Islam ve Qadin.

Islam ve Qadin.

 

İslam – qadına ictimai, əxlaqi ümumiyyətlə cəmiyyətin bütün sahələrində əsaslı və qanuni şəkildə yer verən yeganə məktəbdir. Dünya cəhalət atəşinə qərq olduğu zaman, İslam dini qadını cəhalətin çəngindən azad etdi. Təkcə Ərəbistan yarımadasında deyil, bəlkə bütün dünyada qadının şəxsiyyəti tapdanmışdı və qadın heç bir məqam və hörmətə qail deyildi. Məhz belə bir anda İslam dini və onun əziz Peyğəmbəri (s) insan hüququnun bu cür kobud pozulmasına qarşı çıxaraq, qadına, seçim hüququna qədər belə, azadlıq bəxş etdi. Bu gün azadlıqdan, bəşər hüququndan dəm vuranlar, İslam dinini qadınların hüquqlarının tapdanmasında əsas amil kimi qələmə verirlər. Nə vaxtdan insanı pis yoldan çəkindirmək, ona hörmət etmək, şəxsiyyətini uca tutmaq, cəmiyyətdə əxlaqsızlığın, fəsadın qarşısını almaq hüquq pozuntusu sayılıb? Yalnız İslam dinidir ki, kişiylə bərabər qadını da kamillik zirvəsinə doğru yönəldir. Quranda Allah xitab edərkən, «ey kişilər» – deyə xitab etməyib, «ey insanlar», «ey möminlər» – deyə xitab edib.

Şübhəsiz ki, İslam dini qadınlara xüsusi məqam və hörmət qaildir. Quranın üçüncü surəsi «Ən-nisa» – qadınlar adı ilə adlandırılıb və Quranın digər 10 surəsində qadının məqamı və ehtiramına dair ayələr nazil olub. İslam dini qadından beyət almaqla, həqiqətdə qadına bəyan etdi ki, sən cəmiyyətin ayrılmaz ünsürüsən. Sən cəmiyyətdə öz qadınlıq missiyanı ləyaqətlə yerinə yetirməklə bu məqamı şərafətlə qorumalısan.

Islam ve Qadin.

 

İslamın o iki böyük qadını Fatimə (ə) və Zeynəb (ə)-ın ictimai və siyasi fəaliyyətləri bütün dünya qadınlarına nümunə olmalıdır. Bizim əqidəmizə görə, dünyanın Xaliqi və Yaradanı bütün həqiqətlərdən xəbərdardır, hər bir şeyə Qadirdir və hər bir şeyin Malikidir. Məhz bu səbəbdən, insan yalnız Allahın müqabilində təslim olmalıdır və heç bir insanın digər insanların qarşısında təslim olmağa haqqı yoxdur. İnsanın digərindən itaəti, Allaha itaət olduğu halda məqbul sayılır. Heç kim bir insanı və yaxud bir milləti azadlıqdan məhrum edə bilməz. İslam dini «bəşər hüququ»nu, «bəşər azadlığı»nı bizlərə bu əsaslarla təlim edib. Bizim əqidəmizə görə, Uca Allahın icad etdiyi ilahi qanunların icrası ilə bəşər inkişaf edib, səadətə çata bilər. Bu gün bu əsasa zidd olanlar, xüsusilə qərb dünyasının insanlara azadlıq adı altında bəxş etdiyi qanunlar, bəşəriyyəti məhvə sürükləyir. Statistik məlumatlara əsasən, özünə qəsd, intihar, spid kimi yolxucu xəstəliklərin mənşəyi də, məhz qərb dünyasıdır. «Hədisi-qüdsi»də Mütəal Allah buyurmuşdur: «Mənim bəndələrim nə qədər yeni günahlar kəşf etsələr, Mən də yeni-yeni bəlalar göndərəcəyəm». İmam Əli (ə) isə «Özünü ən ucuz satsan, behiştə sat» – kəlamı ilə bizə azadlığı təlim edib. İslam dini qadına həqiqi azadlıq, sözün əsl mənasında əsarətdən nicat verdi. Monika adlı ingilis qadın yazıçısı, əsərlərinin birində belə yazır: «Mən müsəlman qadınlarının Avropa qadınlarından daha çox azad olduğunu desəm, heç də ifrata varmamışam. Yalnız müsəlman qadını azadlığın nə olduğunu dərk edə bilər».

Islam ve Qadin.

 

 

İslam dini qadına mülkiyyət hüququ verib. İslam dini nöqteyi-nəzərindən kişinin qadından üstünlüyü yoxdur. Buna bizim əsas sübutumuz Qurani-Kərimin «Əhzab» surəsinin 35-ci ayəsidir:

إِنَّ الْمُسْلِمِينَ وَالْمُسْلِمَاتِ وَالْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَالْقَانِتِينَ وَالْقَانِتَاتِ وَالصَّادِقِينَ وَالصَّادِقَاتِ وَالصَّابِرِينَ وَالصَّابِرَاتِ وَالْخَاشِعِينَ وَالْخَاشِعَاتِ وَالْمُتَصَدِّقِينَ وَالْمُتَصَدِّقَاتِ وَالصَّائِمِينَ وَالصَّائِمَاتِ وَالْحَافِظِينَ فُرُوجَهُمْ وَالْحَافِظَاتِ وَالذَّاكِرِينَ اللَّهَ كَثِيرًا وَالذَّاكِرَاتِ أَعَدَّ اللَّهُ لَهُمْ مَغْفِرَةً وَأَجْرًا عَظِيمًا

«Həqiqətən, Allah məhz müsəlman kişi və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişi və qadınlar, səbrli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb yerlərini zinadan qoruyub saxlayan kişilər və qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır».

Ayənin məzmununa diqqət yetirsək görərik ki, qadınlar və kişilər, yaxşı işlər gördüyü halda, bərabər əcrə və savaba layiq görülür.

Cəmiyyətin düzgün formalaşmasında əsas vəzifələrdən biri qadının üzərinə düşür. Qadın, şərafətli ana olduqda, cəmiyyətə millətini, vətənini, torpağını sevən namuslu və layiqli övlad ərməğan edər. Cəmiyyətdə qəhrəmanlıq, alimlik, şəhidlik məktəbinin müəllimi, anadır.Cahiliyyət hər bir zamanda hökm sürüb. Keçmişdəki cahiliyyət dövründə qız uşaqlarını diri-diri torpağa basdırırdılarsa, müasir cahiliyyət onların ruhlarını əsarət altına alır. Dünənki cahiliyyət zor gücünə hegemonluq edirdisə, bu günkü cahiliyyət, elmi vasitələrdən qeyri-səhih istifadə etməklə, yenu nəslin beynlərinə qara toxumlar səpir. Dəyməz ki, insan müvəqqəti ləzzətlərə görə əbədi azadlıqdan məhrum olsun! Biz bilməliyik ki, İslam mədəniyyətindən başqa bütün mədəniyyətlər insanın cismi üzərində mühakimələr irəli sürüb. Yalnız İslam mədəniyyətində, insanın ruhuna və cisminə xüsusi qayğı göstərilib.

Islam ve Qadin.

 

 

Hz.Əli,buyurur:Bir kor kişi Fatimənin evinə daxil olmaq üçün icazə istəyir. O əziz xanım üzünü gizlədir .Atası peyğəmbər buyurur ki, o kordur səni görmür niyə üzünü örtürsən? Fatimə: O məni görməsə də mən hiss edirəmki onun hissiyyatı sağlamdır. Allahın elçisi deyir: Şahidlik edirəm ki, sən mənim canımın parasısan .Fatimə atası peyğəmbərin qadınlar üçün hansı şey yaxşidir sualina belə cavab vermişdir: Qadinlar üçün ən yaxşı iş odur ki, onlar kişiləri görməsin və kişilərdə onlari görməsin. Peyğəmbərin ona verdiyi Qadinlar nə vaxt Allaha yaxın olurlar sualına isə belə cavab vermişdir:Qadın o zaman Allahına yaxın ola bilərki evinin altında sakin olsun cavabi eşidən peyğəmbər bu qiz mənin canımın parasıdır deyir.İslam alimi İmam Xomeyninin (r) buyurmushdur:«İslam kişi və qadını kamilliyə doğru yönəltmişdir. İslam qadınları cahiliyyət dövrünün əsarətindən xilas etmişdir. İslam dini qadını kişidən daha çox dəyərləndirmişdir. Baxın, cahiliyyət dövründə dəyərsiz bir varlıq olan qadını, İslam dini haralara qədər ucaltmışdır!» Bu və buna bənzər rəvayətlərdə həzrəti Zəhranin (s) bu rəftarında hicaba kamil formada riayət etmək,hicabın əhəmiyyətini,naməhrəmlərdən uzaq gəzmək və Allahın əmrinə itaət etmək kimi xüsusiyyətləri əksini tapır.HİCAB Fatimeyi Zəhra salamullahi əleyhadan bütün qadınlara bir əmanət və zinətdir.Hansı bir qadın əmanətə xəyanət etməzsə Xanim Zəhra buyurur ki, o qadınların dünya və axirəti xeyirli olar.Qiyamət gunu onlardan haqq hesab çəkilərkən başlarının üstünə gəlib Allahdan onun günahlarının bağışlanmasını istəyərəm.

Ey dili qafil bir məsumə xanımın ki atasi Peyğəmbər ola imam Həsən imam Hüseyin kimi balaları ola belə xanımın Allahu təala duasını eşitməz qəbul etməz? Əlbəttə qəbul edər.
Xoş o xanımların halınaki bu dünyada elə hicabda gəzir ki, xanim Zəhra axirətdə onun üçün Allahdan şəfaət istəyə.

Islam ve Qadin.

 

 

Qadının naməhrəmdən örtünməsi:

Qadına vacibdir ki, özünün bütün bədənini – üzü və əlləri istisna olmaqla – naməhrəmdən örtsün. Bu şərtlə ki:
1-Onların üzü və əlləri zinətlənməmiş olsun.
2-Bir kəs ləzzət və reybə qəsdi ilə onların əllərinə və üzünə baxmasın.

İslam bədxahlarının İslama ən çox irad tutduğu məsələlərdən biri İslam örtüyü – qadın hicabıdır. Onlar ya nadanlıqları və məlumatsızlıqları, ya da qərəzçilikləri və düşmənçilikləri üzündən belə hesab edirlər ki, İslam örtüyü, İslam cəmiyyətində qadının təhqir olunmasının bir əlamətidir.Xeir!  Hicab namus ve qeyret remzidir!

Heç bir aydın görən baxışdan, ayıq, açıqürəkli vicdandan uzaqda olmayan həqiqət bu məsələnin sirrini və rəmzini bizə tam aydınlığı ilə aşkar edir. Doğrudan da, İslamda qadın örtüyündən məqsəd heç də onun şəxsiyyətinə qarşı etinasızlıq və ya təhqir rəva bilmək deyil, əksinə, “Şarei-müqəddəs”in (müqəddəs qanunvericinin – Peyğəmbərimizin epitetlərindən biridir ) qadın şəxsiyyətinə hörmət və ehtiram bəxş edən bu örtükdə məqsədi budur ki, qadının vücudunda onu çirkin, qeyri-insani, nifrətedici, cahil görünüşlü bir şeyə çevirən və belə bir görünüşdən kişilərdə ləzzət, təmənna, şəhvət hisslərini oyadan şeylər yox, onun əsl insani keyfiyyətləri ilə bağlı nemətlər görünsün. Bəli, qadın örtüyü İslamın aydın baxışlarına görə, əslində elə bir təsirli vasitə və kəsərli silahdır ki, qadının qadınlıq təbiətində yol verə biləcəyi özbaşınalığın həddini aşmasın. Qadına bir oyuncaq surət kimi tamaşa etmək, bu işdən ləzzət almaq üçün onun nümayiş etdirilməsinə icazə vermir. Əksinə, bütün bu xüsusiyyətləri baxışlardan gizlədir ki, qadınlar da kişilərlə bərabər və eyni şəraitdə bütün ictimail sahələrdə özlərini göstərməkdən, nümayiş etdirilməkdən qayğısız-arxayın halda qurub-yaradan kişilər kimi yalnız öz öhdələrinə düşən bəşəri fəaliyyətləri və yaradıcı iş-gücləri ilə məşğul olsunlar və bu baxımdan qiymətləndirilsinlər. 

Islam ve Qadin.

 

İslam hicabının nəticəsində qadın özünün zahiri vücudunun görünən tərəflərini bir kənara qoyaraq öz istedad və bacarığını kişilərlə çiyin-çiyinə həyatın müxtəlif qurucu sahələrində göstərə bilir. Yəni Allahın bəxş etdiyi bütün istedad və bacarığını əbəs yerə təkcə özünə bəzək-düzək verməkdə, gözəl görünmək üçün əlləşməkdə və özünün qadınlıq əlamətlərini təhqiramiz bir şəkildə nümayiş etdirməkdə göstərməsin və həyati dəyərlərə yalnız bir meyarla nəzər salmasın. 

Islam ve Qadin.

 

Hicab bizim namusumuz, qeyrətimizdir!

ALLAH bu barede en-Nur süresinin 31-ci ayesinde bele buyurur:
-Mömin qadınlara de ki, gözlerini haram buyurulmuş şeylerden cevirsinler (namehreme baxmasınlar), ayıb yerlerini (zinadan) qorusunlar (ve ya örtülü saxlasınlar); öz-özlüyünde görünen (el, üz) istisna olmaqla, zinetlerini (zinet yerleri olan boyun, boğaz, qol, ayaq ve s. namehreme) göstermesinler; baş örtüklerini yaxalarının üstüne ceksinler (boyunları ve sineleri görünmesin); zinet yerlerini erlerinden, yaxud öz atalarından, yaxud erlerinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud erlerinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müselman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyelerden, yaxud kişiliyi qalmamış (onlarla birlikde yemek yeyen) xidmetcilerden, yaxud qadınların mehrem yerlerini hele anlamayan uşaqlardan başqasına göstermesinler; gizletdikleri bezek şeylerini (xalxallarını) göstermek ücün ayaqlarını (yere ve ya bir-birine) vurmasınlar. Ey möminler! Hamınız Allaha tövbe edin ki, nicat tapasınız!

Islam ve Qadin.

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 6 noyabr 2012 18:04
    Buyurun eziz xanimlar,oz reylerinizi yazin!Sizin fikiriniz deyerlidir!

  2. 6 noyabr 2012 20:29
    SALAM NCMEYN HCAB HEC CUR QEBUL ETMREM

  3. 6 noyabr 2012 23:35
    tesekkurler.bele bir surede var ki biz aciqlari derileri uzerinde diri-diri yandiraciyiq. ve yeniden ezab cekmeleri ucun deri bitireceyik. haqqi gormemek mumkun deyil.

  4. 6 noyabr 2012 23:48
    Salameleykum Cafarxanli bey!ilk once gozel yazinizdan dolayi size tewekkurumu bildirirem.Meqalenun bezi yerlerinde gozyawlarimi saxlaya bilmedim..ALLAH razi olsun.Oz fikrimi qisaca yazmaq istiyirem.Islam butun insanlara xususile qadina bu dunyada da axiretde de gozel yawamaq huququ veren en mukemmel dindir.Ve insan bu huququ elde etmek isteyirse Allahin buyurduqlarina weksiz emel etmelidir.Allah bizim hidayetimizin nede oldugunu gozel bilir.namaz,oruc elece de hicab kimi..bu Allahin emridir ve muselman xanimlarin buna emel etmesi Muqqeddes kitabimizdaki bezi ayelerde de aciqca buyrulub.Bunu qebul etmemek,buna cahillik,gerilik ve s.kimi yanawmaq Allah ayesini inkar etmek deyilmi?!Hemcinin Hicab sadece bir geyim formasi deyil,Hicab qadinin cemiyyetde layiqli yer tutmasina sebeb olan,onu ve diger insanlari gunahdan qoruyan bir "qalxan"dir.Hicab qadini gozel exlaqa,imana,namusla yawamaga sesleyen Allah emridir.Allah butun xanimlara kamil wekilde hicablanmagi,hicabin hem zahiri hem de batini gorunuwune duzgun wekilde riayet etmeyi nesib etsin inwallah..Allah imanimizi kamil etsin.AMIN!

  5. 7 noyabr 2012 00:12
    Salam olsun bir daha sizlere,eziz tarix sevenler.Reylerinize gore teshekkur edirem!
    Muselman qadinlarin anasi Fatimeyi Zehranin(s)xormetini bu gun qoruyub saxlamaliyiq!O,Allahin emrinnen cixmayib,ve Allah Onu sevenleri sever!Ona dushman olanlarla dushman olar!
    Biz ozumuzu ve etrafimizi duzeldsek,Allah yolunda cox xidmet etmish olariq!

  6. 8 noyabr 2012 20:07
    Men cox isteyirem hicab baglayim. Ama nece olacaq bilmirem. she gedende alinmir axi. Xeber ucun cox sag olun .

  7. 8 noyabr 2012 21:59
    Salam hormetli Xeyale xanim.Allah bu isteinizde Size komek olsun inshAllah!Men inaniram ki Siz hicab baglasaz Allah Sizin qarshiniza cixan cetinniklere qiymet verer ve eger Sizin ishinize (kimlerse Allahin emrine zidd olarag qadaha etseler!)mane olsa,ishden kenar zaman hicabinizi qoruyun.ish vaxti size tezig ve ishden qovulma problemi olmasin diye gore,onu muveqqeti(ish zamani)saxlayin!Eslinde Azerbaycan konstitusiyasina gore hech kim sizin geyim meselenize garisha bilmez!Hicabi qadaha edenler,inanmiram ki oz yaxinlarini cilpah qeydirmeyi sevirler!Sevselerde bele bu onlarin yalniz shexsi ishleri ve secimleridir!Bizimde secimimiz Allah hokmudur!Hicab.Xeyale xanim Siz Allaha teref bir addim atin ki,O Sizi min addim ceksin ireli!
    Boyuk hormetle,Anar Cafarxanli.

  8. 10 noyabr 2012 23:34
    Amina..demekdense ki, Allah mene de qismet elesin hicabi ne vaxtsa, deyirsenki hec cur qebul etmerem...biraz yaxsi yaxsi fikirles....Cafarxanli Allah senden razi olsun ve komeyinde olsun!

  9. 11 may 2013 17:45
    Cox saq olun ki bele deyerli movzulara toxunursuz.Hicab qadinin iffetidir namusudur pakliqidir allahin emrlerine boyun eymekdir.Qadin yalniz heyat yoldasi ucun bezene biler.Namehremden ise qorunmalidir.Bu da zinanin qarsisini alir esasen de gozun zinasinin.Islam dini oqeder gozel ince bir dindir ki qadinlara cox boyuk huquqlar verir.Biz NISA suresinde bunu cox askar sekilde goruruk.Islamda pakliqin remzi hicabdirsa pakliqin tecessumu XANIM  ZEHRADIR.Azerbaycan Respublikasinda hicabla ise veya  mekteblere getmeye qadaqa qoydular.Bunun hansi terefi pis idi??????Amma aciq-saciq geyimlere hec ne deyilmir  bir azda ocur geyinenler hormetli olurlar.Azad dovletdirse her kesin serbest yasamaq fikrini demek her hansisa dine itaet etmek  huququ  varsa bir sozle insan huquqlarinin pozulmasina yol verilmirse onda niye qadinlarimizin  qizlarimizin baslarini acdirdilar.Ne olanda Islam Respublikasi deyil???Bu millet hara gedir  tereqqiyemi  ucurumami?Avropalasiriq deyenler yerislerini de itirdiler.

  10. 12 may 2013 20:43
    Salam olsun Size Zehra xanim.Allah Sizden razi olsun!Sizinle tam raziyam. O ki qaldi niye muselmanlari bu cur sixishdirirlar,bir onu bilirem ki,bunnan sonra daha pis olacag,ne qeder ki zamanin Agasi qelmeyib! Zehra xanim dua edek...... dua edin...dua.. Allah oz sevemli bendelerine en yaxshisini soz verib! Allah Sizi gorusun! Hormetle,Cafarxanli.

  11. 14 iyul 2013 13:29
    9 yasindan beri hicab baglayiram ve hec bir zaman hicab bagladigima gore depressiyaya  dusmemisem.Hec vaxt ortulu olmagi ozume reva bilmemisem cunki bilirem ki, dogru yoldayam.Amina, sene demek isteyirem ki, senin demeyinle deyil.Ozun bilersen isteyirsen qebul et, istemirsen qebul etme.Onsuz da Qiyamet gunu her kes elediyi emellere gore ALLAH (c.c) qarsisinda cavab verecek.

  12. 3 oktyabr 2013 21:03
    men fexr ediremki azeri qadinlarinin yarisi en azindan dine qarsi munasibetleri yaxsidi men utaniramki azerbaycanda mekteblerde bawa hicab baglamg qadagndir

  13. 4 oktyabr 2013 14:01
    Gozel yaziya gore tsk. ALLAH mene ve butun muselman xanimlara hicabi nesib etsin INSAALLAH.

  14. 20 fevral 2014 18:37
    bunu bawa duwmiyen AMINA MELLIME  menim heddim deyil size nese demek sadece bunu bilmeniz ucun deyil,oxumaniz ucun deyirem,hicab butun qadinlara ferzdi,isder siz qebul edin isder qebul etmiyin,evvel--axir axiretde butun herwey melum olacag,sadece bele hirsle demeyiniz HZ.ALLAHA pis geder.buna gore islama ve hicaba hormetle
    yanawin.bacim 3cu sinifde oxuyanda emimqizina hevesdenib hicab bagladi,lakin sinifrehberinin tehrikiynen acdi.cunki haminin bildiyi kimi mektebe hicaba icaze yoxdu.hansi hakan?hansi qanunnnan>?hansi serencamnan>? angry angry angry angry angry angry angry angry angry angry angry mene catmir deyilende guya AZERBAYCAN ISLAM RESPUBLIKALARIYLA ADI 1GE CEKILIR,AZERBAYCAN DA DINE QARIIWILMIR.

    --------------------

  15. 20 fevral 2014 18:45
    kankret dimey isidrem kii niye mekdeblerde hicaba qadaga var>??bu qadaga da qanunsuz qadagadii???sebeb????hicabuin ne ziyani var medebe???oqeder ziyan verici amiller varki mekdeblerde..ESEBLEWIREM MEKDEBDE HICABA YOX DEYENDE..HICAB REBBIMIZIN BIZE BUYURDUGU FERZDI..BUNU HAMI BILMELIDI.DUZDU COX TESUFKI MEN HICAB BAGLAMIRAM LAKIN HICABA QARWI DEYILEM BEZILERI KIMI.. tekrar oxudum bu xeberi.ve reylerimi.

    --------------------

  16. 29 oktyabr 2014 18:34
    hicab allahin bize bexw etdiyi gozellikdir. bunu qiymetlendirmeliyik. kaw ki, mekteblerde de hicabi qadagan edilmeyendi......

    --------------------

  17. 30 oktyabr 2014 02:15
    Seninle tamamile raziyam,Sebis.Cox sag ol.En azindan senin kimi qeyretli qizlar hele de var.Cafarxanli, sene ise xususi ile minnetdaram.Allah(c.c) senden razi olsun.
    Sitat: SEBIS
    kankret dimey isidrem kii niye mekdeblerde hicaba qadaga var>??bu qadaga da qanunsuz qadagadii???sebeb????hicabuin ne ziyani var medebe???oqeder ziyan verici amiller varki mekdeblerde..ESEBLEWIREM MEKDEBDE HICABA YOX DEYENDE..HICAB REBBIMIZIN BIZE BUYURDUGU FERZDI..BUNU HAMI BILMELIDI.DUZDU COX TESUFKI MEN HICAB BAGLAMIRAM LAKIN HICABA QARWI DEYILEM BEZILERI KIMI.. <span style="color: rgb(89, 19, 206); font-style: italic; font-weight: bold;">tekrar oxudum bu xeberi.ve reylerimi.</span>


    Sitat: Amina
    SALAM NCMEYN HCAB HEC CUR QEBUL ETMREM

    Amina, sene deyeceyim tek bir sey var.Allah(c.c) sene iman nesib etsin ki, itirenlerden olmayasan!!! lol

  18. 31 oktyabr 2014 00:47
    Poli :: Allah (C.C) sennen de razi olsun Aminnn..
    sebis Profili ile yazan Melisayam.)

    --------------------

  19. 31 oktyabr 2014 00:52
    Aaaaa....Bilmirdim,Melisa.Bagisla request
    Sitat: Melisa Can
    Poli :: Allah (C.C) sennen de razi olsun Aminnn..
    sebis Profili ile yazan Melisayam.)

  20. 31 oktyabr 2014 02:39
    esdafullah.o ne kelme.)

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.