İnsan və Cəmiyyət fənni üzrə dərs modeli

İnsan və Cəmiyyət fənni üzrə dərs modeli

 

 

X sinif. 21-22-ci dərslər

«Silahlı münaqişə qurbanlarının həyat və ləyaqətinin müdafiəsi. Əsas hüquqi sənədlər» (2 dərs)

 

                       Məqsəd:

Biliklər:

-«Beynəlxalq humanitar hü­quq», «beynəlxalq hüquq», «mü­dafiə olu­nan­lar», Beynəlxalq humanitar hüququn təməl prinsipləri, «İnsan haq­ları hüququ» anlayışların formalaşdırılması.

-Dörd  Cenevrə Konvensiyalarının mahiyyətinin açıqlanması;

-Beynəlxalq humanitar hüquq pozuntusuna görə Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulan cəzalarla tanışlıq;

-Silahlı münaqişələr zamanı baş verən zorakılığın nəticələrinə diqqəti cəlb etməklə, beynəlxalq humanitar hüququn köməyi ilə silahlı münaqişə iştirakçılarının davranışını nizamlamağın zərurilyinin aydınlaşdırılması.

 

Bacarıqlar:

-Mənbələri  təhlil etmək;

-faktları  müqayisə etmək;

-sübutlar gətirmək, nəticə çıxarmaq, statistik materialları təfsir etmək,;

-bilikləri ümumiləşdirmək və ətraf aləmdə baş verən hadisələrin izahı zamanı  bu biliklərdən istifadə etmək;

         -anlayışlar üzərində işləmək;

 -məlumatlarla zəngin ədəbiyyat və dərsliklərdən, sxem və cədvəllərdən zəruri informasiyaları əldə etmək.

 

Dəyərlər:

-Humanizm, mərhəmətlilik,  qayğıkeşlik, insan ləyaqətinə hörmət kimi şəxsi keyfiyyətlərin formalaşdırılmasına kömək etmək.

 

Əsas anlayışlar:

 

Beynəlxalq humanitar hüquq; silahlı münaqişə qurbanları; beynəlxalq və qeyri-beynəlxalq səciyyəli silahlı münaqişələr; hərbi əməliyyatlarda iştirak etməyən tərəflər; hərbi əməliyyatlarda iştirakını dayandırmış tərəflər; himayə (müdafiə) olunanlar.

 

                      Dərslərin quruluşu

  1. Motivlərin müzakirəsi. Şagirdlərin beynəlxalq humanitar hüququn əsas anlayışları ilə tanışlığı.
  2. Yekunlaşdırıcı yoxlama.
  3. Ev tapşırıqlarının şərhi.
  4. Refleksiya.

 

                     Əyani vəsait və mənbələr:

  Dünyanın müasir siyasi xəritəsi; Azərbaycan Respublikasının xəritəsi, paylama  materialları; şagirdlər üçün dörd Cenevrə Konvensiyası və iki Əlavə Protokollardan, Azərbaycan Respublikası Konstitusyiyası və Azərbaycan Respublikası Cinayət Məcəlləsindən çıxarışlar; lüğət.

 

                       Mövzunun öyrənilməsi planı:

 

  1. Beynəlxalq humanitar hüququn mahiyyəti
  2. Beynəlxalq humanitar hüququn təməl prinsipləri
  3. Beynəlxalq humanitar hüququn mənbələri: Dörd Cenevrə Konvensiyası və onlara iki Əlavə Protokollar
  4. Beynəlxalq humanitar hüququn əsas müddəaları
  5. Beynəlxalq humanitar hüquq pozuntusuna görə məsuliyyətin dərk edilməsi

 

Bu mövzu iki dərs saatı üçün nəzərdə tutulduğu üçün müəllim onu iki hissəyə ayırır. Birinci dərsdə planın iki, ikinci dərsdə isə qalan bəndləri öyrənilir. Dərslərdə  cütlərlə, qruplarla iş,  «beyin həmləsi», söz assosiyaları, müsahibə, mənbələrin, digər əlavə materialların təhlili və müqayisəsi kimi üsullardan istifadə etmək olar. 

 

Dərslərin gedişi

 

                                                       Motivlərin müzakirəsi

Dərsin mövzusunu elan etmək, onun aktuallığını məqsədyönlü şəkildə qeyd etmək. Müəllim  şagirdlərin diqqətini beynəlxalq humanitar hüququn mahiyyətinin dərk edilməsinə yönəltmək üçün aşağıdakı giriş sözünü söyləyir.

 

          

  əllimin giriş sözü:

 

        Beynəlxalq aləm üçüncü minilliyə qədəm qoymuşdur. Təəssüf ki, o keçən əsrlərin ağır mirası  olan hərbi münaqişələrdən xilas ola  bilməmişdir. Bəşəri sülhə aparan yol isə uzun və çətindir. Əgər bir anlıq barışıq mümükün deyilsə, onda müharibənin insanlara gətirdiyi əzabları azaltmaq üçün ümumi səyimizi ortaya qoymalıyıq. Silahlı münaqişələrin amansızlığını məşdudulaşdıran əsas mexanizmlərdən biri beynəlxalq humanitar hüquq normalarının köməyi ilə münaqişə tərəflərinin davranışını nizamlamaqdan ibarətdir.

 

Beynəlxalq humanitar hüququn öyrənilməsində qarşıya qoyulan ümumi məqsədlə  tanışlıqdan sonra şagirdlərin diqqəti mövzunun planı göstərilmiş lövhəyə yönəldilir. Həmin plana verilən şərhlər əsasında mövzu haqqında tam təsəvvür yaradılmalıdır. Plana müvafiq olaraq  yeni materialın öyrənilməsinə başlanılır.

 

                                  

 

Yeni materialın öyrənilməsi

Yeni materialın öyrənilməsinin təşkilində tətbiq edilən yanaşma metodu: müəllimin izahının şagirdlər tərəfindən passiv dinlənilməsindən imtina olunmalı və onlar  əqli fəaliyyətin müxtəlif növlərinə geniş miqyasda cəlb edilməlidirlər.  Bu zaman bir fəaliyyət növündən digərinə  keçid halları bilərəkdən göstərilmir,  belə ki, müəllim özü bunun öhdəsindən gələ bilər. Müəllim öz sinfi üçün optimal bildiyi fəaliyyət formalarını seçməkdə sərbəstdir.  Bununla belə, istənilən sinifdə sənədli mənbələri əldə rəhbər tutmaq zəruridir. 

 

 

Dərsin 1-ci hissəsi

  1. Beynəlxalq humanitar hüququn mahiyyəti.

Beynəlxalq humanitar hüququn mahiyyəti məsələsi dərsin əsasını təşkil edir. Yaxşı olardı ki, müəllimin konkret şərhləri  şagirdlərin əqli fəaliyyətinin təşkili ilə müşayiət olunsun.

 

     

Şagirdlərin fəaliyyəti       

       

Müəllim İ.Kantın  müharibə və hüquq haqqında fikirləri yazılmış vərəqələri şagirdlərə paylaryır. İ. Kant deyirdi: «Hərbi münaqişələrin gedişində millətlərin hüquqları barədə düşünmək təsəvvür edilməyəcək dərəcədə incə problemdir. Necə ola bilər ki, təbiəti etibarilə bütün qanunları istisna edən şəraiti qanuni surətdə idarə etmək mümkün olsun?» (Qanunun məqsədi qayda yartmaq, müharibənin məqsədi isə-bu  qaydanı dağıtmaqdır). Sonra  müəllim şagirdlərin bu fikrə münasibətini dinləyir. Söylənilmiş fikirləri ümumiləşdirərək, şagirdlərin diqqətini  «müharibə» və «beynəlxalq humanitar hüquq» anlayışlarının qarşılıqlı əlaqəsinə yönəldir.

 

-Silahlı münaqişələr zamanı situasiyanın hüquqi normalarla idarə edilməsi qarşı-qarşıya      duran tərəflərin ikisinin də maraqlarına cavab verir. Döyüşən tərəflərin hər ikisində rəqib tərəfin işğal etdiyi ərazidə yaralılar, hərbi əsirlər, dinc sakinlər ola bilər. Belə olan halda ən ağıllı tədbir nədən ibarət ola bilər: həmin insanlara qarşı düşmən tərəfindən mərhəmət hissi ummaqmı, yoxsa onların müdafiəsi və ya göstəriləcək yardımın qanuni surətdə təminatına inanmaqmı?! Aydındır ki, ikinci daha böyük ümid doğurur. Beynəlxalq humanitar hüquq silahlı münaqişə iştirakçılarının davranışlarını nizamlamaq, onları əyyən qaydaya salmaq, döyüşən tərəfin hüquq və vəzifələrini təyin etməkdən ibarətdir.

 

 

Şagirdlərin fəaliyyəti

 

«Beynəlxalq humanitar hüquq» anlayışı üzərində aparılan iş şagirdlər üçün nəzərdə tutulmuş mətndə göstərilmiş sxemlərlə reallaşdırılır.  Həmin sxemi lövhədə çəkmək, yaxud hər bir şagirdə fərdi şəkildə paylamaq da olar. Şagirdlər sxemə diqqət yetirərək hərbi münaqişə şəraitində beynəlxalq humanitar hüququn kimi və necə müdafiə etdiyini müəyyənləşdirirlər.  tərəf və obyektlərin kateqoriyalarını təyin edirlər. Sxemin  təhlili məktəblilərə belə nəticəyə gəlməyə imkan verir ki, humanitar hüquq döyüşən tərəflərin fəaliyyətlərini məhdudlaşdırır.

         Sxemlə tanışlıq formal səciyyə daşımamalıdır: onun hər blokunun qısa səciyyəsi verilməlidir. 

 

Sxemin təhlilindən sonra şagirdlər  belə bir fikrin müzakirəsinə cəlb olunurlar:

 

«Hüququn bu sahəsi nə üçün beynəlxalq humanitar hüquq adlanır

  

Müəllim şagirdlərin diqqətini beynəlxalq humanitar hüququn əsas xüsusiyyətinə, hüququn digər sahələrindən onun fərqinə yönəldir: Beynəlxalq humanitar hüquq mənəvi və hüquqi əsasları özündə birləşdirə bilir, mənəvi normalara və dəyərlərə, qayğıkeşliyə, mərhəmətə, yardıma, müdafiəyə, zorun məhdudlaşdırılmasına yönəlir. O, hər bir insanın həyatın dəyərini anlamasına müsbət təsir göstərir; mənəvi şüurda və gündəlik həyat təcrübəsində insani prinsipləri tətbiq edir. Beynəlxalq humanitar hüquq istənilən xalqın mədəniyyətində mövcud olan və zoru  məhdudlaşdıran qaydaların sistemləşdirilmiş ifadəsidir

Şagirdlər  artıq İnsan hüquqlarının Ümumi  Bəyannaməsi və Azərbaycan Res­publikasının Əsas  Qanununun insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilmiş üçüncü fəsli ilə tanışdırlar. Odur ki, hüququn iki ayrı-ayrı sahələrinin-Beynəlxalq humanitar hüquqla insan hüquqlarının oxşarlıq və fərqi məsələsinin müzakirəsinin təşkili imkanı yaranır.

 

 

        Müəllim  şagirdlərə  Azərbaycan Respublikasının Konstitusiyasının 27-ci maddəsindən, İnsan hüquqlarına dair Bəyannamənin, habelə Cenevrə Konvensiyalarının və Əlavə Protokolların müvafiq maddələrindən ibarət paylama materialları təklif edir, Müəllimin köməyi ilə müzakirənin əsas yekunları aşağıdakı cədvəldə öz əksini tapır.

 

Beynəlxalq humanitar hüquqla insan  hüquqlarının müqayisəsi

 

Müqayisə xətti

 

Beynəlxalq humanitar hüquq

 

İnsan hüququ

 

oxşarlıq

   Şəxsiyyətin müdafiəsinə yönəlmişdir

fərq

 

1) məzmunu

Silahlı münaqişə tərəflərinin münasibətlərini nizamlayır.

 

Dövlətlə vətəndaşlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin münasibətlərini tənzimləyir.

 

2) tətbiqi

Yalnız silahlı münaqişələr zamanı tətbiq olunu.r

İstənilən vaxt tətbiq olunur, amma bəzi insan hüquqları fövqəladə hallar­da, o cümlədən, silahlı münaqişələr zamanı məhdudlaşdırıla  bilər.

 

 

  1. Beynəlxalq humanitar hüququn prinsipləri

 

1-ci mərhələ

 

Müəllim Beynəlxalq humanitar hüququn prinsipləri barədə məlumat verdikdən sonra,  onlara beynəlxalq humanitar hüququn  ümumi prinsiplərini sxem formasında ifadə etmək təklif olunur.

 

  

Dərsin bu hissəsinin əsas yekunu:

Beynəlxalq humanitar hüquq-beynəlxalq hüququn müstəqil sahəsi olub silahlı münaqişə qurbanlarının müdafiə olunmasına, müharibə aparmaq vasitələri və metodlarının məhdudlaşdırılmasına yönələn, insanpərvərlik prinsiplərinə əsaslanan hüquqi normalar çoxluğundan ibarətdir. Onun əsas məqsədi beynəlxalq və qeyri-beynəlxalq səciyyəli silahlı münaqişə iştirakçılarının davranışlarını bu münaqişələrin ağır nəticələrini yumşaltmaq məqsədilə nizamlamaqdır.

2-ci mərhələ

         Bu mərhələdə  müəllim Beynəlxalq humanitar hüququn təməl prisiplərinin mətni yazılmış vatman vərəqi lövhəyə yapışdırır. Sonra isə şagirdlərə həmin mətni təhlil etməyi tapşırır. Bu yolla şagirdlər Beynəlxalq humanitar hüququn əsas prinsiplərinin nədən bəhs etməsi ilə tanış olurlar. irəli gələn müddəaları müəyyənləşdirirlər. Sonra müəllim həmin  mətn əsasında «Beynəlxalq humanitar hüququn əsas prinsipləri» adlı sxem tərtib etmək tapşırığını verir. Nəticədə aşağıdakı sxem yaranır.

 Müəllim şagirdlərin diqqətini təməl prinsiplərin təhlilinə yönəldir. Fikirləri yekunlaşdırdıqdan sonra aşağıdakı nəticə əldə olunur: Beynəlxalq humanitar hüququn öz fəaliyyətində əsaslandığı əsas prinsiplər özlərində humanizm və mərrhəmət, rəhmdillik, himayə (müdafiə), humanist rəftar müddəalarını əks etdirir. Eyni zamanda bu prinsiplər münaqişədə olan tərəflərin hərbi əməliyyatları aparma metodları və vasitələrini seçmə hüququnu məhdudlaşdırır.

 

3- mərhələ

Bu mərhələdə beynəlxalq humanitar hüququn ümumi prinsipləri nəzərdən keçirilir. Bunun üçün şagirdlər 3 qrupa bölünürlər. Hər qrupun nümayəndəsi kağızda yazılmış 3 ümumi prinsipdən birini seçir. Hər qruppa vatman kağızı və Konvensiyaların  müvafiq maddələrindən çıxarışlıar (I Konvensiyanın 3, 12, 15 və 17-ci, II Konvensiyanın 12, 18, 51-ci, III Konvensiyanın 13, 14, 17, 52 və 71-ci, IV Konvensiyanın 27, 31, 33, 34-cü maddələri) verilir. Sonra  onlara təklif olunur ki, əvvəlcə sənədlərdən irəli gələn ümumi prinsipləri qeyd etsinlər. Bu iş başa çatdıqdan sonra müəllim həmin prisipləri Aid müddəalar yazılmış plakatı nümayiş etdirir və şagirdlərə öz yazdıqları ilə plakatdakı yazıları müqayisə etməyi tapşırır. Hər qrupun nümayəndəsi öz qrupunda görülmüş işlərin nəticələri haqqında məlumat verdikdən sonra müəllim müsahibə vasitəsilə ümumiləşdirmə aparır.

  1. Ümumi prinsiplər hansılardır?
  2. Toxunulmazlıq prinsipinin hansı tətbiqi prinsipləri vardır?
  3. Bu prinsip özünü Konvensiyaların hansı maddələrində daha dolğun əks etdirir?
  4. Hüquqi ayrı-seçkiliyin yolverilməzliyi prinsipinin mahiyyəti nədən ibarətdir?
  5. Ümumi təhlükəsizlik prinsipindən hansı tətbiqi prinsiplər irəli gəlir?
  6. «Hər bir şəxsin hamı tərəfindən qəbul edilmiş hüququ təminatlardan istifadə etmək hüququ vardır» müddəasının mahiyyətini aydınlaşdırın.

Müsahibənin sonunda şagirdlər aşağıdakı nəticələrə gələ bilərlər:

-Toxunulmazlıq prinsipi hər bir fərdin  həyatının həm fiziki, həm də psixi toxunulmazlığını təmin edir.

-Hüquqi ayrı-seçkiliyinyolverilməzliyi Prinsipi müharibə qurbanlarının bütün kateqoriyaları ilə dinindən, cinsindən, milli mənsubiyyətindən, siyasi baxışlarından, maddi vəziyyətindən asılı olmayaraq bərabərhüquqlu rəftar tələb edir.

-Təhlükəsizlik Prinsipi hər bir şəxsin təhlükəsizlik hüququna malik olduğunu təsdiq edir.

 

                                                        II dərs

3. Beynəlxalq humanitar hüququn mənbələri: dörd Cenevrə Konvensiyası

 

  1-ci mərhələ

 

  Materialın müzakirəsi ərəfəsində yeni tapşırıqların qoyulması onun bu hissəsinin mənimsənilməsində  öz müsbət rolunu oynayır.

  Müəllim şagirdəlri tarixi faktlarla tanış edərək, humanitar hüququn yaranması sahəsində görünən əsas işlərin qısa səciyyəsini verir. Bu zaman şagirdlərə belə sualla müraciət edilir: tarixdən sizə məlum olan silahlı münaqişə iştirakçılarının davranışlarındakı humanist qaydalardan hansılar dövrümüzədək gəlib çatmışdır? Şagirdəlrin cavabları dinlənilərək ümumiləşdirilir.

Dərsin bu hissəsinin əsas yekunu

  Təhlil edilən faktlar göstərir ki, müharibənin humanistləşdirilməsi prosesi hamar olmayıb, yüksəlmə və tənəzzül mərhələləri olan, insaniliklə vəhşiliyin növbələşdiyi sınan xətt üzrə baş vermişdir. Bütün tarixi dövrlərdə ayrı-ayrı hökumətlərin ənənələri və qanunları, dövlətlərarası, sərkərdələrarası müəyyən saziş və ya razılaşmalar əldə edilirdi ki, tərəflərin davranışlarına bir qayda, nizam gətirmək məqsədilə silahlı münaqişələrin törətdiyi əzab-əziyyətləri azaltmaq mümkün olsun. Belə zəngin tarixi təcrübə XIX əsrdə silahlı münaqişə zamanı zoru, gücü məhdudlaşdıran beynəlxalq sövdələşmənin əsasını qoymağa imkan verdi.

 

2-ci mərhələ

Beynəlxalq hümanitar hüququn mənbələri haqqında məsələ qoyarkən, müəllim şagirdlərə müasir  dövrdə beynəlxalq hüquq normalarının 80-dən artıq beynəlxalq müqavilədə əks olunduğunu bildirməlidir.  Şagirdlərin əsas diqqəti 1949-cu il tarixli dörd Cenevrə konvensiyasına və 1977-ci ildə onlara Əlavə edilən iki protokola yönəldilməlidir.

 

Şagirdlərin fəaliyyəti

  Bu mənbələrin səciyyəsini verdikdən sonra şagirdlərə aşağıdakı nümunədə verilmiş cədvəlin  doldurulmasını  tapşıra bilər.

 

  Müasir beynəlxalq humanitar hüququn əsas mənbələri

Himayə (müdafiə) olunan tərəflərin kateqoriyaları

1949-cu il Cenevrə Konvensiyaları

 

Birinci Konvensiya

Quru qoşunlarına aid olan yaralı və xəstələrin müdafiəsi

 

 

 

 

 

 

1949-cu il Cenevrə Konvensiyalarına 1977-ci ildə əlavə edilən Əlavə protokollar

 

 

 

 

 

 

Sonra isə 1949-cu il dörd Cenevrə konvensiyasının və Əlavə protokolların yaranmasının hərbi münaqişələrin nəticələrilə sıxı bağlı olduğunu təsdiq edən nümunələrin gətirilməsi  şagirdlərdən tələb olunur.

 

Məsələn: Birinci  Dünya müharibəsində həlak olmuş mülki vətəndaşlarla hərbiçilərin sayı nisbəti 1/10 kimi idisə, İkinci Dünya müharibəsində bu nisbət 1/1 kimi olmuşdur. 1949-cu ildə İkinci Dünya müharibəsində mülki əhaliyə qarşı törədilən cinayətlərdən beynəlxalq birliyin narahat olmasının nəticəsi olaraq mülki əhalinin müdafiəsi haqqında dördüncü Cenevrə Konvensiyası qəbul edilmişdir. Müasir beynəlxalq münaqişələr şəraitində qurbanların tam müdafiəsi tələb olunur. Ona görə də dördüncü Konvensiyanın təsiredici müddəaları iki Əlavə protokolda öz əksini tapan yeni müəddəalarla tamamlanmışdır.  

 

Şagirdlər artıq silahlı münaqişələrin iki tipinin olduğu barədə məlumatlara malik olduğundan onların fəaliyyətini «silahlı münaqişə»,  «beynəlxalq səciyyəli hərbi münaqişə» və «qeyri-beynəlxalq səciyyəli  hərbi münaqişə» anlayışlarının daha geniş məzmunda mənimsənilməsinə yönəltmək məqsədəuyğundur. Müəllim qeyd etməlidir ki, «müharibə»  termininin Beynəlxalq humanitar hüquqda işlədilməsi məhdudlaşdırılmışdır, onun yerinə «silahlı münaqişə» terminindən istifadə edilir. Belə ki «müharibə» anlayışı beynəlxalq hərbi münaqişəyə nisbətən daha genişdir.

 

Hərbi münaqişələr şəraitində humanist  münasibətlərin yaranmasına  aid tarix, ədəbiyyat kurslarından,  KİV-dən şagirdlərə məlum olan nümunələrin gətirilməsi təklif olunur.

 

Dərsin bu hissəsinin yekunu

  Müasir beynəlxalq humanitar hüququn əsas mənbələri 1949-cu il-də qəbul edilmiş dörd Cenevrə Konvensiyası və 1977-ci ildə qəbul edilmiş iki Əlavə Protokollardan ibarətdir. Bu Konvensiya və Protokolların qəbul edilməsi Dünya birliyinin İkinci  Dünya müharibəsində və müasir münaqişələrdə döyüşlərin aparılması təcrübəsinə göstərilən münasibətini təsdiqləyir.

 

      




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.