Tarixi yanaşmalar

Tarixi yanaşmalar

[/b]

 

Tarixi yanaşmalar

 

 

 

Tarix fənninin digər fənnlərdən fərqlərindən biri də odur ki, fənnin tədrisi zamanı cox  ehtiyatlı olmalı, ələlxüsus digər etnik qruplara, millətlərə münasibətdə diqqətli olmalı, bəzən tarixçılərin sözlərini, sitatlarını ehtiyatla işlətməli, hətta bəzi faktları heç yada salmamalıyıq da. Soruşa bilərsiniz, necə yəni, tarixi saxtalaşdırmalıyıq? Yox. Lakin yaddan çıxarmamalıyıq ki, müasir gürcünün, müasir türkün, müasir farsın 500 – 700 il bundan əvvəl baş vermiş hadisədə nə günahı? Deyəcəksiniz ki, hörmətli müəllimlər biz savadlı və yaşlı insanlariq. Düzdür.Amma dərs keçdiklərimiz uşaqlardır. Bax bunu unutmayaq. İngilis dilini bilən bir tarix müəllimimiz ABŞ-a getmişdi.  Məktəbdə tarix dərslərinin birində iştirak edəndə tarix müəllimindən şagirdə sual vermək üçün icazə istəyir. Müəllim üşaqdan soruşur: - De görüm ABŞ-n konstitusiyası nə vaxt qəbul edilib? Şagird cavab verir: Müəllim əgər cavabımda 1-2 il səhv etsəm bir şey dəyişəcəkmi? Sizi konstitusiyadan hansı maddə maraqlandırırsa, soruşun deyim. Bizim müəllim aldıgı”dərs”lə kifayətlənməyib bir daha sual verir: - Seqreqasiya haqqında qanun nə vaxt qəbul edilib? Şagird sual dolusu baxışla müəlliminə baxır. Müəllim isə deyir ki, qonagımızın sualına tənəffüsdə mən cavab verərəm. Dəhlizdə müəllimimizə deyir ki, o qanun afroamerikalılarla aglar arasında nifaq yaratdıgı üçün biz onu proqramdan çıxarmışıq. Davam edərək müəllimdən soruşur: Səmimi olaraq deyin görüm siz öz tarixinizi də belə yaxşı bilirsiniz? Dedim ki, yox. Cavabında o,dedi: Gedin əvvəl yaşadıgınız yerin, şəhərin, Azərbaycanın tarixini, sonra isə ABŞ-ın tarixini öyrənin. Necə də gözəl deyilmişdi. Məni bu məqaləni yazmaga da vadar edən Cəncədən Nazilə müəllimin saytda Cəncə tarixi ilə baglı materialın yerləşdirilməsi haqqında  müraciəti oldu. Bu nəinki lazımdır, vaxtında irəli sürülmüş təşəbbüs və bizin üçün cox vacibdir.

Bəzən biz kinoya, televerilişlərə, xüsusilə Türkiyə kanallarına da baxırıq. Özü də cox həssaslıqla baxırıq. Son dövrdə tarixlə əlaqədar oldugu ücün "Möhtəşəm yüzil”telefilmi diqqət mərkəzindədir. Sayta ola bilər ki, Türkiyə öyrətmənləri də baxırlar. Tarix haqqında deyiən fikirlərə, yazılan ssenarilərə diqqət edin. Yoxsa qaş qayırdıgınız yerdə vurub gözünü də çıxararsınız. Həmişə şagirdlərimə deyirəm ki, yalnız yanvar ( 1990) hadisələri sübut etdi ki, bizim xalqın güvəndiyi və etibar etdiyi bir ölkə və xalq vardırsa o da Türkiyə və türk xalqıdır. Lakin türk televiziyasında verilişlərin birində görürəm ki, Ərbil deyilən birisi Çaldıran döyüşü haqqında fəxrlə danışır. Axı bu döyüşdə fəxr ediləsi nə var? "Möhtəşəm yüzil” filmində Sultan Süleymanın dilindən Şah İsmayıl haqqında deyilir ki, o şah adını Çaldıranda itirmişdir. Axı Çaldıran döyüşündən başqa tarixdə Ankara, Malatya döyüşləri də olub. İndi biz də deyək ki, Fateh  Mehmed fatehliyini Malatyada itirdi. Yox. Hec cürə yox. Bu yol hec vaxt birliyə, vahidliyə yox, ayrılıga aparır. Tarixdə olan hadisələr Tarixə məxsusdur və onlardan nəticə çıxararaq, lazım olanını deməli, lazım olmayan yerdə susmagı bacarmalıyıq. ABŞ müəllimi demişkən. Bir daha təkrar edirəm, keçmişdə olmuş hadisələr keçmişə məxsusdur. Biz isə gələcəyə baxmalıyıq. Tarix həm də o deməkdir ki, keçmişin səhvlərindən nəticə çıxarıb onları təkrar etməyək !

 

Fürsətdən istifadə edərək əziz TARİX İNFOÇULAR Sizləri qarşıdan gələn Yeni il bayramı və Həmrəylik Günü münasibətilə təbrik edirəm, Sizlərə can sağlığı , bol enerji və tarixi yaddaş diləyirəm. Yolunuz açıq olsun !  

[b]   Hörmətlə Nizami müəllim !




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 30 dekabr 2011 19:49
    Nizami muallim doqurdanda her terefli fikirleshen ve dushunen bir insansiz. Sizin bu millilikle fikirleriniz meni Size valeh edir. Ne ucun? Cunki Siz sovet dovru qormush bir insansiz o dovru qorenler ise o dovr xeyallarinda helede qalmaqdadirlar, onlarin coxu o dovrde milliliyi hec dushunmeyib ve ruslashdirma ile hardasa razi olublar. Siz ise eksine tarixe doqru baxan sehvleri tekrarlamamaq kimi ideyala baxirsiz. Amerika da tarixe yanashmaya qelince ise her shey qoz qabaqindadir. Onlari hardasa tarixden zeif olduqunu desek de esas faktoloji bilikleri deyil neticeni aydin qormek mumkundur. Amerika ozu buna subutdur. Saqolun !

  2. 1 dekabr 2014 01:04
    Nizami muellim axsaminiz xeyir. Genceden men idim Gencenin tarixi haqqinda meqale hazirlamisdim bura yukleye bilmemisdim. sonralar muxtelif sebeblerden sayta gire bilmedim. Indi burda tesadufen adimin kecdiyini gordum. Bilmek isterdim men niye sizi bu meqaleni yazmaga varad etmisem? Cox maraqlidi menimcun.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.