daxil ol
bağla

Müəllim üçün vəsait

Kurikulum

Müəllim üçün vəsait

Salam əziz müəllimlər və valideynlər! Söz verdiyimiz kimi 2018-ci ildə nəşr edilmiş 5-ci siniflər üçün Azərbaycan tarixi fənnindən yenilənmiş və bütün tədris ili proqramını əhatə edən (55 paraqraf üzrə) Formativ qiymətləndirmə vəsaitinin müəəllimlər üçün ayrılmış hissəni sizlərə təqdim edirik. Bu vəsaitdə siz...
1) Bütün sualların doğru cavablarını əldə edəcəksiniz
2) Bütün sualların doğru cavabları MEYARLARLA təqdim olunmuşdur
İlk olaraq bizim vəsaiti əldə edin. Vəsait 6,80 manatdır. Ünvan 28 may kitab evləri. Əsas satış mərkəzi LOQİN kitab mağazası (28 may m-su). Ayrıca Sədərəkdə (Şirniyyat adlanan ərazidə) topdansatış mərkəzi fəaliyyət göstərəcək. Oradan siz daha ucuz qiymətə, təbii ki, 20 və daha çox aldıqda əldə edə biləcəksiniz.
Vəsaitlə bağlı bütün irad və təklifləriniz üçün müəlliflərə xəbər verməyinizi rica edirik. Müəllimlər üçün vəsaitin hazırlanmasında xüsusi xidməti olan Aydın Allahverdiyev və Leyla Bayramovya təşəkkür edirik. Sizlər üçün, kurikulumu dərk etmək üçün gözəl fürsətdir. Tariximizi əsl kurikulumla tədris edək...Uğurlar!

Yeni vəsait

Təhsil Nazirliyi

Yeni vəsait

Əziz dostlar! Hörmətli abituriyentlər, şagirdlər, tələbələr....valideynlər...Avqustun son günlərindən etibarən satışa buraxılacaq Tarix (Abituriyentlər üçün repetitor kursu) kitabı sizi bu fənni öyrənmək üçün yeni üsul təqdim edir. Dövlət İmtahan Mərkəzinin proqramı əsasında hazırlanmış vəsaitin birinci hissəsi Azərbaycan və ümumi tarix fənləri üzrə ən qədim dövrlərdən 1640-cı ilə kimi tarixi hadisələri əhatə edir. Vəsaitdə olduqca fərqli rubriklər, sxemlər, zaman oxu, Venn diaqramları, səbəb-nəticələr, lüğət, sual/cavablar, testlər, mənbələr və s. əks olunmuşdur. Bu vəsaitlə siz qəbul imtahanlarında 30 sualın cavabını mütləq əldə edə biləcəksiniz. Uğurlar! Eyni zamanda MİQ-ə hazırlaşanlar, KSQ və BSQ həll etmək istəyənlər də yararlana bilər...

Azərbaycan Orta və Üst Paleolit dövründə (Video-dərs)

Video / Video dərslər

Azərbaycan Orta və Üst Paleolit dövründə (Video-dərs)

Əziz dostlar...tarixçilər, şagirdlər, abituriyentlər, müəllimlər ..... Dövlət İmtahan Mərkəzinin proqramı olaraq onun YOUTUBE səhifəsində bütün fənlər üzrə o, cümlədən Azərbaycan və Ümumi tarix fənni əsasında hər bir paraqrafa görə video dərslər hazırlanır. Sizləri bu videolara baxmağa və fikir bildirməyə dəvət edirəm...Nə çatışmır? Kifayətdimi 6-cı sinif şagirdi üçün? Buyurun aktiv olun...

MENTOR Təhsilə Dəstək Mərkəzi

Təhsil Nazirliyi

MENTOR Təhsilə Dəstək Mərkəzi

Dəyərli Sumqayıtlılar! Aldığım məlumata görə artıq şəhərinizdə MENTOR təhsilə dəstək mərkəzi fəaliyyətə başlamışdır. Qeyd edim ki, bu mərkəzin rəhbəri Xəyalə Quliyeva həyata keçirdiyi layihələrlə, dəyərli məsləhətləri ilə hər daim təhsilimizə xidmət etmişdir. İlin ən yaxşı müəllimi müsabiqəsində açıq dərs üzrə ən yüksək bal toplamış müəllimədir, video dərsləri ilə şagirdlərimizə dəstək verən insandır. İndi sizlər üçün bir fürsətdir, dəyərli şagirdlər, müəllim olmağa hazırlaşanlar....Onun rəhbərlik etdiyi mərkəzdə yüksək nailiyyət əldə edəcəyiniz şübhəsizdir....Uğurlar olsun!

Marketinq (Video dərs)

Video / Video dərslər

Marketinq (Video dərs)

Hörmətli Anar Məmmədov müəllimin "Marketinq" haqda dərsini təklif edirik. İqtisadiyyat haqqında az rast gəlinən dərslərdən biridir. Düşünürük ki, maraqla seyr edib fikir bildirəcəksiniz...Uğurlar!

Sınaq testlər

TQDK

Sınaq testlər

Əziz istifadəçilər! Sizlərə sosial şəbəkədə tarix müəllimləri tərəfindən paylaşılan sınaq testləri təqdim edirik. Hər halda bir çoxlarınıza lazımlı olan vəsaitlərdir. Hazırlayanlara, paylaşanlara təşəkkür edirik!

Azərbaycançılıq

Maraqlı / Tarixi məqalələr

Azərbaycançılıq

“Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı-Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənələrini yaşatmalıyıq”.Bu adət-ənənə bizim multikulturalizm mədəniyətimizi dünya səviyyəsində tanıtdırır.

"Azadlıq hərəkatının yeni mərhələsi"

9-cu sinif / Video dərslər

"Azadlıq hərəkatının yeni mərhələsi"

Edumedia şirkəti ilə birgə hazırladığımız "Azadlıq hərəkatının yeni mərhələsi" mövzusunda video dərs.....Düşünürəm bu videoya baxan 9-cu sinif şagirdləri, eləcədə dəyərli abituriyentlərimiz mövzunu mənimsəməkdə çətinlik çəkmiyəcəklər....Uğurlar!

Multikultiralizm Siyasəti

Maraqlı / Tarixi məqalələr

Multikultiralizm Siyasəti

Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında Ümummilli lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmış, tolerantlıq və multikulturalizm ənənələri bərpa edilmişdir. Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapmışdır.

XIX əsrdə Azərbaycanda Milli mətbuat...(Video dərs)

Video / Video dərslər

XIX əsrdə Azərbaycanda Milli mətbuat...(Video dərs)

Edumedia şirkəti ilə birgə hazırladığımız "XIX əsrdə Azərbaycanda Milli mətbuatın, teatrın yaranması. Ədəbiyyat və incəsənət" mövzusunda video dərs.....Düşünürəm bu videoya baxan 9-cu sinif şagirdləri, eləcədə dəyərli abituriyentlərimiz mövzunu mənimsəməkdə çətinlik çəkmiyəcəklər....Uğurlar!

AVROPADA MULTIKULTURALIZMIN TARIXI

Maraqlı / Tarixi məqalələr

 AVROPADA MULTIKULTURALIZMIN TARIXI

Qərbin multikulturalizm ideologiyasının formalaşmasında III mərhələ kimi XX əsrdə Avropa ölkələrinin həyata keçirdiyi miqrasiya siyasətini fərqləndirmək olar. Məlum olduğu kimi, ikinci dünya müharibəsindən sonra Avropa ölkələrinin sürətli iqtisadi artımı daxili işçi qüvvəsini bir neçə dəfə üstələyirdi. Əhalinin yaşlaşması və qitədən kənar ölkələrdə ucuz işçi qüvvəsinin bolluğu Qərb dövlətlərinin keçmiş müstəmləkə ölkələrindən miqrasiyanı təşviq etməsi ilə nəticələndi. Bu zaman hər bir Avropa dövləti öz keçmiş imperiya təbəələrinə üstünlük verirdi. Tarixi bağlılıq, dil, mədəni faktorlar miqrasiya axınları üçün həlledici amil sayılırdı. Misal üçün, Britaniyada Hindistan və Pakistandan, Fransada fransızdilli Afrika ölkələrindən, Hollandiyada Karib hövzəsi müstəmləkələrdən miqrantlar çoxluq təşkil edirdi. Əslində keçmiş imperiyalar bu miqrasiyanı təşviq edirdilər və bunun üçün müxtəlif təşkilatlar da yaratmışdılar. Britaniyanın başçılığı ilə Millətlər Birliyi (54 ölkə), Fransanın rəhbərliyi ilə Frankofoniya Beynəlxalq Təşkilatı (56 ölkə), İspaniyanın lider olduğu İbero-Amerikan Dövlətləri Təşkilatı, Portuqaliyanın himayəsində Portuqal Dilli Ölkələrin Birliyi (9 ölkə) keçmiş müstəmləkə əhalisinə siyasi-iqtisadi maraqlar müqabilində miqrasiya üçün əlverişli şərait yaradırdı.

Multikulturalizm Siyasətinin Müqayisəli Təhlili

Maraqlı / Tarixi məqalələr

Multikulturalizm Siyasətinin Müqayisəli Təhlili

Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir. Multikulturalizm siyasəti assimilyasiyanı inkar edən inteqrasiyaya aparır. Məhz buna görə də bu siyasəti təkcə siyasi elita deyil, eyni zamanda millətin yüksək vəzifə tutmayan digər nümayəndələri ilə yanaşı həm də milli və dini azlıqları da dəstəkləyirlər.

BİR İGİDİN HƏYATI...

Qan yaddaşı / Mart soyqırımı

BİR İGİDİN HƏYATI...

Mart Soyqırımı heç də 26.02.1992 tarixində baş vermiş Xocalı Soyqırımından geri qalmırdı. Mart soyqırımı və ya Mart hadisələri - 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri dəhşətli qırğındır. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan isə itkin düşmüşdür. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Azərbaycan prezidenti Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Beynəlxalq təşkilatlar

Maraqlı / Tarixi məqalələr

Beynəlxalq təşkilatlar

Qloballaşma şəraitində multikulturalizm siyasəti yeni bir siyasi model kimi bir çox dünya dövlətləri tərəfindən tətbiq olunan uğurlu bir siyasətdir. İstər ənənəvi milli azlıqlar, istər də miqrasiya fonunda formalaşmış yeni milli azlıqların hüquqlarının tam şəkildə təmin olunması və ayrı-seçkilik hallarının aradan qaldırılması dövlətlərin suverenliyi baxımından həyati önəm daşıyır. Xalq Cumhuriyyəti dövründən əvvəl həm çar Rusiyası zamanı, həm də sovet hakimiyyəti dövründə Azərbaycan müstəqil xarici siyasət yürüdə bilməmişdir. 1991-ci ildən özünün müstəqil xarici siyasi xəttini formalaşdıran Azərbaycan multikulturalizmi də xarici siyasətin mühüm amilinə çevirdi.

1918-ci il azərbaycanlıların soyqırımı

Qan yaddaşı / Mart soyqırımı

1918-ci il azərbaycanlıların soyqırımı

“Təzə pir” məscidi artilleriya atəşlərindən güclü ziyan çəkmişdir… Patrul 6-cı polis sahəsinin həyətində 600-ə yaxın əsir müsəlman qadın və uşaqları tapdı, onları azad etdi və şəhərin müsəlman hissəsinə qədər müşayiət etdi.. Geniş kütlələr qəzəb və nifrətlə dolub-daşır, bu hisslər getdikcə qəzəbli intiqam hissinə çevrilir ki, onların qarşısını almaq elə də asan olmayacaq”. Mart hadisələri başladığı andan M.Ə.Rəsulzadə başda olmaqla Azərbaycan milliqüvvələri baş vermiş faciəni milli qırğın kimi səciyyələndirmiş və Cənubi Qafqazın bütün müsəlman əhalisini məhv etmək niyyəti güdən məqsədyönlü siyasət kimi xarakterizə etmişdir. Bu hadisələrə siyasi qiymət vermək və onun nəticələrini aradan qaldırılmaq üçün ilk cəhd də faciədən dərhal sonra

Musahibə

Təhsil Nazirliyi

Musahibə

Dialoq TV olaraq cəmiyyətimiz üçün mühüm olan, hamımızı əhatə edən təhsil mövzusunda maraqlı bir müzakirə təşkil etdik. Professor Şahlar Əsgərov - Askerov Shahlar, sosioloq Əhməd Qəşəmoğlu, tarix müəllimi Aydın Allahverdiyevlə bir yerdə təhsilin ən müxtəlif məqamlarına, mövcud durumuna, onun gələcək perspektivinə, dərslik, müəllimlərin əməkhaqqının artırılması, orta və ali məktəblərimizin inkişafı və s. toxunduq. Bir saat çəkən müzakirəmizə səbrini basıb baxanların əldə edə biləcəkləri çox faydalı fikirlər var. Gələcəkdə də bu cür müzakirələrimizi davamlı şəkildə təşkil etmək fikrimiz var.

BÖYÜK TÜRK QƏHRƏMANI---"KÜRŞAD

Maraqlı / Tarixi rəvayətlər

BÖYÜK TÜRK QƏHRƏMANI---"KÜRŞAD

Qara Xan Çinlə döyüşdə məğlub olduqda, hər ikisi də Çin tərəfindən əsir götürüldü. Bu dövrdə Göytürklər həm Çinə, həm Dokuz Oğuz və uyğurlarla da mübarizə aparırdılar. Qara xaqan çox fərasətsiz, bacarıqsız bir dövlət adamı idi. Həmin il çıxan quraqlıq və yoxluqdan sonra Çin vəziyyətdən istifadə edərək Türklərə hücum etdi. Qara xaqan bu döyüşdən sonra əsirlikdəykən vəfat edir.

“Qadın qiyamı”

Qadınlar

“Qadın qiyamı”

Səbəb Bakıda alverçilərin yaratdığı süni qiymət artımı olub. Sonradan aparılan istintaqa görə, Bir qadın Nevski bazarında kartof alarkən qiymət üstündə dükançı ilə höcət edir, qəzəblənib dolu torbanı yerə çırpıb, günəbaxan tumu olan qutunu da vurub dağıdır və başlayır tapdalamağa. Dükançı qadına əl qaldırmaq istəyəndə, qadınlar bir-birnə dəstək verməklə başlayırlar qarışıqlıq salmağa. Bir qadın olur 100, hücum edib başlayırlar meyvə, tərəvəz, baqqal, çörəkçi, qəssab dükanlarını dağıtmağa.

AZƏRBAYCANDA MULTİKULTURALİZM

Maraqlı / Tarixi məqalələr

AZƏRBAYCANDA MULTİKULTURALİZM

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.

Çox tarix göstər.