Elektron musabiqədə təqdimat

Elektron musabiqədə təqdimat

 


Yükləmək ücün qeydiyyatdan keçin!

 


 

Xalq azadlıq hərəkatının  başlanmasını zəruru  edən amillər haqqında ;

İmperialist qüvvələrin əsl  niyyətlərinin nədən ibarət   olmasını  çatdırmaq;

Şagirdlərə vətənpərvərlik ruhunu aşılamaq;

"Vətən üçün yaşayanlar yaşatmışlar Vətəni!” nümunəsində Xürrəmilər hərəkatı,Cavidan və Babək haqqında məlumat çatdırmaq;

Azadlıq və onun mahiyyəti haqqında ,son 20 ildə dövlət olaraq əldə etdiyimiz nailiyyətlərin əsas səbəbinin  nədən ibarət olmasını müəyyən etmək.

ÜSUL VƏ FƏALİYYƏT NÖVLƏRİ:

1.Dialoq

2.Qruplarla iş

3.Diskusiya

Dərsin gedişi:

Sinfin fəallaşdırılması

Motivasiya.Problemin qoyulması

Şagirdlərə lövhədə yad əl uzanmış Azərbaycan xəritəsi və o əli kəsən qılınc təsvir olunmuş xəritə

       təqdim olunur. Şagirdlərə aşağıdakı

       suallar  verilir.

Lövhədə asılımış xəritə hanı

        ölkənin xəritəsidir?

Uzanan əl necə əldir və sizcə

       hansı məqsəd üçün üzanmışdır?

O əl hardan uzana bilər?

Qılınc tutan əl sizə görə kimin əlidir

       və o əl niyə qılınc tutur?

QRUPLARLA İŞ:

Sinif iki qrupa(sinif şagirdlərinin sayı buna imkan verir) bölünür, qrubların adları (Babək və Cavidan) müəyyən olunur.

Hər qrupa işçi vərəqi verilir.İşçi vərəqələrdə  aşağıdakı suallar yazılmışdır.

Azərbaycan daha öncə (Ərəb Xilafətindən) hansı imperiyadan asılı vəziyyətdə olmuş,nə vaxtdan  nə vaxtadək?

Ərəblər Azərbaycanı hansı hadisədən sonra asılı vəziyyətə saldılar?

Sasani və Ərəb imperiasının oxşar və fərqli  cəhətlərini müəyyən edin.

Ərəblərin bizə verdiklərini müəyyən edin.

Xalq azadlıq hərəkatına səbəb olan amilləri  müəyyən edin.

Azadlıq fədailərindən kimləri tanıyırsız?

Ərəb əsarətinə qarşı xalq azadlıq mübarizəsini dövrümüzün hansı hadisəsi ilə müqayisə etmək olar?

Təqdimat

Hər qrupdan bir nəfər  işlərini təqdim edir və sinif şagirdləri bunu müzakirə edir.

 

Elektron dərslik

Bu mərhələdə elektron dərslikdən istifadə olunur,şagirdlərlə birlikdə dərs dinlənilir, anlaşılmayan hissə (əgər olarsa) müəllim tərəfindən bir daha izah olunur.

 

TƏDQİQAT

Xürrəmiləri hansı hərəkatın davamçıları adlandırmaq olar? 

  Məzdəki hərəkatının

Nəyə görə dövlətlərin bəziləri imperialist olurlar?

 O dövlətlər imperialist olurlar ki,onların dövlət rəhbərləri acgöz və qəddar olurlar,başqa dövlət və xalqların azadlığını,onların şən və firəvan yaşamalarını sendirə bilmirlər.Hər şeyin yaxşısını əllərində cəmləşdirmək,bütün dövlət və xalqların onlardan asılı vəziyyətdə olmasını,hər şeyin onların iradəsindən asılı olmasını istəyirlər və s.

İndiki dövrdə də imperialist dövlətlər varmı,varsa hansılardır?

Əlbəttə,var.ABŞ,Rusiya Federasiyasının adlarını birinci çəkmək olar,bu dövlətlər sırasına İngiltərə və Fransa kimi dövlətləri də əlavə etmək olar.Tarixən bu dövlətlər imperialist siyasət yürütmüşlər,bu gün də eyni siyasət yürüdürlər,buna misal olaraq son illər və aylarda Əfqanıstan,İraq,Tunis,Misir,Liviya,Suriya,Yəmən və s. ölkələrdə baş verən hadisələri göstərmək olar.

Son 20 ildə Azərbaycan Respublikasının əldə etdiyi uğurlar nə ilə bağlıdır?

İlk növbədə 1991-ci ilin 18 oktyabrında şəhidlərimizin  qanı bahasına dövlət müstəqilliyimizin bərpası,daha sonra isə müstəqil və Azad Azərbaycana dünya şöhrətli Ümummilli liderimiz Heydər Əliyev kimi dahi və əzəzolunmaz dövlət və siyasi xadimin rəhbərlik etməsi,daxili və xarici siyasətdə seçdiyi düzgün siyasi kurs,qonşu imperialist dövlətlərlə mehriban qonşuluq siyasətinin həyata keçirilməsi.Azərbaycanımızın sərvətlərindən düzgün istifadə,ondan əldə olunan gəlirlərin xalqımızın maddi və sosial rifahının yaxşılaşdırılmasına sərf edilməsi və bunun sayəsində dövlət və xalq birliyinin əldə edilməsinə nail olunması,Ulu Öndərdən sonra onun sadiq davamçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevin Azad Azərbaycan Respublikasına rəhbərlik etməsi ilə.

Bu gün Vətənimdə Babəkə ehtiyac varmı?

 Bəli,o şəxs Azad Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdir ki,o da Vətən torpaqlarını tamami ilə azad görmək üçün mübarizə aparır.Doğrudur,Babək əlində qılınc düşmənlə mübarizə aparırdısa,mənim prezidentim öz ağıllı və müdrik siyasəti ilə erməni kimi daha qəddar və mənfur düşmənlə mübarizə aparır.Və biz inanırıq ki.yaxın zamanlarda  sülh yolu ilə mənim prezidentim Vətən torpaqlarını tamam azad edəcək,xalqımız əsrlər boyu azadlıq uğrunda apardıqları mübarizəyə hələlik son qoyacaq...

Bəs, əlində silah Vətən torpaqlarının  erməni kimi qəddar düşmənin tapdağı altında qalması ilə razılaşmayan,Vətən torpaqlarının azad olunması uğrunda canından keçən qəhrəmanlarımız haqqında nə deyə bilərsiniz?

Bu barədə danışarkən ilk öncə Azərbaycan Respublikasının Milli Qəhrəmanları ağlımıza düşür ki,onlardan Əlif Hacıyev, Seyidov Məhərrəm ,

Mübariz İbrahimov və s.erməni vəhşilərivə qarşı apardıqları igidlikləri yadımıza düşür.

Bu mərhələdə hər bir şagirdə aşağıdakı testlər verilir.

1.Babəkin xürrəmilər hərəkatına rəhbərlik  etdiyi dövrə aiddir:

   A) Ərdəbil müqaviləsi

   B) Ərəblərin mərzban  Şəhriyarla sülh müqaviləsi bağlaması

   C) Ərəblərin Dərbəndə ilk hərbi yürüşü

   D) Xəlifənin xürrəmilərə qarşı ilk nizami ordu göndərməsi 

2. Xronoloji ardıcıllığı müəyyən edin:

    1.Əbu-Musanın başçılığı ilə üsyan

    2.Babəkin edam olunması

    3.Bəzz döyüşü

    4. I Həşdadsər döyüşü

   A) 2,3,4,1        B) 4,3,2,1          C) 2,1,3,4           D) 4,2,3,1

3.Xürrəmilər hərəkatına aiddir:

   A) Hərəkatın iştirakçıları qırmızı paltar geyinirdilər.

   B) Cavanşir – hərəkatın rəhbərlərindən olmuşdur.

   C) Sasani zülmünə qarşı çevrilmişdir.

   D) Bələncər döyüşü

4.Bəzz döyüşündən bizi neçə il ayırır?

   A) 1174          B) 1196             C) 1175         D) 1165

5.Azərbaycanın daxil olduğu imperiyaları  müəyyən edin:

   A)Osmanli,Frank,Sasani

   B)Frank,Sasani,Ərəb

   C)Sasani,Ərəb,Sovet

   D)Sovet,Frank,Ərəb,Sasani

Ümumiləşdirmə və nəticə

Nəticədə şagirdlərlə birlikdə azadlıq,torpaq,vətən anlayışları ilə bağlı fikirlər ümumiləşdirilir,azadlığın necə əldə edilməsi,torpağın vətən olması üçün tələb olunan şərtlər aydınlaşdırılır.Nəticələr fərziyələrlə müqayisə edilir.

Şagirdlər  belə bir nəticəyə yönəldilir:

Azadlıq verilmir,əldə edilir.

Torpaq o zaman vətən olur ki,onun üzərində yaşayan insanlar onun qədrini bilir,onun nemətlərindən bəhrələnməklə bərabər ,onu sevir və qoruyurlar.

Vətən ən müqəddəs məhfum olduğuna görə,onu biz "Ana vətən” deyə çağırırıq.

Vətən uğrunda şəhid olanlar bu torpağı öz qanları ilə bir daha müqəddəsləşdirirlər.

Torpağı "Vətən " deyib bağrına basaraq şəhid olanların xatirəsi unudulmazdır.

Heç kim və heç nə unudulmur!

Refleksiya

Biz bugünkü dərsdə nə öyrəndik?

Azadlığın əhəmiyyəti nədir?

Bugünkü dərsin mövzusu nə qədər aktual idi?

"...Qırx il kölə kimi sürünməkdənsə,bir gün azad yaşamaq ,ixtiyar sahibi olmaq yaxşıdır!” ifadəsinin mənasını necə başa düşmək lazımdır?

EV TAPŞIRIĞI

Babək və Mübariz İbrahimov haqqında  esse yazmaq

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 26 mart 2014 16:38
    təşəkkürlər müəllimə böyük zəhmət çəkib

  2. 26 mart 2014 21:31
    tewekkurlerrrr...///>>>>

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.