Amerikanın kəşfi

[/b]

[b]Amerikanın  kəşfi

Xristofor Kolumb dünyanın ilk coğrafi kəşflər müəlliflərindən ən mşhürüdür.  Coğrafi kəşflər tarixində ən önəmli yerlərdən birini tutan Amerika qitəsinin kəşfi isə onun səhvi üzündən baş tutmuşdur.

 

            1451-ci ildə İtaliyanın Genuya şəhərində anadan olmuş Kolumb hələ gənclik illərində dəniz səyahətlərinə başlamışdı. 1479-cu ildə Portuqaliyanın Lissabon şəhərinə köçərək burada yerli əyanlardan birinin qızı ilə evlənmişdi. Bu şəhərdən Kolumb çoxlu dəniz səyahətlərinə çıxmaqla təcrübəli dənizçiyə çevrilmişdi.

            Kolumbun arzusu Uzaq Şərqə gedən yolu kəşf etmək idi. Özünün bu arzusunu o, məşhur «Qızıl, Allah və Katay» formulunda ifadə etmişdi. «Qızıl» dedikdə, Kolumb  Çindən və Yaponiyadan  gətirəcəyi ipəyi nəzərdə tuturdu. O, yeni əraziləri Alahın adı ilə kəşf etməyi və burada yerli əhali arasında xristianlığı yaymağı «Allah» ifadəsində formalaşdırmışdı. «Katay» isə Çinin qədim adı idi. Bu ad Kolumbun son məqsədini- Uzaq şərqi kəşf etmək məqsədini bildirirdi.

            XV əsrdə adamların çoxu belə hesab edirdi ki, Yer müstəvi şəklindədir. Kolumb isə onun kürə formasında olduğuna qəti əmin idi. O, Afrikanın  ətrafını dolanaraq Uzaq Şərqə getməyin mümkün olması qənaətinə gəlmişdi. Lakin Kolumbun bu fikirlərinə uzun müddət şərik çıxan tapılmamışdı. 1485-ci ildə Kolumb İspaniyaya köçüb getdi. Kolumbun burada nə bir dostu, nə də pulu var idi. İnadlı səylərdən sonra, nəhayət 1492-ci ildə İspaniya kraliçası İzabella və kral Ferdinand ekspedisiyaya çıxmaq üçün onu zəruri olan vəsait və avadanlıqlarla təchiz etdilər.

            1492-ci il 3 avqust. Həmin gün Kolumb  üç gəmidən («Santa-Mariya», «Pinta» və «Ninya») ibarət heyətlə Uzaq Şərq səfərinə çıxdı. Bununla da coğrafi kəşflər tarixində ilk cəsarətli addım atıldı. Kanar adalarından sonra daim Atlantik okeanının içərilərinə doğru üzən Kolumb dəfələrlə istiqaməti dəyişsə də, qurudan heç bir əsər-əlamət görünmürdü. Komandanın üzvləri arasında aratan narahatlıq getdikcə güclü narazılığa səbəb olurdu. Hətta onların içərisində geri qayıtmaq tələbini  irəli sürənlər də var idi. Kolumb vəziyyətdən çıxmaq üçün bir neçə gündən sonra quru görünməyəcəyi halda geri qayıtmaq vədini verməli oldu. Lakin onun gündəliklərindən aydın olur ki, komandanın hər hansı etirazlarına baxmayaraq son məqsədə doğru irəliləməkdə qətiyyətli idi.

            1492-ci il oktyabrın 12-də «Pinta» gəmisinin göyərtəsində keşik çəkən matrosun «Quru!» deyə həyəcanlı səsi eşidildi.  Kolumbun qəlbini fərəh hissi bürümüşdü. O, güman edirdi ki, artıq Çin sahillərinə çatmış, öz məqsədinə nail olmuşdur. Əslində isə səyyah özü də bilmədən başqa böyük bir kəşfə öz imzasını atmışdır. Kolumbun gəmiləri Baham adaları qrupuna daxil olan və onun tərəfindən San-Savador (yəni «Müqəddəs xilaskar») adlandırılan Quanaxiani adasının sahilinə yan almışdı. İspan gəmiləri yeni qitəyə-Amerikaya gəlib çıxmışdılar. Yerli əhali ispanları səmimiyyətlə qarşıladı və onlarla həvəslə əmtəə mübadiləsi etdilər. Kolumbun Uzaq şərqi kəşf etməsinə dair heç bir əlamət hiss olunmurdu. Lakin Kolumb qəti əmin idi ki, məqsədinə çox yaxındır. Nə buranın əhalisi, nə də təbiəti Hindistana və Çinə bənzəmirdi. Yerli əhali  dəmirin nə olduğun bilmirdi. Çoxlu qeyri-adi ağaclar və yabanı bitkilərlə örtülü sıx meşlər var idi. Yerli əhali qarğıdalı və kartof becərirdi. Onlar matroslara «tütün» adlandırdıqları bitkinin yarpaqlarını bükəmyəi və yandıraraq tüstüsünü udmağı öyrədirdilər.

           

Amerikanın  kəşfi

Kolumb öz yoluna davam etdi. Əvvəlcə Kuba (Kolumb bu adanı Xuana adlandırmışdı), sonra  isə Haiti (Espanyola) adaları kəşf olundu. Lakin bu yerlər səyyahların öz təsəvvürlərində canlandırdığı «Hindistan» və ya «Çin» ölkələrinə qətiyyən bənzəmirdi. Daha kəşfləri davam etdirmək mümkün olmadı. «Santa-Mariya» qəzaya uğramış, «Pinta» isə itkin düşmüşdü. Haitidə möhkmələndirilmiş məntəqə yaratdıqdan sonra Kolumb özünün 43 nəfər «könüllüsü»nü orada qoyaraq  geri qayıtdı. İspaniyada Kolumb qəhrəman kimi qarşılandı. Yeni kəşf olunmuş adalara Hindistan adı verildi. İspaniya hökuməti isə  onu «Baş okean admiralı» rütbəsi ilə təltf etdi.

 

            1493-cü ildə Kolumb yenidən Hindistan səfərinə çıxdı. Lakin bu dəfə uğursuzluğa düçar oldu. O, Haitidə qoyub getdiyi «könüllülər»dən heç birini sağ tapa bilmədi. Kolumbun «hindu» adlandırdığı yerli əhali onları əsarət altına salmağa gəlmiş müstəmləkəçilərin hamısını məhv etmişdilər. Kolumb  burada yeni məskən saldı. Lakin onu çox pis idarə etdi. Onun yerlilərlə və ispanlarla pis rəftarı və hədsiz acgözlüyü hamını təngə gətirdi. Bir çoxları İspaniyaya qayıtdı. Baş vermiş narazılıqlardan xəbər tutan İspaniya sarayı onun imtiyazlarını məhdudlaşdırdı. İspaniyaya qayıdan Kolumb özünü təmizə çıxarmağa müvəffəq oldu.

            1498-ci ildə Kolumb üçüncü dəfə səfərə çıxdı. Bu dəfəki səfərində  o, Cənubi Amerika materikini kəşf etdi. Sona isə ümidsizlik içində Haitiyə qayıtdı. Burada ona qarşı güclü üsyan baş verdi. O, bu üsyanı çox çətinliklə yatırdı. İspaniya kralı Haiti adasına yeni canişin təyin etdi. Canişin Kolumbu və qardaşını tutaraq qandallatdı və İspaniyaya  göndərdi. Kolumb bu dəfə də yaxasını qurtara bildi və rütbəsi bərpa olundu. 

            1502-ci ildə Kolumb dördüncü dəfə səyahətə çıxdı. Bu səyahət arzu olunmadan başa çatdı. Xəstəlikdən üzülüb əldən düşmüş Kolumb İspaniyaya qayıtdı. Onun himayəçisi kraliça İzabella ölmüşdü. Kral Ferdinanda isə onun heç bir imtiyazını bərpa etmədi. Hamı tərəfindən unudulmuş səyyah iki il sonra Valadolidə öldü.

Kolumb ömrünün sonunadək bilmədi ki, yeni qitə kəşf edib. Ona elə gəlirdi ki, olduğu yerlər Hindistandır. Az sonra İtaliya səyyahı Ameriqo Vespuççi Kolumbun kəşf etdiyi torpaqların yeni qitə olduğunu sübut etdi. Buna görə də yeni qitəyə onun adı- Amerika adı verildi. Amerikanın kəşfində Azərbaycan elminin nailiyyətlərindən istifadə olunmuşdu. Əvvala, Kolumbun Amerikanı kəşf etməsinə 200 ildən də bir qədər çox qalmış dahi Azərbaycan alimi Nəsirəddin Tusi özünün riyazi hesablamaları əsasında bu materikin olduğunu göstərmişdir. Digər tərəfdən Kolumbun müəllimi Toskanelli N.Tusinin əsərləri ilə tanış idi və o, Tusidən çox şey öyrənmişdi. Şübhəsiz, Toskanelli Tusidən öyrəndiklərini Kolumba da öyrətmişdi. Beləliklə, Amerikanın kəşfində Azərbaycan elminin böyük rolu olmuşdur. 

Amerikanın  kəşfi

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 27 may 2014 13:20
    əla!!!  çox  gözəl  məlumatdı!!! bu  cür  işlərinizdə  davam  edin,hörmətli   administrator!!!

  2. 16 avqust 2014 09:49
    Cox sag olun.bu qeder etrafli bilmirdim

    --------------------

  3. 22 avqust 2014 19:08
    Bu movzuyla bagli bu qeder bilmirdim.Tesekkurler.

  4. 29 aprel 2015 21:17
    cox sagolun menim ucun vacib idi

  5. 1 oktyabr 2015 15:48
    sağ olun var olun çoxxx əlaaa
    wink

  6. 3 oktyabr 2015 10:53
    Hörmətli dostum, Kolumbun Amerikanı kəşf etməsi ilə bağlı təqdim etdiyiniz yazını maraqla oxudum. Təşəkkür edirəm! Rəsmi titulunuz olmasa da, bizim- tarix.infoçuların nəzərində Siz maarifçilik yolunda "külüng vuran" həqiqi əməkdar müəllimlərdənsiniz. Sizə can sağlığı və yeni yaradıcılıq uğurları arzulayıram! Eyni zamanda, Aristotelin; "Platon mənim dostumdur. Mən onu çox sevir, lakin həqiqəti daha üstün tuturam!"- düşüncəsini bölüşərək, izninizlə məqalədəki bir yanlışlığa dostyana öz münasibətimi bildirmək istəyirəm. Belə ki, məqalənin sonunda verilmlş, Kolumbun Amerikanı kəşf etməsində Azərbaycan elmının xidmətləri barədə iddialar "elmi" dövriyyəyə MEA Tarix institutunun direktoru, millət vəkili, akademik Y, Mahmudovun rəhbərliyi altında hazırlanmış "Orta əsrlər tarixi- 8 sinif" (Bakı, 2005) dərsliyinin çapından sonra daxil olmuş və yumşaq desək, həqiqətə uyğun deyildir.
    Əziz dostum, doğrudan da zəmanəsinin ən böyük mütəfəkkirlərindən olan N.Tusinin elmi kəşf və ixtiraları dünya elminin inkişafında misilsiz pol oynamışdır. O, Yerin dəqiq ölçülərini və kütləsini hesablamış, məlum quru və su sahələrinin kütləsini çıxdıqdan sonra fərq olduğunu kəşf etmiş və dünyada hələ elmə məlum olmayan quru sahələrinin mövcudluğu barədə ilk dahiyanə fərziyyə irəli sürmüşdü. Lakin təəssüf ki, X.Kolumbun bundan xəbəri olmamışdır. Çünki o, 1) Yerin ölçülərinin daha kiçik təsəvvür etmiş, bu səbəbdən ərzaq və su ehtiyatını az götürmüş, 2) kəşf etdiyi adaları Vest Hind, əhalisini isə hindular adlandırmışdı (hətta gördükləri Marko Polonun təsvir etdiklərinə qətiyyən bənzəməsə də!..). 3) Hətta üçüncü səfəri zamanı Cənubi Amerika sahillərini tədqiq edərkən belə, həmin torpaqların nə Çin, nə Hindistan, nə də yeni qitə olduğunu anlamışdır. N.Tüsinin hesablamaları və fərziyyəsi ilə tanış olsaydı, yəqin ki, Kolumb yanılmaz və məlum tarixi ədaltsizlik baş verməzdi.
    P.S. Böyük Mustafa Atatürkün tarix yazarlara bir müdrik tövsiyyəsi var: “Tarix yazmaq, tarix yaratmaq qədər məsuliyyətli bir işdir. Yazan Yaradana sadiq qalmazsa, tarix isanları çaşdıracaq mahiyyət kəsb edəcək!” – yəni yalana çevriləcəkdir.
    Hörmətlə: Aydın m.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.