V sinif üçün Kiçik summativ qiymətləndirmə (aprel)

V sinif üçün Kiçik summativ qiymətləndirmə (aprel)

 

 

1.20-ci əsrin əvvəllərində baş vermişdir :

a) Azərbaycanda mətbuatın əsasının qoyulması
b) Azərbaycan ərazilərində erməni vəhşilikləri
c) Azərbaycanda teatrın əsasının qoyulması
d) İlk komediya əsərlərinin yazılması

2.Zabıx dərəsi döyüşünün nəticəsi :

a) Döyüş nəticəsiz qaldı
b) Müsəlman qoşunları döyüş başlayan kimi geri çəkildilər
c) Sultan bəy Sultanovun hərbi dəstələrinin qələbəsi ilə başa çatdı
d) Andronikin qoşunları qələbə çaldı

3.Erməni terror təşkilatının üzvləri adlanırdı :

a)Fədailər b)Daşnaklar c)Üsyançılar d)Bolşeviklər

4.1918-ci ilin martında baş vermişdir :

a) Ermənilərin azərbaycanlılara qarşı soyqırımı
b) Müstəqil Azərbaycan dövlətinin yaranması
c) Quba məzarlığının aşkar olunması
d) Zabıx dərəsində döyüş

5.Bakının azad olunmasında mühüm rol oynamışdı :

a) Rus ordusunun hissələri
b) Erməni daşnak birləşmələri
c) Nuru Paşanın başçılıq etdiyi türk qoşunları
d) Bolşeviklərin hərbi dəstələri

6.Uyğunluğu müəyyən edin : Parlament, Bolşeviklər, Respublika


Rusiyada çar devrildikdən sonra hakimiyyətə gələn siyasi təşkilatın üzvləri-

Xalq tərəfindən müəyyən müddətə seçilən şəxslər tərəfindən idarə olunan dövlət forması-

Qanunverici hakimiyyət orqanı-


7.1918-ci ilin yayında baş vermiş Göyçay döyüşünün nəticəsi :

a) Türk qoşunu və Azərbaycan könüllülərinin birləşmiş qüvvələri daşnak-bolşevik işğalçılarını məğlub etdi
b) Bakı daşnak-bolşevik dəstələri tərəfindən işğal edildi
c) Azərbaycan milli ordu hissələri Gəncəni azad etdi
d) Azərbaycan 11-ci Qırmızı ordu hissələri tərəfindən işğal edildi

8.Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı :

a) Bakı b) Şamaxı c) Təbriz d) Gəncə

9.Məlumatların kimlərə aid olduğunu müəyyən edin :
1. Erməni quldur dəstələrini məğlub eləmişdi
2.Qarabağın general-qubernatoru olmuşdu

a) 1.Xosrov bəy Sultanov 2.Sultan bəy Sultanov
b) 1.Nuru Paşa 2. Xosrov bəy Sultanov
c) 1.Sultan bəy Sultanov 2. Xosrov bəy Sultanov
d) 1.Əlağa Şıxlınski 2. Andronik

10.1920-ci ildə Azərbaycan ordusunun sayı nə qədər idi?

a) 10 min piyada 30 min süvari
b) 40 min piyada 10 min süvari
c) 30 min piyada 10 min süvari
d) 20 mni piyada 20 min süvari



11.Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökümət başçısı və hərbi naziri kimlər idi ?

1.Məmməd Əmin Rəsulzadə
2.Fətəli xan Xoyski
3.Əlimərdan bəy Topçubaşov
4.Səməd bəy Mehmandarov

a)1, 2 b) 1, 4
c) 2, 4 d) 2, 3

12.1918-ci il dekabrın 7-də :

a) ”İstiqlal bəyannaməsi” elan edildi
b) Hökümət Tiflisdən Gəncəyə köçdü
c) Parlament fəaliyyətə başladı
d)Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsi imzalandı

13.”Həyatın xoşbəxtliyi azadlıqdadır... Bir kərə yüksələn bayraq bir daha enməz” sözlərini kim söyləmişdir ?

a) Əlimərdan bəy Topşubaşov
b) Məhəmməd Əmin Rəsulzadə
c) Nəsib bəy Yusifbəyli
d) Fətəli xan Xoyski

14.Sovet Rusiyasının 11-ci ordusunun məqsədi :

a) Yalnız Bakının işğal etmək
b) Azərbaycana kömək etmək
c) Yalnız Qarabağı işğal etmək
d) Bütün Azərbaycanı işğal etmək

15.Uyğun variantı müəyyən edin :
1. 1918-ci il 28 may
2.1918-ci il 15 sentyabr
3.1918-ci il 9 noyabr

I.Üçrəngli bayraq Azərbaycanın Dövlət bayrağı kimi qəbul edildi
II.”İstiqlal bəyannaməsi” elan edildi
III.Bakı bolşevik-daşnak qüvvələrindən azad edildi

16. Məlumatlar kimə aiddir?
- Birinci dünya müharibəsi dövründə Rusiyanın paytaxtının artilleriya müdafiəsi ona tapşırılmışdı
- Qazaxda anadan olmuşdu
- Topçuluğa dair yazdığı əsərlər onu dünyaya tanıtmışdır.

a)Əlağa Şıxlınski b)Xosrov bəy Sultanov
c)Nuru Paşa c)Səməd bəy Mehmandarov

17.Göstərilənlərin hansı şəhərlərə aid olduğunu müəyyən edin:

1918-ci il28 mayda Azərbaycan Xalq Cümhuriyyəti elan olundu-

Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxt şəhəri olub-

15 sentyabr 1918-ci ildə bu şəhər bolşevik-daşnaklardan azad edildi-


18.Hadisələrin aid olduğu illəri müəyyən edin

- Ermənilər Dağlıq Qarabağda qiyam qaldırmışdı
-Bakı Dövlət Universiteti fəaliyyətə başladı
-Azərbaycan Xalq Cümhuriyyəti elan olundu

1918-
1919-
1920-




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 11 aprel 2013 09:32
    bura 5 sinif yazmisiz suallar 11 ci sinifdi bu nece olur tongue

  2. 11 aprel 2013 10:21
    sagol suallara gore

  3. 11 aprel 2013 10:36
    sagolun twk........
    smile

  4. 11 aprel 2013 10:49
    Mence 5-ci sinife gore yaxsi suallardir. 5,15,16-ci tipde olan suallar 5-ci sinif ucun maraqli olar. 17-ci sual da maraqlidi.

  5. 11 aprel 2013 16:09
    cox sag olun ehateli suallardir.tesekkur edirem.

  6. 11 aprel 2013 19:49
    cox maraqlidir.tesekkur edirem wink belay lol request crying winked feel love sad what smile

  7. 11 aprel 2013 22:16
    BU TEST COX MARAQLIDI VE ASANDI.AMMA BILEN UCUN ASANDI. what

  8. 12 aprel 2013 18:48
    maraqli suallardi.

    sinifin seviyyesini nezere alsaq kurikuluma uygundur.

  9. 12 aprel 2013 23:02
    gozel

  10. 17 aprel 2013 17:36
    maraqli testlerde ancaq mene ele gelirki sinif seviyyesinde butun usaqlari nezere almaq lazimdir.Verilmis suallar elaci sagirdler ucun nezerde tutulub sanki.

  11. 7 may 2013 18:21
    Çox gözəl özümü yoxladım TƏŞƏKKÜRLƏR request

  12. 14 yanvar 2014 18:14
    • ÖZÜMÜ YOXLAYA BİLDİM belay

  13. 20 may 2014 20:57
    maraqli idi beyendim hemde ki asant idi.


  14. 20 iyun 2014 11:59
    Suallara gore tesekkurler smile

  15. 2 dekabr 2014 11:17
    Təşəkkürlər

    --------------------

  16. 21 may 2015 20:12
    Suallar üçün təşəkkürlər lol

  17. 2 iyun 2015 19:49
    təşəkkürlər

    --------------------

  18. 15 mart 2016 17:58
    love super idi[/s][s]twk tarix info

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.