XIX əsrin birinci yarısında Azərbaycan maarifi

  • XIX əsrin birinci yarısında Azərbaycan maarifi

     

     
    Bu dövrdə Azərbaycan mədəniyyəti çox zəif inkişaf etmişdir. Bunun əsas səbəbi Azərbaycanın Rusiyanın müstəmləkəsi olması idi. Rusiya mədəniyyəti Avropa dövlətlərindən geridə qalırdı. Maaairifin inkişafına az vəsait xərclənirdi.
  • 1829-cu ildə Cənubi Qafqaz məktəbləri haqqında nizamnamə qəbul edildi.
  • Bunun əsasında 1830-cu ildə Şimali Azərbaycanda ilk qəza məktəbi yaradıldı. İlk qəza məktəbi Şuşada açıldı, 1832-ci ildə isə ikinci məktəb Bakı və Nuxada yaradıldı.
  • 1854-cü ildə Quba və Ordubadda birsinifli  ibtidai məktəblər açıldı.
  • Şimali Azərbaycanda dövlət məmurları hazırlamaq zərurəti ilə Şamaxıda ali dördsinifli məktəb yaradıldı. Bu məktəb 1859-cu ildə Şamaxı zəlzələsindən sonra Bakıya köçürüldü.
  • Şimali Azərbaycanda ilk dərsliklər 1839-cu ildə hazırlanmağa başladı. İlk dərslik 1839-cu ildə Dementyevin "Yazı nümunələri” və Mirzə Kazımbəyin "Türk-tatar dilinin qramatikası” dərslikləri oldu. Kazımbəy dərsliyinə görə Demidov mükafatına layiq görüldü.
  • XIX əsrin 30-cu illərində rus məktəbləri ilə yanaşı "müsəlman məktəbləri”də yaranmağa başladı. İlk dünyəvi müsəlman məktəbinin yaradılması haqqında layihəni 1832-ci ildə Abbasqulu Bakıxanov hazırlamışdır. Lakin layihəni qəbul etmədilər.
  • Azərbaycanda milli məktəblər yenədə fəaliyyət göstərirdi. İbtidai məktəblər "məktəb”, orta məktəbləri isə "mədrəsə”lər təşkil edirdi. 1801-ci ildə Şuşada İbrahim xan məsçidi nəzdində açılan məktəb bu dövrdə də fəaliyyət göstərirdi. Bu cür "mollaxanalarda” dünyəvi şəxslərdə dərs keçirdi, misal olaraq Mirzə Şəfi Vazeh.
  • Qəza məktəblərinə əhalinin ləng cəlb edilməsi və höküməti sadiq ruhaniləri hazırlamaq məqsədi çarizmi "müsəlman məktəbləri” adlı xüsusi məktəblərin açılması zəruri etdi. İslamda təfriqəni gücləndirmək üçün bu tip məkktəblər sünni və şiə məzhəbində yaradılırdı. İlk belə məktəblər Tiflisdə yaradılmışdır. Bu məktəblər əhalinin vəsaiti hesabına saxlanılırdı. Çarizmin məqsədinin doğrultmadığından tədricən fəaliyyətlərini dayandırdılar.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 5 fevral 2013 16:13
    TWK_LER..... winked

  2. 12 mart 2013 14:55
    Bu melumatlara gore tesekkurler . fellow

  3. 31 mart 2013 18:11
    Emeyi kecen her kese tesekkurler. Cox maraqli ve lazimli melumatlardir.

  4. 24 noyabr 2013 19:24
    Ben bu sayıtda 6-cısinif vıdyosuna baxa bilmirem

  5. 24 fevral 2014 13:40
    biz bulari da kecmiwiy.bu xeberleri burd agorub ele sevindimkii..  feel

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.