Tarixi yanaşma (davamı )

Tarixi yanaşma (davamı )

 


Tarixi yanaşma (davamı )

 

 

Keçən dəfə məndən asılı olmayan səbəb üzündən məqalə yarımçıq qaldı, icazə verin onu davam etdirim. Tarixi hadisəyə yuxarıda qeyd etdiyim qeyri-saglam münasibətin obyektiv səbəbləri də var. Axı biz bir tarix müəllimi kimi bilirik ki, eyni hadisə müxtəlif ölkələrdə müxtəlif cür traktovka olunur, yəni izah edilir. Məsələn, "Münhen sazişi”nə İngiltərədə bir baxiş var, Almaniyada başqa bir baxış, Fransada isə bu Saziş tamamilə başqa cür izah olunur və s. Və yaxud " Türkmənçay sülh müqaviləsi”nə Rusiya, İran və Azərbaycan bir-birindən fərqli yanaşırlar. Bu təbiidir. Lakin bu bizə imkan vermir ki, Türkiyə ilə Azərbaycan arasında olan tarixi hadisələrə istədiyimiz kimi yanaşaq. Elə bu ona gətirib çıxarıb ki, Türkiyədə Səfəvi dövləti Türk dövlətləri sırasına salınmayıb. Hökmdarı türk olan, ərazisinin 80%-də türklər yaşayan, dövlət dili türk dili olan, hökmdarı Türk şairi  və türkcə "Divan” şeirlər toplusu yazan bir şəxs olan dövlət, türk dövləti sayılmır! Görünür hələ tarixdə bir sıra baxışların dəyişilməsinə ehtiyac vardır.

Bu hələ tarixi hadisələrə baxışda olan fərqlərdir. Bəs baxaq görək millətlərə, etnik qruplara baxışda hansı fərqlər vardır və bu fərqləri aradan qaldırmaq üçün nələr etmək lazımdır. Əgər fikir verdinizsə mən yuxarıda afroamerikalı ifadəsini işlətdim. Artıq ABŞ-da "zənci” sözünün işlədilməsi qanunla qadagandır. Bu ifadəni işlədən adam afroamarikalını təhqir etmiş olur və qanunla o cəzalandırılmalıdır. Deməli dövlət tərəfindən vətəndaşın hüququ hərtərəfli qorunur. Təlimlərin birində Rumıniyadan gəlmiş təlimçi dəqiqəbaşı qaraçı ifadəsi işlədərək onlar arasında görülmüş işlərdən danışır. Mən ona irad tutanda ki, niyə o xalqın rəsmi adı olan "roma” demirsən. O həddindən artıq təlaşlanaraq özünü təmizliyə çıxarmaga çalışdı və bunun tərcüməçinin səhvi oldugunu dedi. Bəs Azərbaycan televiziyası? Hər gün də olmasa tez-tez "qaraçı” ifadəsini işlədir. Məgər onlar bilmirlər ki, bu sözlə onları təhqir edirlər? Bəlkə də bilmirlər. Qoy onda bilsinlər. Gürcüstandan gələnlər deyirlər ki, bir "tatar” və yaxud onlar "tatrebi”deyirlər, sözü üstündə qanunla adami cəzalandırırlar. Bilməyənlər üçün deyim ki, bu ifadə azərbaycanlılara aid olaraq işlədilir. Bir neçə dəfə eyni adam bu sözü işlədirsə o hətta həbs cəzasına məhkum edilir. Bax demokratik ölkə bu deməkdir. Biz də başqa xalqa münasibətdə "jid”, "xoxol”, "sarıqulaq”,”zənci” kimi ifadələrdən qaçmalıyıq. Hətta bu ifadələri işlədən vətəndaş qanunla cəzalandırılmalıdır. Mənə irad tutub deyə bilərlər ki, bütün bunlar qanunda nəzərə alınıb. Deyə bilmərəm, bəlkə də belədir. Əgər bu qanunda varsa və biz indiyə qədər onun işlədiyini əyani  görməmişiksə, deməli bizim əksər qanunlar kimi onun da işləmə mexanizmi yoxdur. Bir xalqın mədəniliyi onun mədəniyyətinin qədimliyi ilə deyil, onun mənəviyyatı, rəftarı, başqa xalqa münasibəti ilə ölçülür.  Əgər istəmirsən ki, sənə münasibət yuxarıdan aşagı olmasın, sən də başqalarına hörmətlə yanaş, təhqirə yol vermə. Bir dəfə Rusiya televiziyasından belə bir fikir söylənildi ki, "Nə uçunsə BMT – nin Təhlükəsizlik Şurasında Rusiya Federasiyası bir təklif irəli sürən kimi birinci keçmiş sovet respublikaları onun əleyhinə səs verirlər”. Niyəsini mən deyim. Bəsdir keçmiş sovet respublikalarına öz əyalətləriniz kimi baxdınız. Siz əkdiyinizi biçməklə məşgulsunuz.. Bu belə də olmalıdır. Bir dəfə BMT-nin Təhlükəsizlik Şurasında Ermənistan – Azərbaycan münaqişəsi müzakirə edilən zaman Fransa nümayəndəsi nəinki bitərəf qaldı, o məsələnin Azərbaycanın mövqeyinin lehinə səs verdi. Kulisdə bizim nümayəndələr ona yaxınlaşıb səbəbini soruşanda o demişdir ki, ailəmiz uşaqlıqda Əlimardan bəy Topçubaşovla qonşu olub, biz onlarda elə bir mədəni səviyyə görmüşük ki, mən də düşündüm : Onun mənsub oldugu xalq bu işləri törətməz. Bu millətin bir nümayəndəsinin mədəni səviyyəsinin yüksəkliyinin onun xalqına necə xidmət göstərdiyinə əyani sübutdur. Biz heç vaxt unutmamalıyıq ki, həm özümüzü, həm də milləti təmsil edirik. Ona görə harda oldugumuzdan asılı olmayaraq, hərəkətlərimizə, davranışlarımıza, ifadələrimizə diqqətlə yanaşmalıyıq.

Hörmətli oxucular, hörmətli müəllimlər bir məsələyə də münasibətimi bildirim,bununla da məqaləni bitirim. Cox aktual məsələdir, məhz ona görə bunu etməliyəm. Siz mənə irad tutub deyə bilərsiniz ki, demokratiyanın ocagı olan, ilk demokratik Konstitusiyaların birinin  yaradıcısı olan Fransa niyə belə hərəkət edir. Demokratiyanın təməl sutunlarından olan geyim azadlıgının, sərbəst düşünmə azadlıgının əleyhinə çıxır. Hətta buna əməl edən adamların qanunla cəzalanmasını tələb edir. Tarix fənninin bir xüsusiyyəti odur ki, ( nə qədər bunu inkar etməyə çalışsaq da ) o siyasətə xidmət edir. Demək olar ki, bu Tarix fənninin həm güclü, həm də ən zəif tərəfidir. Biz tarix müəllimləri nə qədər bundan qaçmağa, obyektiv olmağa çalışsaq da cox vaxtı bu bizdə alınmır. Nə isə, deyəsən mən əsas fikirdən uzaqlaşdım. Müasir Qərb Demokratiyasını müşahidə edəndə və onların eyni hadisəyə ikili münasibətini görəndə adamda belə fikir yaranır ki, deyəsən bu demokratiya aqoniya keçirir və yaxud da artıq Qərb ölkələrinin hakim dairələri normal düşüncə tərzindən kənarda qalıblar. Yəni onların dediyinə biz fikir versək, sən demə demokratiyanın dini də varmış, müsəlmanın qanının rəngi ilə xristianin qanının rəngi arasında fərq vardır. Bu onun göstəricisidir ki, bəşəriyyətin indiyə qədər yaratdıgı müsbət ideya və dəyərlər siyasətə qurban verilir. Zorakılıga məruz qalmış adam ya xristian, ya müsəlman, ya da buddaçı olsun , nə fərqi var. Məgər bununla zorakılıq aradan qalxır. İndi Fransa bu qanunu reallaşdırsa ona nail olacaq ki, Qərblə Şərq arasında münasibət korlanacaq və həmin Fransa özü  Demokratiyaya xidmət etməyən bu qanunları  ləgv edəcək. Özü də bu işdə əsas rolu Fransız xalqı oynayacaq ( Bir coxlarından fərqli olaraq, mən  dövlətlə xalqı heç vaxtı eyniləşdirmirəm).

 Bizdə də bəzən buna oxşar hallara rast gəlirsən. Rayona gedib yas məclisində iştirak edəndə molladan:- Ey Ömər, Osman övladları, şəhərə gəlib yas məclisində iştirak edəndə: - Ey Əli övladları sözünü eşidəndə öz – özünə deyirsən, yəni Məhəmməd peyğəmbər Əleyhəssalam bunların yadından çıxıb. Yox çıxmayıb. Onlar bilə - bilə bunu edirlər ki, xalqı parçalayıb ona ağalıq etsinlər. Biz nə Qərbdəki siyasətin məqsədlərini, nə də ki, bizdə gedən bu oyunların məqsədlərini unutmamalıyıq. Bunlar heç vaxt birliyə yox, parçalamağa xidmət göstərir.

 

Tarixi yanaşma (davamı )



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 1 yanvar 2012 16:13
    Nizami muallim cox herterefli baxish ve fikirleriniz var tarixi hadiseye analiz vermeyi (dolqun shekilde) xoshlayirsiniz onun menfi ve musbet tereflerini evvelceden tapmaqa calishirsiz cox gozel haldir bunlar. nanin men ozumde her hansi bir tarixi meselye yanashanda onun bu proseslerini evvelceden anil etmeyime calishiram ve deyirem ki burda no-problem olacaq. Ancaq ? Tebii ki, biz ne qeder istesek de bizim fikirler her bir kesle (hetta evvelceden o her bir kesi dushunub desek de) raziliq elde etmeyecek. Doqru qeyd edirsiz tarix hardasa siyasete xidmet edir. Bir sheyi deyim ki Fransa meselesinde men de razi ola bilmirem. Niye? Vaxtikan Fransa dunya cempionu olanda men bu komandaya evvelden sona kimi azarkeshlik edirdim cunki Zineddin Zidan menim futbol kumirim idi. Men Fransaya baxanda dostlarim tanishlarim meni qinayir hetta ayib olsun deyende vardi ki sen nece ermeniperest Fransaya azarkeshlik edirsen. Hec kime maraqli deyildi ki men Zidani (musulman mensheyi-Elcezairli) xoshlayiram ona qore. Yani Nizami muallim her bir xalqin yaxshilari ola biler lakin o dovletin ki siyaseti senin olkeni desteklemir sende o dovleti hetta yaxshilarini nezere almadan onu desteklemeli deyilsen bu mence zamanin telebidir Dushmana dushman kimi baxmalisan onun yaxshi terefini hec dememelisen yoxsa nshallah torpaqlarimizi almaqa bashlayan herbi emeliyyatlarda secim etmelisen yaxshi ile pisi arasinda ! Bu menim fikrimdir baqishlayin hardasa Sizinle hemfikir olmasamda...

  2. 1 yanvar 2012 23:04
    Nizami muellim, meqalenizi oxudum, xosuma geldi, isteyirem ve arzu edirem ki, gelecekde Azerbaycan dovletimizin ve xalqimizin menafeini destekleyen daha dolgun meqalelerle cixis edesiniz !

  3. 2 yanvar 2012 19:14
    salam muellim meqaleniz eladi.Men sizden xahis edirem ki,ulu onderimiz Heyder Eliyev haqqinda meqale ile cixis edesiz.

  4. 2 yanvar 2012 23:05
    Hamlet muellim men Seni hardasa basha dushurem.Cavansan,qanin qaynayir,hardasa veten teesubkeshliyi sene hadiselere obyektiv baxmaga imkan vermir.Eger biz her ishde reqibimiz kimi heqiqeti gizletsek ve yaxud da onu tehrif etsek,onun kimi hereket etmish olariq.Meger onun da istediyi ele bu deyil.Heqiqeti ve yaxud Sen demishken yaxshini hemishe demek lazimdir,o bizim xoshumuza gelse ve yaxud gelmese de.Bes bizim boyukluyumuz harda qaldi.Tarix muellimi kimi bilirsen butun muharibelerin sonu sulhdur.Butun tarix boyu almanla rus muharibe aparib.Indi gor onlar bir-birine dushmen deyirlermi.Xetrine deymesin,milletini sev,vetenperver ol,lakin milletci seviyyesine enme.

  5. 2 yanvar 2012 23:14
    Nizami muallim men milliyetcilik etmirem men sadece bildirmmek istedim ki sen duzunu deyende oz yaxinlarinin yaninda bele onlar seni dushunmeyecek ve deyecekler ki bu dushmani terif edir bu satqindir yani Nizami m ona gore elden getmeyi meslehet bilirem ozume hem de guya ki dushman Sizce bizim musbetlerimizi deyirmi xeyr gizledir oz xalqina bele demir ki bize qarshi hemishe nifretde qalsinlar Niye biz etmeliyik niye biz boyukluyumuzu gostermeliyik niye niye niye bax bu suallar meni uzuldur ona gore dushman dushmandir ne renqi ne xasiyyeti ne deki onun musbeti meni maraqlandirmir o dushmandir onlarin eqer yaxshisi varsa qalxsinlar oz dovletine qarshi bildirsinler ki biz ozqe torpaqlari tutmushuq qaytaraq niye etmirler niye? cunku Nizami m onlar dushmandir 1

  6. 9 iyul 2012 10:36
    Men bu tarixi faktlari bilmirdim indi oxudum ve oz teeccubumu gizledemirem... Biz oz xalg mahnilarimizin tarixini bileliyik! Megaleye gore twkler...

  7. 24 sentyabr 2012 08:36
    "

  8. 7 mart 2013 19:34
    ox sa ol.mqalni oxudum v byndim

  9. 3 may 2013 18:56
    Nizami muellim meqalenizi xoshladim. Tarix muallimi olaraq shagirdlerime hemishe anlatmaqa calishmisham ki,biz azeri,oquz turkuyuk ,haralisan? sualindan xoshum gelmir. Biz ulu turkuk azerbaycanliyiq. Shagirdlere soykokumuzu, tariximizi seve seve oyretsek, onlarda gelecekde herbir xalqa millete,qarshi oz munasibetlerini bildirer.

  10. 4 iyul 2013 09:24
    Cox xosuma geldi.TWK wink wink wink

  11. 21 noyabr 2013 16:14
    hec estmediyim xeberlerde
    bu sayt daha ox muelimlere uygun gelir

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.