Metodiki dəstək

[/i]

[i]Metodiki dəstək
 

Q
əsri-Şirin müqaviləsi

 

  • 1639-cu ildə oldu
  • Səfəvilərlə Osmanlılar arasında
  • Şərtlərinə görə :
  • Amasiya müqaviləsinin şərtləri bərpa edilirdi
  • Səfəvilərlə Osmanlılar arasında müharibəyə son qoyuldu
  • Ərəb İraqı osmanlılara kecdi
  • Zəncir qalasından şərqdəki torpaqlar Səfəvilərə verilirdi
  • Səfəvilər Van , Qars və Ahalsıxa hücum etməyəcəyinə vəd verdi
  • XVIII əsrin II-yarısına kimi müharibələrə son qoyuldu
  • Azərbaycanda qismən sakitlik bərpa edildi

 

XVII əsrdə Azərbaycanın inzibati vəziyyəti

  • 4 bəylərbəyliyə bölünürdü
  • Cənubi Azərbaycan bəylərbəyliyi – mərkəzi Təbriz şəhəri
  • Çuxursəd bəylərbəyliyi – mərkəzi İrəvan şəhəri
  • Qarabağ bəylərbəyliyi – mərkəzi Gəncə şəhəri
  • Şirvan bəylərbəyliyi – mərkəzi Şamaxı şəhəri

 

İnzibati idarəetmə

  • Dövlətin başında şah dayanır
  • Bəylərbəyliyin başında bəylərbəy dayanır
  • Bəylərbəylik mahallara bölünür , onu qolbəyi idarə edir
  • Ali hərbi inzibati hakimiyyətə xan başçılıq edir
  • Nisbətən kicik ərazinin hakimi sultan bəy titulları daşıyırdı
  • Bəylərbəyliyin maliyyə işlərini vəzir yerinə yetirirdi
  • Məhkəmə orqanlarını şeyxülislam , qazılarmüftilər idarə edirdi

 

Dövlətin inzibati idarəetməsinin xüsusiyyəti

  • İdarəçilikdə irsiliyin saxlanması

 

Bu vəziyyətin müsbət və mənfi cəhətləri

Müsbət cəhəti

  • Hakimlər ölkənin abadlaşmasına və təsərrüfatın inkişaf etdirilməsinə maraq göstərir

Mənfi cəhəti

  • İri feodal hakimiyyəti güclənir
  • Ölkənin iqtisadi və siyasi həyatı ləng inkişaf edir

 

XVII əsrdə Səfəvi-Rusiya münasibətləri

  • Bu dövrdə şimaldan Dərbənd keçidini ilə Krım tatarlarının Azərbaycana müdaxiləsinə son qoyulmuşd Rusiya dövləti ilə Azərbaycanın ticarət- iqtisadi əlaqələri artmışdı

 

Səfəvi – Rusiya toqquşması

  • Toqquşmanın səbəbi :
  • Rusiyanın Şimali Qafqazda sitateji qalalar tikməsi
  • Səfəvi II Şah Abbasın şimal sərhədlərində Rusların tədbirlərinə mane olmaq məqsədiylə xüsusi fərman verməsi 

 

Səfəvi – Rusiya muharibəsi

  • 1653-1662-ci illərdə baş verdi
  • Rusiyanın təhkidi ilə dayandırıldı

 

Rusiyanın Səfəvilərdən aldığı ticarət güzəşləri

  • 1667-ci ildə Səfəvi – Rusiya ticarət müqaviləsi imzalandı
  • Müqaviləyə görə :
  • Səfəvilərin bütün hakimiyyəti dövründə ruslara gömrüksüz ticarət etmək hüququ,karvansaralarda və bazarlarda imtiazlar verilirdi
  • Müqavilədə Rusiyanın məqsədi qızılbaş ipəyini Həştərxan vasitəsilə Moskvaya və Qərbi Avropaya daşımaq hüququnu inhisara almaq idi
  • Şah Süleymanın fərmanında yerli hakimlərə rus tacirlərinə xüsusi ehtiram göstərilməsi tapşırılmışdı

 

Səfəvi – Rusiya ticarətində maneə və buna qarşı tədbir

Maneələr :

  • Quruda və dənizdə quldurların basqınları
  • Susuzluq

Buna qarşı tədbir

  • Hər iki dövlət karvanları silahlı keşikçilərlə mühafizə etməsi

 

Don kazakı Stepan Razinin Azərbaycana qarətçi yürüşü

  • XVII əsrin II- yarısında Don kazaklarına qarşı mübarizə Azərbaycanın siyasi həyatında əhəmiyyətli yer tuturdu
  • Volqa-Xəzər ticarət yolunun qorunması mühüm yer tuturdu
  • S.Razin Səfəvi Şah Suleymanın dövründə Volqa-Xəzər ticarət yolu vasitəsilə 1667-1668-ci illərdə Azərbaycanın və İranın Xəzər dənizi sahillərinə basqın etdi
  • Niyazabad,Şabran,Bakı, xüsusilə Maştağa qarət edildi
  • Sonra Xəzərin cənub sahilləri,Gilan və Rəştə basqın etdi

 

Xəzəryanı ərazilər Rusiyanın işğalçılıq planlarında

  • Rusiya cənub sərhədlərini Azərbaycan hesabına genişləndirməyə çalışırdı
  • Rusiya İngiltərənin Səfəvi dövlətində möhkəmlənməsinin qarşısını almağa çalışırdı
  • Rusiya Osmanlı dövləti ilə Səfəvilər arasında gərginliyin qalmasında maraqlı idi
  • Rusiya Osmanlılara qarşı Səfəvilərlə hərbi ittifaq bağlamağa can atırdı (lakin Səfəvilər hərbi qüdrəti zəif olduğundan buna maraq etməmişdi)
  • Dağıstan hər iki dövlət arasında mübahisəli ərazi idi

 

XVII əsrdə Azərbaycanda torpaq mülkiyyət formaları 

  • Divan – dövlət torpaqları
  • Xalisə - Şah və onun ailəsinin mülkü
  • Tiyul – Hərbi və mülkü məmurların şərti         

              torpaq sahələri

  • Vəqf - Məsçidlərə məxsus torpaqlar
  • Mülk – Xüsusi mülkiyyətdə olan torpaqlar
  • Camaat – İcma torpaqlar

 

XVII əsrin ikinci yarısında hakim zümrə

  • Torpaq sahibi olan feodal zümrəsi hüquqi cəhətdən 4 qrupa bölünürdü:
  • Qızılbaş əyanları və digər tayfaların hərbi zadəganlar , şah qvardiyasından  çıxmış qulamlar
  • İri torpaq sahibləri olan şiə təriqətli ali ruhanilər
  • Mülki əyanlar
  • Yerli əhamiyətli əyanlar

 

 

 

 

Kəndli zümrəsi

  • XVII əsrdə Azərbaycanda kəndlilər  cəmiyyətin əsas istehsalçısı və istismar olunan təbəqəsi hesab olunurdu
  • Kəndlilər əllərində olan torpaqların sahəsinə görə iki qrupa bölünürdü  

 

Kəndli qrupları

Birinci qrup :

  • Rəiyyət – pay torpağına və şəxsi təsərrüfata malik olan, həm feodala,həm də dövlətə vergi və mükəlləfiyyətlər ödəyən kəndlilər idi
  • Hampa – iş heyvanı, istehsal alətləri,toxumu olan,feodaldan aldığı torpağı özü becərən kəndlilər idi

İkinci qrup :

  • Əkər (rəncbər) – təsərrüfatsız və yardımçı kənd təsərrüfatı işlərində çalışan və məşğuliyyəti olmayan yoxsul kəndlilər idi
  • Elatlar – köçmə maldarlıqla  məşğul olan kəndlilər

 

Vergi və mükəlləfiyyətlər

  • XVII əsrdə kəndlilər 35 - ə qədər vergi ödəyirdi
  • Onlardan alınan torpaq və gəlir vergisi – malcəhət və bəhrə verginin əsas hissəsi sayılır , natura ilə ümumi məhsulun 1/5 , 1/3 , hissəsini təşkil edirdi
  • Bu vergi torpaq sahibkarı ilə dövlət arasında bölünürdü

 

Vergilər

  • Malcəhət - torpaq və gəlir vergisi,  natura ilə ümumi məhsulun 1/5 hissəsini təşkil edirdi
  • Bəhrə - torpaq və sudan istifadəyə görə məhsulla alınan vergi
  • Bağbaşı – məhsulun 1/10 – ni təşkil edirdi 
  • Çobanbəyi (Çöl pulu ) – örüşdə heyvanların otarılmasına görə köçərilərdən alınan vergi
  • Cüftbaşı – mövsüm ərzində torpağı əkib – becərmək bir cüt qoşqu vasitəsi olanlardan məhsulla alınan vergi ( II Şah Abbasın fərmanı ilə soyurqal torpaqlarından alınmırdı)
  • Dəzgahbaşı – hər bir toxucu dəzgahının istehsal etdiyi məhsuldan alınan vergi ( Səfəvilər dövründə xalça, xalı sənətkarlarından ildə bir dəfə alınırdı)
  • İxracat – ümumi və müxtəlif vergi, mükəlləfiyyətlərin məcmusu mənasında işlənirdi. Dövlət canişinlərinin, hərbi xidmətdə olanların və əyanların təlabatını ödəmək üçün alınan vergi idi.
  • Əvrəz – daimi olmayan vergi, natura, yaxud mükəlləfiyyət icra etməklə ödənilən vergi
  • Rüsum – dövlət canişinlərinin və ruhanilər üçün natura ilə alınan vergi
  • Dəstəndaz – hakimiyyətin nisbətən aşağı pilləsində xidmət edən şəxslər üçün alınan vergi
  • Cizyə - müsəlman olmayanlardan – xristianlardan alınan vergi

Mükəlləfiyyətlər

  • Künəlgə - əyanların kəndlinin evində qalmaq hüququ verirdi
  • Novruzii - əhalinin hakim sülalənin üzvlərinə, sərkərdələrə,yeni fəth edilmiş yerlərə ,tanınmış adamlara göndərilən hədiyyə (Novruz bayramına təsadüf edildiyindən onu bəzən novruzi adlandırırdılar)
  • Biyar – kəndlinin feodal və ya dövlətin xeyrinə zorla,havayı işləməsi

 

 

 

 

 

 

 

 

 

 

 

Şəhərlər

  • XVII əsrin ikinci yarısında Azərbaycan şəhərləri sənətkarlıq,ticarət və mədəniyyət mərkəzləri hesab olunurdu
  • Səfəvi-Osmanlı müharibələrində şəhərlərə ağır zərbə vurulmuş və inkişafı ləngimişdi
  • Sakitlik bərpa edilməsindən sonra şəhərlər yenidən sənətkarlıq,ticarət və mədəniyyət mərkəzlərinə çevrilməyə başlamışdı

Təbriz

  • Səfəvi imperiyasında ərazisinə,ticarətinə və əhalisinin sayına görə mühüm yer tuturdu
  • Əhalisinin sayı 500 minə qədər idi
  • Şəhərdə Əlişah məsçidi kompleksi (qacarlar dövründə Ərk qalasına çevrilmişdi) yerləşirdi
  • Fransız səyyahı Şardenin məlumatına görə şəhərdəki "Qeysəriyyə” bazarı Asiyada ən böyük bazar idi
  • Cənubi Azərbaycan bəylərbəyliyin mərkəzi

 

Gəncə

  • Səfəvilər dövlətinin ən iri şəhərlərindən biri
  • Qarabağ bəylərbəyliyinin mərkəzi
  • Qacar sülaləsinin əyanlarına məxsus idi

 

Şamaxı

  • 1667-ci ildə şəhərdə zəlzələ baş verdi
  • 70 min əhali həlak oldu
  • Tez bir zamanda bərpa edilib ipək toxuyan emalatxanaları ışləməyə başladı
  • Şəhərin Mücü kəndində ipəksarıyan və ipək toxuyan dəzgahlar hazırlanırdı
  • Şəhər sənətkarları mis məmulatları,silah və zirehli geyimlər hazırlayırdı

 

Ərdəbil

  • Səfəvilər dövlətinin  iri şəhərlərindən biri
  • Səfəvi şeyxlərinin himayəndəsində idi
  • Xam ipək istehsal edirdi
  • Beynalxalq ticarət yolu üzərində yerləşirdi
  • Pyetro della Vallenin məlumatına görə Balıqlı cayının suları şəhərin küçələrindən axır və Venetsiyanı xatırladırdı

 

Naxçıvan

  • Şəhər iki dəfə dağıntıya məruz qalmışdı
  • XVII əsrin sonunda şəhər iqtisadi, ticarət və mədəni həyatda xeyli zəifləmişdi

 

Şəhərlərin idarə olunması

  • Şəhərin başında bəylərbəyi, xansultan rütbəsi daşıyan hakim, həmçinin məlik dayanırdı
  • Şəhərin maliyyə işlərini mərkəzdən təyin edilən və müstəqil hakimiyyətə malik olan vəzir başçılıq edirdi
  • Şəhərdə asayişi qoruyur, şəriət qaydalarına nəzarət edir, hakim təbəqənin əmrini yerinə yetirirdi – darğa
  • Məhkəmə işlərinə qazı və ya şeyxülislam baxırdı
  • Şəhərdə sənətkar və tacir təbəqəsinə vergi qoyulması, daxili problemlərin qaydaya salınması ilə kələntər məşqul olurdu (köməkçisi naib idi

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 29 fevral 2012 15:53
    Teshekkur edirem umid edirem qalib gelim Allah hec kimin eziyyetini yere vurmasin

  2. 29 fevral 2012 15:57
    Gelecekde tarix kitablarni
    bu cur ishleseler yaxshi olar.Cox aydn shekilde ardcllqla
    vermisinz.Ushaqlar ucun bele oyrenmek daha asandr.Yaddashlarna
    daha yaxshi hekk olunar.

  3. 7 mart 2013 18:50
    la ox sa olun

  4. 14 iyul 2014 19:46
    sag olun cox aydin sekildedir.amma ki, camaat qazandiqlarini ancaq vergi verirmishki.

    --------------------

  5. 9 may 2017 21:56
    Ela tesekkurler

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.