Tarixi Suallar

Tarixi Suallar

 

71. Albaniyada Mehranilər sülaləsinin hökmranlığı başladı.
A) VII əsrin əvvəllərində
B) VIII əsrin əvvəllərində
C) VI əsrin əvvəllərində
D) V əsrin sonlarında
E) IV əsrin sonlarında
72. Amid döyüşündə Alban hökmdarı Urnayr kimin tərəfindən iştirak edirdi..
A) sasanilərin
B) albanların
C) hunların
D) romalıların
E) Bizans tərəfindən
73. Alban hökmdarı Urnayr Dzirav döyüşündə çıxış edirdi.
A) sasanilər tərəfindən
B) romalıların tərəfindən
C) ermənilər tərəfindən
D) yunanlar tərəfindən
E) Bizanslar tərəfindən
74. Albaniyada iri feodallar adlanırdı.
A) patriklər
B) azadlar
C) dehqan
D) dastakert
E) mülkədarlar
75. Xalxal döyüşünün nəticəsi.
A) Sasanilər məğlub oldular
B) romalılar qalib gəldilər
C) Alban hökmdarı qalib gəldi
D) Sasanilər üsyançı dəstələri məğlubiyyətə uğratdılar
E) Xəzərlər Albaniyadan qovuldu
76. 262-ci ildə Albaniyanın Sasanilər dövlətinin tərkibinə daxil olduğunu göstərirdi.
A) Nəqşi – Rüstəmdəki məbədin divarında həkk edilmiş yazı
B) Qobustanda üzərində latın dilində yazı olan daş kitabə
C) ‘‘Avesta‘‘nın ilkin variantı
D) Zaqroş dağında daş qab içərisində tapılmış dəri üzərində üç əlyazma
E) Yunan mənbələrində
77. Ərəblərə qarşı mübarizə aparmaq üçün Cavanşirin ittifaqa girdiyi dövlət.
A) Bizans imperiyası
B) Qərbi Hun
C) Xəzər xaqanlığı
D) Qərbi Roma imperiyası
E) sasanilərlə
78. Ərəblər əsarətə aldıqları geniş əraziləri idarə etmək üçün yaratdılar.
A) əmirlik sistemi
B) mərzban sistemi
C) şahənşah sistemi
D) şəhrdar sistemi
E) canişinlik
79. Ərəblər Azərbaycanda özlərinə etibarlı dayaq yaratmaq məqsədilə.
A) Ərəbistanın əyalətlərindən buraya çoxlu ərəb ailəsi köçürtdülər
B) Yerli əhaliyə islamı zorla qəbul etdirdilər
C) Yerli gəncləri hərbi xidmətə başqa əraziyə göndərirdilər
D) bu ərazilərin idarəçiliyi yerli əyanlara həvalə olundu
E) vergilərin artırılması
80. Xürrəmilərin ilk dəfə ağır məğlubiyyətə uğradığı döyüş.
A) 833-cü il Həmədan
B) 748-ci il Beyləqan
C) 829-cu il Həşdadsər
D) 837-ci il Bəzz
E) Dizavr döyüşü
81. 705-ci ildə Albaniyanın..
A) daxili müstəqilliyi ləğv edildi
B) vergi siyasətində ciddi dəyişiklik edildi
C) dövlət müstəqilliyi məhdudlaşdırıldı
D) xəzərlərdən asılılığı ləğv edildi
E) ərəblərin köçürmə siyasəti davam etdirildi
82. 653-cü ildə olmuş Bələncər döyüşünün nəticəsində.
A) xəzərlər qalib gəldi
B) xəzərlər məğlubiyyətə uğradı
C) ərəblər qalib gəldi
D) hunlar qələbə çaldı
E) Sasanilər darmadağın edildi
83. Ərəb xilafəti tərəfindən Azərbaycanın hansı hökmdarına Hindistandan gətirilmiş fil bağışlanmışdır?
A) Cavanşirə
B) Mərzban ibn Məhəmmədə
C) Sanatürkə
D) Urnayra
E) II Vaçeyə
84. Azərbaycanda Xilafət dövründə vergi siyasətinin Sasanilər dövründəki vergi siyasətindən fərqi.
A) verginin tək-tək adamlardan deyil, bütün ölkədən alınması
B) bütün əyalətlərdən verginin bərabər şəkildə toplanması
C) verginin ancaq pul şəklində alınması
D) verginin ancaq natura şəklində alınması
E) vergilər icmalıqla alınırdı
85. Xilafət dövründə Azərbaycanlı müsəlmanların azad olduğu vergi.
A) cizyə
B) xərac
C) zəkat
D) xüms
E) mal cəhət
86. Zəkat adlanırdı.
A) mal-qaradan, becərilən məhsullardan, meyvələrdən, qızıl və gümüş cənətkarlıq məmulatlarından alınan vergi
B) torpaqdan, meyvə ağaclarından istifadə müqabilində kəndlilərdən alınan onda bir vergi
C) vəqf torpaqlarında yaşayan və döyüşən ordunun önündə gedən süvarilərə verilən yardım
D) müsəlman əhalisinin xristian əlilləri üçün nəzərdə tutduqları sədəqə
E) hər evdən alınan vergi
87. Vəqf torpaqları nəzərdə tutulurdu.
A) müsəlman aləmində müqəddəs şəhərlər, pirlər, din uğrunda mübarizlər və şəhidlər üçün
B) öz mülklərini istədikləri şəkildə istifadəyə verə bilən maliklər üçün
C) ərəb ölkələrindən gələn mənşəcə ərəb olan əhali üçün
D) Sasani imperiyasından qalan imtiyazlı təbəqə üçün
E) ərəb sərkərdələri üçün
88. 837-ci ilin yayında Afşin.
A) Bəzz qalasına yaxınlaşdı və Babəklə sonuncu döyüşə girdi
B) Bəzz qalasını döyüşsüz aldı
C) Həmədanı mühasirəyə aldı
D) Bəzz qalasının mühasirəsini başa çatdırmaq üçün xəzərlərdən kömək istədi
E) Təbrizə yaxınlaşdı
89. Xürrəmilərin əsas məqsədlərindən biri..
A) maddi nemətləri insanlar arasında bərabər bölüşdürmək
B) torpağı milliləşdirmək
C) vergi islahatı keçirmək
D) köçürmə siyasətini məhdudlaşdırmaq
E) cizyə vergisini ləğv etmək
90. Xilafətin zəiflədiyi dövrdə Azərbaycanın şimal-şərqində yaranan Şirvanşahlar dövlətinin əsasını qoymuşdu.
A) Məzyədilər sülaləsi
B) Haşimilər sülaləsi
C) Sacilər sülaləsi
D) Şirvanşah Əbu Tahir
E) Ravvadilər sülaləsi
91. Sacilər sülaləsinin banisi hesab olunur.
A) Əbu Sac Divdad
B) Afşin
C) Məhəmməd ibn Əbu Sac
D) Yusif ibn Əbu Sac
E) Səhl Sumbat
92. Zərdüştlüyün vətəni hesab edilirdi.
A) Atropatena
B) Albaniya
C) Parfiya
D) Bizans
E) Roma
93. Tarixdə ilk dəfə yadelli işğalçılara qarşı mübarizədə qırmızı paltar geymişdir.
A) xürrəmilər
B) xaricilər
C) məzdəkilər
D) ərəblər
E) manixeyçilər
94. Xilafətə qarşı xürrəmilərin ilk çıxışlarının baş verməsindən neçə il sonra Babək bu hərəkatın rəhbəri olmuşdur.
A) 38
B) 16
C) 26
D) 42
E) 32
95. Salarilər sülaləsinin əsasını qoydu.
A) Mərzban ibn Məhəmməd
B) AfşinHeydər ibn Kavus
C) Heysam ibn Xalid
D) Vəhsudan
E) Afşin
96. Cizyə adlanırdı.
A) müsəlman olmayan əhalidən alınan vergi
B) torpaqdan istifadə müqabilində kəndlilərdən alınan vergi
C) ayrı-ayrı adamlara verilən icarə kağızı müqabilində alınan icarə haqqı
D) vəqf torpaqlarından əldə olunan gəlir
E) mülklərdən alınan vergi
97. Türk mənşəli dövlətdir.
A) Albaniya
B) Əhəməni
C) Aşşur
D) Bizans
E) Atropatena
98. Azərbaycan Eldənizlər dövlətinin əsası qoyuldu.
A) Şəmsəddin Eldənizin Arana hakim təyin olunması nəticəsində
B) Sultan II Toğrulun oğlu Arslan şahın Azərbaycana hakim təyin olunması ilə
C) Şəddadilər dövlətinin süqutu nəticəsində
D) Qaratəkinin başçılığı ilə Səlcuq türklərinin Azərbaycana yürüşü nəticəsində
E) Rəvvadilər dövlətinin süqutu nəticəsində
99. Abbasilər xilafətinin dağılması gedişində Azərbaycanda yaranmış müstəqil feodal dövlətlərindən biri idi.
A) Şirvanşahlar
B) Girdiman
C) Albaniya
D) Atabəylər
E) Elxanilər
100. Azərbaycanda feodalizmin Qərbi Avropadan fərqli xüsusiyyəti.
A) feodalizmin daha erkən yaranması
B) feodalizmin daha az müddətdə mövcud olması
C) feodalların şəxsi təsərrüfatlarının geniş inkişaf etməsi
D) biyar təsərrüfatının geniş inkişaf etməsi
E) vergilərin icmalıqla alınması
101. VIII əsrdə Azərbaycan uğrunda mübarizə aparmışlar.
A) Ərəb xilafəti və Xəzər xaqanlığı
B) Əməvilər xilafəti və Müqəddəs Roma imperiyası
C) Xəzər xaqanlığı və Sasanilər dövləti
D) Xəzər xaqanlığı və Qərbi Roma imperiyası
E) parviyalılarla xəzərlər
102. Bəzz məğlubiyyətindən sonra Babəkin məqsədi.
A) Bizans imperatorunun yanına getmək və yeni qüvvə toplayıb müharibəni davam etdirmək
B) əsir alınmış ailə üzvlərinin azad olması müqabilində müharibəni dayandırmaq
C) Xəzər xaqanlığı ilə saziş bağlayaraq müharibəni davam etdirmək
D) Afşinlə sülh bağlayıb Xürrəmi qüvvələrinin qoruyub saxlamaq
E) ərəblərə təslim olmaq
103. Babəkin xürrəmilər hərəkatına rəhbərlik etdiyi dövrə aiddir.
A) xəlifənin xürrəmilərə qarşı ilk nizami ordu göndərməsi
B) ərəblərin mərzban Şəhriyarla sülh müqaviləsi bağlaması
C) ərəblərin Dərbəndə ilk hərbi yürüşü
D) Ərdəbil müqaviləsi
E) Xilafətin xəzərlərə qarşı müharibələri
104. Azərbaycanda 941-981-ci illər üçün səciyyəvi idi.
A) Salarilər dövlətinin mövcudluğu
B) Dəbil əmirliyinin yaradılması
C) Şirvan hökmdarlarının Şirvanşah titulunu qəbul etməsi
D) Məzyədilər sülaləsinin hakimiyyətə gəlməsi
E) şəddadilər dövlətinin mövcudluğu
105. Azərbaycanın 981-ci il tarixi üçün səciyyəvi idi.
A) ölkənin cənub torpaqlarında Rəvvadilər dövlətinin yaranması
B) ölkənin şimal torpaqlarında Şirvanşahlar dövlətinin yaranması
C) 2000 oğuz ailəsinin Azərbaycana köçürülməsi
D) Məhəmməd ibn Mərzbanın ‘‘Qanunnamə‘‘ qəbul etməsi
E) şəddadilər dövlətinin yaranması
106. 971-ci ildə Azərbaycanda yaranmış feodal dövləti.
A) Şəddadilər
B) Şirvanşahlar
C) Girdiman
D) Sacilər
E) Rəvvadilər
107. Slavyanların Azərbaycana 944-cü il yürüşündə məqsədləri.
A) Bərdəni ələ keçirmək və Azərbaycanda həmişəlik möhkəmlənmək
B) Sarı adasının əhalisini qarət etmək və əsir alıb aparmaq
C) ölkəni talan və qarət edib geri qayıtmaq
D) Bakını tutub Azərbaycanda daimi qalmaq
E) Şirvana yiyələnmək
108. Abbasilərin zəifləməsi nəticəsində Azərbaycanda yaranmış dövlətlərə aid deyil.
A) Sasanilər
B) Rəvvadilər
C) Salarilər
D) Sacilər
E) Elxanilər
109. ‘‘Kitabi-Dədə Qorqud‘‘ dastanına aid olanları müəyyən edin.
1.Məhəbbət dastanıdır
2.Qəhrəmanlıq dastanıdır
3.Ərəb dilində yazılıb
4.Türk dilində danışan xalqın abidəsidir
5.XI əsrə aiddir.
A) 2, 4
B) 1, 3
C) 2, 5
D) 1, 4
E) 3, 5
110. Naxçıvan şəhərinin ən yüksək tərəqqi dövrü təsadüf edir.
A) Şəmsəddin Eldənizin hakimiyyəti illərinə
B) İraq Səlcuq sultanlığının hökmranlığı dövrünə
C) Atabəy Əbu Bəkrin hakimiyyəti dövrünə
D) Atabəy Özbəyin hakimiyyəti dövrünə
E) Monqol yürüşləri ərəfəsində
111. İntibah dövrü Azərbaycan memarlığının ən görkəmli nümayəndəsi idi.
A) Əcəmi Əbubəkr oğlu
B) Mücirəddin Beyləqani
C) Məsud Davud oğlu
D) Əbubəkr Şirvani
E) İbrahim Osman oğlu
112. IX əsrin ortalarından başlayaraq Azərbaycanda mədəniyyətin inkişafına təsir göstərən siyasi amil.
A) Xilafətin süqutu nəticəsində Azərbaycanda müstəqil dövlətlərin meydana gəlməsi
B) Azərbaycan Atabəylər dövlətinin yaranması
C) oğuz-səlcuq axınlarının başlanması
D) beynəlxalq karvan yolunun Azərbaycandan keçməsi
E) Bizans imperiyasının başçılıq etdiyi xristian blokuna qarşı mübarizə
113. Əcəmi Əbubəkr oğlu tərəfindən inşa edilmiş memarlıq abidələri.
A) Naxçıvandakı Möminə xatın və Yusüf ibn Küseyr türbələri
B) Bakıdakı Sınıqqala və Qız qalası
C) Araz çayı üzərindəki Xudafərin körpüsü və Qoşaminarə
D) Abşerondakı Mərdəkan və Ramana qalaları
E) Bərdə və Təbriz türbələri
114. Babəkin edamından sonra Xilafətə qarşı mübarizə aparmış sərkərdə.
A) Əbu-Musa
B) Cavanşir
C) Afşin
D) Salman
E) Əl-Kürdi
115. Daha əvvəl baş vermişdir.
A) Azərbaycan torpaqlarının bir hissəsinin İraq Səlcuq sultanlığına daxil edilməsi
B) Eldənizlər dövlətinin yaranması
C) Şəmcəddin Eldənizin ‘‘Böyük Atabəy‘‘ titulu alması
D) Qızıl Arslanın sultan elan olunması
E) Eldənizlər dövlətinin süqutu
116. Gəncənin məşhur Qala qapılarının düzəldilməsindən neçə il sonra bu nadir sənət incisi qənimət kimi Gürcüstana aparılmışdır.
A) 76
B) 66
C) 29
D) 62
E) 67
117. Monqol yürüşləri ərəfəsində Azərbaycanda mövcud olan dövlətlər.
A) eldənizlər və şirvanşahlar
B) rəvvadilər və şəddadilər
C) sacilər və salarilər
D) şirvanşahlar və elxanilər
E) eldənizlər və elxanilər
118. Azərbaycanda Cəlalləddinə qarşı xalq hərəkatının ən yüksək zirvəsi oldu.
A) Gəncə üsyanı
B) Təbriz üsyanı
C) Naxçıvanda üsyan
D) Mərənddə üsyan
E) Xoyda üsyan
119. 1231-ci ildə Azərbaycan.
A) monqolların ikinci yürüşünə məruz qaldı
B) Cəlaləddin tərəfindən işğal olundu
C) Eldənizlər dövlətinin tərkibindən çıxdı
D) Elxanilər dövlətinin tərkibinə daxil edildi
E) Ali Monqol Xaqanlığının canişinləri tərəfindən idarə olunmağa başlandı
120. Azərbaycan Hülakülər (Elxanilər) dövlətinin tərkibinə qatıldı.
A) monqolların üçüncü yürüşü nəticəsində
B) monqolların ikinci yürüşü nəticəsində
C) Cəlaləddinin yürüşü nəticəsində
D) monqolların birinci yürüşü nəticəsində
E) Eldənizlər dövlətini dağılması nəticəsində
121. Ikinci yürüşdə monqolların əsas məqsədi nə idi?
A) Azərbaycanda və ona qonşu olan dövlətlərdə möhkəmlənmək
B) Azərbaycanda xarəzmşahların hakimiyyətinə son qoymaq
C) Azərbaycan Eldənizlər dövlətini məhv etmək
D) Abbasi xəlifəliyini məhv etmək
E) Qızıl Ordanın Azərbaycan torpaqlarına olan iddialarına son qoymaq
122. 1220-1222-ci illərdə Azərbaycan məruz qaldı.
A) monqolların dağıdıcı yürüşünə
B) qıpçaqların hücumuna
C) Xarəzmşahın oğlu Cəlaləddinin basqınına
D) Qızıl Orda tərəfindən ilk hücuma
E) Hülakü xanın yürüşünə
123. Əhalisi ‘‘qılınca sarılmaq vaxtıdır, ... səbr etmək və şərəflə ölmək hər şeydən yaxşıdır‘‘ deyərək monqollara ciddi müqavimət göstərən şəhər.
A) Şamaxı
B) Təbriz
C) Gəncə
D) Ərdəbil
E) Marağa
124. Azərbaycanın monqollar tərəfindən işğalı başa çatdı.
A) Dərbənd şəhərinin tutulması ilə
B) Gəncənin ələ keşirilməsi ilə
C) Tovuz və Bakının tutulması ilə
D) Təbrizin tutulması ilə
E) Şirvanın vassal asılılığını qəbul etməsi ilə
125. Monqolların Azərbaycana ikinci yürüşünün başlanmasından neçə il sonra Hülakülər Azərbaycanı özlərinə tabe etdilər?
A) 25
B) 20
C) 24
D) 11
E) 9
126. Əmir Teymurun hücumlarından 14 il ərzində cəsarətlə müdafiə oluna bildi.
A) Əlincə qalası
B) Dərbənd qalası
C) Gəncə şəhəri
D) Təbriz şəhəri
E) Qız qalası
127. Qaraqoyunlu sülaləsinin banisi olmuşdur.
A) Bayram Xoca
B) Qara Məhəmməd
C) Qara Yusif
D) Əli Şəkər bəy
E) Pir Həsən
128. Nizami Gəncəvi hansı əsərində insanların min illər boyunca arzuladıqları ədalətli cəmiyyət ideallarını ümumiləşdirərək özünün ideal cəmiyyət fəlsəfəsini yaratmışdır.
A) ‘‘İsgəndərnamə‘‘
B) ‘‘Sirlər xəzinəsi‘
C) ‘‘Leyli və Məcnun‘
D) ‘‘Yeddi gözəl‘‘
E) ‘‘Xosrov və Şirin‘‘
129. Birinci yürüş zamanı monqollların Beyləqana hücumu nə ilə nəticələndi.
A) şəhər işğal olundu və əhaliyə divan tutuldu
B) şəhər əhalisi müqavimət göstərmədən düşmənə təslim oldu
C) şəhər əhalisi monqollarla qanlı döyüşdə qalib gəldi
D) şəhər hakimi xərac verib əhalini xilas etdi
E) şəhər hakiminin zülmündən bezmiş əhali düşmənə təslim oldu
130. Azərbaycana ilk yürüşü zamanı monqolların Gəncəyə Hücumunun nəticəsi.
A) şəhər xərac verməklə talan və dağıntıdan xilas oldu
B) düşmən şəhərə od vurub yandırdı
C) Gəncənin hakimi şəhəri düşmənə təslim etdi
D) şəhər əhalisi ciddi müqavimət göstərib düşmənə qalib gəldi
E) şəhər hakiminin zülmündən bezən əhali düşmən tərəfə keçdi
131. Eldənizlər dövləti süquta uğradı.
A) Cəlaləddinin Azərbaycanı işğal etməsi nəticəsində
B) Hülakülər dövlətinin yaranması ilə
C) monqolların Azərbaycana birinci yürüşü nəticəsində
D) monqolların Azərbaycana ikinci yürüşü nəticəsində
E) Qızıl Ordanın yürüşləri nəticəsində
132. 1225-ci ildə Azərbaycan.
A) Xarəzmşah Cəlaləddinin hücumuna məruz qaldı
B) monqolların ikinci yürüşünə məruz qaldı
C) Elxanilər dövlətinin tərkibinə daxil edildi
D) monqolların birinci yürüşünə məruz qaldı
E) qıpçaq dəstələrinin hücumuna məruz qaldı
133. 1382-ci ildə Şirvanda.
A) Dərbəndilər sülaləsi hakimiyyətə gəldi
B) Əmir Teymurun ağalığı dövrü başladı
C) çobanilər hakimiyyəti ələ keçirdilər
D) cəlairi Üveysin hakimiyyəti bərqərar oldu
E) qızıl Ordalılar hökmranlığa başladılar
134. Fəzlullah Nəiminin hürufiliyin nəzəri əsaslarının əks olunduğu əsərlərindən biri.
A) ‘‘Cavidannamə‘‘

Müəllif

RockStaR

Oxunub

11975

Tarix

27-10-2012, 20:29

Bölmə

Testlər

Rəylər

11

 

 
 

Oxşar xəbərlər:

 

edward | 1 noyabr 2012 19:39

cox xosuma geldi butun suallara cavab verdim birinden basqa tesekkurler

ayan ismayilova | 2 noyabr 2012 12:48

edward,salam bagisla narahat etdim 83 cu sualin cavabin bilirsense mumkundese menede de.

Napa | 14 noyabr 2012 15:37

83cu sualin cavabi-Cavansirdir(cavablar hamisi "A"variantdadir

selena gomez | 14 noyabr 2012 16:11

men 7-ci sinifde oxuyuram ve men sabah olimpiadaya gedecem.tekrarlamam ucun test suallarina ehtiyacim var.6-ci ve7-ci sinif.xahis edirem ki variantlar muxtelif olsun. sad request smile

Emirovagulnar | 2 dekabr 2012 10:39

cox yaxs sauallardi tesekkurler winked

talehbabayev | 2 dekabr 2012 21:12

cox mentiqli ve yaxsi suallardir tessekkur smile

Jan Dii | 5 dekabr 2012 11:27

ASANDIIIII.YESSSSSS

aysel tarix.info | 5 dekabr 2012 13:58

fellow cox beyendimmmmmmmmmmmmmmm

sabir meherremova | 15 mart 2013 22:57

cox asandilar))))))))))))00000

bir ikisinden bawqa hamisini bildim wink [hide]

qД±z qalasД± | 2 yanvar 2014 21:17

hamısı suallaar çooooooooooooooox gözəl suallardır! Təşəkkür edirəm bu cür suallar üçün

milicka | 5 oktyabr 2014 21:30

maraqli suallardir.ancaq bu suallarin hamisinin cavabi A varianti olmasaydi ela olardi.

Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.