Kiçik summativ qiymətləndirmə (mart)

 

Kiçik summativ qiymətləndirmə (mart)

 

 

 

Kiçik summativ qiymətləndirmə - 4

Azərbaycan tarixi V sinif
Adı, soyadı : Tarix :


1.Azərbaycanda tarix elminin inkişafında böyük rol oynadı?

a) N.Tusinin elmi əsərləri
b)A.Bakixanovun "Gülüstani-irəm” əsəri
c)M.Kazımbəyin qrammatika haqqında kitabı
d)M.F.Axundzadənin komediyaları

2.Mirzə Kazım bəy hansı elm sahəsinin əsasını qoydu?
a)Ədəbiyyatşünaslıq
b)Astronomiya
c)Şərqşünaslıq
d)Həndəsə

3.Şəkidə anadan olmuş, Mirzə Şəfi Vazehin şagirdi olmuş, gülüş və tənqid doğuran komediya əsərləri yazmış, Tiflisdə dəfn olunmuşdur. Söhbət kimdən gedir?
a)A.Bakixanov
b)Mirzə Kazım bəy
c)M.F.Axundzadə
d)H.Z.Tağıyev

4.1875-ci il iyulun 22-də....
a)Həsən bəy Zərdabi anadan olmuşdu
b)Mirzə Fətəli Axundov vəfat etmiş
c)İlk teatr əsəri tamaşaya qoyulmuş
d)”Əkinçi” qəzeti nəşr edilmişdir

5.Həsən bəy Zərdabi nəyə çalışırdı?
a)Ana dilində mətbuatın yaradılmasına
b)Rus dilində çap olunan qəzetləri ana dilinə tərcüməyə etməyə
c)Rusiyada çar hökümətini devirməyə
d)Ana dilində məktəblər açmağa

6.Aşağıdakılar kimin fəaliyyəti ilə bağlıdır?
- Teatr binasının tikilməsi
-Toxuculuq fabrikinin açılması
-Qızlar məktəbinin açılması
a)Mirzə Fətəli Axundzadənin
b)Hacı Zeynalabdin Tağıyevin
c)Cəlil Məmmədquluzadənin
d)Abbasqulu ağa Bakixanovun

7.H.Z.Tağıyev Bakıya su çəkilərkən nəyə etiraz etmişdi?
a)Kür suyunun Bakıya gətirilməsinə
b)Xarici ölkələrdən mütəxəssis çağırmağa
c)Şollar suyunun Bakıya gətirilməsinə
d)Bu sahəyə vəsait qoyulmasına

8.”Əkinçi” qəzetinin nəşr edilməsindən neçə il sonra "Molla Nəsrəddin” jurnalı nəşr olunmuşdur?
a)21 il b)31 il c)25 il d)30 il

9.Uyğun variantı müəyyənləşdirin:
1.H.Z.Tağıyev I. "Əkinçi” qəzeti
2.Həsən bəy Zərdabi II.”Gülüstani-İrəm”
3. Abbasqulu ağa Bakixanov III. İnternat məktəbi
4.Mirzə Kazım bəy IV.Demidov mükafatı

a)1-IV, 2-I, 3-III, 4-II
b)1-II, 2-IV, 3-I, 4-III
c)1-III, 2-I, 3-II, 4-IV
d)1-I, 2-II, 3-III, 4-IV

10.Şahdağın ətəyindən Şollardan Bakıya su çəkilməyə başlanıldı:
a)1906-cı ildə b)1917-ci ildə c)1896-cı ildə d)1904-cü ildə

11.”Molla Nəsrəddin” jurnalının çap olunduğu şəhərləri müəyyən edin:
1.Tiflis 2.Gəncə 3.Təbriz
4.Dərbənd 5.Bakı 6.Şamaxı

12.Uyğunluq pozulmuşdur :
1. 1875-ci ildə "Əkinçi” qəzeti nəşrə başlamışdı
2. 1901-ci ildə Bakıda qızlar məktəbinin açılması
3. 1841-ci ildə "Gülüstani-İrəm” əsərinin yazılması
4. 1908-ci ildə "Molla Nəsrəddin” jurnalının nəşrə başlaması

13.Şamaxıda "Ümid” adlı məktəbi kim açmışdı?
a)M.Ə.Sabir b)H.Z.Tağıyev
c)C.Məmmədquluzadə d)M.F.Axundzadə

14.Hacı Zeynalabdin Tağıyevə aid deyil :

a)12 yaşında bənna yanında fəhlə işləyirdi
b)Mərdəkanda yoxsul uşaqlar üçün internat məktəbi açmışdı
c)Bakıda qızlar məktəbi tikdirmişdi
d)Azərbaycanda mətbuatın əsasını qoymuşdu

15.İlk Azərbaycan operası hansı olmuşdur?
a)”Fərhad və Şirin” b)”Leyli və Məcnun”
c)”Yeddi gözəl” d)”Koroğlu”

16.Təbriz hərbi şurasının başçıları kimlər idi?
1.Qaçaq Nəbi 2.Səttarxan 3.Bağır xan 4.Cavad xan
a)1, 2 b)2, 4 c)2, 3 d)3, 4

17.1909-cu ildə Təbrizi mühasirəyə aldı?
a)Şah qoşunları b)Erməni qoşunları
c)Rus qoşunları d)İngilis qoşunları

18.Fədailər kim idi?
a)Neft sənayesində işləyən fəhlələr
b)Vətən yolunda özünü qurban verən, fəda edən
c)Başqa ölkəyə işləməyə gedənlər
d)İran şahının qoşunu

19.Aşağıdakı cümlələrin kimlərə aid olduğunu müəyyənləşdirin:
"Millət necə tarac olur olsun nə işim var?!”
"Xalqın övladları savadlanmalı, onun içərisində elmli adamlar çox olmalıdır”


20.Məlumatları aid olduğu şəxsiyyətlərə uyğun cədvələ yazın :
- Azərbaycanda nəşr olunan ilk tənqidi jurnalın müəllifidir
- "Yaz günləri”, "Uşaq və buz”, "Cütçü” şeirlərinin müəllifidir
- Naxçıvanda anadan olmuşdur
- Şamaxıda "Ümid” adlı məktəb açmışdır

Mirzə Ələkbər Sabir Cəlil Məmmədquluzadə




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 24 mart 2013 23:35
    hmmmmmmmmm dimey olar ki maraqli idi

    --------------------

  2. 27 mart 2013 14:00
    Men Ankara liseyinin 5f sinif sagirdiyem ve elaciyam.Bu testler menim ucun cox asandir.Ama yenede twk edirem.Maraqli idi.

  3. 30 mart 2013 20:34
    maraqli suallar var idi . cox sag olun

  4. 7 aprel 2013 16:37
    Men Nesimi rayonu Texniki Humanitar liseyinin 5 d sinfinde oxuyuram.Tarix dersini cox yaxsi bilirem.Bu suallar menim ucun cox asandir.Yene de tesekkur edirem.Sag olun.

  5. 19 aprel 2013 20:26
    bu maraqlidir

  6. 25 aprel 2013 14:59
    maraqli ve asanddir smile

  7. 31 may 2013 08:12
    daha bu gunden sonra ksq-lere buradan hazirlasacam

  8. 2 may 2014 18:26
    hmmm twkler..

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.