Torpaq mulkiyyet formalari

Torpaq mulkiyyet formalari

 

Torpaq mülkiyyət formaları

III-VII əsrlərdə Sasanilər dövründə torpaq mülkiyyət formaları
 Dastakert – iri feodallara və Zərdüşd dininin kahinlərinə məxsus irsən keçən torpaq mülkiyyəti idi
 Xostak - xırda və orta feodallara məxsus şərti torpaq mülkiyyəti idi. Xostaqın əsas sahibi idi

VII-IX əsrlərdə Ərəb ağalığı dövründə torpaq mülkiyyət formaları
 Dövlət – Xilafətdə feodal torpaq mülkiyyətinin əsas forması olub divan, yaxut sultan (xəlifə) torpaqları adlanırdı
 İqta – dövlət tərəfindən orduda göstərdiyi hərbi hünərə və sədaqətli xidmətə görə verilən və daha geniş yayılmış torpaq mülkiyyəti forması idi. İqta divan torpağından verilirdi. Xilafətdə iqta sahibi məcburi hərbi mükəlləfiyyət daşımır, xəzinəyə müəyyən miqdarda vergi verirdi. İqtanın iki forması var idi: a) Bağışlanan iqta - sabihinin şəxsi mülkiyyətinə çevrilir və nəsildən-nəsilə keçirdi; b) İcarə edilən iqta - hərbçilərə verilir, irsən keçə bilməz, lazım gəldikdə geri alına bilərdi
 Mülk - yerli feodalların mülkiyyətində olan və sahibi malik adlanan torpaqlar idi
 Vəqf - müsəlman aləmində müqəddəs yerlər və şəhidlər üçün nəzərdə tutulan və müsəlman dini idarələrinin ixtiyarında olan torpaqlar idi. İcarəyə verilsə də, onu almaq, satmaq və xüsusi mülkiyyətə çevirmək olmazdı
 İcma torpaqları - əhaliyə məxsus əkin yerləri, biçənəklər, otlaqlar, meşələr, qəbiristanlıqlar və.s daxil idi

IX-XI əsrlərdə torpaq mülkiyyət formaları
 Divan - dövlətə məxsus olan və gəliri birbaşa xəzinəyə daxil olan torpaqlar idi
 Mülk – Bu dövrdə ən geniş yayılan torpaq mülkiyyət forması olub ayrı- ayrı feodallara məxsus idi. Mülk sahibi dövlətə torpaq vergisi verirdi
 İqta - dövlətə xidmət müqabilində verilən, IX-XI əsrlərdə o qədər də geniş yayılmayan və inkişaf etməkdə olan şərti torpaq mülkiyyət forması idi. Bu dövrdə onun sahibi olan iqtidarların xüsusi mülkiyyətinə çevrilirdi. İqta sahibləri təsərrüfatla məşğul olmur və öz iqtidarlarını icarəyə verirdilər
 Xalisə - ayrı-ayrı hökmdarların (xəlifələr, sultanlar və b.) və sülalərin mülkiyyətində olan torpaq sahələri idi
 Vəqf - ayrı-ayrı ruhanilərə dini və xeyriyyə müəssisələrinə, məscidlərə, mədrəsələrə və s. verilirdi. Vəqf torpaqlarında yaşayan kəndlilər vergini vəqf sahibinə verirdilər
 İlcə (hami) - Azərbaycan kəndlilərinə məxsus olub, sonradan ərəb feodallarının əlinə keçmiş torpaqlar idi
 Camaat (icma) - dövlətin mülkiyyətində olub kəndlilərin istifadəsində olan torpaqlar idi. Bu torpaqlardan elliklə istifadə edən camaat bunun müqabilində dövlətə torpaq vergisi – xərac verirdi

XIII-XIV əsrlərdə Monqollar dövründə torpaq mülkiyyət formaları
 Divan - dövlətə məxsus olub, gəliri birbaşa xəzinəyə daxil olan torpaqlar idi
 İqta – xidmət müqabavilində verilən torpaqlar idi
 Bayrat - istifadəsiz qalıb monqol feodallarının himayəsinə keçən torpaqlar idi
 İncu – Elxanilər dövründə meydana gələn və hökmdar, xan nəslinə məxsus torpaqlar idi

XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövründə torpaq mülkiyyət formaları
 Divan - dövlətə məxsus olub, gəliri birbaşa xəzinəyə daxil olan torpaqlar idi
 Xass - ayrı-ayrı hökmdarların və sülalərin mülkiyyətində olan torpaqlar idi
 Mülk - yerli feodalların mülkiyyətində olan torpaqlar idi
 Vəqf – dini idarələrə məxsus torpaqlar idi
 Soyurqal - Qaraqoyunlu və Ağqoyunlu qoşununun dayağı olan hərbi əyanlara müvəqqəti istifadə üçün iqta əvəzinə verilən və irsən keçən torpaqlar idi
QEYD: İqta ilə soyurqalın ümumi cəhəti onların dövlətə xidmət müqavilində verilmələri olsa da, bir-birindən kəskin fərqlənirdi. Beləki, Soyurqal torpaq mülkü iqtadan fərqli olaraq irsən keçə bilərdi, sahibinin hüquqları daha geniş idi və vergi toxunulmazlığı hüququ var idi.

XVI – XVII əsrlərdə Səfəvilər dövlətində mövcud oan torpaq mülkiyyət formaları
 Divan – dövlətə məxsus torpaqlar idi. Burdan əldə edilmiş bütün gəlirlər dövlət xərclərinin ödənilməsinə sərf edilirdi
 Xass – şah ailəsinə məxsus torpaqlar idi. Burdan əldə olunmuş gəlirlər şaha mənsub olsa da xəzinəyə əlavə edilir və şahın razılığı ilə xərclənirdi
 Tiyul – feodalların şərti torpaqları idi. Hərbi və mülki xidmət müqabilində verilirdi
 Mülk – feodalların şəxsi torpaqları idi
 Vəqf - məscidlərə və ruhanilərə məxsus torpaqlar idi
 Camaat (icma) - kənd ismasının istifadə etdiyi torpaqlar idi. Bu torpaqlar xəzinənin və ya feodalların ixtiyarında idi. İcmanın başçısı hesab olunan ağsaqqal vergiləri müəyyən edir, toplayır, əvəzində isə məhsulun müəyyən hissəsini özünə götürürdü.
QEYD: İlk Səfəvi şahları irsi soyurqal torpaq sahibliyini getdikcə məhdudlaşdırılmasına çalışır və feodal torpaq mülkiyyətinin yeni forması olan - tiyul şəklində torpaq paylayırdılar. Tiyul torpaq mülkiyyəti formasına aid xüsusiyyətlər bunlar idi: irsi torpaq sahibliyinin şərti forması idi, tiyul sahibi tiyuldar adlanırdı və o dövlətə xidmət etməyə borclu idi, bu torpaqlardan toplanan məhsulun 1/5-dən 1/10-na qədəri xəzinəyə verilirdi, tiyuldar ona verilən torpaqdan gələn gəlirin müəyyən hissəsini özünə götürmək hüququna malik idi, tiyul yalnız şahın icazəsi ilə irsi olaraq keçə bilərdi.
QEYD: XVII əsrin ikinci yarısında Azərbaycanda divan və xalisə torpaq mülkiyyəti aparıcı mülkiyyət formaları idi

XVIII əsrin 20-30-cu illərində Osmanlı idarəçiliyi dövründə torpaq mülkiyyət formaları
 Bəylik - dövlət idarəsinə keçən və xidmət müqabilində yerli feodalların şərti mülkiyyətinə verilən torpaqlar idi
 Ağalıq - dövlət idarəsinə keçən və xidmət müqabilində yerli feodalların şərti mülkiyyətinə verilən torpaqlar idi

XVIII əsrin ikinci yarısında Xanlıqları dövründə torpaq mülkiyyət formaları
 Xan torpaqları - dövlət (divan) və saray (xalisə) torpaqlarının əvəzində paylanılırdı
 Mülk - feodalların şəxsi torpaqları idi və xan qarşısında xidmətlə bağlı deyildi
 Vəqf - məscidlərə və dini idarələrə məxsus idi. Evlər, karvansara və dükanlar da vəqf ola bilərdi
 Kənd (icma) - kənd ismasının istifadə etdiyi torpaqlar idi və zorla tutulması nəticəsində sahəsi getdikcə azalırdı
 Tiyul - şərti xarakter daşıyırdı və müəyyən xidmətlərə görə xan tərəfindən verilirdi. Bu dövrdə tiyul tədricən nəsli səciyyə alaraq mülkə çevrilməsi prosesi getdikcə genişlənirdi. Xan tiyul verərkən onu xüsusi sənədlə təsdiq edirdi

XIX əsrin 30-50-ci illərində Şimali Azərbaycanda mövcud olan torpaq mülkiyyəti formaları
 Xəzinə (dövlət) - Rusiya işğalından sonra yaranmış və dövlətə məxsus torpaq sahibliyi idi
 Xüsusi sahibkar Rusiya işğalından sonra yaranmış və feodallara məxsus torpaq sahibliyi idi
 Tiyul - çar hökuməti tərəfindən xidmət əvəzində verilən torpaqları idi. Tiyulun bağışlanmasının əvvəlki qaydaları əsasən saxlanmışdı. Buzaman feodalın hərbi xidmətləri, mövcud rejimə sədaqəti əsas götürülürdü
 Mülk – yenə də xidmətlə bağlı olmayan, satıla, bağışlana və güzəşt edilə bilən torpaq mülkiyyəti forması idi. Mülk sahibi bu dövrdə “mülkədar” adlanırdı. Torpaqla bərabar, su da mülk ola bilərdi
 Mülki-xalisə - mülkün bir növü hesab olunurdu. Mülki-xalisə torpaqları bəylərə məxsus olub onların tam mülkiyyəti sayılırdı. Buradan yığılan bütün vergilər sahibkarlarının ixtiyarına keçirdi
 Vəqf - məscid, monastr və.s dini idarələrin mülkiyyətində olan torpaqlar idi. Bu torpaqların xüsusi çəkisi az idi.
QEYD: Bu dövrdə feodal torpaq mülkiyyətinin iki əsas forması – xəzinə və xüsusi sahibkar torpağı idi. Çünki hakim təbəqənin müsadirə edilmiş torpaqları dövlətin ixtiyarına keçmişdi.

XIX əsrin 30-50-ci illərində Cənubi Azərbaycanda mövcud olan torpaq mülkiyyəti
 Tiyul - bir qayda olaraq, hər hansı mülki və ya hərbi xidmətə görə bağışlanırdı
 İlati-elat - bütün tayfanın sərəncamına verilən torpaqlar idi. Şah tərəfindən dövlət qarşısında hərbi xidmətə görə oturaq və yarımköçəri həyat sürən ayrı-ayrı tayfalara verilirdi
 Mülk - feodalların xüsusi mülkiyyətində olan torpaqlar idi. Digər torpaq mülkiyyəti formalarına nisbətən az idi
 Vəqf - dini idarələrə məxsus torpaqlar idi. Ərdəbildə Şeyx Səfi məscidinə və məqbərəsinə məxsus torpaqlar Cənubi Azərbaycanda ən böyük vəqf torpaqları sayılırdı
 Xırdamalik - kəndlilərin cuzi hissəsinin xüsusi torpaqları idi. Xırdamalik torpaqlarına ən çox Urmiya əyalətində təsadüf edilirdi




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 4 noyabr 2012 22:53
    Hormetli Anar muallim ! Son gunler saytimizda cox aktiv ishtirakiniz ucun ve cox maraqli movzulara gore Size teshekkur edirem ! Muallim olmaq shaqirde ders vermek cox boyuk bir ishdir Ancaq elde etdiyin biliyini bacariqini nailiyyetini metodikani ancaq ozunde saxlamayib onu paylashmaq her kesle Olkemizinin butov bolgesinin shagirdleri ile Muallimleri ile illahda yenice ishe bashlayan muallimlere bir yashil ishiq gostermek Bax buduresl Vetenperver muallim Bu menim fikrimdir menim dushuncemdir Ola biler ki bir coxlari menimle razi olmasin men onlara yenede tolerant yanashiram demesinler hec kime saxlasinlar ozlerinde Ancaq ne ferq eder ki Alimin ixtirasini ancaq ozu istifade edecekse o alim deyil cemiyyete mehz Sizin kimi muallimlere ehtiyac var TESHEKKURLER ! Inaniram ki burada fealiyyetiniz dayanmayacaq ardi olacaq Inshallah Biz hamimiz bir amal ucun calishmaliyik Azerbaycan genclerine tehsil vermek onlara tariximizi sevdirmek Fexr etmelidirler ki Azerbaycanda doqulublar bu olkede nefes alirlar torpaqinda gezirler suyunu icirler Butun bunlara nail olmaq ucun ise Tarix elmi esasdir Biz onlara menimsemeyi heveslendirmeliyik oyrenmeyi oyretmeliyik sadece demekle yox emelle etmeliyik onlara maksium derecede komek etmeliyik Nece ki Sizin yazilarinizi gormekle sevindim Siz doqru yoldasiz Yolunuz aciq olsun qardashim !

  2. 5 noyabr 2012 18:02
    Kopirovat eledim. ayrica cixaracam. Lazimlidir.. Uaqlara vermek ucun yaxsidir. Cox sag olun

  3. 6 noyabr 2012 13:43
    Tesekkurler Hamlet muellim

  4. 7 noyabr 2012 21:53
    usaqlara vermek ucun cox yaxshi melumatdir.hazir halvadir ))))bizde shekide bir muellim var deyir ki,(bele islere)halvani bisirb ,qasiqa qoyub deyirem ay usaq apar aqzina qanan bele edir ancaq vay o gunden ki usaq bunu aparib qulaqina qoyur.bax ond azehmetine heyfin gelir.zehmetiniz itmesin.saqolun

  5. 8 noyabr 2012 21:59
    men bunlarin hamisini ezber bilirem amma yenede saqolun!!

  6. 11 noyabr 2012 21:26
    tekrarladim teweekkurler

  7. 16 dekabr 2012 19:34
    tkkr edirm ardngzlyirik

    tkkr edirm ardn gzlyirik

  8. 12 aprel 2013 13:34
    ox dyrli mlumatlar verdiniz. Tkkrlr!

  9. 24 yanvar 2015 23:31
    Sitat: administrator
    Hormetli Anar muallim ! Son gunler saytimizda cox aktiv ishtirakiniz ucun ve cox maraqli movzulara gore Size teshekkur edirem ! Muallim olmaq shaqirde ders vermek cox boyuk bir ishdir Ancaq elde etdiyin biliyini bacariqini nailiyyetini metodikani ancaq ozunde saxlamayib onu paylashmaq her kesle Olkemizinin butov bolgesinin shagirdleri ile Muallimleri ile illahda yenice ishe bashlayan muallimlere bir yashil ishiq gostermek Bax buduresl Vetenperver muallim Bu menim fikrimdir menim dushuncemdir Ola biler ki bir coxlari menimle razi olmasin men onlara yenede tolerant yanashiram demesinler hec kime saxlasinlar ozlerinde Ancaq ne ferq eder ki Alimin ixtirasini ancaq ozu istifade edecekse o alim deyil cemiyyete mehz Sizin kimi muallimlere ehtiyac var TESHEKKURLER ! Inaniram ki burada fealiyyetiniz dayanmayacaq ardi olacaq Inshallah Biz hamimiz bir amal ucun calishmaliyik Azerbaycan genclerine tehsil vermek onlara tariximizi sevdirmek Fexr etmelidirler ki Azerbaycanda doqulublar bu olkede nefes alirlar torpaqinda gezirler suyunu icirler Butun bunlara nail olmaq ucun ise Tarix elmi esasdir Biz onlara menimsemeyi heveslendirmeliyik oyrenmeyi oyretmeliyik sadece demekle yox emelle etmeliyik onlara maksium derecede komek etmeliyik Nece ki Sizin yazilarinizi gormekle sevindim Siz doqru yoldasiz Yolunuz aciq olsun qardashim !

    Sitat: xezer_sema
    ox dyrli mlumatlar verdiniz. Tkkrlr!

    Cox sag olun.saytiniz mene cox komek olur.

  10. 2 mart 2015 17:54
    cox sagolun.muellimimiz torpaq mulkiyyetleri haqqinda melumat yazmagimizi tapwirmiwdi.cox cox cox sagolun. love

  11. 2 mart 2015 20:59
    Bilmeyenler var,Nigar.... lol
    Sitat: ibadova nigar
    men bunlarin hamisini ezber bilirem amma yenede saqolun!!


    Anar muellim, cox tesekkurler.Lazimli meqaledir....

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.