Mugeddes Ramazan ayiniz mubarek!

 

Mugeddes Ramazan ayiniz mubarek!

 

Ramazan Ayiniz Mubarek!!!

Orucluq haqda ən gərəkli bilgilər.
Hörmətli oxucular, bu bilgilər Azərbaycan miqyasında bir adamın oruc tutması üçün yetərlidir.
Hər şeyi qurdalayıb ifrat dərinə getmək fayda verməz. Yetər ki, siz ürəyinizi, niyyətinizi bu ibadətə yönəldəsiniz. İnanın ki, oruc tutmaq düşündüyünüz qədər də çətin deyil. Ola bilsin ki, ilk günlər bir az narahat olacaqsınız, amma orucluq ritminə alışdıqdan sonra siz bu ibadətdən böyük zövq alacaqsınız.
.. Oruc tutan yeməz, içməz, boğazından bir şey keçirməz.
.. Oruc sübh namazının girmə anından başlayır. (Hər il Ramazan gələndə xüsusi cədvəllər hazırlanır. O cədvəllərdə orucun başlama (imsaq) və qurtarma (iftar) vaxtı aydın göstərilir.)
.. Oruc tutan siqaret çəkməz, saqqız çeynəməz.
.. Cinsi əlaqə orucu pozar.
.. Hamilə və əmzikli qadınlar sonradan qəza etmək şərti ilə Ramazanda oruc tutmaya bilərlər.
.. Aybaşısı olan və əli çağalı qadınlar sonradan qəza etmək şərti ilə Ramazanda oruc tutmaya bilərlər.
.. Ağızdakı tüpürcəyi udmaq orucu pozmaz.
.. Unudaraq nəsə yemək və ya içmək orucu pozmaz. Oruc olduğunuzu xatırladığınız andaca yeməyi və ya içməyi dayandırın, ağzınızdakı loxmanı udmadan geri qaytarın və orucunuza davam edin.
.. Oruc tutan ağzını yaxalaya bilər, duş qəbul edə bilər, amma ağzını yuyanda hər hansı pastadan istifadə eləmək məsləhət görülmür. Çünki bütün pastalar istər-istəməz ağıza uzunmüddətli dad buraxır. Ağzınızı yaxalayanda yaxşı olar ki, yüngülcə qarqara edəsiniz və əlinizlə dişinizi sürtəsiniz. İftardan sonra dişlərinizi istədiyiniz qədər fırça ilə sürtə bilərsiniz.
.. İftarı çörəklə də açmaq olar, su ilə də, meyvə ilə də. Amma Peyğəmbərimizdən gələn adətə görə xurma, zeytun, bunlardan heç biri olmadıqda isə su ilə açmaq daha faydalıdır.
.. Sahura (el arasında bu vaxta obaşdan deyirlər) qalxmaqda fayda var.
Peyğəmbərimiz buyurub ki, bir qurtum su üçün də olsa sahura qalxın. Sahura qalxmasanız da oruc tuta bilərsiniz, amma bir az yorğun olarsınız.
.. Oruc zamanı kosmetika və ya ətriyyatdan istifadə etmək olar. Amma gərək hər şey müəyyən ölçüdə olsun. Dodağa həddən artıq pamada sürtüb sonra da onu udmaq təbii ki, orucu pozar.
.. Burun seliyini çəkib udmaq orucu pozmaz.
.. Dişlərin arasında qalmış kiçik qırıntılar udularsa, orucu pozmaz. Amma bir şeyi ağızdan çıxarıb təkrar ağıza qoyaraq udmaq orucu pozar.
.. İynə vurdurmaq, qulağa, buruna dərman tökmək orucu pozar, iftardan sonra iynə vurdurmaq olar.
.. Gözə tökülən dərman orucu pozmaz.
.. Uşaqları öpmək orucu pozmaz. Amma bu heç də o demək deyil ki, uşağın ağzının-burnunun suyunu yalayıb udasan, bu halda oruc pozular.

 

Mugeddes Ramazan ayiniz mubarek!

 

 

Ramazan  ayinda vacib gunler!

Ramazan  ayin 7ci gunu –Hezret Abu Talibin vefati

Ramazan  ayin 10ci gunu-Hezreti Hedice Kybranin vefati

Ramazan  ayin 15ci gunu-2ci imamin Hezret Hesenin movludu

Ramazan  ayin 16ci gunu-Hezret Peygemberin(s.a.a.s.)meyraci

Ramazan  ayin 18ci gunu-1ci Qedr-Ehya  gecesi

Ramazan  ayin 19ci gunu-Hezret Alinin(a)zerbelenmesi

Ramazan  ayin 20ci gunu-2ci Qedr-Ehya  gecesi

Ramazan  ayin 21ci gunu-Hezret Alinin(a)shahedeti

Ramazan  ayin 22ci gunu-3ci Qedr-Ehya  gecesi

Ramazan  ayin 28ci gunu-Cume-Quds gunu

 

Mugeddes Ramazan ayiniz mubarek!

 

 

Orucluq haqqinda hedisler!

Həzrəti Muhəmməd Peyğəmbər (s):

- «Ramazan ayı Allahın ayıdır. Bu ayda savablar ikiqat artar, günahlar silinər. Ramazan - bərəkət, tövbə, bağışlanmaq, cəhənnəmdən xilas olmaq və behişt qazanmaq ayıdır. Bu ayda hər cür günahdan çəkinin, Quran oxumağı çoxaldın, Allahdan öz ehtiyaclarınızı istəyin, Rəbbinizi tez-tez xatırlayın. Ramazan ayında oruc tutmadığınız günlərdəki vəziyyətdə olmayın (yəni daha yüksək mənəvi səviyyədə olmağa çalışın)».


- Həzrəti Muhəmməd Peyğəmbər (s) Cabir ibn Abdullah adlı səhabəyə belə buyurub: «Ey Cabir! Hər kim Ramazan ayında gündüzlər oruc tutsa, gecələrin bir hissəsini oyaq qalıb ibadət etsə, cinsiyyət üzvünü və dilini günahdan, gözünü harama baxmaqdan çəkindirsə, camaata pislik etməsə, yeni doğulmuş körpə kimi günahlardan təmizlənər». Cabir dedi: «Sənə fəda olum, bu nə yaxşı hədisdir!». Peyğəmbər ona belə cavab verdi: «Amma bu savaba yetməyin şərtləri də necə çətindir!».

- Bir gün Muhəmməd Peyğəmbər (s) görür ki, həyat yoldaşlarından biri oruc tutduğu halda öz xidmətçisini söydü. Peyğəmbər xanımına tapşırdı ki, yemək yesin. Qadın təəccüblə soruşdu: «Orucluq zamanı nə yemək?». Peyğəmbər buyurdu: «Bəs sən necə oruc tutmusan ki, xidmətçini söyürsən? Oruc təkcə yeyib-içməkdən çəkinmək deyil».

- Bir gün Peyğəmbərimiz Ramazan ayının üstünlüklərindən danışarkən Həzrət Əli əleyhissalam qalxıb soruşur: «Bəs, bu ayda yerinə yetirilməsi ən çox savab olan əməl hansıdır?». Peyğəmbər cavab verir: «Allahın qadağan etdiyi işlərdən çəkinmək».

- «Hər şeyin qapısı var, ibadətin də qapısı orucdur».

- «Oruc – cəhənnəm atəşindən qorunmaq üçün bir sipərdir».

- «Oruc tutan adamın yuxusu da ibadət sayılar; bu şərtlə ki, öz müsəlman qardaşının arxasınca qeybət etməsin».

- «Müsəlman şəxsin oruc tutması Şeytanın üzünü qara edər».

- «Oruc tutan adam iki dəfə sevinər: iftar açanda və qiyamətdə - Allahın mərhəmətinin şahidi olanda».

- «Allah-təala buyurub: «Oruc mənim üçün tutulur, onun mükafatını da mən özüm verəcəyəm».

- «Canım ixtiyarında olan Allaha and olsun ki, oruc tutan adamın ağzının iyi Allah yanında müşk ətrindən daha üstündür».

- «Oruc tutun ki, sağlam olasınız».

- «Əsil yazıq şəxs odur ki, Ramazan ayında günahlardan bağışlanma fürsətini əldən vermiş olsun».

- «Ramazan ayında qılınmış bir vacib namaz, başqa aylardakı yetmiş namazdan əfzəldir. Bu ayda hər kim mənə çoxlu salavat göndərsə, qiyamət günündə əməllər hesablananda xeyir əməlləri ağır gələr. Bu ayda Qurandan bircə ayə oxuyan şəxs, başqa aylarda bütöv Qur’anı başa vurmuş adam qədər savab qazanar».

- Peyğəmbər iftar zamanı xurma ilə iftar açmağa çalışardı. Xurmanın təzəcə yetişdiyi vaxtlarda nübar xurma yeyərdi.

- Peyğəmbər Ramazanda əsirləri azad edər, dilənçilərə pay verərdi.

- Peyğəmbər Ramazanın son ongünlüyündə yatağını yığışdırıb kənara qoyardı. İyirmi üçüncü gecədə ailə üzvlərini yuxudan oyadardı ki, əhya saxlasınlar; yuxulu olanların üzünə su çiləyərdi.

Mugeddes Ramazan ayiniz mubarek!

 

İmam Əli (ə):


- «Ramazan ayında çoxlu dua və istiğfar edin. Dua sizdən bəlanı uzaqlaşdırar, istiğfar isə günahlarınızı məhv edər».

- «Sizə Ramazan ayında oruc tutmağı tövsiyə edirəm, çünki bu ayın orucu günahların qarşısını kəsən möhkəm divardır».

- «Dil orucu qarın orucundan, qəlb orucu isə dil orucundan üstündür».

- İmam Əli (ə) Ramazan ayında hər axşam ehsan süfrəsi açıb camaata iftar verərdi. Süfrə yığışdırılandan sonra camaata nəsihət verib xütbə söyləyərdi.

- İmam Əli (ə) xəlifəlik dövründə başqa günlərdə olduğu kimi, Ramazan ayında da axşamlar hava qaralandan sonra şəhərdəki kasıbların evinə, kimsəsiz qocalara, şəhid ailələrinə yemək aparardı, amma özünün kimliyini gizli saxlayardı. Yalnız Əli (ə) şəhid oduqdan sonra camaat başa düşdü ki, onlara yemək gətirən şəxs xəlifənin özü imiş.

 

Mugeddes Ramazan ayiniz mubarek!

 

 

Fatimeyi-Zəhra (ə):


- «Allah orucu vacib etdi ki, bəndələrin ixlası (səmimiliyi) sübut olunsun».

- «Dilini, qulağını, gözünü və qalan bədən üzvlərini haramdan çəkindirməyən adamın orucundan nə fayda?!»

İmam Həsən (ə):

- «Allah Ramazan ayını öz bəndələri üçün müsabiqə ayı etdi ki, ibadət vasitəsilə onun razılığını qazanmaqda bir-birini ötməyə çalışsınlar. Bir dəstə imkandan istifadə edib irəli getdi və qələbə qazandı, bir dəstə isə geri qalıb uduzdu».

İmam Zeynulabidin (ə):

- Ramazan ayında böyük qazanlarda ət xörəyi bişirtdirib iftar süfrəsi açardı. Hətta xörəklərin yaxşı bişməsini də özü yoxlayıb arxayın olardı. Amma iftar vaxtı özü o xörəkdən yeməzdi, sadə və zahidyanə yeməklə kifayətlənərdi.

İmam Cəfər Sadiq (ə):

- «Ramazanın hər gecəsində Allah çoxlu bəndəni gələcək cəhənnəm əzabından azad edər; bu şərtlə ki, halal ruzi ilə iftar açmış olsunlar. Ramazanın son gecəsində Allah bütün ay ərzində bağışladığı sayda bəndəsini bağışlayar».

Mugeddes Ramazan ayiniz mubarek!

 

 

Allah orucunuzu ve ibadetinizi qabul etsin!

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 20 iyul 2012 11:25
    Ramazan Ayiniz Mubarek!!!

    Eziz oxucular inshAllah ki sabahdan Subh namazinnan vacib orucu tuta bilersiniz!Bu gyn tutanlarin niyeti geza ve yahud musteheb kimi sayilir.Eger Ramazan ayinda oruc hagda sualiniz olsa buyurun verin sualinizi ve men calishacam hemen suala derhal cavab verim.
    Allah hamimizi bu gozel ayda bahishlasin ve en gozel savablari nesib elesin!

  2. 20 iyul 2012 18:40
    Sayta Ramazan bayrami haqqinda melumat yerlesdirdiyiniz ucun tesekkur edirem.

  3. 20 iyul 2012 21:02
    nsan gerek orucu mutleq Qurbeten illellah - Allah yaxinlasmaq meqsedi ile tutsun. emeli emel xatirine, yeni orucu oruc xatirine tutmasin. Orucu Uca Yaradana qovusmaga, yaxinlasmaga xatir yerine yetirsin.

    xeber cox xosuma geldi. sag olun. Allah her kesin orucunu qebul elesin

  4. 20 iyul 2012 22:43
    Iftar acdixiniz zaman dua oxumag musteheb(yahshi)emeldir amma vacib emel deyil!Etseniz elbette ki beyenilir!

  5. 20 iyul 2012 23:56
    Anar muallim diqqetiniz ucun teshekkur edirem Islam aleminin en sevimli bayrami sayilan orucluq munasibeti ile Sizi ve ailenizi tebrik edirem Size can saqliqi ve tutduqunuz orucun qebul olunmasini Allahdan dileyirem ! Azerbaycan xalqimi ise Ramazan sovqati Ramazan gumrahliqi Ramazan saqlamlini bexsh etmeyi ve Ramazanda tutulan dualrin qebul olunmasini uca Tanridan yalvariram ! Allah bize destek olsun !

  6. 21 iyul 2012 13:45
    Allah Sizden razi olsun Hamlet muallim!Sizi ve ezizlerinizi Ramazan bayrami ile tebrik edirem!

    Imam Sadiq(a) buyurur-"Qiyamet qunu bendeden ilk sorushulan shey namaz olacahdir!Eger namaz qabul olsa,bashga emeller de qabul olunar.Eger namaz olmasa,sair emeller de qabul olunmaz!"

    Size ve ozume tovsiye edirem namaz qilmax,oruc tutmag ve savab emelleri gazanmaxda yarashmax!

  7. 22 iyul 2012 01:48
    Iftar duasi
    "Allahumme!Leke sumtu ve eleyke tevekkeltu ve bike amentu ve ela rizgike eftertu ve li saumi gedin nevegtu"

    Tercumesi:"Allahim!Sene gore bu orucu tutdum,Sene gore tevekkyl etdim,Sene iman getirdim,Senin verdiyin ruzi ile iftar edib ve sabahin orucunu niyyet etdim"

  8. 22 iyul 2012 17:23
    salam aleykum ALLAH sizlerden razi olsun ALAH BU GUNUMUZU BIZLERE COX BILMESIN GUNAHLARIMIZ BAGISHLASIN ORUC TUTMAQ ISTEYENLERE GUC-VE QUVVET VERSIN AMIN.ALLAH NEZERINI BENDELERINDEN AYIRMASIN AMIN

  9. 22 iyul 2012 18:12
    Eziz oxucular nezerinize catdirmag borcumdu ki bilmiyenler de bilsin,oruc ve namaz her bir insanin boynunda vacib emeldi Allah qarshisinda.Bu vacibleri erine etirmiyen(heste,deli,hamile ve hattibuluga catmiyanlardan savayi)Allah qarshisinda qunah gazanir!
    O dur ki,bu ayi elden vermeyin!Telesin oruc tutub, ibadet etmeye!
    Allah hidayet elesin!

  10. 25 iyul 2012 11:48
    Eziz oxucularimiz,Sizlernen sevincimi bolyshurem! smile
    Rebbimiz mene bu muqeddes Ramazan ayain 5(iyulun 25) ovlad qismet etdi!Shukur edirem Allaha bu neymeti bu gozel ayda mene verdiyine gore!Min shukur bu gozel giz ovladina gore!Ismini musalman qadinlarin anasi olan,Peygemberimizin(s.a.a.s) gizi olan,Hezret Alinin(s) yoldashi olan,imam Hesen(s)ve imam Huseynin(s) anasi,Xanim Fatimeyi Zehranin(s)adini verdim.Zehra adini dashiyerken Allahdan dua ediremki bu ada layig olsun,Allahin mehebbetini qazansin ve Rebbine ibadet edib onun Peygemberini(s.a.a.s) ve Ehli Beytini sevenlerden olsun!
    Allah butun Azerbaycan ovladlarini Ona layig bendelerden etsin!Amin!
    P.S.(ezizlerim bu melumat saytin bir basha movzularina uygun olmadigina gore Sizlerden yzr isteirem!)
    Hormetle,
    Anar Cafarxanli

  11. 25 iyul 2012 14:30
    ALLAHIN salami uzerinize olsun.Anar muellim sizide tebrik edirem xeberi gorende cox sevindim.ALLAH hemishe muselman bendelerini mujdeleyir.sizin bizlerin shagirdlerin uzerinde boyuk eziyetiniz var ALLAH bunu deyerlendirdi cox shukur inwallah BALACA ZEHRA ALLAHA emeli-saleh bir bende, sizlere xeyirli ovlad ve AZERBAYCANIN BAYRAGINI ucalarda yukselden bir vetendash olar AMIN AMIN AMIN!!!

  12. 25 iyul 2012 20:23
    SALAM TESHEKKUR EDREM SZE. ALLAH TALA BUTUN ORUC TUTANLARA KOMEK OLSUN AMN

  13. 25 iyul 2012 20:52
    Cox sagolun!Teshekkur edirem Medine xanum!

  14. 26 iyul 2012 00:23
    Amine xanim sizede teshekkur edirem!

  15. 2 avqust 2012 14:40
    Allah oruc tutanlarin orucunu qebul,imanini kamil,rutbesini artiq etsin.Cafarxanli m.bu dunyada en xeyirlisi sizin olsun,Peygember(s.a.v)o dunyada qonwunuz olsun.Rebbim bele xowbextliyi cumlemize nesib etsin.

  16. 2 avqust 2012 19:40
    Cox sagolun.Amin!

  17. 7 avqust 2012 22:28
    Eziz oxucular,bu gun 1-ci Qedr-Ehya gecesidir.Qurani Kerim Ramazan ayinda 3 geceden birinde nazil olub.Bu gecelerde musalmanlar mescidlerde olurlar,ibadet,dua edirler!Peygembere(s.a.a.s.)ve Ehlibeytine(xanim Fatimeyi Zehra(s)ve 12 Imam(s).)salam gonderirler,yad edirler!Qurani kerimi basha goyub Allahdan dua edib bahishlanmaq isteyirler!Sehere kimi Quran oxuyurlar!Ziyaretlere gedirler!
    Bu uc gecede insanin bahishlanmasi ayri gunlerin aylarindan daha faydalidir!
    Gelin bu furseti elden vermiyek!
    Allah hamimizi bahishlasin ve hidayet elesin!Amin!

  18. 9 avqust 2012 17:12
    Eziz oxucular,bu gun 2-ci Qedr-Ehya gecesidir.Qurani Kerim Ramazan ayinda 3 geceden birinde nazil olub.Bu gecelerde musalmanlar mescidlerde olurlar,ibadet,dua edirler!Peygembere(s.a.a.s.)ve Ehlibeytine(xanim Fatimeyi Zehra(s)ve 12 Imam(s).)salam gonderirler,yad edirler!Qurani kerimi basha goyub Allahdan dua edib bahishlanmaq isteyirler!Sehere kimi Quran oxuyurlar!Ziyaretlere gedirler!
    Bu uc gecede insanin bahishlanmasi ayri gunlerin aylarindan daha faydalidir!
    Gelin bu furseti elden vermiyek!
    Allah hamimizi bahishlasin ve hidayet elesin!Amin!

  19. 11 avqust 2012 21:00
    Eziz oxucular,bu gun 3-ci Qedr-Ehya gecesidir.Qurani Kerim Ramazan ayinda 3 geceden birinde nazil olub.Bu gecelerde musalmanlar mescidlerde olurlar,ibadet,dua edirler!Peygembere(s.a.a.s.)ve Ehlibeytine(xanim Fatimeyi Zehra(s)ve 12 Imam(s).)salam gonderirler,yad edirler!Qurani Kerimi basha goyub Allahdan dua edib bahishlanmaq isteyirler!Sehere kimi Quran oxuyurlar!Ziyaretlere gedirler!
    Bu uc gecede insanin bahishlanmasi ayri gunlerin aylarindan daha faydalidir!
    Gelin bu furseti elden vermiyek!
    Allah hamimizi bahishlasin ve hidayet elesin!Amin!

  20. 18 may 2013 01:03
    Emirelmominin ALi aleyhisselam(canim feda olsun sene ya Ali)buyurur:Her seyin bir zekati vardir-bedenin de zekati oruc tutmaqdir.Eziz din bacilarim ve qardaslarim.Sizi and verirem merhemeti sonsuz olan ALLAHA.Haqq olan yalniz odur .Ona doqru gedin IMAM HUSEYN yoluyla gedin.Huquqlarinizi bilin haqqinizi teleb edin.Butun insanlar bu fani dunyaya imtahancun gelmisik.Allah-TAALA bizi yoxlamaqcun yaradib.Calisaq bacardiqimiz qeder sinaqlardan qalib cixaq.Bu qisa omrumuzde sonradan pesman olacaq isler gormeyek.Etdiyimiz xetalari tez duzeldek.Dunyamizi deyisende ALLAH dergahina yaxsi xeyirxah emellerimizi ve ibadetlerimizi aparacayiq.Gozel ALLAHIM butun muselmanlari qorusun!AMIN!

  21. 6 iyun 2013 14:40
    Ramazan ayi gunahlarimizin bagislanmasi ucun Allahin bize verdiyi boyuk sansdir.

    --------------------

  22. 7 iyul 2013 00:02
    ey gunahkar bendeler biz axi niye allaha teref getmeyi ona ibadet etmek istemirik.Ele her zaman gunah ede ede yasayiriq. Gunumuz xos kecende hec allahi yadimiza salmiriq ancaq cetinliye dusende baslayiriq ona dua etmeye ondan komek istemeye goresen ne qeder dogrudur etdiyimiz. Amma allah cox rehimlidirher bendesinin etdiyi dualari qebul edir.Alah yalvartmagi cox sevir.allahi unutmayaq. Allahim ruhumuzu daraltma konlumuzu qaraltmabizi senden basqasina yalvartma.... Amin

  23. 14 iyul 2013 13:20
    ALLAH (c.c) butun oruclarinizi ve dualarinizi qebul etsin!                                                                AMIN!!!

  24. 15 noyabr 2013 19:28
    allah haminin orucunu qebul etsen.

  25. 15 noyabr 2013 19:29
    ox maraqlidr.xosuma geldi.

  26. 15 noyabr 2013 19:32
    allah haminin orucuunu qebul eksin.insaalah.muellife tesekuler

  27. 23 iyun 2014 16:08
    bezi duwuncesis geri olan insalar orucu ariglamag ucun tuturlar.indansa gedin dieata saxliyin.bu sizin meqsediniz ucun oruc tutub gunah qazanmaginizdan daha faydalidi.orcuc Allah rizasi ucun tutmag lazimdi....!!!

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.