Novruzumuz Mübarək !

Novruzumuz Mübarək ![/b]

Artıq Bahar günlərinə yaxınllaşırıq. Artıq təbiətin oyanmasına yaxınlaşırıq. Artıq inşallah Qarabağımızı almağa yaxınlaşırıq. Bu "artıqların" içərisində artıq söz varmı? Olmaz, olsada o şəxsdə vicdan olmaz ! Novruz bayramı, şamalların alışması, şəkərbura, şorçörək, paxlava, Kosa və necə belə sözlər, ifadələr yazmaq mümkündür. Ah Azərbaycanım sən necə də gözəlsən ! Sən necə də maraqlısan ! Sən necədə sevivimlisən ! Bu sözlərin bəlkə də birlikdə yazılması cümlələrdə fərqilik yaradır. Ancaq mən bir söz bilirəm indi söyləməyə Azərbaycan, Azərbaycan, Azərbaycan - Novruz Bayramınız Mübarək olsun ! Novruz düşmən üzərində qalibiyyət əldə etməmizə dəstək olsun ! Novruz xalqımıza Bərəkət və Xoşbəxtlik gətirsin ![/b]

 

 

Novruz bayramı.

Novruz bayramında hamı barışır. Çünki göydə ulduzlar da bir birinə ahəngdar olub, gecə-gündüz də bərabərləşir. Bu ''yeni günü'' hamı sülh və sevinc şəraitində qarşılamalıdır.

Azərbaycan xalqı özünün erkən əkinçilik, maldarlıq təsəvvürləri ilə bağlı rəngarəng bayramlarını yaratmışdır. Ulu qaynaqlardan süzülüb gələn yaddaşlara yoldaş olan bu bayramları xalqımız bir-birindən oynaq, şirin və lətafətli nəğmələr, ibtidai təsəvvürlərlə bağlı ayin, etiqad, ənənə və mərasimlərlə bəzəmişdir.

 

Novruzumuz Mübarək !


Xalqımızın, belə böyük bayramlarından biri də Novruz bayramıdır. O, hər il mart ayının 20-21-22-də (köhnə təqvimlə 7-8-9-da) keçirilir.

 

Novruz haqqında məlumat verən mötəbər mənbələr içərisində ''Avesta'' mühüm yer tutur.

''Avesta''da Novruz xalqın bolluğa, qüdsiyyətə sitayiş bayramı hesab olunur. Hətta onun əkinçilik bayramı olması da qeyd edilir. ''Avesta''da deyilir ki, ''Novruz'' məhsul bolluğu bayramıdır. O, sağlamlığın, firavanlığın başlanğıcıdır.

Göründüyü kimi, əkinçilik təsəvvürləri ilə bağlı yaranan Novruz özünün sonrakı inkişafında həm müxtəlif dinlər tərəfindən mənimsənilməyə məruz qalmış, həm də astronomik təsəvvürləri əks etdirən təqvim bayramı adı ilə yaşamışdır.

Novruz bayramına xalq həmişə böyük hazırlıq görmüş, onu təntənə ilə keçirmişdir.

Bayrama qıxr gün qalmışdan Novruza hazırlıq görülərdi. Hazırlıq Şum, Saya və torpağa istilik gətirəcək ''Xıdır Nəbi'' mərasimlərinin keçirilməsi ilə başlanardı. Çünki ibtidai insanın yaşayışı əkinçilik və maldarlıqla sıx bağlı idi.

Ona görə də Novruz etiqadının özündə qüdrətli bir bolluq, firavanlıq istəyi dayanırdı. Bu etiqadlarda torpağa məhəbbət, əməyə güclü çağırış vardı. Eyni zamanda həmin etiqadlarda belə bir inam əks olunmuşdur ki, insan bolluq və firavanlığını yalnız öz alın təri ilə, öz zəhməti ilə yarada bilər.

Novruzun qədimdən bayram edilməsi Şərqin mötəbər ədəbi mənbələrində də öz əksini tapmışdır.

N.Gəncəvinin ''İsgəndərnamə''sində, Ə.Nəvainin ''Səddi-İsgəndər''ində bizim e. 350 il əvvəl Novruzun böyük xalq bayramı kimi keçirildiyi qeyd edilir. Təsadüfi deyil ki, Nizamidə İsgəndərin Bərdə hökmdarı Nüşabəyə qonaq gəldiyi gün elə Novruz bayramı günü idi.

Bayramın bütün etnoqrafik cizgiləri Novruz nəğmələrində öz əksini tapmışdır. ''Səməni'', ''A Yel baba, Yel baba'', ''İldə göyərdərəm səni'', ''Qodu-qodu'', ''Yağış gəlir'' və s. kimi nümunələr bayramı şux keçirmək istəyən xalqın arzusunu ifadə edirsə, ''Həcələr, hücələr'' nəğməsində bayram detallarının bütöv lövhələri əks olunur:

 

Həcələr, hücələr,

Uzanar gündüzlər.

Qısalar gecələr,

Sallanar torbalar.

Bacadan,

Uşaqlar pay istər

Ucadan:

Xanımbacı, dursana,

Torbanı doldursana...

 

Yazla qışın bir-birinə zidd xarakteri ''Kosa-kosa'' tamaşasında daha səciyyəvi şəkildə əks olunur. Erkən təsəvvürlərlə bağlı yaranmış bu tamaşada mifoloji elementlər fəaldır.

Novruz bayramında xalq arasında bir-birindən rəngarəng oyun və tamaşalar göstərilir. Bunlar içərisində at çapma, qılınc oynatma, kəməndatma, zorxana, əyləncə, kəndirbaz, sim pəhləvanı, masqara və fərdi tamaşalar xüsusi yer tutur. Həmin tamaşalarda oxunan nəğmələr özünəməxsus oynaq vəznə malikdir.

Novruz başdan-başa ruh yüksəkliyi ilə, əmək coşğunluğu, torpağa, insana məhəbbət bayramıdır. Elə bu məhəbbətlə bağlı yaranmış Novruz tapmaca, atalar sözü və adətlərində ulu babalarımızın müdrik dünyagörüşü, humanist baxışları, həlim, qayğıkeş təbiət özünü göstərir.

Bu gün bizimlə birlikdə Novruzu Arazın o tayında qalan Cənubi Azərbaycan, Orta Asiya, Türkiyə, İran, Əfqanıstan, Pakistan, Çin və başqa ölkələrdə yaşayan milyonlarla zəhmətkeş ən əziz bayram kimi qeyd edir. Novruz Kanadada, Amerikada, Fransada və başqa ölkələrdə vətən həsrəti ilə yaşayanlar arasında da unudulmur. Novruzun sorağı dünyanı dolaşır, Novruz dünyanı bəzəyir.

 

 

Novruzumuz Mübarək !


[b]Novruz bayramı (Yeni Gün bayramı, Ərgənəgün Bayramı, Bahar bayramı; fars. ن


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 15 mart 2012 18:00
    Deyirler arzudan arzu doqar. Menim arzum ise gelen il NOVRUZ bayramini biz Qarabaqda kecirek! Butun istifadecileri BAYRAM munasibeti ile tebrik edirem! Qoy arzulari cin olsun.

  2. 16 mart 2012 04:19
    Novruz bayraminiz mubarek!Gun o,gun olsun ki,Qarabaqda novruz tonqallari qalansin,torpaqlarimiz ermeni esirliyinden azad olsun...Amin!...Hamiya -can saqliqi ve ishlerinde nailiyyetler arzu edirem...

  3. 16 mart 2012 12:48
    Mende oz adimdan Sizleri Novruz munasibetile tebrik edirem Sizlere can saqliqi uzun omur dileyirem. Her arzu demek menasinda ilk olaraq her azerbaycanlinin Qarabaq yada dushur Bunsuz artiq bayramimiz kecmir her defe bayramda Qarabaqa donmeye arzu edirik Doqrudur bu beledir, ancaq men ilk siraya arzularin artiq cin olmasini dileyirem Azerbaycan xalqina bu ishde mohkem qudret, cesaret ve huner arzu edirem ! Inshallah Novruz bu isteye dusherli olar ! BAyraminiz mubarek!

  4. 16 mart 2012 15:05
    salam men hamini novruz bayrami munasi beti ile tebrik edirem uzunuzden tebessum eskiq olmasin

    sevda senin sozune quvvet

  5. 18 mart 2012 21:01
    haminin novruz bayramini tebrik edir,can sagligi,nurlu sabahlar arzulayiram

  6. 20 mart 2012 11:11
    Shagirdlerim mene deyende ki,Yeni iliniz mubarek,deyirem: Bu Isa peyqemberin anadan olan gunudur,bu yeni il deyil.Hetta qeyirem ki, Romada bele Yeni ili martda qarshilayirdilar.Teqvimin birinci ayi mart hesab olunurdu. Subut etmek ucun onlardan sorushuram,indi hansi aydir. Cavab verirler,dekabr. Deyirem,gorursuz dekabr deka sozunden yaranib ki, bu da 10 demekdir. Yuxarida deyildiyi kimi Shimal yarimkuresinde astronomik yeni ilin bashlanqicidir. Tebietin oyanish gunudur. Hetta tebiet de, butun canli alem de yeni ilden nese gozleyir,o cumleden sayt ishtirakcilari da. Hamimiz arzularla yashayiriq. Planlar ciziriq,ishler gormeye calishiriq. Axi arzu yashamaq ucun stimuldur. Biz arzu edirik,ne ise etmek isteyirik. Amma gozegorunmez de oz ishini gorur. Menim arzum,isteyim yalniz ondandir. Qoy O bizlere arzularimizi reallashdirmaga imkan versin, herenize bir az xoshbextlik payi qismet elesin.Amin!!!

  7. 20 mart 2012 14:19



  8. 21 mart 2012 03:35
    Cox sag olun deyerli melumatlara gore. Butun tebriklere qoshuluram

  9. 21 mart 2012 23:08
    Salam.butut Novruz bayramini qeyd edenleri,saitin istifadecilerini ve rehberliyini bu gozel Novruz bayrami munasibati ile tebrik edir sizlere ve ailelerinze yaxinlarinza uzun omur can sagligi xosbextlik arzulayiram.Insallah bu musalman yeni ilimzde butun arzularimza catmaq arzusu ile...

  10. 14 aprel 2014 22:53
    KECMIS BAYRAMINIZ KUTLU OLSUN! love

  11. 20 aprel 2014 14:04
    maraqli idi thank you!!!!!

  12. 23 may 2014 16:15
    maraqlidir sagolun

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.