Diqqət ! Diqqət ! Diqqət!
//
//
25 avqust 2014
//

Diqqət ! Diqqət ! Diqqət!

  Hörmətli istifadəçilər ! Bir neçə gün saytda təmir işləri gedəcək. Bəzi materiallar açılmaya və ya sayt özü işləməyə bilər. Əvvəlcədən üzr istəyirik. Saytımızın yeni formatı hazırlanır. İnşallah bir neçə günə hazır olacaqdır ! Uğurlar !
Diqqət ! Diqqət ! Diqqət!
Tanımadığımız qadınlar
//
//
25 avqust 2014
//

Tanımadığımız qadınlar

   Tarixdə tanımadığımız qadınlar haqqında nə bilirik?Onlar haqqında məlumatımız varmı.Tarixinfo vasitəsilə Azərbaycanın Almaniyada yaşamış ilk xeyriyyəçi qadını Mehparə xanım Tağızadə və öz gözəlliyinə görə "Qafqazın qızılgülü" adlandırılmış Kərimət xanım haqqında oxuduğum
Tanımadığımız qadınlar
Azerbaycan
//
//
25 avqust 2014
//

Azerbaycan

Azerbaycan başı belalar çeken yurdum. Meydana geldiği günden dış düşmanların baskınına uğrayan Vatan "im Acaba senin günahın nedir ki, bu acıları çekiyorsun birçokları sana düşman oluyor.
Azerbaycan
“Azərbaycan tarixi dərslikləri” barədə
//
//
25 avqust 2014
//

“Azərbaycan tarixi dərslikləri” barədə

 Hacıqabul rayonu Udulu kənd məktəbi "Azərbaycan tarixi dərslikləri” barədə. Müəllim: Z.Əliyev
“Azərbaycan tarixi dərslikləri” barədə
Qaraxanlı və Qəznəvilər dövlətlərinin müqayisəli səciyyəsi
//
//
20 avqust 2014
//

Qaraxanlı və Qəznəvilər dövlətlərinin müqayisəli səciyyəsi

 Hacıqabuı rayonu Udulu kənd orta məktəbi VII sinif Mövzu: Qaraxanlı və Qəznəvilər dövlətlərinin müqayisəli səciyyəsi Müəllim: Z.Əliyev
Qaraxanlı və Qəznəvilər dövlətlərinin müqayisəli səciyyəsi

Hicrət

müəllif Fuad-m
//
21-08-2012, 15:35
//
//
oxunub 1408
Hicrət

 

HİCRƏT – İSLAM TARİXİNİN BAŞLANĞICI

Ərəb diilndən tərcüməsi «köçmək» deməkdir. Həzrət Mühəmmədin (s) peyğəmbərliyinin 13-cü ilində Məkkədə müşriklərin zülm və əziyyətinin dözülməz həddə çatdığı bir şəraitdə müsəlmanların, onların da ardınca Peyğəmbərin Yəsrib (Mədinə) şəhərinə köçməsinə deyilir. Bundan əvvəl Yəsribdən gəlmiş nümayəndə heyəti Peyğəmbərlə iki dəfə beyət edərək (Əqəbə beyətləri), o həzrətə sığınacaq verməyi və İslamı qorumağı vəd etmişdi. Peyğəmbərin tapşırığı ilə əvvəlcə bütün müsəlmanlar Məkkəni tərk edib Mədinəyə köçdülər. Şəhərdə Peyğəmbərin özündən, Əbu Bəkrdən, Əli ibn Əbu Talibdən və Bəni-Haşim soyuna mənsub bir neçə qadından savayı müsəlman qalmamışdı.
Məkkə müşrikləri müsəlmanların şəhəri tərk etmələrindən xəbər tutan kimi qərara gəldilər ki, Həzrət Mühəmmədin (s) əldə çıxmasına heç cür icazə verməsinlər. Bunun üçün ən yaxşı yol Onu öldürmək idi. Bəni-Haşimin qisas tələbini əngəlləmək üçün qərara aldılar ki, Məkkənin adlı-sanlı ailələrinin hər birindən nümayəndələr seçilsin, sonra onlar silahlanıb gecə Peyğəmbərin evinə hücum etsinlər və Onu öldürsünlər. Bu halda Mühəmmədin (s) qatili məlum olmayacaq, qohumları da Onun intiqamını kimdən alacaqlarını bilməyəcəklər. 
Müşriklər bu planı çox gizli saxlasalar da, Allah vəhy vasitəsilə öz Peyğəmbərini məsələdən agah etdi. Həzrət Mühəmməd (s) şəhəri təcili surətdə tərk etməyə hazırlaşdı. 

 

 

 

Təyin olunmuş gündə 40 nəfərlik sui-qəsd qrupu Peyğəmbərin evinin qarşısında pusqu qurub gecənin düşməsini gözləməyə başladı. Həzrət Mühəmməd (s) onların zənnini azdırmaq üçün öz əbasını əmisi oğlu Əli ibn Əbu Talibin əyninə geyindirdi və Onu öz əvəzində evdə saxladı. Əli bu təhlükəli anda Peyğəmbəri qorumaq təklifini canla-başla qəbul etdi. Bu münasibətlə Qurani-kərimin aşağıdakı ayəsi nazil oldu: «İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır» («Bəqərə», 207). 
Hava qaralanda Həzrət Mühəmməd Peyğəmbər (s) gizlicə evdən çıxdı. Sui-qəsdçilər Onun getməsini duymadılar, pəncərədən gördükləri şəxsin (Əlinin) Mühəmməd (s) olduğunu zənn edib arxayınlıqla pusqunu davam etdirdilər. 
Gecəyarı sui-qəsdçilər qapını sındırıb içəri soxuldular, lakin Peyğəmbərin yatağında Əli ibn Əbu Talibin yatdığını gördülər. Peyğəmbər isə əvvəlcədən qərarlaşdıqları yerdə Əbu Bəkrlə görüşüb, onunla birlikdə Məkkəni tərk etdi. Onlar məkkəlilərin zənnini azdırmaq üçün Yəsribə sarı deyil, əks tərəfə üz tutdular və Məkkənin cənubundakı Səvr dağının mağarasında gizləndilər. Allahın möcüzəsi ilə Peyğəmbər və Əbu Bəkr mağaraya daxil olandan sonra mağaranın girişini bir hörümçək torla örtdü, bir göyərçin də orada yuva qurub yumurtladı. İzi tutub mağaraya kimi gələn təqibçilər hörümçək torunu və göyərçini görəndə bu mağaraya çoxdan bəri insan girmədiyini zənn edib qayıtdılar. 

Hicrət

 

Həzrət Mühəmmədlə (s) Əbu Bəkr mağarada 3 gün qaldılar. Onların vəziyyəti aşağıdakı ayədə təsvir edilmişdir: «(Ey möminlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri olaraq çıxardıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): «Qəm yemə, Allah bizimlədir!» dediyi zaman göstərmişdi» («Tövbə», 40). Bu müddətdə onlar Əbu Bəkrin sürüsünü dağın ətəyində otaran Amir adlı çobanın verdiyi südlə, Əli ibn Əbu Talibin və Abdullah ibn Əbu Bəkrin hər gün gətirdiyi yemək payı ilə dolanırdılar. Mağaradan şəhərə dönərkən Əli və Abdullah irəlidə gedir, onların ardınca Amir qoyun sürüsünü gətirirdi. Buna görə yerdə insan ləpiri qalmır və yalnız qoyun sürüsünün keçməsi təsəvvürü yaranırdı. Bu səbəbdən ən bacarıqlı ləpirtanıyanlar belə, Peyğəmbərin gizləndiyi yeri tapa bilmirdilər. 
Üç gün tamam olduqdan İslam Peyğəmbəri və Əbu Bəkr bələdçinin müşayiəti ilə Yəsribə tərəf yollandılar. Bunun üçün Əbu Bəkr Məkkədəki sürüsündən iki dəvə gətizdirdi. Peyğəmbər halallıq naminə həmin dəvələrin qiyməti barədə onunla sövdələşdi və pul tapan kimi ödəyəcəyini bildirdi. 
Yolda Məkkə təqibçilərindən Süraqə adlı birisi təsadüfən onların izinə düşdü. O, atını düz Həzrət Mühəmməd Peyğəmbərin (s) üstünə səyirtdi. Bu zaman Allahın yardımı ilə möcüzə baş verdi: Süraqənin atı şahə qalxıb onu yerə çırpdı. Əzilmiş və silahı əlindən düşmüş Süraqə aman istəməyə məcbur oldu. Peyğəmbər Süraqəyə bu şərtlə aman verdi ki, onları gördüyünü heç kəsə deməsin. Süraqə verdiyi sözə əməl etdi; bunun sayəsində Peyğəmbər və səfər yoldaşları təhlükəsiz halda öz yollarına davam etdilər. 
Mədinəyə bir az qalmış quraqlıq nəticəsində heyvanlarının südü qurumuş bir qadına rast gəldilər. Peyğəmbərin duası ilə heyvanların südü qayıtdı. Bu iki hadisə: Süraqənin zərərsizləşdirilməsi və qoyunların bol süd verməsi Həzrət Mühəmməd Peyğəmbərin (s) hicrət yolunda göstərdiyi möcüzələrdən sayılır. 
Peyğəmbər Yəsribə birbaşa daxil olmayıb, şəhər kənarındakı Qüba kəndində dayandı. O həzrət hicri təqvimlə rəbiül-əvvəl ayının 1-də Məkkədən çıxıb, ayın 12-də Qübaya çatmışdır. Onun hicrət səfəri 12 gün davam etmişdir.
Həzrət Mühəmməd (s) Məkkədə «əmin» (etibarlı, əmanətdar) ləqəbi ilə tanınırdı. Camaat öz qiymətli əşyalarını, mübahisəli əmlakını saxlamaq üçün Ona verirdi. Peyğəmbər hicrət edəndə evində xeyli əmanət pul və mal qalmışdı. Əli ibn Əbu Talib əmanətləri öz sahiblərinə təhvil verdi, sonra Məkkədə qalmış anası Fatimə bint Əsədi və Peyğəmbərin kiçik qızı Fatimeyi-Zəhranı da özü ilə götürüb şəhərdən çıxdı. Məkkə müşrikləri Ona mane olmaq istəsələr də, Əlinin şücaəti qarşısında tab gətirməyib geri dönməyə məcbur oldular. 
Əli himayəsində olanlarla birlikdə rəbiül-əvvəl ayının 15-də Qüba kəndinə çatıb Peyğəmbərə qoşuldu. Bu müddə ərzində artıq Qübada Peyğəmbərin başçılığı altında ilk məscidin bünövrəsi qoyulmuşdu. Həmin gün Həzrət Mühəmməd Peyğəmbər (s) Yəsribə daxil oldu. 
Yəsriblilər o həzrəti çox səmimi qarşıladılar. Peyğəmbər şəhərə yaxınlaşanda əllərində xurma budağı tutmuş yəsriblilər pişvaza çıxıb, bu münasibətlə qoşduqları nəğməni oxumağa başladılar: «Yəsrib kənarındakı təpələrdən on dörd gecəlik Ay üzümüzə doğdu (yəni Peyğəmbər şəhərimizə gəldi). Yer üzündə bircə nəfər dua edən mömin qalsa da, bu səadəti nəsib etdiyinə görə Allaha şükr etməlidir. Ey Allah tərəfindən bizə göndərilmiş Peyğəmbər, sənin əmrlərinə itaət etmək borcumuzdur”. 
Hər bir yəsribli müsəlman istəyirdi ki, Peyğəmbər onun evində qonaq qalsın. Amma Allahın Peyğəmbəri mübahisələrə son qoymaq məqsədilə elan etdi ki, Onun dəvəsinnin ovsarını sərbəst buraxsınlar; dəvə harada çöksə, Peyğəmbərin evi orada tikiləcək. Dəvə Yəsribin küçələrini gəzib, iki yetim uşağa aid sahədə yerə yatdı. Peyğəmbər həmin sahənin pulunu uşaqların hömayədarına ödədi. Burada ilk məscidi və Peyğəmbərin evini tikmək qərara alındı. Məscid və ev hazır olana kimi Həzrət Mühəmməd (s) yaxınlıqdakı Əbu Əyyub Ənsarinin evində yaşadı. 
Peyğəmbər Yəsribə köçdükdən sonra bu şəhəri «Mədinətün-nəbi» (Peyğəmbərin şəhəri) adlandırmağa başladılar. Sonralar şəhərə qısaca olaraq «Mədinə» (şəhər) dedilər.
Həzrət Mühəmməd Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti müsəlman təqviminin (hicri-qəməri təqvimin) başlanğıcı sayılır. Hicrət İslam taixində mühüm yerə malik olan hadisədir. Bu, əslində İslamın məhv olmaqdan, Peyğəmbərin də ölümdən xilas olma tarixidir. Hicrət ilk müsəlman icmasının yaranmasının başlanğıcıdır.
İslam tarixində iki böyük hicrət olmuşdur. Bunlardan birincisi və ən mühümü – yuxarıda haqqında danışılan Mədinə hicrəti, o biri isə Həbəşistana hicrətdir 

 

 

Hicrət

 


rəylərin sayı. (4)

Anar
Cafarxanli 22 avqust 2012 18:58
Cox qozel!Fuad mellime boyuk teshekkurler edirem!Islam tarixi heqiqeten cox maraqli tarixdir!Onu ne qeder deyishmek cehdleri olsa bele,mumkun deyil!Ona gore ki Allahin nezareti var ustunde!
Pak ve qunaxsiz Islam Peygemberin(s) ve onun pak ve qunaxsiz Ehli Beytin(12 imam ve musalman qadinlarin Anasi-Fatimeyi Zehra)tarixini her bir musalmanin orgenmesi ve bilmesi lazimdir!
Ezizlerim chalishah heqiqeti orqenek,ve bizlere bezi tereflerden(vahabiler,sionistler ve s.)uydurma ve saxta Islami sata bilmesinler!
Sizlere ve ozume tovsiye edirem!
Ibadet(namaz) edek,oruc tutag,Peygember(s) ve Ehli Beytini sevek ve Qurani Kerimi oxumagini orgenib oxuyaq!!!
Islam Peygemberi(s) buyurub:"Men ozumnen sonra sizlere, Allaha ve cennete aparacag bir ip qoyurum-Qurani Kerimi ve Ehli beytimi!"

Fidan  Sadiyeva
melya 10 avqust 2013 19:10
Hikmetli fikirlerin ucun sene tesekkur edirem,Cafarxanli.Men de seninle tamamile raziyam.Eslinde men moderator deyilem belke de bunu soylemek mene dusmez.Amma hem elmi, hem de dini baximindan cox gozel bir fikir soylemisen.Kas ki butun insanlar senin dediyin kimi olaydi!

a
maraqsiz 14 noyabr 2013 07:21
hormetli Cafarxanli sizinle razlasiram mencede insanlar heqiqeti oyrenmeli,bezi tereflerden(vahabiler,sionistler ve s.)uydurma ve saxta Islam inanmamalari lazimdir.

Sebine Cahit Kaya :)
SEBIS 15 noyabr 2013 18:47
bu sobtderin coox derinniyne getmiin uwaxlaar


--------------------

Rəyinizi bildirin!

Məlumat
Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
Sayta daxil ol.
BÖLMƏLƏR
Qan yaddaşımız
Radio Klio
Загрузка плеера ...
Скачать
Səs verin
Ən populyar xəbərlər