Qızıl Ordu

 

Qızıl Ordu

 

 

 

Qızıl Ordu

  • 1242-ci idə yaranmışdır
  • Əsasını Batı xan qoymuşdur
  • Şərqi Avropada yeni türk dövləti idi
  • Ərazisi: Qərbdə Dnestr, Şərqdə İrtış və Sırdərya çayı
  • Paytaxtı: Saray Batı və Saray Bərkə
  • Feodal dövləti idi
  • Feodallar noyon və bəylər adlanırdı
  • Xandan dövlətin xeyrinə vergilər verməkdən azad olan imtiyazlı şəxslərə tarxan deyilirddi
  • Torpağa sahib olmaq və müxtəlif məcburi işlərdən azad edilmək üçün xanların verdiyi fərmanlar yarlıq adlanırdı
  • XIV əsrin əvvəllərində Özbək xan islam dinini qəbul etdi
  • Xanın yanında Ali məşvərətçi orqan Məclis fəaliyyət göstərirdi
  •   Baskak – Monqol və Qızıl Ordu dövıətində xanın işğal edilmiş ərazilərdəki nümayəndəsi. Yerli hakimlərin fəaliyyətinə nəzarət edir, vergiləri toplayır və mükəlləfiyyətləri icra edir.
  • Xanın yanında Divan fəaliyyət göstərirdi. Burada dövlət işlərini həyata keçirən bəylər, əmirlər, vəzirlər, naiblər iştirak edirdi.
  • Qızıl Orda dövlətinin zəifləməsinin səbəbi iri feodal hakimiyyətinin güclənməsi, vilayətlər arasında iqtisadi əlaqələrinin zəif olması idi.
  • XIII əsrin sonlarında (1282-ci ildən etibarən) mərkəzi hakimiyyətdən ayrılan ərazilər meydana gəldi.
  • Özbək və Canı bəy ölkədə ara müharibələrinə son qoysalarda dövlətinin zəifləməsinin qarşısını ala bilmədilər.
  • 1380-cı ildə Dmitri Donskoyun başçılğı altında rus qoşunları Mamay xanın başçılıq etdiyi Qızıl Ordu qoşununu məğlubiyyətə uğratdı. Lakin buna baxmayaraq Rusiya monqol asılılığından azad olmadı.
  • Əmir Teymurun köməkliyi ilə hakimiyyətə gəlmiş Toxtamış xan 1382-ci ildə Moskvanı tutaraq yandırdı.O, eyni zamanda Teymurdan asılı olan ərazilərə də yürüşlər etdi.
  • 1395-ci ildə Terek çayı sahilində baş vermiş döyüşdə Teymur Toxtamışı məğlub etdi. Bu hadisədən sonra Qızıl Ordu dövlətinin süqutu sürətləndi, onun şərq vilayətləri isə Teymurilərin tərkibinə keçdi.
  • XV əsrin birinci yarısında Qızıl Ordunun zəifləməsi nəticəsində Volqaboyunda yeni müstəqil dövlətlər yarandı: Qazan xanlığı, Həştərxan xanlıqlığı və Noqay Ordusu.
  • XV əsrin ikinci yarısında Qızıl Ordunun zəifləməsi nəticəsində müstəqil Krım və Qərbi Sibir xanlıqları yarandı.
  • 1480-cı ildə Uqra çayı sahilində Qızıl Ordu xanı Əhməd xanın Moskva knyazı III İvanı itaətə gətirmək cəhdi uğursuz alındı (bunun səbəbləri: Soyuqların düşməsi, əlverişli məqamın əldən verilməsi). "Uqra görüşü”ndən sonra Rusiya Qızıl Ordunun vassal asılılığından çıxdı və tam müstəqil oldu.
  • XVI əsrin əvvəllərində Qızıl Ordu dövləti süqut etdi
Qızıl Ordu

 

Qızıl Ordu

 


 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 22 noyabr 2012 00:14
    Movzu chox gozel konspektleshdirilib.Tekrar zamani abituriyentler uchun ehemiyyeti boyukdur.

  2. 24 noyabr 2012 14:42
    meqaleye gore twkler

  3. 26 noyabr 2012 22:29
    cox sagolun

  4. 27 noyabr 2012 16:47
    ekiller maraqlidi. birde burda kimse ile danimaq olur.

  5. 1 noyabr 2014 02:35
    1395 ci il Terek cay sahili doyuwde Emir Teymuw Toxdamiwi meglub edir ve bununla da Toxdamiwin kitabi baglanir.
    Dunen 8ci sinif orta esrler dersinde kecmiwiy.daha dogrusu tekrara qqaidmiwiq.Tewekkur edirem.Kitabda cetin gorsenir heqiqeten.
    Burda ise rahat oldu.Minnetdaram.

    --------------------

  6. 1 noyabr 2014 22:46
    Maraqli meqaleye gore twk. wink

  7. 1 fevral 2015 14:31
    çox maraqlıdır biz bunu bu il keçdik

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.