Tarixdə atlar

Tarixdə atlar


Tarixdə atlar

 

         İbtidai icma quruluşu dövründə at insanların əhilləşdirə bildiyi sonuncu ev heyvanıdır. Atların əhilləşdirilməsi e.ə. V minilliyə təsadüf edir. Bu zamkan tarixdə eneolit dövrü (mis-daş) davam edirdi. At insanların həyatında mühüm yer tuturdu. İlk vaxtlar ovçuluqda minik vasitə kimi istifadə edilən atlar, tunc dövründən etibarən xış əkinçiliyində istifadə olunmağa başladı. Azərbaycan ərazisində olan at cinsləri bütün Şərqdə məhşur olmuşdur. Son tunc və ilk dəmir dövründə qonşu ölkələrlə ticarət əlaqələrində Azərbaycan atları xüsusi yer almışdır. Bu dövrdə atlar bütləşdirilmiş, onlara sitayiş edilməyə başlanılmışdır. Azərbaycanın bir çox qədim insan məskənlərində at sümüklərinin izləri qalmışdır. Onların içərisində ən qədimisi Cəlilabad rayonu ərazisində yerləşən Əliköməktəpə məskənidir.

         Quldarlıq və feodalizm dövründə atların əhəmiyyəti artmışdır. Onları hərbi işdə istifadə etməyə başladılar. Azərbaycan dövlətləri içərisində süvari (atlı) ordusu ilə seçilən Albaniya olmuşdur. Antik mənbələrin məlumatına görə döyüşə 22 min atlı çıxara bilirdi. Süvari qoşunlarından istifadə edən ən məhşur sərkərdə isə, sözsüz ki, Karfagen sərkərdəsi Hannibal olmuşdur. Kanna döyüşündə (e.ə. 216-cı il) iki dəfə öz qoşunlarından çox olan Roma ordusunu məhz süvari ordusuna arxalanaraq qalib gəlmişdir.

         Tarixdə atları döyüşlərdə istifadə edən ilk dövlətlər isə Assuriya, Midiya və Hun imperiyası olmuşdur. Çinlilər döyüşdə atlardan istifadə hunlardan öyrənmişdilər.

         Müasir aləmdə də atlar əhəmiyyətini itirməmişdir. İndi onlardan təsərrüfatda, minik vasitə kimi və idman yarışlarında istifadə edirlər.

 

 

Tarixdə məhşur olan atlar :

 

Marenqo – Napaleonun atı

 

Butsefal – Makedoniyalı İsgəndərin atı

 

İnsitat – Roma imperatoru Kaliqulanın Senatda senator elan etdiyi atı

 

Triumf – 1945-ci ilin Qələbə paradında Moskvada Qırmızı Meydana çıxan at

 

Dül-dül – İmam Hüseynin atı

 

Lizetta – I Pyotrun atı

 

Büraq – Məhəmməd peyğəmbərin qanadlı atı

 

Kopengahen – Napaleonu Vaterloo döyüşündə məğlub edən hersoq Vellinqtonun atı

 

La Pi – Fransız marşalı de Türenin məhşur atı. Döyüşdə marşalın ölməsindən sonra özünü düşmən mərmisi üzərinə atmışdır.

 

Rossinant – Servantesin atı (Don Kixot əsəri)

 

Fallabella – Arqentinada at növü. Dünyada ən miniyaturnu at növü hesab edilir.

 

Troya atı – Yunan-Troya müharibəsi zamanı Odisseyin təklifi ilə taxtadan hazırlanan nəhəng at. Onun içərisinə girən yunanlar Troya şəhərini ələ keçirmişdilər. "Troya atı” adama bədbəxtlik gətirən hədiyyə mənasını verir.

 

 

Tarixdə atlar

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 25 oktyabr 2011 08:41
    Mellim cox gozel hazirlamisiniz

  2. 26 oktyabr 2011 20:52
    atlar haqqinda oxudugum ilk mukemmel meqaledir

  3. 25 sentyabr 2012 21:10
    mehsur atlar cox maraqliydi.

  4. 25 sentyabr 2012 22:33
    Hamllet muellim,bilirem movzuyla hec bir elaqesi yoxdur,amma mesaj gondere bilmirem diye bura yaziram Siz bilmirsiz Axundovun kitabxanasindan(E-Kitabxana) kitab yuklemek mumkundurmu,deyirler nese sifre lazimdir,siz bilirsizse xais edirem mene komek edin,Tesekkur

  5. 25 sentyabr 2012 22:38
    Ehtiram mence olmur

  6. 25 sentyabr 2012 22:41
    Psixologiya muellimimiz deyrdi mende sifre var,istifade etmekcun(InsAllah mumkun olar)Gencede,kitabxanada temir gedir deye oturub oxuya bilmirem.mecbur net.den tapmaq lazimdir)))mumkun bir yolu olsa sizede deyerem)Sagolun

  7. 25 sentyabr 2012 22:42
    histori az adli sayt var sozu duz yazarsan amma orda coxlu elektron kitablar var

  8. 25 sentyabr 2012 22:45
    Oradan 1-2 gun evvel yuklemisdim tarix kitabi)))sagolun Hamlet muellim

  9. 26 sentyabr 2012 10:02
    Marqlidir,cox sagolun.

  10. 26 sentyabr 2012 14:39
    salam HAMLET muellim. gorduyunuz is hemiseki kimi mukemmel.cox beyendim. saytda yeni oldugumcun indi deyirem-xeyirli olsun.saytin tertibatina soz ola bilmez.maraqlidi. TESEKKURLER.

  11. 27 sentyabr 2012 00:05
    Maraqlidir.tesk.Bes Cingiz xanin atinin adi ne olub?

  12. 1 oktyabr 2012 20:54
    tesekkurler melumat ucun,mende dostlarim ile paylasacam

  13. 8 oktyabr 2012 21:13
    Hamlet muellim bes Babeyin atinin adinin qaraqasqa olduqu doqrudurmu?men bunu sehv etmiremse Celal Bergusadin Bezz qalasi eserinde oxumusam.yoxsa yazicinin texeyyuludur?

  14. 8 oktyabr 2012 21:15
    duzu Zulya xanum ilk defedir eshidirem amma ela melumatdi qerek bir arshdiraq

  15. 11 oktyabr 2012 11:29
    deqiqlesdire bilseniz zehmet olmasa mene de xeber verin.kitabda yazilmisdi ki Babekin olumunden sonra hec kim onu ram ede bilmeyib,

  16. 9 noyabr 2012 17:52
    superrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
    rrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
    rrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
    rrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
    rrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
    rrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
    rrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
    rrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
    rrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
    rrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
    rrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
    rrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
    rrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
    rrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr!!!!!!!!!

    cox xosuma geldi.tesekkur edirem ki bunu bizimle paylasdiniz!
    ibadova~nigar~haciqabul

  17. 9 dekabr 2012 18:33
    MLUMATLAR BR SZLE SUPEEEEEEEEEEEEEEEEEERRRRRRR TROYA ATI HAQQINDA NE QEDER SAYTA BAXDIM YOX D. BURADA TAPDIM . BUNU YAZANDAN ALLAH RAZI OLSUN. aMN. MN BU MLUMATI MKTB APARACAAM NALLAH DZ MELUMAT OLAR. O QDR DUA ELEDM DZ OLAR YEQN. wink

  18. 3 noyabr 2013 14:42
    marali melumatlardi tesrkuler

  19. 6 iyun 2014 18:08
    Eladir.Oxudugum en maraqli meqale idi,Hamlet muellim.Yazan elleriniz var olsun.Sag Olun.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.