Azərbaycanda Inzibati bölgü

Azərbaycanda Inzibati bölgü

Inzibati bölgü

Son iki yüz ilde Azərbaycanda inzibati-ərazi bölgüsünün yer adlarının nece dəyişmesi dinamikası bu yazıda aydın görünür. İmperiyaların siyası məqsədləri namine ele bir qarışıqlıq yaradılıb ki, tarixi esl adları tapmaq üçün az qala rebus hell etmek lazım gelir... 

Azerbaycan Rusiyaya birleşdikden sonra Azerbaycan xanlıqları 6 eyalete (Bakı, Quba, Şeki, Şirvan, Qarabağ, Talış), 2 daireye (Yelizavetpol, Car-Balaken) ve 2 distansiyaya (Qazax, Şemşedin) bölündü. 

1 yanvar 1841-ci ilden Zaqafqaziyada inzibati islahat qanununa müvafiq olaraq (10.04.1840) region Gürcü - Imeretin quberniyasına (Merkezi Tiflis) ve paytaxtı Şamaxı olmaqla Kaspi (Xezer) vilayetine bolündü. Kaspi vilayetine Şamaxı, Şuşa, Nuxa, Lenkeran, Bakı, Quba, Derbend qezaları daxil idi. 

Azerbaycanın Yelizavetpol (Qazax ve Şemşedin qezaları daxil olmaqla), Balaken (kecmiş Car Balaken dairesi) ve Naxcivan (Ordubad dairesi ile birlikde) Gürcü-Imeretin quberniyasının terkibine daxil oldu. 1846-ci ilde Zaqafqaziya Tiflis, Kutaisi, Şamaxı ve Derbend quberniyalarına bölündü. Şamaxı quberniyasına Şamaxı, Şuşa, Nuxa, Bakı ve Lenkeran qezaları daxil idi. Quba qezası Derbend quberniyasının terkibine daxil oldu, Yelizavetpol qezası ise Tiflis quberniyasında qaldi. Yeniden Car-Balaken ayrı daire kimi yarandı. 1850-ci ilde yaranmiş Irevan quberniyasının terkibinde Naxcivan ve Ordubad qezaları yarandı. 

Şamaxı zelzelesi ile elaqedar olaraq (1859) quberniya merkezi Bakıya köcdü ve adi deyişilerek Bakı quberniyası adlandı. 1860-cı ilde Derbend quberniyası legv olundu. Quba qezası Bakı quberniyasının terkibine daxil olundu. Car-Balaken dairesi Zaqatala dairesine cevrildi. 1868-ci ilde Yelizavetpol quberniyası yarandı. Yelizavetpol quberniyasına: Qazax, Nuxa, Şuşa, Zengezur qezaları daxil idi. Bakı quberniyasına 6 qeza (Bakı, Quba, Lenkeran, Şamaxı, Göycay ve Cavad) daxil idi. 

1870-ci ilde Irevan quberniyasının terkibinde yeni Şerur-Dereleyez qezası yarandı. 1874-cu ilde Nuxa qezasının cenub hissesinden Ereş qezası ayrıldi. 1 iyul 1883-cü ilde Cebrayil ve Cavanşir qezaları yarandı. 28 iyun 1918-ci ilde Zaqatala quberniyası, 30 avqust 1918-ci ilde Yelizavetpol quberniyası Gence quberniyası adlandırıldı. 1918-20-ci illerde Azerbaycan Demokratik Respublikası dövründe ölke Bakı, Gence ve Zaqatala quberniyalarına bölündü. Bununla birlikde Gence quberniyasının terkibinden müveqqeti Qarabağ general qubernatorlugu yarandı. Onun terkibine Şuşa, Cavanşir, Zengezur ve Qaryagin qezaları daxil oldu. Axirıncı 30 avqust 1918-ci ildeCebrayil qezasına cevrildi. 

Bakı quberniyasına Bakı, Göyçay, Cavad, Quba, Lenkeran, Şamaxı qezaları, Gence quberniyasına Ereş, Gence, Qazax, Nuxa qezaları daxil edildi. Zaqatala quberniyası qeza bölgüsüne malik deyildi. Ona Car, Balaken, Eliabad, Muxax, Almalı, Qax saheleri daxil idi. 1919-cu ilde Qazax qezasından Tovuz qezası ayrıldi, cenub-qerbde ise Qubadlı qezası yarandı. 22 aprel 1920-ci ilde Gence qezasından Şamxor qezası ayrıldi. Sovet hakimiyyeti qurulduqdan sonra Bakı ve Gence quberniyaları leğv olundu, Zaqatala dairesi Zaqatala qezasına cevrildi. Ereş ve Cavad qezaları Agdaş ve Salyan adlandırıldı. 1921-ci ilde Azerbaycan SSR-de 17 qeza (Agdaş, Bakı, Göyçay, Gence, Cebrayil-Qaryagin, Tovuz, Qazax, Zaqatala, Quba, Lenkeran, Nuxa, Salyan, Şuşa, Şamaxı, Şamxor, Qubadlı, Zengezur) yaranır, 1922-ci ilde Zengezur qezası leğv edilir ve Qubadlı, Cavanşir ve Şamxor qezaları yaranır. Naxcivan vilayetin Şerur-Dereleyez ve Naxçıvan qezaları yaranır. 1923-cu ilde Dağlıq Qarabağ Muxtar vilayeti yaranır. Cavanşir, Qubadlı, Şuşa ve Tovuz qezaları leğv edilir, yeni Agdam ve Kürdüstan qezaları yaranır. Naxçıvan vilayetinde her iki qeza leğv edilir. Bu deyişiklikler neticesinde respublikanin terkibine 15 qeza, Naxcivan vilayeti ve Dağlıq Qarabağ Muxtar Vilayeti daxil oldu. Qezalar (Agdam, Agdaş, Bakı, Gence, Göyçay, Cebrayil, Zaqatala, Qazax, Kürdüstan, Quba, Lenkeran, Nuxa, Salyan, Şamxor, Şamaxı). 

Azerbaycan Merkezi İcraiyye Komitesinin 9 fevral 1924-cu il qerarı ile Naxçıvan vilayeti Naxçıvan Muxtar Respublikasına çevrilir. 1926-ci ilde qezaları möhkemletmek meqsedi ile Şamxor ve Agdaş qezaları leğv edildi. Sovetlerin VI Ümumazerbaycan qurultayinin (8 aprel 1929-cu il) qerarı ile respublika erazisinde daireler yarandı (Bakı, Quba, Lenkeran, Şirvan, Gence, Qarabağ, Zaqatala - Nuxa, Mugan). Azerbaycan Merkezi Icraiyye Komitesinin 25 yanvar 1930-cu il qerarı ile Zaqatala ve Nuxa daireleri yeniden yaradildi ve Qarabağ dairesinin terkibinden ayrılani müsteqil Kürdüstan dairesi yarandı. 

1930-cu ilde Azerbaycan SSR-de 10 daire Bakı, Gence, Zaqatala, Qarabağ (Agdam), Quba, Kürdüstan, Lenkeran, Muğan (Salyan), Nuxa, Şirvan (Göycay) mövcud idi. Azerbaycan Merkezi İcraiyye Komitesinin ve Xalq Komissarları Sovetinin 30 avqust qerarı ile respublika erazisi 63 rayona bölünmüşdür. 1931-ci ilin fevralında bezi rayonlar leğv olunur ve yenileri yaranır, bununla elaqedar olaraq onların sayı 47-ye enır. Hacıkend, Eliabad, Ağsu, Göynük, Cüxurabad, Qarameryem, Qarasu, Qubadlı, Mereze, Terter ve Xezri rayonları leğv edilir. Hil, Gence, Ismayillı, Nuxa ve Şaumyan rayonları yaranır. 1931-ci ilin oktyabrında Petropavlovsk kendi Sabirabad şeheri adlanır. 

1933-cu ilin martinda yeniden Qubadlı rayonu, 1934-cu ilin yanvarında Terter, 5 fevral 1935-ci ilde Yevlax ve Zerdab rayonları yaranır. 1937-ci ilde respublika rayonları şebekesi Azerbaycan SSR Konstitusiyasında qanunla möhkemlendirilir. 1938-1939-cu illerde Azerbaycanin inzibati-erazi bölgüsünde esas deyişiklikler oldu. 1938-ci ilin iyulunda Qaradonlu rayonu Imişli rayonu, Hil - Qusar, Zuvand - Lerik, Bilesuvar- Puşkin, Nerimanov - Xanlar, Veryadüz - Yardimlı adlandırıldı. 1938-ci ilde Annino kendi Şamxor şeheri, Goranboy kendi Qasim Ismayilov qesebesi, Yelendorf kendi Xanlar şeheri, Zubovka kendi Eli Bayramlı şeheri adlandırıldı.1939-cu ilin yanvarında Ağstafa, Qazımemmed, Xıllı, Ucar rayonları yarandı. 1939-cu ilin sentyabrında Dağlıq Qarabağ Muxtar Vilayetinin Dizak ve Corabert rayonları Hadrut ve Mardakert rayonları adlandırıldı. 1939-cuilin noyabrında Jdanov ve Ismayillı rayonları yarandı. 1939-cu ilde Haciqabul şeheri Qazimemmed adlandırıldı. 1940-ciilin yanvar-fevral aylarında Siyezen ve Neftçala rayonları yaranır. 1943-cu ilin oktyabrında Mereze, Xaldan ve Xudat rayonları yaranır. 1949-cu ilin yanvarında Naxçıvan Muxtar Respublikasının Ebrequnis rayonu leğv edilir. 1949-cu ilin avqustunda Terter rayonu Mir Beşir rayonu adlanır. 22 noyabr 1949-cu ilde Sumqayıt, 4 fevral 1954-cu ilde Mingeçevir şeherleri yarandı. 1954-cu ilin yanvarında Samux rayonu leğv edildi. 1956-ci ilin aprelinde Destefur rayonu Daşkesen rayonu adlandırıldı. 1956-ci ilin dekabrında Xızı, 1959-cu ilin sentyabrında Mereze rayonları leğv olunur. 1959-cu ilin aprelinde Qaryagin rayonu Füzuli rayonu adlandirılır. 

Azerbaycan SSR Ali Soveti Reyaset Heyetinin 4 dekabr 1959-cu il fermanı ile Agstafa, Qazimemmed, Qonaqkend, Mereze, Neftçala, Sefereliyev, Siyezen, Xudat rayonları leğv edilir. Azerbaycan SSR Ali Soveti Reyaset Heyetinin 4 yanvar 1963-cu il fermanı ile Agcabedi, Eli Bayramlı, Agsu, Balaken, Daşkesen, Cebrayil, Deveçi, Yevlax, Jdanov, Zerdab, Qax, Qubadlı, Qutqaşen, Mir-Beşir, Nuxa, Puşkin, Saatlı, Tovuz, Xaçmaz rayonları, Naxçıvan MSSR-de Ordubad ve Şahbuz rayonları, DQMV-de Şuşa rayonu leğv edilir. Lakin artiq 1 ilden sonra 1964-cu ilin iyulunda Cebrayil, Qasim Ismayilov, Qubadlı, Puşkin rayonları, 1965-ci ilin yanvarında ise 1963-cu ilde leğv edilmiş bütün rayonlar berpa olunur. 1967-ci ilin iyulunda Astraxanbazar rayonu Celilabad, 1968-ci ilin sentyabrında Nuxa rayonu Şeki rayonu adlandırılır. 

Azerbaycan SSR Ali Soveti Reyaset Heyetinin 15 may 1978-ci il fermanı ile DQMV-nin Stepanakert rayonu Esgeran rayonu, 23 oktyabr 1978-ci il fermanı ile Naxçıvan Muxtar Respublikasınin Naxçıvan rayonu Babek rayonu adlandırıldı. Muasir inzibati-erazi bölgüsü 1978-ci ilde qebul edilmiş Azerbaycan Respublikasının Konstitusiyası ile möhkemlendirılmişdir. Azerbaycan Respublikası Ali Sovetinin 18 may 1990-ci il tarixli qerarı ile Agstafa, Qobustan, Xizi, Haciqabul, Samux, Siyezen rayonları yaradildi. 1991-ci il fevralın 7-de Şaumyan (kend) rayonu leğv edildi ve Goranboy (sabiq Qasim Ismayilov) rayonu ile birleşdırıldı. Mir Beşir - Terter, Şamxor ise Şemkir adlandırıldı. 

Azerbaycan Respublikası Prezidentinin 26 noyabr 1991-ci il qanununa göre Stepanakert, Mardakert, Martuni rayonlarınin tarixi adları qaytarılaraq Stepanakert - Xankendi, Mardakert - Agdere, Martuni - Xocavend adlandırılmışdır. Esgeran ve Hadrut rayonları leğv edilmiş, Xocalı şeheri merkez olmaqla Xocalı rayonu yaradilmiş, leğv edilmiş Esgeran rayonunun erazisi Xocalı rayonunun terkibine, Hadrut rayonunun erazisi ise Xocavend rayonunun terkibine verilmişdir. Xankendi ve Şuşa şeherleri respublika tabeli şeherlerin, Agdere, Xocavend, Xocalı ve Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edilmişdir.  

Müəllif

alisoy

Oxunub

2578

Tarix

7-02-2014, 13:14

Bölmə

Intellektual

Rəylər

7

 

 
 

Oxşar xəbərlər:

 

maraqsiz | 9 fevral 2014 07:30

salam hamlet muellim Naxcivan MR yaranmasi barede melumat verersiniz

Melisa Can | 12 fevral 2014 21:09

9fevraal,ama ili yadimnan cixdiyee 199??? idi????  what
unutduuum ee ..
no

Cennet Vatan?n evlad? Mehmet,
En y?ce mertebe ?ehadet elbet.
hey gidi aslanlar,
Hey,Hey? k?kredi SUNGURLAR)))

maraqsiz | 12 fevral 2014 21:47

dostum 1924 cu ilde

Admin. | 13 fevral 2014 16:31

Salam.Mene 18-ci esrde kend teserRufati haqqinda bir az melumat yaza   bilerseniz.. winked .

Melisa Can | 13 fevral 2014 18:00

twk dostum,unutmuwdum ee..

Cennet Vatan?n evlad? Mehmet,
En y?ce mertebe ?ehadet elbet.
hey gidi aslanlar,
Hey,Hey? k?kredi SUNGURLAR)))

labaju | 14 iyul 2014 18:26

bu qeder melumati haradan tapdiniz axi bele genis biliye sahib olmaq boyuk savad isteyir amma siz qoyunlarda bu ne gezir

Melisa Can | 15 iyul 2014 15:43

labajusan nesen,,qoyun senin kimi olur,hele sene qoyun bele azdi.qoyunun yene qoyun kimi hormeti var.agzina geleni daniwma.senin kimiler 1zengnen hell olunur.olmuyan seviyeni berpa elemeye caliw.aglivi bawva yig/!!

Cennet Vatan?n evlad? Mehmet,
En y?ce mertebe ?ehadet elbet.
hey gidi aslanlar,
Hey,Hey? k?kredi SUNGURLAR)))

Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.