Şahmat

[/b]

[b]Şahmat

Bir rəvayətdə deyilir ki , Dilaram adlı hind taciri pul ilə şahmat oynamağın həvəskarı idi. Bu işə həddindən artıq aludə olması nəticəsində o, öz var-dövlətini  tədricən itirmişdi. Son oyunda Dilaram hətta öz həyat yoldaşını pul əvəzinə qoyaraq öz tələskənliyi ucbatından az qala onu da uduzmuşdu. Lakin tacirin arvadı  hiss edir ki yoldaşı iki topu qurban verməklə öz rəqibinə mat qoya bilər. Arvadı bunu onun qulağına pıçıldayır və nəticədə əri öz rəqibini udur.

 

Dünyada şahmat adlanan bu oyunun dəqiq yaşı məlum deyil. Bir rəvayətə əsasən şahmat miladdan əvvəl 1000-ci  ildə qüvvəyə yüksəltməni ixtira etmiş hind riyaziyatçısı tərəfindən ixtira olunmuşdu. Həmin vilayətin hökmdarı   bu gözəl oyuna görə hansı hədiyyə ilə mükafatlandırılmaq istədiyini  soruşduqad o  belə  söyləmişdi : «Gəl şahmat lövhəsinin birinci  xanasına bir buğda dənəsi , ikincisinə iki, üçüncüsünə üç, dördüncüsünə dörd və s. qoyaq. Beləcə bütün 64 xana dolandan sonra alınan buğdanın miqdarını mənə verin». Hökmdar cəmi iki-üç kisə buğdadan söhbət getdiyini düşünərək çox sevinir. Lakin bütün buğdaları saydıqdan sonra başa düşür ki dünyanın bütün buğdasını bir yerə yığsan belə, bu riyaziyatçı ilə hesablaşmaq mümkün olmayacaq.

 

Şahmat
 

Misir, İraq və Hindistanda aparılan arxeoloji qazıntılar əsasında tapılmış materiallar şahmatın yaranma tarixini daha uzaqlara, miladdan əvvəl III-II minilliklərə aid edir. Yazılı ədəbiyyatda  bu oyun barədə ilk məlumat V əsrə aid olan fars poemasında təsadüf olunur.Orada şahmat oyununun məhz Hindistanda ixtira olunduğundan söhbət gedir.  Buna görə də şahmatın ixtira tarixini məhz bu dövrdən hesab edirlər. Sasani şahı   I Xosrov Ənuşirvanın hakimiyyəti dövründə( 531-579) şahmat İrana yayılır. Farsca yazılmış bir əsərdə  bütün dəqiqliyi ilə bütün  şahmat  terminologiyası, şahmat fiqurlarının  adları və hərəkəti qaydaları təsvir olunur. Şahmat oyunu haqqında məlumata  Ə.Firdovsinin «Şahnamə» əsərində də rast gəlinir. Poemada hind racəsinin elçilərinin  Sasani  şahı I Xosrov  Ənuşirvana təqdim etdiyi hədiyyələr təsvir edilir. Poemaya görə bu hədiyyələr sırasında iki ordunun döyüşünü xatırladan oyun da var idi.

 

Sasani imperiyasının varlığına  ərəblər tərəfindən son qoyulduqdan sonra, şahmat bütün dünyada geniş yayılmağa başladı. İspaniyaya bu oyun ərəblər  tərəfindən gətirilmişdir və Avropada onun haqqında ilk məlumat 1010-cu ilə  ilə aiddir. Bəzi rəvayətlərə görə bahalı şahmat fiqurlar dəsti hədiyyə olaraq Frank imperatoru Böyük Karla Ərəb xəlifəsi Harun əl Rəşid tərəfindən hədiyyə  olaraq verilmişdir. Əfsanəvi kral Arturun sarayında şahmat oynanılması barədə bir poema da mövcuddur. Alman ədəbiyyatında bu barədə   ilk qeyd rahib Frumun fon Teqermse tərəfindən edilmişdir.1030-1050-cu illərdə o yazmışdı ki, Xorvatiyadan olan Svetoslav Şurin Venesiya doju II Piterdən Dalmasiya vilayətini idarə etmək hüququnu məhz  şahmatda udmuşdur. Almaniyadan şahmat İtaliyaya,oradan isə İngiltərəyə yayılmışdır. X-XI əsrlərdə şahmat  Skandinaviyada tanındı. Novqorod ərazisində əldə olunmuş arxeoloji tapıntılar şahmatın Rusiyaya Orta Şərqdən gəldiyini subut edir. Bu günkü şahmat fiqurlarının adları  onların ərəb və fars  köklərinə malik  olduğuna  işarə verir.

Məlumdur ki.şahmat ilkin variantda dörd dəst fiqur olan dörd nəfərin oynanılması üçün nəzərdə tutulurdu. Bu oyun Şətrənc adlanırdı. ( sanskritcə «Şatr»  «dörd»,  «anqa» isə «dəstə» deməkdir). Hind mistisizminə əsasən «şətrənc» özünə kainatı təcəssüm etdirir. Dörd tərəf dörd ünsürü- torpaq, hava, od, və suyu, habelə  dörd fəsli və dörd insan temperamentini əks etdirir.

Bu oyuna ən böyük təsiri  ərəbləri göstərmişlər. « Şahmat» sözü farsca «şah»

( hökmdar)  və  ərəbcə «mat» («öldü») sözlərindən ibarətdir. Məşhur ərəb riyaziyyatçısı Əl-Ədlin şahmat haqqında ilk kitabında «mənsub» adlı şahmat məsələləri  verilmişdir. Təəssüf ki, bu qiymətli kitab bu günümüzədək gəlib çatmamışdır.  Şahmat oyunu Avropaya yayıldıqdan sonra ona bir çox kitablar həsr olunmuşdur. Onların içərisində ən qiymətlisi İspaniya kralı Müdrik Alfanso tərəfindən 1283-cü ildə yazılmış kitabdır.

            Şahmat oyununu idman yarışlarına aid edirlər. Sözsüz ki, şahmat oyunu fiziki gərginlik tələb etmir. Lakin bu oyunun vasitəsilə intellektual qabiliyyətləri inkişaf etdirmək, böhranlı vəziyyətdə hisslər üzərində nəzarət etmək mümkündür. Bir sözlə şahmat oyunu insan sağlamlığına xidmət edən müdrik bir oyundur.

Şahmat
 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 7 dekabr 2011 13:36
    sahmati xoslamiram

  2. 4 fevral 2012 21:17
    maraqliydi)

  3. 13 aprel 2013 22:40
    eeen coooox sevdiyim oyundur )))

  4. 15 iyul 2013 11:39
    Sahmat oynaya bilmirem.Belke de ona gore bu oyundan xosum gelmir. sad

  5. 6 noyabr 2013 21:47
    men 1-ci dereceyem ona gore de guclu oynayiram. Bu oyunu cox sevirem.

  6. 4 yanvar 2014 13:00
    men 1-ci dereceyem ona gore de guclu oynayiram. Bu oyunu cox sevirem.

  7. 27 aprel 2014 18:30
    sahmat oynayabilirem. ancaq onun haqqinda melumatin yoxidi tesekkur edirem:)

  8. 22 avqust 2014 11:40
    Heqiqeten de maraqlidir.Amma sahmat oynaya bilmirem. request

  9. 1 noyabr 2014 01:10
    maraqli melumat idi,men sahmati xoslayiram ve oynamagi oyrenmek isteyirem ve dusunurem ki,orta mekteblerde,universitetlerde bu oyunun sagirdler, telebeler terefinden oynanilmasini teskil etmekden otru gerek Tehsil Nazirliyi qerar versin,men sexsen bunu cox isterdim,dersler sirasina konullu olaraq elave mesq kimi bunu ede bilerler.hansi ki,bu oyun sagirdlerin,telebelerin tefekkurunun inkisafina,mentiqi dusunce sistemine evezsiz tesir gosterme vasitesidir

  10. 12 noyabr 2014 13:25
    Menim sahmat oyunu cox xosuma gelir smile Amma yaxsi oynaya bilmirem request

  11. 16 noyabr 2014 16:48
    men sahmat oyuyunun demek olarki fanati ve ustasiyam.ama onuda nezerinize catdirimki bu metnde coxlu sehvlere yol veririb bu sehvlerden en yol verilmezi sorusduqad sozudur eslinde bele yazilmalidir sorusduqda.2 cisi subut sozu eslinde sübut olmalidir. VE BUNDAN BASQA BİR SİRA YOLVERİRMEZ SEHVLER GEDİB XAHİS EDİREM BU SEHVLERİ DUZELDESİNİZ

  12. 16 noyabr 2014 17:40
    Sitat: 5a aysel
    men sahmat oyuyunun demek olarki fanati ve ustasiyam.ama onuda nezerinize catdirimki bu metnde coxlu sehvlere yol veririb bu sehvlerden en yol verilmezi sorusduqad sozudur eslinde bele yazilmalidir sorusduqda.2 cisi subut sozu eslinde sübut olmalidir. VE BUNDAN BASQA BİR SİRA YOLVERİRMEZ SEHVLER GEDİB XAHİS EDİREM BU SEHVLERİ DUZELDESİNİZ

    Bu,bu qədər şişirdiləcək səhvlər deyil.Kompüterlə yazıldığına görə,belə adi səhvlərin olması normaldı.Sənin üçün mətnin orfoqrafiyası yox,məlumatı əsas olmalıdır.

    --------------------

  13. 10 yanvar 2015 13:13
    Mən 2-ci abzası oxuduqdan sonra hesabladım, gördüm ki, hökmdar riyaziyyatçıya 2080 dənə buğda verməlidir. Məncə, hökmdar üçün çox deyil. wink

  14. 24 may 2015 09:32
    şahmat mən biləni vəzir şahı mat edir winked

    --------------------

  15. 25 dekabr 2015 20:38
    sahmat cox super bir oyundurrrrrrrrrr.men bu oyuna cox derin bagliyammm lakin oynamagi elede yaxsi bacarmiram amma oyrenmeye ele hevesim var kiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii request

    Sitat: sema2013
    Sitat: 5a aysel
    men sahmat oyuyunun demek olarki fanati ve ustasiyam.ama onuda nezerinize catdirimki bu metnde coxlu sehvlere yol veririb bu sehvlerden en yol verilmezi sorusduqad sozudur eslinde bele yazilmalidir sorusduqda.2 cisi subut sozu eslinde sübut olmalidir. VE BUNDAN BASQA BİR SİRA YOLVERİRMEZ SEHVLER GEDİB XAHİS EDİREM BU SEHVLERİ DUZELDESİNİZ

    Bu,bu qədər şişirdiləcək səhvlər deyil.Kompüterlə yazıldığına görə,belə adi səhvlərin olması normaldı.Sənin üçün mətnin orfoqrafiyası yox,məlumatı əsas olmalıdır.
    son derece haqlisan qatiliram sene sema sene gelince ise aysel boyuk sevh yox bir eyer melumat sehv olsa idi deyerdim he duz deyirsen amma bu mexaniki sehvdir bos bos hec kimi qinama hele bunada sukur eleeeeeeee angry

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.