Xosrov Ənuşirəvan


[b]Xosrov Ənuşirəvan

XOSROV ƏNUŞİRAVAN

 

İran Sasanilər sülaləsinin ən qüdrətli nümayəndələrindən sayılır.531-579-cu illərdə hökmranlıq etmişdir.Onun hakimiyyəti dövrü Sasanilər dövlətinin ən qüdrətli dövrü olmuşdur.Tarixdə Nuşirəvan Adil kimi tanınmışdır.

 

ƏDALƏTLİ ƏNUŞİRƏVAN

Ənuşirəvan vəziri ilə ölkəni gəzirdi.O,üzünü vəzirə tutub dedi:”Görəsən,məmləkətimdə elə ev tapılar ki,mənim ədalətimin işığı ora düşməmiş olsun”.Elə bu an bir qarı Ənuşirəvanı atının cilovundan yapışıb dedi:

 -Siz bilərsiniz,mən ədalətsiz Ənuşirəvanı haradan tapa bilərəm?

Ənuşirəvan çevrilib vəzirin üzünə baxdı.Vəzir bir şey biruzə vermədən soruşdu:

-Ana,hər yan qibleyi-aləmin ədalətindən danışır.Sən hansı cürətlə ona ədalətsiz deyirsən?

-Ədalətli şahın oğlu ədalətsizlik eləməz.namussuzliq eləməz...

Dünya Ənuşirəvanın başına fırlandı.qulaqlarına inanmaq istəmədi,soruşdu:

-Ana.nə namussuzluq?Kimdir onu edən?

-Ənuşirəvan mənim yeganə oğlumu davaya göndərib.Oğlum onun yolunda döyüşür.Şahın oğlu isə zorla mənim gəlinimin yanına gəlib-gedir.

Ənuşirəvanın canından od qalxdı:

-Ana,Ənuşirəvan mənəm!Mənim oğlum da təkdir.Əgər o, belə hərəkət etmiş olsa,mənim ədalətimə ləkə gətirsə,gözlərinin qarşısında onun cəzasını öz əllərimlə verəcəyəm.

Qarı dedi:

-Oğlum bu saat gəlinimin yanındadır.

Ənuşirəvan dinməz-söyləməz atdan düşdü.Vəzirə işarə verdi.Vəzir yaxındakı komanın bacasından içəri baxdı.Gördü ki,doğrudanda şahın oğlu gəlinin yanındadır.Fikir içində geri döndü.

Şah soruşdu:

-Doğrudurmu?

Şahzadə tək olsa da,məmləkətin yeganə varisi sayılsa da,vəzir həqiqəti gizlətmədi:

-Doğrudur qibleyi-aləm!...

Xosrov Ənuşirəvan

Bircə anda neçə il qocalan Ənuşirəvan qarıdan duz istədi.Duzu dilinə vurub içəri keçdi.Qılıncı çəkib oğlunun başını üzdü.

 

Saraya qayıdırdılar.Sarsıntılı hadisədən sonra dünyagörmüş.həmişə müşkül qıfılların açarı olmuş vəzir ,şahın hərəkətləri qarşısında mat qalmışdı:

-Ey böyük ənuşirəvan!Bilirdim ki,öz ədalətin naminə yeganə oğlunun başını kəsdin.Lakin məni iki şey heyrətləndirir.Nə üçün içəri keçməmiş qarıdan duz istədin?

-Qorxdum ki,qan başıma vura.qarını səbəbkar bilib onu öldürəm.Onun duzunu daddım ki,qarıya əl qaldırmaq mümkün olmasın.

-Bəs çırağı nə üçün söndürdün?

-Dünyada övlad məhəbbətindən güclü heç nə ola bilməz.Məhəbbət isə gözdə olur.Əgər oğlumun gözü mənim gözümə sataşsaydı.mən onu heç cürə öldürə bilməzdim.məhəbbət məni güzəştə aparardı.Nəticədə günah dünyada cəzasız yaşayardı.

 

Xosrov Ənuşirəvan

Xosrov Ənuşirəvan

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 19 noyabr 2014 19:45
    cox maragli revayetdir. Dahi Azerbaycan Wairi Nizami Gencevinin '' Xosrov Ve Wiirin '' Poemasinda bu movzuya toxunulub.eserin esas movzusu mehebbet olsa da yardimci movzu kimi edaletli wah ideyasi da ireli surulub.tewekkurler.

    --------------------

  2. 28 noyabr 2014 11:49
    Təşəkkürlər

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.