6 sinif Azerbaycan tarixi test

 

6 sinif Azerbaycan tarixi test

 

 


I BÖLMƏ

AZƏRBAYCAN ƏRAZİSİNDƏ İBTİDAİ İCMA QURULUŞU


1. Bəşər cəmiyyətinin ilkin inkişaf dövrü adlanır:
A) ibtidai icma quruluşu
B) quldarlıq quruluşu
C) erkən feodalizm dövrü
D) feodalizm

2. İbtidai icma quruluşunu öyrənməyə kömək edən elmdir:
A) paleoqrafiya B) arxeologiya
C) heraldika D) numuzmatika

3. Ən qədim insan tiplərinin qalıqlarına rast gəlinmişdir:
A) Qərbi Asiyada B) Avstraliyada
C) Şimali Çində D) Şərqi Afrikada

4. İbtidai insanların Azərbaycan ərazisində məskən salmasına şərait yaratmışdı:
1. Şirin su qaynaqları
2. Bitki və heyvanat aləminin zənginliyi
3. İbtidai cımiyyətin daha çox davam etməsi
4. Çaxmaq daşlarının çoxluğu
5. Təbii mağaraların olması
A) 2.3.4 B) 3.4.5 C) 1.3.4 D) 1.2.5


5. Bəşər tarixinin ilkin inkişaf 
dövrü şərti olaraq bölünür:
A) Daş, Tunc, Dəmir 
B) Mis, Daş, Tunc
C) Mis-Daş, Tunc, Dəmir
D) Paleolit, Mezolit Neolit


6. Göstərilənlər aiddir:
1. İbtidai icma qurulununun ilk pilləsidir;
2. Ilk insan tipinin yaranmasından 100 min il bundan əvvələ qədər davam etmişdir
A) Orta paleolit B) Alt Paleolit
C) Mezolit D) Üst Paleolit

7. Daş dövrünün qədim mərhələsi adlanır:
A) Neolit B) Mezolit
C) Paleolit D) Eniolit

8. Qədim insanların əsas məşğuliyyəti idi:
A yemtoplama və ovçuluq
B) ovçuluq və heyvandarlıq
C) yığıcılıq və əkinçilik
D) əkinçilik və maldarlıq


9. Paleolit dövründə insanların əsas məşğuliyyəti idi:
A) əkinçilik B) maldarlıq
C) yığıcılıq D) toxuculuq


10. Alt Paleolit davam etmişdi:
A) ovçuluğun meydana gəlməsindən başlamış ibtidai icma quruluşunun dağılmasına qədər
B) ilk insan tipinin təşəkkülündən başlamış 40 min il bundan əvvələ qədər
C) əkinçiliyin meydana gəlməsindən başlamış əmlak bərabrsizliyin yaranmasınadək
D) ilk insan tipinin yaranmasından başlamış 100 min il bundan əvvələ qədər


11. Alt Paleolit dövrünə aiddir:
1. Qonşuluq icması
2. İbtidai insan sürüsü
3. Azıx adamı
4. Ataxaqanlıq
5. Axirət dünyasına inam
6. Oddan istifadə
A) 2.3.6 B) 1.3.5 C) 3.5.6 D) 1.4.5

12. İbtidai icma quruluşunun ilkin mərhələsi:
A) matriarxat B) patriarxat
C) tayfa D) qonşuluq icması


13. İlk insan kollektivi adlanır:
A) ulu icma B) qəbilə
C) tayfa D) tayfa ittifaqı

14. İlk insan kollektivi hansı dövrdə yarandı:
A) Orta Paleolitdə B) Alt Paleolitdə 
C) Üst Paleolitdə D) Mezolitdə

15. Ulu icma hansı dövrdə yaranmışdır?
A) Neolit B) Paleolit
C) Alt Paleolit D) Eniolit

16. Ulu icmanın yaranma səbəblərinə aiddir:
A) əkinçilik və maldarlıqla məşğul olmaq
B) oddan istifadə etmək zərurəti
C) əmək alətləri düzəltmək
D) qida əldə etmək və vəhşi heyvanlardan qorunmaq zərurəti

17. Daha əvvəl olmuşdur:
A) qəbilə icmasının formalaşması
B) qonşuluq icmasının yaranması
C) əmlak bərabərsizliyinin meydana gəlməsi
D) qədim insanların tayfalar şəklində birləşməsi

18. 100 min il bundan əvvəldən başlayaraq e.ə 40-cı minilliyə qədər davam etmişdir:
A) Orta paleolit B) Alt Paleolit
C) Mezolit D) Üst Paleolit


19. Orta Paleolit adlanır:
A) Mis dövrü B) Dəmir dövrü
C) Mutsiye dövrü D) Tunc dövrü


20. Orta paleolit dövrünə aiddir:
1. İnsanlar daha geniş ərazilərdə yayılması
2. Ox və kamanın kəşfi
3. İnsanlar Kiçik Qafqazın cənub-şərq yamacında məskən salması
4. İlk tunc alətlərin hazırlanması
5. İnsanların Naxçıvan, Qarabağ və Qazax bölgələrində məskən salması
A) 1.4.5 B) 2.3.4 C) 1.3.5 D) 3.4.5


21. Qarabağın Tağlar və Qazağın Damcılı mağaralarının qədim dövr tarixinə aid oxşar cəhət:
A) Orta paleolit dövrünə aid yaşayış məskənlərinin aşkar edilməsi
B) Azıxantropun alt çənə sümüyünün tapılması
C) Orta Tunc dövrünə aid dulusçuluq məhəlləsinin tapılması
D) Son Tunc dövrünə aid dulus çarxlarının tapılması


22. İlk insan tipi yaranmışdır:
A) Alt Paleolitdə B) Orta Paleolitdə
C) Üst Paleolitdə D) Mezolitdə


23. Orta Paleolit dövründə yaranan yeni insan tipi adlanır:
A) Neandertal B) Ağıllı insan
C)Antropoloq D) Azıx adamı

24. Orta paleolit dövrünə aiddir:
1. Azıx adamı
2. Neandertal adam
3. Mutsye mədəniyyəti
4. Anaxaqanlığı
5. Dini təsəvvürlərin yaranması
A) 2.3.5 B) 1.2.3 C) 2.3.4 D) 1.3.5

25. Üst Paleolit düşərgələrinə daha çox rast gəlinmişdir:
A) Kəlbəcər və Xaçmazda
B) Qarabağ və Qazaxda
C) Naxçıvan və Zaqatalada
D) Abşeron və Qubada

26. Ulu icmanı – qəbilə əvəz etdi:
A) Mezolitdə B) Üst Paleolitdə
C) Neolitdə D) Orta Paleolitdə


27. Qəbilə icmasının əsasını təşkil edirdi:
A) səsli nitqin ünsiyyət vasitəsinə çevrildi
B) axirət dünyasına inam
C) insanların qan qohumluğuna əsaslanan birliyi 
D) insanların yığıcılıqla və ovçuluqla məşğul olmaları


28. Nəsli qəbilə dövrünün əvvəlində insanlar birləşmişdilər:
A) ovçu tayfalarının üstünlüyü əsasında
B) ana xətti ilə qohumluq əsasında
C) ata xətti ilə qohumluq əsasında
D) insanların yığıcılıqla və ovçuluqla məşğul olmaları əsasında


29. Üst Paleolit dövrünə aiddir:
A) siklopik tikililər
B) insanların "sürü” halında yaşaması
C) insanların təfəkkür və nitkinin inkişafı
D) süni suvarmanın yaranması


30. "Ağıllı insan”a aiddir:
A) dini təsəvvür formalarının meydana gəlməsi
B) ilk dəfə oddan istifadə edilməsi
C) ulu icma
D) nitqin ünsiyyət vasitəsinə çevrilməsi


31. "Bacarıqlı insan”a aiddir:
A) 40 min il bundan əvvəl meydana gəlmişdir
B) şüura və səlis nitqə malik idi
C) qəbilə icması halında yaşayırdı
D) daşdan sadə əmək alətləri düzəldə bilirdi


32. "Ağıllı insan” tipinə aid deyil:
A) düz qamətli olması
B) rabitəli nitqə malik olması
C) 40 min il bundan əvvəl, Üst Paleolitdə meydana gəlməsi
D) Sürü halında yaşaması

33. Qədim insalar bir biri ilə kinetik dillə - əl-dodaq hərəkətləri ilə başa salırdılar:
A) Üst Paleolitdə B) Mezolitdə
C) Neolitdə D) Eniolitdə


34. İbtidai insanlar içərisində səsli-nitq yaranmışdır:
A) ilk daş əmək alətləri hazərlanması ilə
B) İnsanların ulu icmada yaşaması ilə
C) əkinçilik və maldarlığın yaranması ilə
D) "Ağıllı insan”ın yaranması ilə
35. Səsli nitq – danışıq ünsiyyət vasitəsi yaranmışdır:
A) Mezolitdə B) Üst Paleolitdə
C) Orta Paleolitdə D) Neolitdə


36. Anaxaqanlığı dövründə qadınların qəbilənin həyatında mühüm rol oynadığını göstərən amillər:
1. Uşaqların qayğısına qalmaq
2. Qonşu qəbilələr üzərinə hücumlar təşkil etmək
3. Giləmeyvə və bitkilər toplamaq
4. Odu qoruyub saxlamaq
5. Yemək hazırlamaq
6. Mübadilə üçün mal istehsal etmək
A) 1.3.4.5 B) 3.4.5.6 C) 1.2.3.4 D) 1.2.5.6


37. Ən qədim insanlara aiddir:
A) qəbilə icmasının yaranması
B) istehsal təsərrüfatının yaranması
C) ilk dəfə oddan istifadə
D) ilk dəfə atın əhilləşdirilməsi


38. Alt paleolit dövrünə aiddir:
A) mikrolit daş əmək alətləri
B) xış əkinçiliyi
C) ictimai əmək bölgüsü
D) Azıx mağarasından tapılmış əl çapacağı


39. Qarabağ bölgəsində ən qədim insan düşərgələri
1. Azıx 2. Damcılı
3. Sərkərtəpə 4. Tağlar
A) 1.2 B) 2.3 C) 3.4 D) 1.4

40. Azərbaycanın hansı bölgəsində Alt Paleolit dövrünə aid yaşayış məskəni tapılmışdı?
A) Füzuli şəhəri yaxınlığında
B) Qobustanda
C) Gəncə ətrafında
D) Naxçıvan bölgəsində


41. Azərbaycanda Alt Paleolit öyrənilmişdir:
A) Kür-Araz mədəniyyəti əsasında
B) Əliköməktəpə yaşayış məskəni əsasında
C) Azıx mağarasında əldə edilmiş tapıntılar əsasında
D) Qobustan təsvirləri əsasında

42. Azıx mağarasına aiddir:
1. Azıx mağarasının ən qədim dövrünə aid təbəqəsindən – kobud daş alətlərin aşkar edilməsi
2. İstehsal təsərrüfatının olması
3. Azıx mağarasından dünyanın IV tapıntısı olan ibtidai insanın alt çənə sümüyü tapılması
4. Əmək aləti düzəltmək üçün dəvəgözündən istifadə etdilməsi
5. Ocaq izləri aşkarininaşkar edilməsi
A) 1.3.5 B) 2.3.4 D) 2.4.5 D) 1.2.3
43. Azərbaycan ərazisində ilk dəfə oddan istifadə olunmuşdur:
A) Paleolit dövründə
B) Mezolit dövründə
C) Neolit dövründə
D) Eniolit dövründə


44. Göstərilənlərin aid olduğu dövr:
1. İlk əkinçilik vərdişləri yarandı
2. İbtidai heyvandarlığın əsası qoyuldu
3. Ox və kaman kəşf olundu
A) Mezolit B) Paleolit
C) Neolit D) Eniolit


45. Mezolit dövrü adlanır:
A) Orta daş dövrü B) Qədim Daş dövrü
C) Yeni Daş dövrü D) Mis-Daş dövrü

46. E.ə XII minillikdən – e.ə VIII minilliyinə qədər davam etmişdir:
A) Orta daş dövrü B) Alt Paleolit dövrü
C) Üst paleolit dövrü D) Erkən Tunc dövrü


47. Mezolit dövrünə aiddir:
A) mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu
B) istehsal təsərrüfatından mənimsəmə təsərrüfatına keçidin əsası qoyuldu
C) Anaxaqanlığı dövrü başladı
D) Toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz olundu


48. Mezolit dövründə kəşf olundu:
A) misdən hazırlanmış silahlar
B) tunc əmək alətlər
C) ox və kaman
D) itiuclu nizələr
49. Qədim insanların mikrolit (kiçik ölçülü) daş alətlərdən istifadə etməyə başladığı dövr:
A) Mezolit B) Paleolit
C) Neolit D) Eniolit


50. Ox və kamanın kəşf edilməsi nəticəsində:
1. Maldarlıq zəiflədi, əkinçilik inkişaf etdi
2. Anaxaqanlığı araxağanlıq əvəz etdi
3. İnsanlar heyvanları daha uzaq məsafələrdən ovlaya bildilər
4. Qida ehtiyyatı artmağa başladı
5. Heyvanlar əhilləşdirilməyə başlandı
A) 1.3.5 B) 2.3.4 C) 3.4.5 D) 1.2.3




51. İnsanların əkinçilik və maldarlıqla məşğul olması adlanır:
A) isrehsal təsərrüfatı
B) mənimsəmə təsərrüfatı
C) natural təsərrüfatı
D) əmtəə istehsalı


52. Mezolit dövründə əsas təsərrüfatsahəsi idi:
A) istehlak B) istehsal
C) əkinçilik D) maldarlıq


53. Mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsasının qoyulduğu dövr:
A) Mezolit B) Paleolit
C) Neolit D) Eniolit


54. İstehsal təsərrüfatına keçid uyğun olaraq başladı və sona yetdi:
A) Mezolit - Neolit
B) Paleolit – Mezolit
C) Tunc – Dəmir
D) Eniolit - Tunc

55. İbtidai əkinçiliyin meydana gəlməsi üçün şərait yarandı:
A) Qədim Daş dövründə
B) Erkən Tunc dövründə
C) Orta Daş dövründə
D) Son Tunc dövründə


56. İbtidai maldarlıq və əkinçiliyin əsası qoyulmuşdu:
A) Mezolit dövründə B) Paleolit dövründə
C) Neolit dövründə D) Eniolit dövründə

57. Mezolit dövrünə aiddir:
1. İlk əkinçilik vərdişlərinin yaranması
2. İbtidai insan sürüsü
3. Qobustan abidələri
4. Müasir insan tipinin yaranması
A) 1.2 B) 2.4 C) 3.4 D) 1.3


58. Toxa əkinçiliyi yaranmışdı:
A) Mezolitdə B) Paleolitdə
C) Neolitdə D) Eniolitdə


59. Azərbaycanda Mezolit dövrü əhalisinin yaşayışı və məşğuliyyəti öyrənilmişdir:
A) Qobustan abidələri əsasında
B) Şıxlı düşərgəsi əsasında
C) Naxçıvan bölgəsində tapılmış əmək alətləti əsasında
D) Tağlar mağarasında tapılmış əmək alətləti əsasında


60. Mezolit dövründə ibtidai incəsənətin inkişaf etməsini sübut edir:
A) Azıx mağarasındakı rəsmlər
B) Qobustan qayaüstü təsvirləri
C) Damcılı marağasındakı təsvirlər
D) Daşsalahlı marağasındakı təsvirlər


61. Azərbaycan ərazisində əhilləşdirilmiş atın sümükləri tapılmışdı:
A) I Kültəpədə B) Əliköməktəpədə
C) II Kültəpədə D) Göytəpədə


62. Paleolit və Mezolit dövrünə aid oxşarlıq:
A) istehsal təsərrüfatının mövcudluğu
B) axirət dünyasına inamın yaranması
C) qəbilə icmasının formalaşması
D) əmək alətlərinin daşdan hazırlanması


63. Daha əvvəl baş vermişdi:
A) Neandertal insan tipinin yaranması
B) "Ağıllı insan”ın meydana gəlməsi
C) Ataxaqanlığı dövrünə keçilməsi
D) İstehsal təsərrüfatının yaranması


64. "Neolit inqilabı” dövrünə aiddir:
1. Toxa əkinçiliyinin yaranması
2. Toxuculuğun meydana gəlməsi
3. Metal emalının başlanması
4. Dulusçuluğun yaranması
5. İnsanların daş alətləri cilalamağı və deşməyi öyrənməsi
A) 2.4.5 B) 1.3.4 C) 1.4.5 D) 1.2.3


65. Neolitdə insanların məşğuliyyəti sahələri arasında əsas yeri tuturdu:
A) maldarlıq, ovçuluq B) ovçuluq, yığıcılıq
C) əkinçilik, sənətkarlıq D) maldarlıq, əkinçilik
66. Neolitdə insanlar mənimsəmişdilər:
A) saxsı qablar və toxuculuğu
B) ilk əkinçilik vərdişlərini
C) heyvanların əhilləşdirilməsini
D) ox və kaman kəşfini


67. Neolitdə əhali:
A) sümük əmək alətlərinə üstünlük verdi
B) oturaq həyata keçmişdi
C) marağa yaşayışını kəşf etmişdi
D) axirət dünyasına inam yaranmışdı


68. İbtidai icma quruluşunda oturaq həyata keçilmişdi:
A) "Bacarıqlı adam”ın yaranmasıyla
B) istehsal təsərrüfatına keçilməsiylə
C) mənimsəmə təsərrüfatının yaranmasıyla
D) ibtidai insanların heyvanlar aləmindən ayrılmasından sonra


69. Neolit dövrünə aid deyil:
A) iri tayfa ittifaqlarının yaranması
B) toxuculuğun meydana gəlməsi
C) əkinçiliyin əsas təsərrüfat sahəsinə çevrilməsi
D) saxsı qab istehsalının başlanması


70. E.ə VI-IV minillikləri əhatə edən dövr:
A) Mezolit B) Paleolit
C) Neolit D) Eniolit


71. İstehsal təsərrüfatının formalaşması başa çatmışdı:
A) Mezolitdə B) Paleolitdə
C) Neolitdə D) Eniolitdə


72. Bizə məlum olan ev heyvanlarının demək olar ki hamısının əhilləşdirilmişdir:
A) Mezolitdə B) Paleolitdə
C) Neolitdə D) Eniolitdə


73. İnsanlar ilk dəfə metalla tanış olmuş və ondan əmək alətləri hazırlamışdılar:
A) Mezolitdə B) Paleolitdə
C) Neolitdə D) Eniolitdə


74. Qədim Daş dövrünə aiddir:
1. Ulu icmanın yaranması
2. Neandertal adamın yaranması
3. Toxa əkinçiliyinin meydana gəlməsi
4. Ox və kamanın kəşfi
5. "Ağıllı insan”ın yaranması
A) 1.3.5 B) 1.2.5 C) 2.3.4 D) 1.3.4


75. E.ə VII minilliyə aiddir:
A) ox və kamanın ixtirası
B) oddan ilk dəfə istifadə olunması
C) istehsal təsərrüfatının inkişafı
D) I İctimai əmək bölgüsünün başlaması





6 sinif Azerbaycan tarixi test











Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 13 dekabr 2012 14:57
    bu testler test kitablarindan goturulub

  2. 16 yanvar 2013 11:07
    mene bu testler cox lazim idi cox saolun

  3. 31 mart 2013 14:23
    komeyi deyecey)) twkk

  4. 4 aprel 2013 19:52
    TEWEKURLER SULALARINIZ MENE LAZIM OLACAQ

  5. 8 aprel 2013 20:13
    salam sualarini co beyendim

    VusalRecebli,

  6. 7 may 2013 21:07
    tewekkurler....

  7. 9 may 2013 22:39
    NƏLƏR VAR! TƏŞƏKKÜRLƏR. Xəritələri, şəkilləri, illüstrasiyaları, yazıları nəzərdə tuturam.

  8. 11 may 2013 18:44
    bu suallarin cavablarin yaza bilersizzzz?????? cox ehtiyacim var ozumu yoxlamaq ucun

    kimse bilir bu suallarin cavablarini??????????????????????????????????????????
    bilirsinizse komekkk eleinde xaşşşş???

  9. 14 may 2013 18:02
    cavablari yazinda ne olar

  10. 7 iyun 2013 20:30
    cavablar ne oldu bes

  11. 31 iyul 2013 22:11
    Salam. Zehmet olmasa testlerin cavablarini da qeyd edin. Tewekkur evvelceden

  12. 7 avqust 2013 11:03
    1. 6-ci sinif online test cixain 2.cox gozel suallardi twk                                                                      









    zehmet olmasa komek edin variantlari nece qeyd etmek olar???


  13. 8 avqust 2013 11:24
    BU NEDIR BURDA ONLINE 6-CI SINIF TEST CIXARIN DE MENIM FIKIRIMLE RAZI OLANLAR YAZSIN.5 VAR 7 VAR 6 DA CIXARIN NIE CIXARMISINIZ DUZ DEI USAQLAR?????????????????????????????????????????????????????????????????????????




    ILKIN1994 DUZ DEIRSEN CAVABLAR YAZILMAYIB BES NIE GORESEN



    74-CU SUALIN CAVABINI KIM BILIR YAZIN DA.


  14. 12 avqust 2013 19:49
    salam 74-cu sualin cavabi b variantidir qedim das dovuru deyende alt orta ust palolit nezerde tutulur

  15. 6 sentyabr 2013 16:38


    testler eladi cvblari da olsa lap yaxwi olar twklar))

  16. 23 sentyabr 2013 17:49
    Xaiw edirem cavablari da qeyd edindeeeeeeeee

  17. 5 oktyabr 2013 15:46
    Salam 74-cu sualin cavabi B variantidir....

  18. 7 oktyabr 2013 12:53
    suallar yaxwi idi 6ci sinif test kitabindada coxu var yenede her weye goree tewekkurler

  19. 31 oktyabr 2013 11:45
    2-ci bölmeye aid suallar hani bes?.74-cu sualin cavabi b variantidi

  20. 10 noyabr 2013 11:09
    Testi eledim cox sagolun.maraqliydi

  21. 17 noyabr 2013 08:34
    Tesekkur edirem,faydali oldu.

    --------------------

  22. 8 dekabr 2013 20:25
    maraqli idi tesekkurler

  23. 12 dekabr 2013 17:46
    XAIS EDIREM DEYIN BUNUN CAVABLARINI NECE ISARELEYEK love love love love love lol lol lol belay belay belay belay winked winked winked wink wink bully angry[url=http://][/url]

  24. 19 yanvar 2014 20:40
    sağ olun.istifadə etdik,işimizə yaradı.

  25. 21 yanvar 2014 16:28
    cox yaxwidi twk
     
     

  26. 12 fevral 2014 21:03
    cox maraqli testlerdi vallah cox rahatliqla iwledim.. fellow
    coox sagolun,yaddawmi yenilediiim..
    feel

    --------------------

  27. 13 may 2014 15:22
    cox sagolun. yene  de  cavablari  yazin

  28. 14 may 2014 20:11
    cox  xosuma  geldi love

  29. 6 iyul 2014 16:10
    çox maraqlı testdir bəyəndim,74-cü sualın cavabı B variantıdır feel

  30. 3 noyabr 2014 01:59
    men ksq umumi tarix ve az.tarix 6-ci sinif axtariram amma yoxdur

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.