I Şah Abbas


[b]I Şah Abbas

Şah Abbas (1587-1629) Səfəvilər sülaləsinin görkəmli nümayəndələrində biri olmuşdur.Hakimiyyəti dövründə osnanlı türklərini Azərbaycandan çıxarmış,Gürcüstana hücum edərək Tiflis şəhərini tutmuşdur.

 

      Şah Abbasla bağlı çoxlu Azərbaycan nağıllarıvar.Bu nağılların əksəriyətində Şah Abbas dərviş libası geyinib Şəhərləri,kəndləri gəzir.Elə bu rəvayətdə olduğu kimi.

 

   Belə deyirlər ki,Şah oğlu Şah Abbas neçə dəfə idi ki,Tiflisə hücum edirmiş,ancaq məğlub olub geri çəkilirmiş.Şah Abbas bu dəfə də Tiflisə hücum edir.Qoşun şəhərə dolur və mühasirəyə düşür.Şah Abbas bir təhər aradan çıxır.Dərviş paltarı geyinərək pay-piyada İrana tərəf üz qoyur.Gəlhagəl,gəlib Qazaxda bir kəndə çıxır.Bu kəndə "Tağarbəyli”deyirlərmiş.Kəndin girəcəyindəki daxmada Sübhanverdi adlı bir qarı yaşayırmış.

   Şah Abbas daxmanın qapısını döyür.Sübhanverdi qarı üşiyə çıxanda ona deyir:

   -Allah qonaı istəmirsənmi,ay qarı?

   -Niyə istəmirəm,allaha da qurban olum,qonağına da, - deyə qarı onu içəri dəvət edir.

   Şah Abbas keçib bir tərəfdə əyləşir.

Bu qarının bir oğlu varmış,naxırçılıq edirmiş.Onun a adı Abbas imiş,Sübhanverdi qarının vadan-dövlətdən bir inəyi,bir iti,bir də qazanı varmış.Həmin qazanda qabaqca yal çalıb itə verər.qazanı yuyar.sonrada inəyi sağıb özlərinə horra bişirərdi.İndi qonağa görə tələsdiyi ücün itin yalını yalağa isti-isti tökdü ki,horra bişirsin.İt elə bildi yal soyuyub,dilini yala çalan kimi zıngildəyib geri çəkildi,qarının üzünə qanlı-qanlı baxdı.

      Qarı acıqlı-acıqlı dedi:

-Bıy,başına daş düşün.Şah oğlu Şah Abbas kimi tələsib özünü niyə məğmun eləyirsən.Ylağın qıraqlarını yalaya –yalaya yesən.içi də ağzını belə bişirməz.

   Şah Abbas öz hesabını götürdü.İrana qayıdıb qoşun topladı.Bu dəfə qarının dediyi kimi elədi:Tiflisi mühasirəyə aldı,çarəsiz qalan gürcülər təslim oldular.

   Təslim olmağı adına sığışdırmayan gürcü hökmdarı Tamara yanına yeddi adam çağırdı,onlara əmr etdi ki.filan yerdə qəbir qazın,sonra da bura gəlin.burada bir tabut olacaq  .onu aparıb həmin qəbrə qoyun və yenə bura qayıdın.Sonra yeddi fərraşa tapşırdı ki,gecə filan vaxtı saraya yddi adam daxil olacaq.onları öldürün.Qardaşlarına da dedi ki, bu ecə qarovulda duran yeddi fərraşı öldürərsiniz. Tamara bunları deyib qızıldan ayrılmış tabutun içinə girdi və özünü öldürdü.Onun bütün tapşırıqları yerinə yetirildi.Səhər açılanda Tamaranı nə qardaşları tapdı,nə də şah Abbasın adamları.Onun qeybə çıxması da o vaxtdan naməlum qaldı.

    Şah Abbas Tiflisi aldı və Gəncəyə qayıdı.Oradan Qazaxa çapar göndərdi və tapşırdı:

-Gedərsən Qazax mahalına.Orada Tağarbəyli kəndi var.O kənddə Sübhanverdi adlı bir qarı yaşayır.Onu oölu Abbasla mənim yanıma gətirərsən.

Çapar gedib qarını tapdı.Şah Abbasın əmrini qarıya və oğluna söyədi.Qarı qorxdu,öz-özünə dedi ki,görəsən .biz nə günahın sahibiyik?

    Onlar saraya gəldilər.Qapıdn içıri girən kimi qarı diz çökdü.Şah Abbas yerindən qalxıb onu ayağa qaldırdı və dedi:

     -Qarı,məni tanıyırsan?

     -Yox,- deyə qarı dilləndi.

Şah Abbas qarının o vaxt dediyi sözləri ona xatırlatdı:

     -Mən həmin qonağam,Şah Abbasam.

Qarı titrədi.Qorxdu ki.şah o sözə görə.özü heç, oğıunun boynunu vurdura.Şah Abbas dedi:

     -Qarı,o sözdən mən çox şey götürdüm.Bu qələbəm də o sözə görə oldu.Tağarbəyli kəndini sənin oğlunun adı ilə Abbasbəyli kəndi qoyuram.özünü də həmin kəndə bəy təyin edirəm.

   Deyirlər ki.Tağarbəyli kəndi həmin vaxtdan Abbasbəyli kəndi adlanır.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 4 avqust 2012 11:22
    cox sag olun maraqli melumat idi.men bildiyime gore shah abbas haqqinda nagillar coxdur.bu nagillarin bir qisminde (uc baci,sale ve valeh)shah abbas qeddar,ikinci qisminde ise xeyirxah,cennetmekan(baftaci shah abbas ,shah abbasin dogulmasi)kimi tesvir edilir

  2. 22 avqust 2014 11:33
    Sag olun.Cox maraqlidir. love

  3. 28 noyabr 2014 12:00
    Başqa bir Abbasbəyli kəndi var,amma o XX əsrin Abbasının adınadır.Təşəkkürlər.

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.