BƏDR DÖYÜŞÜ

BƏDR DÖYÜŞÜ

 

620 ci ilde Müsəlmanlar Məkkədəki zülmlerə dözməyərək Məkkədən Mədinəyə hicrət etdiler. Müsəlmanlar bütün var dövlətlərini Məkkədə qoyub hicret etmələrinə baxmayaraq müşrüqlerin İslama və Müsəlmanlara olan kinləri dinməmisdi.Son zamanlarda Əbu Süfyanın ortaqları ilə təşkil olunan bir karvan Suriyadan mallar gətirəcək və bununla da müsəlmanlara son və qəti zərbə endiriləcəkdi Bunu xəbər alan Rəsulullah (sas) vəziyyəti əshabələri ilə məsləhətləşdi. Bu karvanın Məkkəyə çatmasına mane olunmasına qərar verildi.Əbu Süfyan bu vəziyyətdən xəbər tutdu və Damdam ibn Əmr-əl Ğifarini Məkkəyə göndərərək Qureyşdən kömək istədi. İslama və Rəsulullaha(sas) düşmən olan Əbu Cəhl bu fürsəti qaçırmaq istəmədiyindən Kəbəyə gəldi. Müşrikləri müsəlmanlara qarşı döyüşə təşviq etdi.Əli silah tutan hər kəs bu müşrik və bütpərəst orduya qatıldı. Hətta Rəsulullahın müşrik olan əmisi Əbu Ləhəb, özü gedə bilməyəcək qədər xəstə olduğu üçün yerinə ödənişlə bir kirayəlik əsgər göndərdi.Müsəlman ordusunun sayı üç yüz beş nəfər idi. Müsəlmanların yalnız üç atı və yetmiş dəvəsi var idi. Zəfiran deyilən bir yerə gəldiklərində Məkkəli müşriklərin böyük bir ordu ilə üzərilərinə gəlməkdə olduqlarını öyrəndilər. Bir az dayanıb tərəddüd etdilər. Çünki onların böyük qüvvə ilə gələn Məkkə ordusuna qarşı müqavimət göstərəcək qədər qoşunları yox idi. Buna hazır deyildilər. Rəsulullah Səhabələriylə yenidən məsləhətləşdi. Karvanın arxasıncami düsülmeliydi, yoxsa müşrik ordusuna qarşımi döyüşülməliydi. Allah Rəsulu və Mühacirlər ordunun qarşısına çıxmağın tərəfdarı idilər. Ənsarlar isə verdikləri sözə əsasən Rəsulullahı Mədinədə qorumalı idilər, indi isə Mədinə xaricində idilər. Lakin Ənsarlarda Rəsululahın fikrinə tərəfdar cıxdılar.Rəsulullah (sas)səhabələrinin bu birlik və bərabərliyinə çox sevindi. Allaha həmd ilə, müşriklərlə qarşılaşmaq üçün Bədr quyularına doğru yola düşdü.Əbu Süfyan, müsəlmanların Bədrə doğru yaxınlaşdıqlarını öyrənincə karvanın istiqamətini dəyişdi. Dəniz tərəfindən Məkkəyə getdi. Müsəlmanlar Bədrə gəlincə karvan çoxdan uzaqlaşmışdı.Islam ordusu, qumlu bir əraziyə yerləşdi i. Müşriklər isə Bədr quyularını tutmuşdular. Gecə yağan yağış həm ətrafı sərinlətdi , həm də müsəlmanların su ehtiyaclarını qarşıladı. Bu Allahın onlara bir köməyi idi.Məkkəli müşriklər zirehlər içərisində idilər. Sayları min nəfərə yaxın idi. Bunun yüz nəfəri süvari, yeddi yüzü dəvəli və geri qalanları piyada idi. Bu say İslam ordusunun üç qatı idi.Bu sırada Əbu Süfyanın karvanının Məkkəyə çatdığının xəbəri gəldi.Geri dönmək istəyənlər olsada qalıb savaşmaq isteyenlər çoxluq teşkil etdi.Rəsulullah (sas) qan tökülməsini istəmədiyindən Ömər b. əl-Xəttabın elçi olaraq müşriklərin yanına göndərdi. Onlar savaş barəsində qərarlı olduqlarından Rəsulullahın bu şərəfli elçisinin təklifini dinləmədilər.17 Ramazan (13 Mart 624) Cümə günü səhər tezdən hər iki ordu Bədr quyularına doğru irəlilədi. Müsəlmanlar bu quyuların başına daha tez çatdılar. Müşriklərin tərəfindəki quyular tamamən qurudulub tutuldusa da. Peyğəmbər (sas) düşmənin öz tərəflərindəki quyudan su götürmələrinə icazə vermişdir.Döyüşdən əvvəl Cahiliyə adetlerine görə tekbetek döyüşler keçirilmeli idi. Burad hz Hemzse Hz Əli ve Ubeyde ibn Haris kafirlerden 3 neferi öldürdü. Bundan sonra döyüş başladı.Bu mübarizələrin sonunda tərəflər bir-birlərinə hücuma keçdilər. Artiq gunortaya doğru savaş sona yetdi. Müsəlmanların, İslamın və xüsusilə Hz. Peyğəmbərin ən böyük düşməni Əbu Cəhil başda olmaqla müşriklərin bir çox başçıları həyatını itirmişdi. Müsəlmanlar İslam tarixinin ən böyük zeferlerini qazandılar.Müsəlmanlar isə on dörd şəhid vermişdilər. Hz. Peyğəmbər (sas) namazlarını qıldırdıqdan sonra Allah yolunda canlarını verən bu ilk şəhidlər torpağa basdırıldı.Bədr döyüşü, siyasi-dini quruluş dakı Islam dövlət və ictimaiyyətinin daha da saglam təməllər üzərində qurulmasına zəmin yaratdı. Hz. Məhəmməd (sas) Bədir 'də döyüş başlayacağı sırada, səcdəyə qapanıb Allaha yönələrək Ona, köməyini esirgememesi üçün dua etdiyində o günkü vəziyyəti ən gözəl bir şəkildə belə dilə gətirirdi:

"Ey Allahım! Əgər bu kiçik ordu əriyib gedərsə sənə (yer üzündə) artıq ibadət edəcək kimsə qalmayacaq ..."




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 15 avqust 2012 22:52
    Cox qozel Islam tarixinin movzusudur!Meqaliye gore teshekkur!

  2. 16 avqust 2012 23:31
    Cox sagolun:)

  3. 17 avqust 2012 00:57
    menim meqaleme werh yazilmasin...teleb olunur.yazanlarda teleb olunu ki geri gotursun

  4. 17 avqust 2012 07:56
    Coshqum meqalene gore saqol amma ne ucun sherh yazilmasin istedin eziyyettine qiymet verirler sene teshekkur edirler

  5. 9 mart 2013 20:51
    Sag olun ki islam haqqinda yazmisiniz bully

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.