Gəncə niyə Yelizavetpol adlandı

Gəncə niyə Yelizavetpol  adlandı

 

Mən Kərimova Mətanət Oğuz rayon 3 saylı məktəb liseydə keçən ildən tarix müəllimi  işləyirəm. Çalışıram ki, dərslərimi yeni üsullarla qurum. Hazırladığım dərsi tarix müəllimləri ilə bölüşmək istəyirəm. Sizlərin fikrini bilmək, irad və təkliflərinizi görmək mənim üçün çox maraqlı olardı.


 

Mövzu: Gəncə niyə Yelizavetpol  adlandı

 

  

Məzmun xətti: Tarixi məkan, şəxsiyyət[/b]

 

Standart: 1.1.2.    Sadə  xronoloji  məsələləri həll edir.

 

                  2.1.2.    Xəritələrdə Azərbaycan ərazisini və mühüm tarixi abidələri müəyyənləşdirir.

 

                  4.1.1.    Azərbaycan tarixində mühüm rol oynamış şəxsiyyətləri müəyyən edir.

 

                 4.1.2.    Mənbələrə əsasən şəxsiyyətlər haqqında təqdimatlar hazırlayır.

 

 

 

Məqsəd:    Gəncənin rus işğalına məruz qaldığı dövrü müəyyən edir.

 

                Gəncənin Azərbaycan tarixindəki rolunu qiymətləndirir.

 

                Cavad xanın azadlıq mübarizəsinin tarixi əhəmiyyəti haqqında təqdimat hazırlayır.

 

İnteqrasiya:  H.B: 3.2.2. Dövlət qarşısında mənəvi borcun əhəmiyyətini izah edir.

 

Dərsin tipi:  Yeni bilik və bacarıqlar formalaşdıran dərs.

 

İş forması: Kiçik qruplarla iş.

 

İş üsulları: Qapalı və açıq suallar, beyin həmləsi, müzakirə, klaster, rollu oyun.

 

Resurslar: Dərslik, şəkil, xəritə, kompyuter, iş vərəqi, marker.

  

Dərsin gedişi

 

Motivasiya:  Şagirdlərə Gəncənin tarixi abidələri, burada fəaliyyət göstərmiş şairlərlə bağlı, şəhərin görməli yerləri və Gəncə tarixi  ilə bağlı digər görüntülər olan video nümayiş etdirilir. Videonun nümayişindən sonra şagirdlərdən nə gördükləri soruşulur. Şagirdlərin cavabları dinlənilir. Şagirdlər gördüklərini sadaladıqdan sonra, bunların hansı şəhərimizdə olduğu soruşulur.Gəncə cavabı alınır.Daha sonra əvvəlki dərslərdən Gəncə ilə bağlı hansı məlumatlar bildikləri soruşulur.

 

Tədqiqat sualı: İşğaldan sonra Gəncənin tarixi adı niyə dəyişdirildi?

 

Tədqiqatın aparılması:

 

 Şagirdlərə tədqiqatı asanlaşdırmaq üçün slayd və Hökmdarın taleyi filmindən fraqment təqdim edirəm.Gördükləri ilə bağlı açıq suallar ünvanlayıram. Sonra şagirdlərə iş vərəqləri təqdim edirəm.Qruplar dərslikdən istifadə edərək aşağıdakı suallar əsasında tədqiqat aparırlar.

 

1.Hacı Çələbi və Cavad xanın oxşar və fərqli xüsusiyyətlərini venn dioqramı ilə müəyyənləşdirin.

 

2.Verilmiş xəritədə Azərbaycan ərazilərini birləşdirin.

 

3."Cavad xanın qəhrəmanlığı” mövzusunda səhnəcik qurun.

 

4.Gəncənin işğalçılara qarşı mübarizəsini klaster üsulu ilə təsvir edin.

 

Məlumatın mübadiləsi: Qrup nümayəndələri işlərini təqdim edirlər.Qrupların fəaliyyəti qiymətləndirilir.

 

Məlumatın müzakirəsi: Müzakirə zamanı şagirdlərə aşağıdakı sualları verirəm: Niyə Gəncəyə Yelizavetpol adı verildi?

 

Gəncə işğal olunmaya bilərdimi?

 

Cavad xan Gəncə tarixində hansı rolu oynayıb?

 

Nəticə və ümumiləşdirmə:Yenidən tədqiqat sualına qayıdıram və mənim də bələdçiliyimlə belə nəticəyə gəlinir ki,Gəncə Azərbaycanın qərb sərhəddində mühüm dayaq nöqtəsi idi və bu torpağı qorumaq üçün Cavad xan dövləti və xalqı qarşısında öz layiqli borcunu yerinə yetirib.İşğalçılar tarixi kökümüzü unutdurmaq üçün Gəncənin tarixi adını dəyişdirsələr də buna nail olmadılar. Xalq bu adı öz dilində, qəlbində yaşatdı və Gəncənin tarixi adı illər sonra yenidən bərpa olundu. Şagirdlər öyrəndiklərini sual cavab və test tapşırıqları vasitəsilə dərinləşdirirlər.

 

Ev tapşırığı: Gəncədə yerləşən tarixi abidələr haqqında əlavə məlumat  və Cavad xanın mübarizəsi haqqında esse yazın.

 

Refleksiya və qiymətləndirmə:meyarlara əsasən qiymətləndirmə aparılır.

 

Diqqət! GİZLİ MƏTN! Siz gizli mətnə baxmaq üçün qeydiyyatdan keçməlisiniz.

 

Diqqət! GİZLİ MƏTN! Siz gizli mətnə baxmaq üçün qeydiyyatdan keçməlisiniz.

 

 

[b]




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 12 fevral 2013 00:09
    Metanet xanum ! Kecen ilden muallim ishlemeyiniz bilinmedi. Aferin Genc hevesli fedakar eziyyeti seven Teshekkur edirem. Esas odur ki bu ishde lk olaraq ozunu deyishmelisen sonra tedris etdiyin muhiti dersini fealiyyetini. Siz artiq doqru yoldasiz Size tarix.info-nun fealiyyetinize destek olubsa turkler demish ne mutlu bana ! UqurlaR dileyirem !

  2. 12 fevral 2013 19:04
    cox sag olun.Musbet fikirleriniz meni cox sevindirdi.Tarix info mene ve sagirdlerime her zaman boyuk komeklik gosterir.calisacam ki,bundan sonra da oz isimi daha laiqli yerine yetirim.Size de dersimi saytda yerlesdirdiyinize gore tesekkur edirem.

    Biz genclere destek olmushuq ve olacayiq ! Teki Siz yorulmayasiniz ve daima heves ishtahinda olasiz !

  3. 13 fevral 2013 16:29
    guzel haber turkce bilen varmii?

  4. 13 fevral 2013 19:59
    cox sagolun ki bu kimi melumati bizim kimi genclerle bolusursunuz

  5. 19 fevral 2013 17:45
    Cox sagolun muellime dersiniz xosuma geldi ama elektron varianti olsa daha yaxsi olardi.size islerinizde ugurlar

  6. 9 fevral 2014 20:27
    cox sag olun maraqlidir

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.