40. «İnsan özün-özünü dərk et» kəlamı məxsusdur:

A)) Sokrata

B) Platona

C) Aristotelə

D) Pifaqora

E) Arximedə




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 13 fevral 2012 21:59
    niye cavab vermek olmur

  2. 1 mart 2012 04:26
    COX SAQ OLUN....ALLAH RAZI OLSUN...CV DA VERILIB...TESHEKKURLER.

  3. 5 avqust 2012 22:36
    Mence 36-ci testin cavabi A variantidir.

  4. 15 avqust 2012 13:13
    Niye varianti qeyd etmek olmur

  5. 5 dekabr 2012 14:31
    cavablar bilen var?

    men bilmirem

  6. 5 dekabr 2012 21:47
    maraqli testlerdi wink

  7. 6 dekabr 2012 16:13
    10 dekabr 318 sayli orta mektebede aciq ders var.

  8. 6 dekabr 2012 16:21
    Cox yaxsi ugurlar

  9. 1 iyun 2013 21:30
    cox yaxwi olardiki cvb lar onlayn gosterilsin sehv ve ya duz oldugunu bilek

  10. 17 mart 2014 20:08
    testi yazdiq olar ki. cvb da veresiz o birisi testlerin de cavabini verin zehmet olmasa
     
     

  11. 4 avqust 2014 21:49
    cavablar olsa daha yaxsi olardi


  12. 19 noyabr 2014 15:08
    salam..deyesen cox adamin nezerinden qacib ama cavablar verilib.iki moterize qoyulan cavablar duzgundur. "))" bu isare. tesekkurler... smile

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.