Fəal təlim metodları
Fəal təlim metodları
Fəal təlim nə deməkdir?
Fəal təlimdə müəllim və şagird eyni dərəcədə tamhüquqludurlar.- hər ikisi eyni dərəcədə nəticənin müəllifidir və ona görə məsuliyyət daşıyırlar. Ona görə demokratik metod sayılır.
Ənənəvi təlim üsulunda müəllim- informasiya ötürən, şagird isə- informasiyanı qəbul edəndir.
İnformasiya əsrində bu artıq qəbuledilməzdir. Buna ancaq, fəal təlim cavab verir. Məhsuldar, yaradıcı təfəkkür, yeni biliklərə müstəqil yiyələnmə üsullarını özündə bürləşdirən metodlara üstünlük vermək lazımdır.
Fəal təlim metodları- şagirdin fəal idrak fəaliyyətinə əsaslanan təlimdir.
Fəal təlim- idrak fəaliyyətinin təşkili və idarə olunması üsullarının məcmusudur.
Səciyyəvi cəhətləri : - müəllim tərəfindən idrakı problem sitiuasiyanın yaradılması,
- Problem – sitiuasiyanın həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyini həvəsləndirmək,
- Şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və mənimsənilməsi.
Yeni yanaşmanın mahiyyəti ondadır ki, təlim şagirdlərinin yaddaşının biliklə (informasiya) zənginləşdirilməsi deyil, biliklərin müstəqil qazanılması, mənimsənilməsi vərdişləri, təfəkkürün inkişaf etdirilməsinə əsaslanır.
Fəal təlimin mexanizmləri
Mexanizm 1 - Problemli vəziyyətin yaradılması
Problemin qoyuluşu – Təfəkkürün fəallaşması – Şagirdlərin fəallığı
Problem necə olmalıdır?- diqqəti cəlb edən olmalıdır
- şagirdin imkanlarına müvafiq ( onun səviyyəsinə uyğun, lakin asan olmayan)
- öz bacarığını həyata keçirməyə imkan verən.
Mexanizm 2 Dialoqun və əməkdaşlığın zəruriliyi
Problemin həlli zərurəti müxtəlif fərziyyə və baxışların nəzərdən keçırılməsini tələb edir.Bu isə təlim iştirakçıları ilə fəal əməkdaşlıq prosesində əldə oluna bilər. Problemli vəziyyət – Nöqteyi- nəzər
Mexanizm 3 Şagird tədqiqatçı – müəllim fasilitator
İdrak fəaliyyətinin fəallaşdırılmasının ən başlıca mexanızmlərindən biri- ənənəvi təlim sxeminin dəyişdirilməsidir:
- ona tədqiqat xarakteri verilməsi
- şagirdin biliklərin mənimsənilməsi prosesinin bərabər hüquqlu subyektinə çevrilməsi
Şagirdin mövqeyi – “ Kəşf edən”, “tədqiqatçı” mövqeyidir.
Bu zaman o nəyi dərk etməli, nə üçün dərk etməli, nəyi öyrənməli,nə üçün öyrənməli, necə öyrənməli və bu nəyə gətirib çıxara bilər qaydalarını öyrənir, onlara yiyələnir.
Müəllimin mövqeyi – “ bələdçı”, “aparıcı”( istiqamət verən) mövqeyidir.
- Müəllim sinif üzərində ağalıq etmir.
- O, şagirdlə birgə fəaliyyətə əsaslanır.
- O, şagirdlə əməkdaşlıq edir.
- O, problem vəziyyət təşkil edir.
- O, şagirdə istiqamət verir
- Müəllimin vəzifəsi öyrənməyi öyrətməkdir.
- Fasilitasiya köməkçi suallarla müzakirənin təşkili və şagirdlərin fəallaşdırılmasıdır.
- 2. Fasilitasiyanın əsas xüsusiyyəti biliyin müəllim deyil, şagirdlər tərəfindən aşkar edilməsidır.
- 3. Fasilitatorun mövqeyi düşüncəni inkişaf etdirmək, onu məcraya yönəltməkdir.
- 4. Fasilitatorun mövqeyi şagirdləri öyrənmək, tələbatlarını ödəmək, potensialını həyata keçirmək üçün şərait yaratmaqdır.
Mexanizm 4 Psixoloji dəstək : hörmət və etibar.
Şagirdlərin fəal idrak mövqeyinin lazımi səviyyədə qalmasının şərtləri:
- Müəllimin hər bir şagirdə məhrəm, hörmətli, fərdi münasibətindən
- Sinifdəki mühiti xüsusi həssaslıqla duymasından ibarətdir.
Fəal təlimin üstünlükləri
Bu təlimin əsas üstünlüyü – real idrak motivasiyasının yaranmasıdır.
- Burda şagirdlərin biliyi real imkanlara əsaslanır.
- Səfərbərliyi təmin edir.
- İdrak fəaliyyətini şövqləndirir.
- Bilgilər hazır şəkildə deyil, müstəqil şəkildə mənimsənilir.
Təlim prosesındə təfəkkürün fəallaşdırılması nəticəsində həmçinin:
- Biliklərin daha müstəqil, sərbəst qavranılması və mənimsənilməsi
- Məntiqi, yaradıcı təfəkkürün, qərar qəbul etmənin formalaşdırılması
- Elmi- tədqiqat vərdişlərinin formalaşdırılması
- Qarşılıqlı hörmət hissinin və əməkdaşlıq vərdişlərinin aşılanması
- Təlimin səmərəliliyinin artırılması mümkün olur.
Təlimin səməırəliliyinin artması sxemi :
Motivasiyanın gücləndirilməsi
Təfəkkürün fəallaşdırılması
Biliklərin səmərəli mənimsənilməsi
Müstəqil, yaradıcı idrak
Fəal dərsin quruluşu
Təlimin fəal üsulları yeni bilginin kəşfi məqsədilə aparılmasına əsaslandığı üçün, fəal dərsin özü də tədqiqatın aparılma prinsipinə əsaslanır:
Dərsin 1-ci mərhələsi: motivasiya, problemin qoyulması
Tədqiqata başlamaq üçün problemi irəli sürmək lazımdır. Tədqiqat sualı yeni bilgilərin kəşfinə aparan bələdçi rolunu oynayır. Motivasıya – hər hansı fəaliyyətin mexanizmini işə salan sövqedici qüvvədir.
Dərsin 2- ci mərhələsi: tədqiqatın aparılması
Problemin həlli üzrə fərziyyələrin meydana gəlməsinin təbii nəticəsi olaraq, irəli sürülən fərziyyələri təsdiq və təkzib edən, tədqiqat sualına cavab verməyə kömək edən faktları tapmaq zərurəti meydana çıxır.
Tədqiqat müxtəlif formalarda : bütün siniflə birgə, kiçik qruplarda, cütlük şəklində və ya fərdi aparıla bilər.
Problem
Fərziyyə - 1 Fərziyyə - 2 Fərziyyə - 3
Tədqiqat sualı
Fərziyyələrin yoxlanılması
Dərsin 3- cü mərhələsi : informasiya mübadiləsi
Bu mərhələdə iştirakçılar tədqiqat gedişində əldə etdikləri tapıntıları, informasiyanı mübadilə edirlər. Təqdimat- yeni biliklərin dairəsini cızır və bu biliklər natamam, xaotik xarakter daşıyır. Yeni tələbat : bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır.
Dərsin 4 – cü mərhələsi ; informasiyanın müzakirəsi və təşkili
Bu ən mürəkkəb mərhələdir və bütün zehni vərdişlərin, təfəkkürün müxtrəlif növlərinin (Yaradıcı, məntiqi, tənqidi) səfərbərliyini tələb edir. Məqsədyönlü müzakirə, informasiyanın təşkili, əlaqələrin aşkar çıxarılması, onların sistemləşdirilməsi bu zaman baş verir.
Dərsin 5 – ci mərhələsi : ümumiləşdirmə və nəticə
Beləliklə, şagirdlərə yeni bilginin kəşfi yolunda son addımı atmaq : konkret nəticəyə gəlmək və ümumiləşdirmənin tərifini vermək işi qalır. Bunun üçün o fərziyyələri tutuşdurmalıdır. Bu çox mühüm məqamdır. Bilgiləri kəşf etdiyi üçün sevinc,məmnuniyyət bu zaman baş verir.
Dərsin 6 – cı mərhələsi : yaradıcı tətbiqetmə
Məlum olduğu kimi biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı tətbiqidir. O, biliyi möhkəmlədir, uşağa onun praktik əhəmiyyətini göstərir. Bunu o dəqiqə etmək mümkün deyilsə, sonraya da saxlamaq olar.
Dərsin 7 – ci mərhələsi : qiymətləndirmə və refleksiya ( təəsürat )
Qiymətləndirmə istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir. Ona görə dərs bitdikdə qiymətləndirmə və refleksiyanı həyata keçirmək lazımdır. Şagirdin işi həm kəmiyyətcə, həm də keyfiyyətcə qiymətləndirilə bilər.
Refleksiya – artıq başa çatmış prosesin şüurda inikasıdır.
Motivasiyanın yaradılması
Fəal dərsin ən mühüm mərhələlərindən biridir.Dərsin sonrakı gedişi motivasiyanın nə qədər uğurlu alınmasından asılıdır. Bilirik ki, bir sıra fərziyyələri törədən problemli vəziyyət idrak motivasiyasının meydana gəlməsinə təsir göstərən əsas amildir. Motivasiyaya təsir göstərən amillər aşağıdakılardır:
- Motivasiya qismində istifadə olunan material öz xüsusiyyəti ilə diqqəti cəlb edir.
- Materialın təqdim olunma üsulları və formaları
- Fərziyyələri yoxlamaq və təqdimat aparmaq imkanının mövcudluğu
- Yaradıcılıq imkanı
- Müəllim tərəfindən düzgün fasılıtasiya
- Əvvəlkui məşğələlərdə fərziyyələrin irəli sürülməsi ilə bağlı müsbət emosiyalar
Motivasiyanın yaradılması yolları
Motivasiyanın yaradılmasının bütün mümkün üsullarını 3 əsas qrupa bölmək olar:
- Rəmzi materialın şərhi (Rəsm, foto-şəkil, simvol, melodiya, ədəbi əsərdən parça, əşya , tapmaca,qrafik, sxem və s.)
- 2. Sual verməyə həvəsləndirmə
Təfəkkür prosesini aktuallaşdıran sualların 3 növü vardır:
- Sual “...” haqqında nəyi bilirik və nəyi bilmirik,...daha nələri bilmək istərdik?
- Bunun üçün açıq suallardan, yəni iki və daha çox cavab tələb edən suallardan istifadə olunur.
- Öyrənilən mövzuya aid suallar təməl sözlərin köməyi ilə verilir(xassə, xüsusiyyət, funksiya, növ, tipo, rol və s.)
- 3. Məsələnin, problemin birmənalı olmayan həlli (müxtəlif yollarla təşkil edilmiş təsnifat, müxtəlif yollarla uğurlu həll)
Motivasiyanın qiymətləndirilməsi
Motivasiyanın düzgün yaradıldığını qiymətləndirmək üçün aşağıdakı meyarlardan istifadə etmək olar :
- Motivasiya nəticəsində müxtəlif fərziyyələrin meydana çıxması
- Tətbiq olunan motivasiya üsulunun məqsədəuyğunluğu
- Müxtəsərlik, vaxta qənaət – motivasiyanın həyata keçirilmə müddəti 5-7 dəqiqədən çox olmamalıdır.
- Motivasiyanı yaratmaq üçün müəllim nə qədər vaxt sərf etmişdir.
- Qoyulmuş problemin şagirdlər tərəfindən dərk edilməsinin asanlıq dərəcəsi
İnteraktiv iş formaları
Təlimin interaktiv xarakteri kiçik qruplarda iş və ya cütlük şəklində işdir. Bura kollektivlə işi və fərdi işi də əlavə etmək olar.
Qrup şəklində iş – Bu kiçik qrupda bir neçə şagirdin hansısa problemin həllinə yönəldilmiş birgə fəaliyyətidir. Fəal təlimdə qrup iş forması əsas formalardan biridir.
- Hər bir şagirdin idrak prosesinə qoşula bilməsini təmin edir.
- Hər bir şagirdə öz fikrini söyləmək və başqalarını dinləmək imkanı verir.
- Şagirdlərin problemin həllində müxtəlif baxışların , yanaşma və üsulların mövcudluğunu dərk etmək imkanı yaradır.
Bu da öz növbəsində bütün sinfin:
- öz bacarıqlarını həyata keçirməyə
- özünə inamın artması
- özünü tam dəyərli şəxsiyyət kimi dərk etməyə
- problemin həlli üçün vacib olan fərdin və qrupun qarşılıqlı surətdə bir birini tamamlaması
Qruplarda işin təşkilinin 3 variantını fərqləndirmək olar:
- Bütün qruplar müxtəlif təlim materialı əsasında tapşırılmış mövzu üzərində işləyirlər
- Əgər material mühüm əhəmiyyət kəsb edirsə, onda bütün qruplar ondan eyni vaxtda bəhrənəlirlər.
- Qruplar ardıcıl surətdə bir-birlərini əvəzləməklə eyni bir material əsasında işləyirlər.
Cütlük şəklində iş
Bu iş forması zamanı şagirdlər cüt- cüt işləyirlər ki :
- Hər hansı tapşırığın, qərarın, problemin yerinə yetirilməsində bir- birinə kömək etsinlər
- Öz işlərinin nəticələri barədə fikir mübadiləsi aparsınlar
- Qarşılıqlı qiymətləndirmə, qarşılıqlı yoxlama keçirsinlər.
-
Fəal təlim metodu ilə işləyən müəllimlərin xarakterik səhvləri
Fəal təlim metodunun tətbiq praktikası göstərir ki, müəllimlər təlim prosesində bir sıra xarakterik səhvlərə yol verirlər:
Səhv 1- Müəllim motivasiya qismində real problem əvəzinə bir həll variantı olan çalışmadan istifadə edir. Yadda saxlamaq lazımdır ki, idrak motivasiyasını doğuran mexanizm – problemdir.
Səhv 2 – Müəllim motivasiya qismində real problem əvəzinə həvəsləndirici informasiyadan istifadə edir. Həvəsləndirici material şagirdlərdə nə qədər maraq oyatsa da , o şagirdlərin qeyri- iradi diqqətini cəlb etməyə xidmət edir, lakin təfəkkürü oyada və fəallaşdıra bilmir.
Səhv 3 – Müəllim problem qoyur və özü də onu həll edir və ya şagirdlərin əvəzinə nəticə çıxarır. Fəal təlimin əsas mexanizmlərindən biri, həqiqəti şagird özü kəşf etməlidir- pozulur.
Səhv 4 – Müəllim problem qoymadan dərhal qrup işini təşkil edir. Şagirdlər tamdəyərli və müstəqil tədqiqat işindən məhrum edilirlər.
Səhv 5 – Müəllim şagirdlərin dərsin axırında çıxardıqları nəticələr və etdikləri ümumiləşdirmələrlə ilkin fərziyyələr və tədqiqat sualı arasında əlaqə yaratmağa çalışmır.
- Dərsin məntiqi strukturunu qoruyub saxlamaq
- Şagirdlərə kəşf sevincini duymağa imkan vermək
- Axıra qədər tədqiq edilməmiş məsələləri aşkara çıxarmaq,
üçün belə əlaqənin olması vacibdir.
Səhv 6 – Müəllim uşaqları qrup şəklində birləşdirir, lakin onun verdiyi çalışma müxtəlif nöqteyi- nəzərlərin yaranmasını nəzərdə tutmur və ya həvəsləndirmir, deməli onlar kollektiv müzakirəyə sövq etmir. Nəticədə uşaq çalışmanı özü həll edir.
Səhv 7 – Müəllim belə bir köhnəlmiş təsəvvür üzrə hərəkət edir ki, guya fəal təlim və qrup işi eyni şeydir. Bunun da nəticəsində bütün məşğələlər qrup işi formasında keçirilir. Əslində isə qrup işi yalnız dərsin keçirilməsi formalarından biridir.
Səhv 8 – Müəllim tədqiqat və problemin həlli üçün zəruri şəraiti yarada bilmir, yəni :
- yönəldici suallardan istifadə etmir
- zəruri informasiya mənbələrini təqdim etmir
- tədqiqat işini düzgün qurmur
- idrak fəaliyyətini , yaradıcı təxəyyülü inkişaf etdirmir
- şagirdləri psixoloji cəhətdən dəstəkləmir.
-
Fəal təlimin üsulları
Aşağıda biz interaktiv təlimin keçirilməsinə imkan yaradan müxtəlif metodiki üsullarını veririk:
Əqli həmlə
İdeyaların sürətli generasiyası və şagirdlərin fəallığının artırılması üçün tətbiq olunur. Müəllim sualı lövhədə yazır, yaxud onu şifahi verir və hamıya təklif edir ki, bu sual barədə öz ideyalarını söyləsinlər. Bütün ideyalar şərhsiz və müzakirəsiz qeydə alınır. Yalnız bundan sonra ideyaların müzakirəsi , şərhi başlanır.
Söz assosasiyaları
Bu üsuldan həm mövzunun əvvəlində , həm də sonunda istifadə olunur.
- Öyrənilən mövzu ilə bağlı başlıca sözü lövhədə yazın
- Şagirdlərə tapşırın ki, bu söz barədə ağıllarına gələn digər sözləri dərhal yazıya alsınlar.
- Dərsin axırında tapşırın ki, hər bir şagird bu mövzu ilə bağlı əlaqədar düşündüyünü bir sözlə ifadə etsin və bu mövzuya aid sözü misal gətirsinlər.
Rollar üzrə oyunlar
Xeyli maraqlı və əyləncəli olan bu metodik üsul digər fəal üsullardan fərqli olaraq əlavə imkanlar yaradır. Uşağın bu oyundan əldə etdiyi başlıca keyfiyyət – emosional təəsüratdır. Hətta oyun arzuedilməz istiqamətdə getdikdə də , oyunu baş tutmamış hesab etmək olmaz.
Modelləşdirmə
Şagirdləri real hadisənin sadələşdirilmiş, lakin canlı nümunəsi olan uydurma şəraitə çəkib gətirən metoddur. Burda sinif bir növ miniatür, mövzunu özündə daşıyan tamaşaya çevrilir. Lakin oyunda fərqli olaraq sonluq qeyri- müəyyəndir. Modelləşdirmə bu mənada daha sərbəstdir, belə ki, heç kəs son nəticəni görə bilmir. Şagirdlər modelləşdirməyə başlayarkən inanırlar ki, konret nəticəyə nail ola biləcəklər, lakin başları oyuna qarışdığından ilkin məqsədi unudur və qarşılarına yeni məqsəd qoyurlar. Məhz bu bilinməzlik real həyata daha çox oxşayır.
Modelləşdirmənin vəzifəsi nədən ibarətdir:
- yaradıcı qabiliyyətləri və təxəyyülü inkişaf etdirmək üçün şagirdləri lazımi əsaslarla təmin etmək
- cütlük şəklində öz baxışlarını müzakirə etmək üçün şagirdlərə sərbəst disskusiya təklif etmək
- şagirdləri problemi tapmağa və onu real həyatı modelləşdirən şəraitdə həll etməyə həvəsləndirən
- şagirdlərə təhlil aparmaq və alternativ hərəkətləri qiymətləndirmək bacarığını aşılamaq
- şagirdləri ictimai və ya qrup halında qərarların qəbul edilməsi prosesinə cəlb etmək
- məşğələ ərzində qəbul edilmiş qərarlara yenidən baxmaq, təhlil etmək imkanı yaratmaq
Disskusiya (müzakirə)
Sülh mədəniyyəti və münaqişələrin həlli üzrə təlimin ən mühüm metodik üsullarından biridir.
Disskusiya mədəniyyəti deyiləndə, bu belə başa düşülür:
- eyni vaxtda yalnız bir nəfər danışa bilər
- danışanı dinləmək
- sözü kəsməmək
- tənqid edəndə , danışanı deyil, fikri tənqid etmək
- reqlamenti nəzərə almaq
- heç kəsi mıəsxərəyə qoymamaq
- söz demək istədikdə əl qaldırmaq və s.
Diskusiyanın gedişinin düzgünlüyünün qiymətləndirilməsi aşağıdakı halda mümkündqür:
- düzgün təriflər, aydın mülahizələr
- yadda qalan və aktual misallar
- sanballı dəlillər və analogiyalar
- ümumiləşmə aparma və yekun vurma bacarığı
- başqalarını dinləmək bacarığı.
Akvarium
Disskusiya vərdişlərini inkişaf etdirmək üçün ən yaxşı üsullardan biri – akvariumdur.
Akvariumun keçirilməsinin 1-ci variantı : müzakirə
Akvariumun keçirilməsinin 2-ci variantı : debat
“ Debatlar “
Disskusiyanın yalnız bir- birlərinə etiraz edən tərəflərin arasında keçirildiyi mübahisə, müzakirə ,mübadilə kimi məlum formalarından fərqli olaraq, debatlar opponenti deyil, üçüncü tərəfi inandırma prosesini nəzərdə tutur. Beləliklə, debatlarda iştirak edən tərəflərin əsas məqsədi öz dəlil və sübutlarının köməyi ilə üçüncü tərəfi öz mövqeyinin düzgünlüyünə inandırmaqdır.
Debatların əsas ünsürləri:
1. Mövzu
Debatlarda mövzu ya təsdiq və ya təkzib formasında olur. ( məs. “ Evtanaziyanı leqallaşdırmaq olar”, “ Qızlar hərbi qulluğa getməməlidirlər” və ya “ Vahid məktəbli forması özünü doğrultmur”) Mövzu ifadə edilən zaman aşağıdakı prinsiplərə riayət olunmalıdır:
- mövzu aktual olmalıdır
- mövzu maraqlı olmalıdır
- mövzu “ münaqişəli” olmalıdır
- mövzu elə ifadə edilməlidir ki, heç bir mövqeyin üstünlüyü hiss edilməsin
- mövzu nə çox məhdud , nə də çox geniş olmalıdır
Debatlara daxil olan təlim ünsürləri və təhsil texnologiyası:
- mövzunun araşdırılması
- əsas anlayışlarla i&
Oxşar xəbərlər:
Скачать




Rəyinizi bildirin!