Dərslərdə oyun bacarıqları

 Dərslərdə oyun bacarıqları


D
ərslərdə oyun bacarığına yiyələnmək

 

 

  Hörmətli müəllimlər, uzun müddət Beynəlxalq Təhsil Proqramı olan Debatla məşğul olmuş, onun məşqçi – müəllimlər üçün metodiki vəsaitlərinın işlənilib hazırlanmasında, təlimləriun keçirilməsində, Respublika şəbəkəsinin yaradılmasında, " Karl Popper " və " Parlament Debatı " formatı üzrə Respublika yarışlarının keçirilməsində, yay düşərgələrində, Beynəlxalq debat təşkilatı olan İDEA – nın Krakovda konfransında iştirak etmişəm. Tarix dərslərində debat texnologiyasından istifadə edərək, onun tarix müəllimləri arasında yayılmasında əməyim olub.  Hörmətli nazirimiz Misir müəllim də dərsimdə iştirak etmiş, dərsə öz qiymətini vermişdir.

  Bütün bunları mən ona görə deyirəm ki, hal – hazırda söhbətimiz Debat texnologiyası və  tarix dərslərində onun tətbiqindən gedəcək. Bir dəfə Tarix müəllimləri konfransında nəyə görəsə mənə əsəbiləşən, həqiqətən də bu belə idi və onun əsəbinin səbəbini hələ də bilmirəm, Salyanlı bir müəllim mənə hirslə dedi : " Mən sənin debatınla məşğul olmayacağam”. Cavab verdim ki, əvvəla debat mənim deyil, ikincisi sən hal – hazırda onunla məşğulsan. Bəli, debat mübahisədir, müzakirədir, mükalimədir, mühakimədir, mövqedir və s.

  Burda əsas sual ondan ibarətdir ki, hansı yaşdan " Debat”la məşğul olmaq lazımdır? Beynəlxalq qaydalara görə bu IX – XI – ci siniflərdən. Lakin tədqiqat işləri bacarığı, münasibət mədəniyyəti, anlayışların və istilahların dərk edilməsi IX – cu sınifdən deyil, daha əvvəl başlayır. " Debat”ı VII – ci sinifdən başlayaraq dərslərdə oyun formaları vasitəsilə öyrənmək olar.

  Oyunda nəinki şagirdlərin biliyini yoxlamaq, həm də konkret şəraitdə onu əhəmiyyətini göstərmək, uşaqda yaradıcı təfəkkürün inkişafına nail olmaq, təcrübi bacarıq və hazırcavablıq tərbiyə etmək olar. Çox sadə formalar olan viktorinalar, müsabiqələr, turnirlərdən başlayıb sonra daha mürəkkəb rollu oyunlara keçmək olar. Şagirdlərin mərhələlərlə bu fəaliyyətə cəlb edilməsini aşağıdakı sxem formasında təqdim edirəm :

 

 Yaradıcı tapşırıqların təkamül formaları[/b]

  

" Rollu oyunlar " mərhələsi üzərində dayanaq. Rollu oyun – dərslər uşaqlarda böyük maraq doğurur, beləki onlar, nəinki öz biliklərini nümayiş etdirməlidirlər, həm də vəkil, prokuror, siyasi partiya üzvü və digər rolları da ifa etməlidirlər. Bu, materialla sərbəst hərəkət etməyi, natiqlik bacarığının mövcudluğunu tələb edir, ünsiyyət mədəniyyətini, mübahisə aparmaq bacarığını, öz nöqteyi – nəzərini arqumentləşdirmək bacarığını aşılayır, yaradıcılıq və improvizə üçün geniş imkanlar yaradır.

  Rollu oyunların aşağıdakı formalarını göstərmək olar :

-          Dərs – tamaşa

Bu dərs forması daha geniş yayılmışdır. Şagirdlər ssenari üzrə ( səhnə quruluşu əsasında ) nəzərdə tutulmuş rolları ifa edirlər. Bu fəaliyyət formasında auditoriya qarşısında çıxış etmə bacarığı məşq edilir.

-          Dərs – mitinq

Bu formada olan olan dərsdə nitqin qurulması bacarığı inkişaf edir, auditoriyanın diqqətini öz mövqeyinə cəlb etmə bacarığı formalaşır, şagirdlər öz çıxışları üçün fakt və arqumentlər seçməyi öyrənirlər.

-          Natiqlərin döyüşü

Bu forma natiqlərin qabaqcadan tapşılılmış mövzu üzrə ( Forma üzrə spikerlərin müsabiqəsinə çox oxşayır ) çıxışlarını nəzərdə tutur. Onunla fərqlənir ki, natiq öz çıxışını sərbəst qurur, çıxışın dəqiq strukturu mövcud deyildir.

-          Tarixin məhkəməsi

Bu bir çox halda Debata oxşayır, lakin çıxışların dəqiq verilmiş strukturu , dəqiq məntiqi əsaslandırma və əks arqumentlər yoxdur. Dərsə debata hazırlığın mühüm mərhələsi kimi baxılır.  Dərs – məhkəməyə hazırlaşan şagirdlər əlavə ədəbiyyatlardan məlumatları araşdırır, mütəxəssislər " müttəhim "in tarixi portretini və qəhrəmanın müasirlərinin, keçmiş illərin və müasir dövrün tarixçilərinin şəhadətlərini hazırlamalıdırlar. İttiham qrupu ittiham maddələrini formalaşdırır və dərsin bütün iştirakçılarının nəzərinə çatdırır, proses zamanı onların adından çıxış edilməsi mümkün olan şahidləri seçir. Şahid kimi yalnız " müttəhim " ilə tanış olan və onun haqqında yazılı xatirələr qoyub getmiş tarixi şəxsiyyətlər çıxış edə bilərlər. Eyni zamanda " mütəxəssis "lər də məhkəməyə bu və ya digər hadisə barədə obyektiv tarixi baxışı nəzərə çatdırmalıdırlar.

" Tarixin məhkəməsi " dərsinin keçirilməsinin nümunəvi  plan – sxemi

  Sinif 4 komandaya bölünür : ittiham tərəfi, müdafiə tərəfi, mütəxəssislər və hakimlər.

  1. Tarixi şəxsiyyəti təqdim edən  ( qısa tərcümeyi – hal arayışı ) mütəxəssislərin çıxışı
  2. Prokurorun çıxışı
  3. Vəkilin çıxışı
  4. İttiham tərəfindən şahidlərin çıxışı
  5. İttiham tərəfinin şahidlərinə verilən suallar
  6. Müdafıə tərəfinin şahidlərininm çıxışları
  7. Müdafiə tərəfinin şahidlərinə verilən suallar
  8. Mütəxəssislərin çıxışları, tarixi arayış ( keçmiş və müasir dövrün tarixçıləri bu tarixi şəxsi necə qiymətləndirirdilər ).
  9. Məhkəmə öz qərarını verir

Qələbə proses zamanı daha yaxşı çıxış edən və öz mövqeyini daha inandırıcı dərəcədə arqumentləşdirən tərəfə verilir.

  Hörmətli müəllimlər, növbəti günlərin birində Sizə bir " Tarixin məhkəməsi " dərsi təqdim ediləcək. Əvvəlcədən deyim ki, dərs geniş yazılıb. Ondan " Dərs – tamaşa " kimi, yəni səhnələşdirilmiş tamaşa kimi də istifadə etmək olar. Material o qədər genişdir ki, ondan müxtəlif formalı dərs, tamaşalar üçün də kifayət edər. " Tarixin məhkəməsi " dərsini təşkil etmək istəyən müəllim materialı artırıb – azalda da bilər.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 6 yanvar 2012 16:48
    maraqlidir.gozleyek sebirsizlikle

  2. 16 noyabr 2013 15:11
    mence cox maraqlidir cozx beyendim

  3. 3 oktyabr 2014 15:25
    gozel ideyadır beyendim

  4. 1 yanvar 2015 14:38
    winked gözəl çox bəyəndim

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.