İnşalar

İnşalar

 

Heç kəs unudulmur, heç nə yaddan çıxmır
Bizim nəsil 1941-1945-ci illər müharibəsinin dəhşətlərini, od-alovunu ancaq filmlərdə görmüşdür.Bir anlığa müharibənin dünyaya meydanoxuyan Hitlerin qələbəsi ilə başa çatdığını təsəvürümüzdə canlandıraq. Bu, ölkələrin sərvətlərinin talanması, xalqların kölə halına düşməsi, özlərini "seçilmişlər” sayan faşistlərin bütün dünyada ağalığı deməkolardı. Müharibənin ilk illərində belə görünürdü ki, faşistlər öz niyyət-lərinə çatacaqlar. Onlar çoxlu sayda yaşayış məntəqəsini zəbt etmişdi-lər və sürətlə irəliləyirdilər. Lakin azadlığı yüksək qiymətləndirən,doğma Vətənlərini çox sevən xalqlar birləşərək faşistləri dayandırmağavə müharibəni qələbə ilə başa çatdırmağa nail oldular. 1945-ci ilinmay ayında dünyanın başı üstündə Demokl qılıncı kimi dayanan faşizmkabusu darmadağın edildi. 
Bu misilsiz qələbə milyonlarla insanın canı-qanı bahasına qazanılmışdır. Rusiyanın, Ukraynanın, Belorusun, Polşanın və başqa ölkələrin ərazilərindəki kütləvi qəbiristanlıqlar buna sübutdur. Müharibədə azərbaycanlılar da fəal iştirak etmişlər. Azərbaycanlılardan təşkil olunan 416-cı Taqanroq diviziyası ayrı-ayrı şəhər və kəndlərin düşmənlərdən təmizlənməsi uğrunda fəal döyüş əməliyyatları aparmışdı.İlk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov hərbi sənətini yaxşı bilən cəsur komandir idi və əsgərlərini öz arxasınca aparmağı bacarırdı.Azərbaycanlı döyüşçülərin 1941-1945-ci illər müharibəsində göstərdikləri şücaətləri "Uzaq sahillərdə” filminin qəhrəmanı Mehdi Hüseynzadənin timsalında aydın görmək mümkündür. Həmin illərdə arxa cəbhədə qalan soydaşlarımız da ümumi qələbə naminə hər cür mərhumiyyətlərə dözmüş, böyük fədakarlıq göstərmişlər. Artıq 1941-1945-ci illər müharibəsindən bizi yarım əsrdən çox zaman məsafəsi ayırır. Bununla belə, bu müdhiş müharibənin acı xatirələri indi də insanları düşünməyə, öz hərəkətlərini ölçüb-biçməyə vadar edir. Ümumi qələbə naminə fədakarlıqlar göstərən, müharibədə şəxsi həyatlarını qurban verən insanların adları da daim minnətdarlıq hissi ilə xatırlanacaq. Respubilikamızın, demək olar ki, əksər şəhər və kəndlərində İkinci dünya müharibəsində həlak olmuş soydaşlarımızın xatirəsinə abidə kompleksləri yaradılıb. Həmin abidələrin üzərində, adətən, sadə bir cümlə yazılır: "Heç kəs unudulmur,heç nə yaddan çıxmır!”.Bu sözlər aydın səma altında yaşayan insanların taleləri yarımçıq qırılmış müharibə iştirakçılarının xatirəsinə dərin ehtiramlarının səmimi ifadəsidir. 
Nə qədər belə misal çəkmək mümkündür. Bəzən olur ki, hansısa bir hadisəni, hansısa bir şəxsiyyətin adını bu və ya digər səbəblər üzündən tarixin səhifələrindən silməyə cəhdlər göstərilir. Fəqət belə mənasız cəhdlər zamanın istehzası ilə üzləşir. Məgər xalqımız ədalətsiz Türkmənçay və Gülüstan müqavilələrinə əsasən məmləkətimizin iki yerə parçalanmasını nə vaxtsa unuda bilərmi ? Gəlin xatırlayaq, lap yaxın keçmişədək bu barədə danışmaq, yazmaq belə qadağan edilmişdi. Lakin böyük dövlətlərin tarix səhnəsindəki siyasi gedişləri nə qədər güclü olsa da, bu tale-yüklü olayı böyük keçmişi olan xalqın qan yaddaşından çıxara bilmədi. Xalqın Araz boyunca tikanlı məftilləri qırıb-dağıtmaq və birləşmək arzusu şeirlərə, mahnılara çevrildi, bu barədə cild-cild əsərlər yazıldı. Gün gələcək, bu istək mütləq həyata keçəcək. Zorla işğala məruz qalan Dağlıq Qarabağı, musiqimizin beşiyi gözəl Şuşanı, gözəlliklər məkanı Kəlbəcəri, igidlər oylağı Laçını, Qubadlını, indiki Ermənistanın ərazisindəki adları məqsədli şəkildə dəyişdirilərək "erməniləşdirən” yurd yerlərini azərbaycanlıların qan yaddaşından silmək mümkünmü? Əsla! O yerlərdə ata-babalarımızın narahat ruhları dolaşır və qarşısıalınmaz bir qüvvə tək bizləri o yerlərə qayıtmağa sövq edir. 
Bu yaxınlarda Quba şəhərində aparılan qazıntılar zamanı kütləvi qəbiristanlıq aşkarlandı. Ermənilər ötən əsrin əvvəllərində kütləvi şəkildə qətlə yetirdikləri azərbaycanlıları basdıraraq öz dəhşətli cinayətlərini unutdurmağa çalışmışlar. Ancaq tarixi həqiqət təsdiqini tapdı. 
Həyatı boyu Vətən naminə çarpışan, milli mənafeyini hər cür şan-şöhrətdən, imtiyazdan üstün tutan, var-dövlətini xalqının inkişafı yolunda xərcləyən tarixi şəxsiyyətlərin adı daim qəlblərdə yaşayacaq. Milli və bəşəri duyğuları çərçivəyə sığmayaraq azad şəkildə tərənnüm edən Hüseyn Cavid uzaq Sibirə sürgün edildi və orada dünyasını dəyişdi. Ancaq unudulmadı. On illər ötəndən sonra onun nəşi Vətənə gətirilərək Naxçıvanda doğma torpağa tapşırıldı, məzarı üstündə möhtəşəm məqbərə ucaldıldı. Sərt qadağalar milyonçu xeyriyyəçilər Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin, Murtuza Muxtarovun adlarını və xeyirxah əməllərini insanların yaddaşından silə bilmədi... 
Beləliklə, heç kəs unudulmur, heç nə yaddan çıxmır, həqiqət torpaq altında qalsada, heç vaxt pas atmayan qiymətli metala bənzəyir. İllər ötür, bəzən əsrlər dolanır və o gec-tez üzə çıxır. Buna görə də həyatda hər kəs xeyirxah işlər görməyə çalışmalıdır..
 
Dostluq qırılmaz zəncirdir
Dostluğun qırılmaz zəncirlə müqayisə edilməsi təsadüfi deyildir. Həqiqətən də, səmimi, möhkəm dostluq hisslərini heç nə ilə sarsıtmaq mümkün deyildir. İnsanlar arasında hər xoş münasibəti dostluq adlandırmaq olmaz. Həqiqi dostluq illərin sınağından çıxır, bərkdə-boşda, həyatın enişli-yoxuşlu yollarında sınanılır. Əsl dostluq insanlar arasında münasibətlərin uca zirvəsidir. Əgər sən dostluğu yüksək qiymətləndirirsənsə, gərək dostun sandığın şəxsin yolunda hər bir çətinliyə dözməyi bacarasan, sirlərini ondan gizlətməyəsən, heç vaxt yalan danışmayasan. Nahaq deməyiblər ki, dost-dosta tən gərək, tən olmasa, gen gərək. 
Dostu olmaq böyük xöşbəxtlikdir.Kimin çox dostu varsa, o, həyatda daha inamlı olur, üzləşdiyi problemləri asanlıqla dəf edir. Adətən, çoxlu dostu olan şəxsi qollu-budaqlı ağaca bənzədirlər. Bu ağac təbiətin şıltaqlıqlarına asanlıqla dözür, onun insanlara daha böyük faydası dəyir. Mən "Dostluq nədir?” sualı ətrafında tez-tez düşünürəm. Mənim qənaətimə görə dostluq-fədakarlıq deməkdir. Asan günün dostluğu vaxtsız açan çiçəyə bənzəyir – onu şaxta, qar vurub soldurur. Çətinliklərdə bərkiyən dostluq isə uzunömürlü olur. "Uzaq Sahillərdə” filmini yada salaq. Zənnimcə filmin qəhrəmanları Mehdi ilə Veselin arasında yaranan münasibətlər "Dostluq Nədir?” sualının konkret cavabıdır. 
Onlar müharibənin odlu-alovlu yollarını birlikdə keçmiş, aralarında əsl dostluq münasibətləri yaranmışdır. Hamı kimi mənim də çoxlu dostlarım var. Onların əksəriyyəti mənimlə eyni sinifdə oxuyurlar. Bizim aramızda qarşılıqlı səmimiyyət və hörmət hökm sürür. Heç vaxt bir-birimizin xətrinə dəymirik. Biz, boş vaxtlarımızda bir yerə yığışır, müxtəlif məsələləri müzakirə edirik. Eyni zamanda bir-birimizə asanlıqla güzəştə getməyi də bacarırıq. Biz adatən dərslərimizi də bir yerdə hazırlayırıq. Bu bizə dərslərimizdən yüksək qiymət almağa böyük təsir göstərir. Müəllimlərimiz də onların zəhmətini itirmədiyimizə görə bizimlə fəxr edirlər. Belə bir deyim var. "Hər şeyin təzəsi, dostun köhnəsi”. Mən də məktəb illərində qazandığım dostlarımla fəxr edir və onları qorumağa çalışıram. Mənim ən şirin xatirələrim dostlarımla keçirdiyim anlarla bağlıdır. 
Mən özlüyümdə qəti şəkildə müəyyənləşdirmişəm: Həyatımda dostlarımı heç vaxt heç nə ilə və heç kimlə əvəz etmək olmayacaq.
 
Mənim üçrəngli bayragım
Dünyаnın qədim tаriх və mədəniyyət оcаqlаrındаn biri оlаn Аzərbаycаndа аnаmız təbiətin ən gözəl bəхşişlərinə rаst gəlməк оlаr. Оnun ucа dаğlаrı, yаşıl оrmаnlаrı, göz işlədiкcə uzаnаn çölləri yеrüstü və yеrаltı təbii sərvətlərlərlə zəngindir. Bеlə gözəl ölкədə dоğulduğum üçün özümü хоşbəхt hеsаb еdirəm. 
Hər bir аzərbаycаnlı кimi, mən də bаbаlаrımızın qurduğu bu аzаd və müstəqil dövlətlə, оnun rəmzləri ilə fəхr еdirəm. Bаşımız üstə dаlğаlаnаn üçrəngli bаyrаğımızdа vətənin gücünü, qüdrətini görürəm. Üçrəngli bаyrаq bizim mənəvi sərvətimizdir, inаnc yеrimizdir. 
Bаyrаğımız tаriхin кеşməкеşli yоllаrındаn кеçib, illərin sınаğındаn çıхıb. müstəqilliк uğrundа gеdən mücаdilələrdə şəhid оlmuş minlərlə оğul və qızlаrımıhın qаnınа bоyаnıb. Оnа görə də hər bir аzərbаycаnlı üçün bu bаyrаq həm də müqəddəsdir. 
Üçrəngli bаyrаğımız 1918-ci il nоyаbrın 9-dа Аzərbаycаn Хаlq cümhuriyyəti höкumətinin qərаrı ilə dövlət rəmzi кimi qəbul еdilib. Lакin 1920-ci il аprеlin 28-də Хаlq cümhuriyyəti süqut еtdi. Аzərbаycаn bоlşеviкlər tərəfindən işğаl оlundu. Bаyrаğımız yаsаq еdildi. Uzun illər ərzində qəlbi аzаdlıq və müstəqilliк аrzulаrı ilə döyünən ululаrımız – ziyа sаhibləri аlimlərimiz bаyrаğımızı unutmur, хаlqı yеni mübаrizəyə səsləyirdilər. 
Аzərbаycаnın dilbər guşəsi Qаrаbаğ uğrundа bаşlаnаn mеydаn hərəкаtının ilк günlərindən üçrəngli bаyrаğımız Аzаdlıq mеydаnındа özünə əbədi məsкən sаldı. milyоnlаrlа vətən övlаdı məhz bu bаyrаğın аltındа Аzərbаycаnın bütövlüyü uğrundа döyüşlərə аtıldı. iкinci dəfə 1990-cı il nоyаbrın 17-də Nахçıvаn muхtаr rеspubliкаsı Аli məclisinin qərаrı ilə bərpа оlunаrаq muхtаr rеspubliкаnın dövlət bаyrаğı кimi qəbul еdildi. 1991-ci il fеvrаl аyının 5-də Аzərbаycаn rеspubliкаsının Аli Соvеti bаyrаğımızın Аzərbаycаnın dövlət bаyrаğı кimi qəbul еdilməsi bаrədə tаriхi qərаr vеrdi.
Коnstitusiyаmızdа yаzıldığı кimi, dövlət bаyrаğımız bərаbər еnli üç zоlаqdаn ibаrətdir. Yuхаrı zоlаq mаvi, оrtа zоlаq qırmızı, аşаğı zоlаq yаşıl rəngdədir.
Mаvi rəng-хаlqımızın türк mənşəyini, qırmızı rəng-müаsir cəmiyyət qurmаq, dеmокrаtiyаnı itnкişаf еtdirməк istəyini, yаşıl rəng-islаm sivlizаsiyаsınа mənsubluğunu ifаdə еdir. 
Аzərbаycаn bаyrаğı milli ləyаqət simvоlumuzdur. Оnu bаşı üzərində ucа tutmаq, vüqаrlа dаlğаlаndırmаq hər bir аzərbаycаnlının şərəf bоrcudur. Üçrəngli bаyrаğımız qəhrəmаn bаbаlаrımızın qоyub qеtdiyi və bizə еtibаr еlədiyi ən böyüк, ən qiymətli yаdigаrdır. Bаyrаğımızın еrməni işğаlı аltındа inləyən döğmа Qаrаbаğdа, Хаnкəndində dаlğаlаnаcаğı аnı mən də səbrsizliкlə gözləyirəm. Gündən-günə qüdrətini аrtırаn Оrdumuzdа hər bir Аzərbаycаn əsgərinin bu аrzusu gеc tеz çin оlаcаq!




Neft sərvətimizdir
Ulu Tаnrı öz nеmətlərini dоğmа Аzərbаycаnımızdаn əsirgəməyib. Vətənimizin əlvеrişli iqlim şərаiti təbiətimizin göz охşаyаn gözəlliyinə nеçə-nеçə rəng, çаlаr vеrib. Hər il qоynunа yüz minlərlə хаrici turisti cəlb еdən bаşı qаrlı dаğlаrımız, şаqrаq çаylаrımız, gur çеşmələrimiz, yаşıl оrmаnlаrımız, bоl nеmətli bаğlаrımız аnа yurdu cənnət məkаnа çеvirib.
Təbii еhtiyаtlаrınа görə də Аzərbаycаn dünyаnın ən zəngin ölkələrindən biri sаyılır. Bunlаrın аrаsındа isə nеft önəmli yеr tutur. Аzərbаycаn nеfti yüz illər bоyu əcnəbilərin inhisаrındа оlub. Bаkı nеfti uğrundа böyük impеriyаlаr çаrpışıb. Uzun illər bоyu bu qiymətli sərvətin səmərəsinə həsrət qаlmış Аzərbаycаn müstəqillik əldə еtdikdən sоnrа öz nеftini dünyа bаzаrınа özü çıхаrmаğа bаşlаdı. 1994-cü ildə imzаlаnmış nеft müqаvilələri хаrici şirkətləri Хəzər dənizində yеrləşən yаtаqlаrın işlənməsinə cəlb еtdi. Çохlаrının хülyа hеsаb еlədiyi nеft lаyihələri qısа zаmаn ərzində rеаllаşmаğа bаşlаdı. Ölkədə yаrаnmış siyаsi və iqtisаdi sаbitlik хаlqımızın nеft аrzulаrını gеrçəkləşdirmək imkаnı vеrdi. Bаkı-Tbilisi - Cеyhаn nеft kəməri işə sаlındı. 
Digər uğurlu lаyihələr rеаllаşdı.Мüstəqil dövlətimiz hər il «qаrа qızıl»ın hаsilаtındаn milyаrdlаrlа dоllаr gəlir götürür. Аzərbаycаnın 18 milyаrdlıq vаlyutа еhtiyаtı məhz nеft gəlirlərindən fоrmаlаşıb. Оnа görə də bu qiymətli təbii хаmmаlı əsl sərvət аdlаndırmаğа dəyər. Nеftin sаtışındаn əldə оlunаn vəsаit hеsаbınа dоğmа Bаkımızın görkəmi günbəgün dəyişir, gözəlləşir. İqtisаdiyyаtımızdа cаnlаnmа əmələ gəlir. Əhаlinin аztəminаtlı təbəqələrinin sоsiаl müdаfiəsi güclənir. 
Оrdumuzun qüdrəti аrtır. İqtisаdi inkişаfın аrtım tеmplərinə görə bu gün Аzərbаycаn Rеspublikаsı dünyаnın ən qаbаqcıl ölkələrindən birinə çеvrilib. Əlbəttə, hеç bir təbii sərvət tükənməz dеyil. Hаçаnsа yаtаqlаrdа nеftin аzаlmаsı bаş vеrəcək. Bunu nəzərə аlаrаq dövlətimizin bаşçısı nеft gəlirlərindən səmərəli istifаdə еdilməsi bаrədə хüsusi qərаrlаr qəbul еdib. Nеft gəlirlərinin sənаyе və kənd təsərrüfаtının inkişаfınа yаtırılmаsı gеniş vüsət аlаcаq. 
Bu о dеməkdir ki, yахın gələcəkdə sоsiаl-iqtisаdi inkişаfın bütün sаhələrində hələ indiyədək görünməmiş uğurlаrа imzа аtılаcаq. Bəli, nеft bizim ən qiymətli sərvətimizdir. «Qаrа qızıl»ın gəlirləri gələcək nəsillər üçün аğ günlər vəd еdir. Tаnrı хаlqımızın ruzusunu bоl еləsin!


Novruz bayramı
Novruz bayramı hər bir azərbaycanlı üçün əziz bayramdır. Bu, hər bir insanın, hər bir vətəndaşın bayramıdır, ulu babalarımızdan əsrlərdən-əsrlərə keçib gəlmiş əziz bayramdır. Bu bayram həm adi insan bayramıdır, həm millət, həm xalq, həm də dövlət bayramıdır. Bu bayramı bütün başqa bayramlardan fərqləndirən cəhət bundan ibarətdir. Hər bir vətəndaş, hər bir insan, hər bir azərbaycanlı, Azərbaycan torpağında yaşayan hər bir insan bu bayramı öz qəlbində, öz evində, obasında, ailəsində bayram edir.
Ola bilər ki, dövlət bayramını kimsə bu bayram kimi qəbul etsin, amma qəlbində ona başqa münasibət göstərsin. Ola bilər ki, bir Ümumdünya bayramına da kimsə başqa münasibət göstərsin. Ancaq Novruz bayramı hər bir azərbaycanlı demək olar ki, anadan olandan onun qəlbində, ürəyində, ruhunda, fikrində yaşayan bayramdır. Ona görə də bu bayram bütün insanları coşdurur, Azərbaycanda olan hər bir insanı sevindirir, şənləndirir. İnsan nə qədər qəm-qüssə içində olsa da, bu bayramda özünü şən əhval-ruhiyyədə hiss edir.Novruz bayramı həm bu dünyada yaşayanların bayramıdır, həm də dünyanı tərk edən insanların ruhunun bayramıdır. Ona görə də təsadüfi deyildir ki, bu bayram ərəfəsində və günlərində hər bir insan öz əcdadını, babasını, dünyadan getmiş qohum-əqrəbalarını yada salır, dünyadan köçmüş insanların qəbri üstünə gedir, onların ruhlarına dualar oxutdurur. Yenə də deyirəm, bunlar hamısı Novruz bayramının nə qədər insani bayram olduğunu, hər bir azərbaycanlı üçün nə qədər əziz bayram olduğunu göstərir.Bununla yanaşı, bu, bizim milli bayramımızdır. 
Bu bayram əsrlərdən əsrlərə bizim milli, dini adət və ənənələrimizi yaşadıb bu günlərə gətirib çıxaran bayramdır. Buna görə də Novruz bizim ümumdövlət, ümummilli bayramımızdır, ümumxalq bayramımızdır. O da məlumdur ki, ümumxalq, ümumdövlət, ümumölkə amilləri hər bir insan ilə, hər bir vətəndaşla bir olanda bayram da daha yüksək səviyyəyə qalxır, insanlar da bir-biri ilə daha sıx ünsiyyətdə olurlar. Bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir, xalqımızda daha möhkəm birlik yaradır və birlik yaratmağa xidmət edir.Bizim üçün - Azərbaycan üçün, indi həyatının, tarixinin bu ağır dövrünü keçirən bir xalq üçün, bir millət üçün bu, çox lazımdır, çox zəruridir. Biz tariximizin həm şərəfli bir dövrünü, həm də ən çətin və ağır dövrünü yaşayırıq. Ona görə şərəflidir ki, biz azadıq, müstəqilik, sərbəstik və bu bayramımızı, ola bilər, tarixdə indiyədək olmayan qədər yüksək səviyyədə və geniş bayram edirik. Deməli, bu bizim azadlığımızın, sərbəstliyimizin, müstəqilliyimizin ən yüksək, ən parlaq təzahürüdür.Biz həyatımızın, tariximizin şərəfli bir dövrünü yaşayırıq. Ona görə ki, biz müstəqil dövlət qururuq, hüquqi dövlət qururuq, demokratik dövlət qururuq, insanlara azadlıq, sərbəstlik verən, insanların həyatının daha da firavan olmasına xidmət edə bilən cəmiyyət yaradırıq. Ona görə bu, tariximizin şərəfli səhifəsidir, şərəfli dövrüdür. 
Biz bu şərəfli dövrü yaşayırıq. Biz tarixi ənənələrimizi, adətlərimizi, dinimizi, dilimizi ümumxalq sərvəti etmişik. Bunlar hər bir vətəndaşın sərvətidir. Xalqımızın, millətimizin sərvətidir, ölkəmizin sərvətidir, dövlətimizin sərvətdir. Ona görə də bu, tarixin ən şərəfli dövrüdür.Bununla yanaşı olaraq, biz, tariximizin çətin bir dövrünü yaşayırıq. Çətinlik ondan ibarətdir ki, əgər XX əsrin əvvəlində bizim həyatımızda və dünyanın bir çox ölkələrinin həyatında, ictimai-siyasi quruluşunda baş vermiş dəyişikliklər hər bir insanın həyatını qarmaqarışıq etdi, pozdu, dağıtdı, ölkələrin həyatında böyük dəyişikliklər əmələ gətirdisə, XX əsrin sonunda biz müstəqillik əldə etdikdən sonra, bir ictimai-siyasi, iqtisadi sistemdən başqasına keçəndən sonra, sərbəst, müstəqil bir həyat yoluna addım atdığımız zaman böyük çətinliklərlə rastlaşmışıq. Bunlar keçid dövrünün çətinlikləridir. Bu çətinliklər təbiidir, bunlar tarixin obyektiv proseslərindən meydana gələn, zəruriyyətindən doğan çətinliklərdir. Biz bunu yaşamalıyıq, biz buna dözməliyik. Buna nə qədər dözümlü olsaq, gələcək həyatımız da bir o qədər xoşbəxt olacaq, istədiyimiz kimi olacaqdır.
Tariximizin çətin dövrünü yaşayırıq, ona görə ki, səkkiz il bundan öncə Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan torpağına Ermənistan tərəfindən hərbi təcavüz edilibdir. Bu təcavüz Azərbaycana böyük zərbələr vurubdur. Azərbaycan ərazisinin bir qismi işğal olunub, dağıdılıb, viran qoyulubdur. İşğal olunmuş torpaqlardan bir milyondan artıq vətəndaşımız qaçqın düşüb, qaçqınlıq şəraitində yaşayır, bir çoxu çadırlarda yaşayır. Onların vəziyyəti ağırdır. Bunlar həyatımızın, tariximizin çətin mərhələsini əks etdirir. Torpağımız yaralanıbdır, vətənimiz yaralanıbdır. Bizə böyük yara vurulubdur, zərbə dəyibdir. Ancaq bunlar bizim iradəmizi sındırmayıbdır. Bu yaralar bizi qorxutmamalıdır və xalqımızı heç vaxt qorxuda da bilməz. Biz bunların qarşısını alacağıq. Biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik. Bütün bu yaralar sağalacaq, müstəqil Azərbaycan öz hüdudları çərçivəsində, öz hüdudlarının sahibi, öz torpağının sahibi, öz ərazisinin sahibi olacaqdır.Lakin bu yol asan yol deyildir. Bu, çətin, ağır yoldur. Çünki biz zərbələr almışıq, torpaqlarımız işğal edilibdir, vətəndaşlarımız yerindən-yurdundan olublar. Bunların hamısını bərpa etmək asan deyildir, çətin işdir. Ona görə də biz tariximizin çətin dövrünü yaşayırıq. Ancaq xalqımızın iradəsi ilə, millətimizin iradəsi ilə, dövlətimizin iradəsi ilə biz bu çətinliklərdən çıxacağıq. Əminəm ki, çıxacağıq. 
Bu gün Azərbaycanın hər yerində, o cümlədən Bakıda xalqımızdakı bu bayram əhval-ruhiyyəsi, bu nikbinlik, bu sevinc, bu şənlik ümid verir ki, biz bu çətinliklərdən çıxacağıq.Bildiyiniz kimi, biz məsələləri sülh yolu ilə həll etmək üçün iki ilə yaxındır ki, atəşkəs rejimində yaşayırıq. Atəşin dayandırılması barədə erməni təcavüzkarları və qəsbkarları ilə saziş əldə etmişik. Bu, lazımdır. Biz bu addımı atmışıq və bu, düzgün addımdır. Bu addımı ona görə atmışıq ki, bundan sonra qan tökülməsin. Bu addımı ona görə atmışıq ki, məsələləri sülh yolu ilə həll edək. Biz buna da çox ümidlər bəsləyirik. Ümidvaram ki. biz məsələni bu yolla həll edəcəyik. Biz müharibəyə bu yolla son qoyacağıq. Biz bu yolla bölgədə sülh yaradacağıq. Bu yolla Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, insanlar öz yerinə-yurduna qayıdacaq, qaçqınlar öz evinə-eşiyinə dönəcək və Azərbaycanda daimi sülh yaranacaqdır.Mən buna əminəm. Əminəm ona görə ki, haqq işi, ədalət işi həmişə qələbə çalıb. Əminəm ona görə ki, Azərbaycan xalqı tarix boyu böyük sınaqlardan keçib və bu sınaqdan da keçəcəkdir. Əminəm ona görə ki, Azərbaycan xalqının zəkası, iradəsi, qəhrəmanlığı buna əsas verir. Əminəm ona görə ki, biz, Azərbaycan dövləti xalqın əmin-amanlığının, xoşbəxt gələcəyinin keşiyində durmuşuq.Bu bayram günü bu sözləri sizə çatdıraraq sizdə daha yüksək əhval-ruhiyyə yaratmaq istəyirəm. Eyni zamanda sizdə daha möhkəm əzmkarlıq, ümumi işimiz naminə daha sıx birlik yaratmaq istəyirəm. 
Mən bu gün, Novruz bayramı günü, bu bahar bayramı günü, bu milli bayram günü bütün Azərbaycan vətəndaşlarını birliyə, vəhdətə dəvət edirəm. Xalqımız nə qədər tez birləşərsə, Azərbaycan xalqı bir-biri ilə nə qədər həmrəy olsa, nə qədər hamının sözü bir olsa, o qədər də tez bu çətinliklərdən çıxacağıq, o qədər də tez torpaqlarımızı geri qaytaracağıq, azad edəcəyik, ərazi bütövlüyümüzü təmin edəcəyik
Xəzər Dənizi
Xezer denizi - böyüklüyüne ve bezi fiziki–coğrafi elametlerine göre Xezer– denizdir. Xezer denizi Avropa ve Аsiуanın kesiminde yerleşir.Onu dünyanın başqa iri su hövzeleri ile bilavasite elaqesi olmadığına göre göl de adlandırılır. Bu baxımdan Xezer dünyada en böyük göldür.
Xezerin sahesi 380 min km²-dir. Sahil xettinin ümumi uzunluğu (perimetri) 6380 km-dir. En uzun sahesinin uzunluğu 1205 km, eni 554 km, en derin yeri 1025 m-dir. Xezerin seviyyesi okean sethinden 28 m aşağıdadır.
Xezer denizi haqqında en qedim melumatlara Assuriya gil qablarının üzerindeki yazılarda rast gelinir ve o Cenub denizi adlanır. Yunan tarix ve coğrafiyaçısı Hekatey Miletskinin (e.e.VI esr) eserlerinde bu deniz Kaspiy ve Hirkan kimi adlanır. Birinci etnonim o zaman denizin cenub-qerb sahillerinde, müasir Azerbaycanın erazisinde yaşamış Kaspi xalqının adı ile elaqedardır. İkinci ad denizin cenub-şerq küncünde yerleşmiş Hirkan ölkesinden (farsça "canavarlar ölkesi" demekdir) yaranmışdır. Her iki ad Herodot terefinden de istifade olunur (e.e.V esr). Daha sonrakı qedim müellifler bu adlarla yanaşı, Coşqun ve Hirkan denizi adlarını işlrdirlrr. Qedim rus elyazmaları abidelerinde Xezer denizi Göy (Monqol-Türklerden götürülmşdür), Xarezm (Amuderya çayının aşağı vadisinde yerleşen ve erazisi Xezer denizine qeder uzanan Xarezm dövleti ile bağlı), Xvalın, Derbent ve s. kimi adlandırılır. Bütövlükde, müxtelif vaxtlarda, müxtelif xalqlar Xezere 70-e qeder ad vermişler.
Xezer denizi etrafında yerleşen dövletler
Azerbaycan 
Rusiya 
Türkmenistan 
Qazaxıstan 
Xezer denizinin sahil xettinin uzunluğu Azerbaycan Respublikasında 955,08 km, Rusiya Federasiyasında 695 km, Qazaxıstan Respublikasında 2320 km, Türkmenistanda 1200 km, İran İslam Respublikasında 900 km-e yaxındır. 
Xezer denizinin adaları
Xezerde çoxlu miqdarda adalar var (Pirallahı, Plita, Zorya, Muğan daşı, Kür daşı, Qarasu ve s.)
Xezer denizinin yarımadaları
Abşeron yarımadası - Azerbaycanda
Xezer denizine axan çaylar
Volqa ,Terek,Ural,Kür,Qusarçay, Qudialçay, Velveleçay, Sumqayıtçay, Vileşçay, Lenkerançay ve Astaraçay
Xezer denizinin neft ve qaz ehtiyatları
Xezer - ehemiyyetli neqliyyat yolu ve etraf mühitin ve havanın temizliyinde ehemiyyetli faktor olmaqla yanaşı qiymetli tebii yataqlara malikdir. Xezerin esas serveti neft ve qazdır. 1994-cü ilin sentyabr ayında qerb dövletlerinin konsertleri ile bağlanan müqavile "esrin müqavilesi” adlanır. Aparılan tedqiqatlar gösterir ki, Xezer dünyada böyük neft anbarıdır. Hal–hazırda Azerbaycanda hasil olunan neftin 67 %-i, qazın ise 95 %-i Xezerden çıxarılır. Xezer nadir ve qiymetli balıq növleri ile de zengindir. Abşeron yarımadasından şerqde, neftle zengin bölgede denizin 100 m derinliyinden metal bünövrelerin üstünde 100-den çox süni adacıqlar teşkil olunub estakadalar düzeldilmişdir. Estakadaların ümumi uzunluğu 400 km-den çoxdur. Estakadaların üstünde çoxmertebeli yaşayış evleri ve ictimai binaları olan "Neft daşları” şeheri yaradılmışdır.


Xezer denizinin bioloji servetleri
Xezer denizinin fauna ve florasının özünemexsus zenginliyi var. O başqa deniz ve göllerden seçilir. Xezerin faunası tipik deniz faunasından ciddi ferqlenir. Xezerin sahil zonasında üç qoruq yaradılmışdır: Azerbaycanda Qızılağac, Rusiyada Heşterxan, Türkmenistanda - Xezer . Xezerde 920-e yaxın heyvan növü yaşayır. Xezerde onurğalıların 79 növü mövcuddur.Bunlardan başqa Xezerde 101 balıq növü de mövcuddur. Xezer denizinide, nere, uzunburun, qaya balığı, ağ qızılbalıq, qızıl balıq, Xezer siyeneyinin beş növü, deniz sıfı, ziyad, gülme, çeki, xeşem ve başqa balıq növleri var.
Musiqi besiyi Qarabag düsmən taptagında
Kür-Araz mədəniyyətinin bəhrələndiyi əsas bölgələrdən biri də Qarabağdır. Aranlı-dağlı, bir ucu Mil düzündə, bir ucu Laçın, Kəlbəcər dağlarında, Qoşqar və Dəlidağda olan Qarabağ!
Qarabağ torpağı Azərbaycan mədəniyyətinin ilk və ulu beşiklərindən biridir. Qarabağ – Natəvanın, Vaqifin, Zakirin, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyirin, Bülbülün, Xan Şuşinskinin, Qaryağdıoğlunun vətənidir. Qarabağ aranlı-dağlı bir diyardır. Günçıxandan-günbatana düzəngahlardan dağlara doğru gedəndə uzun müddət üfüqlərin düzlüyü adamı heyrətə salır. Bu düzlüyü kəndlərin, qocaman qovaqların yollar boyu uzanan sıraları pozur. Qarabağın bütün yolları adamı Şuşaya – Qarabağın balaca hərisinə aparır. Çox təəssüf ki, bu yolların həsrəti bizi yandırıb yaxır.
Qarabağ musiqi beşiyidir! Vaxtilə Şuşa " Zaqafqaziyanın konservatoriyası” adlanmışdır.
Kim "Qarabağ bülbüllərinə” qulaq asmayıbsa, o, hələ insanın bütün ruhu ilə musiqidə əriməsinə, musiqiyə qovuşub yaz havasına çevrilməsini görməyib. Hər dəfə bu Bülbülləri dinləyəndə, adama elə gəlir ki, oxuyan Azərbaycan xalqının ruhudur. Bu səslər də min illər boyu bu torpaq uğrunda qurban getmiş igidlərin ürək atəşini, elin bütün arzularını, bitib tükənməyən bir səadət, xoş gün axtarışını, qısa ömrün çarəsiz aqibətini duyursan. Sanki bu səsdən dağların, meşələrin, milyon rəngli çəmənliklərin və lal quyuların naləsi var.
Qarabağ – başı bəlalı torpağım! Namərd düşmən tapdağı altında qalan, göz yaşı tökən, darmadağın olan imdad diləyən, igidlərini səsləyən torpağım! Düşmən bu gün sinən üstündə at oynadır. İsa bulağı, Şuşa Qalası, Xankəndi, Laçın, Kəlbəcər qan ağlayır.
Bəli, Qarabağ qan ağlayır. On beş ildən artıqdır ki, Azərbaycanın taxt-tacı olan Qarabağ guşəsi, onun ürəyi olan Şuşa və s. Düşmən tapdağı altındadır. Bu neçə illər ərzində Azərbaycanın səfalı, güllü-çiçəkli rayonları, kəndləri, şəhərləri zəbt olunub. Qanlı döyüşlərdə neçə min əhali yurd-yuvasından, öz isti ocaqlarından didərgin düşüb, necə min igid oğullarımız qəhrəmancasına həlak olub, neçə-neçə oğul və qızlarımız, ağsaqqal atalarımız, ağbirçək analarımız düşmən tərəfindən əsir alınıb. Hətta beşikdə, isti ana nəfəsinə, ana laylasına möhtac olan körpələr namərd düşmən tərəfindən dözülməz işgəncələrlə öldürülüb. Hamısı vicdanını pula satan, şərəfsizlərin ucbatından.
Zaman gələcək torpaqlarımız da geri qayıdacaq, dağılanlar isə yenidən tikiləcək. Natəvanın nəfəsi, Vaqifin, Üzeyirin, Bülbülün incimiş ruhları şad olacaq!
Ulu tanrıdan arzumuz budur ki, təki o gün tez olsun. Qoy bizə pənah gətirən bacı və qardaşlarımız Şuşada, Qarabağda Üzeyirin və Bülbülün mahnısını oxusunlar. Zakirin, Vaqifin, Natəvanın şerlərini söyləsinlər!
 
Mubariz Ibrahimov
Mübariz İbrahimov Ağakərim oğlu- 1988 ci il fevralın 7 de Biləsuvar rayonu Əliabad kəndində anadan olub.1994-cü il şəhid M.Piriyev adina Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub.11 il oxuduqdan sonra 2005 ci ildə orta məktəbi bitirib.Elə həmin il hərbi xidmətə cağrılıb.Xidmətinə (DQ) Daxili Qoşunların N say...lı hərbi hissəsinin (XTB) Xüsusi Təyinatlı Bölüyündə başlamışdır.Xidməti zamanı çavuş rütbəsi almış və xidmətini 2007-ci ildə bitirmişdir.Bir müddət mülki işlərdə işlədikən sonra 2008 ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də valideynlərinin razılığı olmayıb.Yenidən 2009-cu ilin avqust ayında valideynlərini razı salıb və hərbi xidmətə yollanıb.Bu dəfə artı Gizir kimi çalışmağa başlayıb.Cox çalışsa da əvvəl-əvvəl bir neçə ay düşmənlə sərhəd olan rayonlarda xidmət etmək nəsib olmayıb.Nəhayət 2010 cu ilin aprel ayindan Tər-Tər rayonunun N saylı hərbi hissəsində xidmətinə başlayir.Çox çəkmir ki,uzun müddət düşündüyü,arzusunda olduğu ŞƏHİDLİK planını həyata keçirmək və düşmənə ən sarsıdıcı zərbəni vurmağın yollarını tapır.Nəhayət ömrünün ən gənc cağında 22 yaşında (1988-2010) 19 iyun 2010-cu il tarixində gece saat 23:30- radələrində düşündüyü əməliyyata başlayır.22 yaşlı bu mərd oğul 1 km-lik neytral məsafəni (minalanmış sahəni) tək keçir və mənfur düşmənlərimizin ağla sığmaz sayda əsgər və zabitini elə birinci həmlədə məhv edir.Sonra isə düşmənin öz silahlarını özünə istifadə edərək 5 saat tək orduya qarşı döyüşur.Düşmən ağır itkilərə məruz qalsa da nəhayət ki, səhər saatlarında canını bu bəladan qurtara bilir.İgid vətən oglu 19 iyun 2010-cu il tarixində qəhrəmancasına həlak olur.Özünün də dediyi kimi VƏTƏN SAG OLSUN ! Allah rəhmət eləsin,qəbri nurla dolsun,yeri cənnətlik olsun....amin

Atasının sözlərindən
Bu sözlər cəbhənin Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olan Milli Ordunun 22 yaşlı giziri Mübariz Ağakərim oğlu İbrahimovun valideynlərinə ölümündən bir gün qabaq yazdığı məktubdandır.
Şəhidin atası Ağakərim kişi bu məktubu əzbərləyib, bizimlə söhbəti zamanı məktubda yazılanları olduğu kimi deyir...
Şəhid Mübariz İbrahimovun haqqında daha çox öyrənmək üçün Biləsuvara gedirəm. Mübarizi doğulub boya-başa çatdığı Biləsuvar rayonunda hamı tanıyır. Elə yolda, taksi ilə gedərkən maşında hamı onun cəsarətindən və ürəkli bir insan olduğundan danışırdı. Yolda dedilər ki, Mübarizin atasının evi Biləsuvar rayonunun Əliabad kəndindədir. Kəndin girəcəyində yerləşən orta məktəbin yanında bir ev var. Evin həyətində Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Kənddə yaşayanlar bu evin Ağakərim İbrahimovun olduğunu deyirlər. Evə yaxınlaşıram...
Həyətin darvazaları açıqdır; çoxlu stol-stul düzülüb. Bir küncdə bir neçə nəfər əyləşib. Sakit və qəmgin insanlardan ikisi şəhid Mübariz İbrahimovun qardaşlarıdır. Onun dostları da burada idi. Bizi qarşılayan Mübarizin qardaşı atasının namazda olduğunu deyir. Bir neçə dəqiqə sonra namazını qurtaran şəhidin atası da gəlir. Ağakərim kişinin gözlərindən ələm yağır. Amma bu kədərin arxasından bir təmkin və qürur da boylanır...
Mübarizin uşaqlığından danışan ata onun vətənə bağlı bir gənc olduğunu deyir: "1994-cü ildə Mübariz birinci sinfə gedib. Məktəbdə əlifba bayramı keçirilirdi. Mən özüm toylarda və şənliklərdə oynayan insan deyiləm. O, əsgər mahnısı çaldıraraq təkid etdi ki, mən də onunla oynayım. Əslində bu hadisə mənim yadımda elə də qalmamışdı. Bu yaxınlarda onun müəllimləri mənə danışdı. Hər bir vəchlə vətən bayrağını ucalığa qaldırmağı düşünürdü. Namaz qılardı. Çox tərbiyəli idi. Ən acığı gələn şey yalan və rüşvət idi. Rüşvət alıb-verən insanlara pis baxardı. İki yol seçmişdi. Deyirdi ya hərbçi olacaq, ya da idmançı. Onun daxilindəki vətən, torpaq sevgisi çox böyük idi. Bu sevgiyə qapanmışdı”.
Şəhid atası qəhrəman oğlunun şəkillərini göstərir. Onun haqqında titrək səslə danışır. Mübarizin qardaşı həyətdəki bir stulu göstərir. Orada Qarabağ sözü yazılıb. Köhnə və itmək üzrə olan cizgilərlə yazılmış yazının Mübarizə məxsus olduğunu deyirlər. Qardaşı da ondan danışır. Deyir ki, Mübariz həmişə üstündə Azərbaycan sözü yazılmış, bayrağı həkk olunmuş paltarlar geyərmiş. Dostları da onun uşaqlığından danışır, Mübarizin mərd bir insan olduğunu deyirlər.
Mübarizin atası oğlunun gələcək haqqında danışdığı sözləri xatırlayır: "Hərdən ”Zalımın düşməni, məzlumun dostuyam", "Ata, fəxr et ki, sənin manqal ürəkli oğlun var” kimi sözlər deyərdi. Hərbi hissədə də hamı ondan razılıq edirdi. Komandiri ondan tərif dolu məktublar yazardı. Oğlum bir dəfə dedi ki, gizir olmaq istəyirəm. Dedim, Daxili Qoşunlarda qalardın, şəhərin içidir, sənə rahat olar. Dedi ki, mən paytaxtda qalsam, millətimə qarşı çıxmayacağam. Birdən aksiya və mitinqlər zamanı insanları dağıtmaq üçün göstəriş verə bilərlər. "Mən öz millətimin insanlarına əl qaldıra bilmərəm”, - deyirdi. Artıq məni də özünə uyğunlaşdırmışdı. Ora da gedəndən sonra belə oldu. Hətta bir dəfə əsgərləri döyən bir yüksək rütbəli şəxsə etiraz edib. Əsgərləri söydüyünə görə onunla dava da edib. O, əsgər yoldaşlarını müdafiə edər, onları çox istəyərdi".
Ağakərim kişi o məşum xəbəri necə aldığından da danışdı. Nə qədər ağır olsa da: "Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki. Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhəddə tərəf gedin. Sonra da məktubunu tapmışdılar. Danışanda da deyirəm ki, o, mənə qalib gəldi, arzusuna çatdı.
Hadisədən bir gün qabaq bizə zəng vurmuşdu. Demə, ayın 17-də bunu edəcəkmiş. Sadəcə həmin gün kağız tapa bilməyib. Daha sonra gecə saat 11-də telefonla mənə zəng vurdu. Nəsə demək istəyirdi, amma hiss edirdim ki, deyə bilmir. Soruşdum xəstələnməyibsən ki. Özünü toplayıb dedi, heç bir şey yoxdur, narahat olmayın. Səhəri günü isə kağızı tapıb və bu məktubu yazıb. Hətta bir əsgər bunun arxasınca gəlirmiş. Hara getdiyini soruşurmuş. O da əsgərin üstünə qışqıraraq, "qayıt, dala, sənlik deyil”, deyib. Həmin hərbi hissədə də olmuşam. Hamı Mübarizdən danışır. İrəliyə də getdim. Həmin tərəflərə baxdım. Amma..."
Şəhid atası bunu deyir və gözləri dolur. Danışmağa çətinlik çəkir. Qardaşı isə Mübarizin sözlərindən sitat gətirir. Deyir ki, Mübariz "mən evlənməyəcəm, mənim yolum başqadır”, kimi sözlər deyərmiş.
Şəhidin ata yurdunu tərk edib rayon mərkəzinə qayıdıram. Burada hər yerdə şəhid gizirimiz Mübariz İbrahimovun şəkillərinə rast gəlirəm. Hamı onun şəklini market və bazarlara, çayxanalara, evlərin divarlarına, küçələrə, maşınların şüşələrinə vurub. Hamı onun qəhrəmanlığından danışır.
Dünən isə 10-15 yaşlı uşaqlar paltarlarının sinəsinə Mübarizin şəkilini vuraraq rayonda yürüş keçiriblər. Hamı onun cəsədinin erməni əsgərlərinin əlində qalmağından narahatdır. Elə onun ailəsi də.
Beləcə, Biləsuvardan qayıdırıq. Yolda bir uşaqla rastlaşıram. O da Mübarizin şəkilini sinəsinə vurub. Bu uşaq deyir ki, "mən də Mübariz kimi olacam, düşmənləri öldürəcəm”.
Hamı qəhrəman Mübarizdən danışır. Bu igidə dövlətimiz milli qəhrəman adı verməlidir - o, əsil milli qəhrəman kimi savaşıb, bir neçə düşməni öldürüb, geri çəkilməyib və vuruşa-vuruşa da şəhid olub.
Onu unutmayaq. Yeri behişt olsun. Vətən sağ olsun...
 
Beşbarmaq dağı
Beşbarmaq dağı və ya Baş Bərmək dağı — karbonat tərkibli breksiyalaşmış əhəngdaşlarından (dolomitlərdən) ibarət qaya parçası "səhra aysberqi"ni xatırladır və Bakı-Siyəzən avtomobil yolunun 95 km-də əzəmətlə ucalır. Beşbarmaq dağı dəniz səviyyəsindən 445 m yüksəklikdədir. [1]
Dağın əmələ gəlməsində ilkin versiyalardan biri kimi tektonik hərəkətlərin təsirindən karbonat tərkibli süxurların sıxılması və nəticədə belə bir mənzərənin yaranması göstərilir.
Qayaya şərq və qərbdən baxarkən o, insan əlində olan barmaqları xatırladır və çox güman ki, elə buna görə də bu qayaya Beşbarmaq adı verilib.
Xıdır Zində piri
Bu qayanın digər adı isə Xıdır Zində piridir. Qaya üzərində çoxlu sayda karst tipli boşluqlara, yuvacıqlara rast gəlmək mümkündür.
Pir Bakı-Siyəzən magistral yolundan 5 km qərbdədir. Magistral yoldan pirə qədər olan torpaq yol yaz-payız fəslində palçıqlı, yayda tozlu, qışda isə sürüşkən olur və gediş-gəlişi çətinləşdirir. Ərazidə su qıtlığı müşahidə olunur, belə ki, qurbanlıq kəsilən yerdə debiti çox az olan cəmi bir bulaq var. Pir ətrafında tək-tək ağaclara rast gəlinir. Lakin təəssüflər olsun ki, ziyarətçilər tərəfindən bu ağacların kölgəsində ocaq yandırıldığından onlar qurumaq təhlükəsi altındadır. ziyarətgaha, ekoturzim və dini turizm məkanına çevirmək olar.
Beşbarmaq səddi - Xəzərsahili keçidini bağlayan üçüncü səddir. Gilgilçaydan cənubda Qafqaz silsiləsindən ayrılmış Beşbarmaq dağının sərt enişli ətəyindən başlayıb dəniz sahili qumsallığınacan uzanırdı. Beləliklə, qərbdən Beşbarmaq dağı şərqdən gil davarla qapanmış uzunsov sədd dar sahil keçidini bütünlüklə kəsmişdi. Beşbarmaq, Gilgilçay səddi və Dərbənd - Azərbaycanın şimal-şərq sərhədlərində ilkin orta əsrlərdə çəkilmiş bu üç sədd dövrün istehkam tikintisinin yüksək inkişaf səviyyəsi ilə yanaşı, siyasi-hərbi durumunu da əks etdirir. Fərziyyəyə görə, onlar III-VII əsrlərdə (əvvəl Beşbarmaq, sonra Gilgilçay, axırda isə Dərbənd müdafiə səddi) çəkilmişdi. İnşa texnikasına görə Beşbarmaq və Gilgilçay səddləri Dərbənd səddinə nisbətən saya və qədimdir.


Bakı
Bakı — Azərbaycan Respublikasının paytaxtı, Qafqaz bölgəsində ən böyük ticarət, mədəniyyət və elm mərkəzi, Xəzər dənizində ən böyük liman.
Şəhərin sahəsi – 2 130 km²-dir . Bakı Abşeron yarımadasının cənub sahilində yerləşir. Şəhər öz gədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin ən iri şəhərlərindən biridir.
Şəhər 11 administrativ rayona və 48 məmləkətə bölünüb. Şirvanşahlar saray kompleksi, İçəri şəhər və Qız qalası 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdirlər.
Bakı Azərbaycanın elmi, mədəni və sənayə mərkəzidir. Azərbaycanın bir çox iri şirkətlərinin Bakıda baş ofisləri var. Onların arasında ARDNŞ də var, bu şirkət dünyanın 100 ən iri şirkətlərindən biridir [2]. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin başlanğıc nöqtəsi Bakıda yerləşir.
Tarix
Abşeron yarımadası ərazisində tapılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəqədi, Əmircan və s. yerlərdə e.ə. III-I minilliklərə aid arxeoloji abidələr tapılmışdır.
Bakının salındığı tarix dəqiq məlum deyildir. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış V-VII əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəqəsi olduğundan xəbər verir. V-VI əsr mənbələrində Bakı "Bağavan" və "Atəş-i Baquan", ərəb mənbələrində (X əsr) "Bakuyə", "Bakuh", "Baku", rus mənbələrində (XV əsr) "Baka", Səfəvilər dövrü fars dilli mənbələrdə "Badi kubə" adlandırılır.
Tarixən Bakı Şərqin iri şəhərlərindən olub. Şəhər iqtisadiyyatında neft və duz istehsalı əsas yer tutub. Ərəb səyyahı Əbu Düləfin (X əsr) məlumatına görə, Bakıdakı iki neft yatağından ildə təqribən 720 min dirhəm gəlir əldə edilirmiş. Feodal münasibətlərin, ticarətin və sənətkarlığın inkişafı şəhərin çiçəklənməsinə şərait yaradıb. Beynəlxalq ticarətin yolayrıcında yerləşən Bakı Şərq və Qərb ölkələri arasındakı ticarət əlaqələrində mühüm rol oynayıb. Bakıya Xəzər, Slavyan, Bizans, Çin, İraq, Suriya, Genuya, Venesiya, İran, Hindistan tacirləri gəlib. Bakıdan İran, İraq və s. ölkələrə neft ixrac olunub.
IX əsrin 2-ci yarısında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin qüvvətlənməsi Xilafətə tabe ölkələrdə bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən biri də Şirvanşahlar dövləti idi. Bakı X əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu.
Bakı X əsrdən liman şəhəri kimi məşhur idi. XI əsrin sonu, XIII əsrin əvvəllərində Bakı tərəqqi dövrü keçirirdi. 1191-ci ildə Qızıl Arslan Şamaxını tutduqda şirvanşah I Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü. Şirvanşahlar şəhərin möhkəmləndirilməsinə xüsusi diqqət verirdilər. XII əsrdə Bakı ikicərgəli qala divari və xəndəklə əhatə olundu.
Qız Qalası da şəhərin müdafiə sisteminə daxil idi. 1232-1235 illərdə Bakını dəniz tərəfdən qorumaq məqsədi ilə buxta daxilində möhkəmləndirilmiş qala tikildi. Şirvanşahlar Xəzər dənizində güclü donanma yaratdılar.
XIII əsrin 30-cu illərində monqollar Bakıya hucum edib, uzunmüddətli mühasirədən sonra şəhəri aldılar. Bakıda neftçıxarma və ticarət tənəzzülə uğradı. XIV əsrin ortalarına doğru Bakıda ticarət (xüsusilə dəniz ticarəti) yenidən canlandı. Gilan və Şamaxı ipəyinin beynəlxalq ticarətdə əhəmiyyətinin artmasi ilə əlaqadar Bakının iqtisadi mövqeyi möhkəmləndi. XIV əsrdən Bakıdan Qızıl Orda, Moskva knyazlığı, Avropa ölkələri və s. yerlərə müxtəlif mallar, xüsusən ipək, xalça və s. ixrac edilirdi. Bakıdan Həştarxana, Orta Asiyaya və Xəzərin cənub sahillərinə mal daşınırdı. XIV əsrin 2-ci yarısında Bakının iqtisadi və siyasi rolunun artması ilə əlaqədar olaraq Xəzər dənizi bəzən Bakı dənizi də adlandırılırdı (bu, 1375-ci ildə katalan dilində hazırlanmış atlasda göstərilir). Bakıda indiyədək qalan tarixi-memarlıq abidələri – Buxara karvansarası (XIV əsr), Qız Qalası yaxınlığında Multani (hind) karvansarası (XV-XVI əsrlər) və s. Şərq ölkələri ilə geniş ticarət əlaqələrinin mövcudluğundan xəbər verir.
Şirvanşah I Xəlilüllahın dövründə (1417-1462) Bakıda mühüm tikinti işləri aparıldı. Şirvanşahlar saray kompleksi də bu dövrdə tikilmişdir. Bakıda ticarət, sənətkarlıq inkişaf edir, iqtisadi və mədəni həyat yüksəlirdi. XV əsrin 2-ci yarısında Böyük Moskva knyazlığı ilə ticarət daha da genişləndi və diplomatik əlaqələr yaradıldı. 1501-ci ildə Şah İsmayıl Şirvana hücum edərək Bakını aldı.
Səfəvi hökmdarı I Təhmasib 1538-ci ildə Bakının da daxil olduğu Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. Səfəvi-Osmanlı müharibələri zamanı 1578-ci ildə Osmanlı ordusu Bakını tutdu. 1607-ci ildə şəhər yenidən Səfəvilərin hakimiyyəti altına keçdi. Mərkəzi hakimiyyətin qüvvətlənməsi, məhsuldar qüvvələrin inkişafını ləngidən feodal çəkişləmələrinə, dağıdıcı müharibələrə son qoyulması XVII əsrin 40-cı illərində şəhərin yüksəlişinə təkan verdi. Səfəvilər dövründə Bakıda mis pullar buraxılırdı. Bakı və Abşeron əhalisinin xeyli hissəsi xalçaçılıqla məşğul olurdu. XVI-XVIII əsrlərdə sənətkarlıq, xüsusilə xalçaçılıq daha da inkişaf etdi. Bakıda toxuculuq da mühüm yer tuturdu. XVII-XVIII əsrlərə aid tarixi abidələr bu dövrdə Bakıda memarlıq, həkkaklıq və s.-nin inkişaf etdiyini göstərir.
Bakının zəngin təbii sərvətləri, habelə mühüm hərbi strateji əhəmiyyəti XVIII əsrin əvvəllərindən etibarən Rusiyanın diqqətini cəlb edirdi. Xəzərin cənub-qərb sahillərinə yiyələnməyə çalışan Rusiya çarı I Pyotr xüsusi hərbi dəniz ekspedisiyası yaradır. 1723-cü il iyunun 26-da I Pyotrun qoşunu Bakını işğal edir. Lakin, Rusiya və İran arasında bağlanan Gəncə məqaviləsinə (1735) görə Bakı yenidən İranın hakimiyyəti altına keçdi.
XVIII əsrin ortalarında Azərbaycanda bir sıra xanlıqlar, o cümlədən Bakı xanlığı yarandı. Ara müharibələri bütün Azərbaycanda olduğu kimi, Bakıda da iqtisadiyyat və mədəniyyətin inkişafına mane olur, əhalinin vəziyyətini son dərəcə ağırlaşdırırdı. XVIII əsrin 2-ci yarısında Bakıda şəhər həyatı və ticarət nisbətən canlandı. Lakin Ağa Məhəmməd Şah Qacarın Azərbcana hücumları iqtisadiyyatın və ticarət əlaqələrinin yenidən tənəzzülə uğramasına səbəb oldu. 1796-cı ilin yazında Rusiya imperatrisası II Yekaterinanın əmri ilə general V.A.Zubovun komandanlıq etdiyi rus qoşunları Azərbaycana yürüş etdi. İyunun 13-də Bakı alındı. 1797-ci ilin əvvəlində general P.D.Sisyanov Bakının komendantı təyin olundu. II Yekaterinanın ölümündən sonra oğlu I Pavel V.A.Zubovu geri çağırdı. Çar qoşunları 1797-ci ilin martında Bakını tərk etdi. XIX əsrin əvvəlində I Aleksandr Xəzərsahili vilayətləri, ilk növbədə Bakını tutmaq planı ilə xüsusi maraqlanırdı. Rusiya-İran müharibəsi (1804-1813) bu planın həyata keçirilməsini sürətləndirdi. 1805-ci il avqustun 12-də çar qoşunu Bakını mühasirəyə aldı, lakin müvəffəqiyyət qazanmayaraq geri çəkildi. 1806-cı ilin əvvəlində general P.D.Sisyanovun qoşunları yenidən Bakıya yaxınlaşdı. Şəhəri təslim etmək haqqında Bakı xanı Hüseynqulu xanla danışıqlar zamanı general P.D.Sisyanov öldürüldü. 1806-cı il oktyabrın 6-da Bakı Rusiyaya birləşdirildi. 1807-ci ildə Bakıda 500 ev, 300 000 əhali var idi. 1813-cü ildə bağlanmış Gülüstan sülhü ilə Şimali Azərbaycan, o cümlədən Bakının Rusiyaya birləşdirilməsi təsdiq edildi.
Bu dövrdə Abşeronda illik neft istehsalı 200-300 min puda çatırdı. 1847-ci ildə Bakının Bibiheybət sahəsində mexaniki üsulla ilk neft quyusu qazılmasına təşəbbüs göstərildi. Bakı neft sənayesinə xarici kapitalın axını başlandı. 1879-cu ildə Bakıda 9 qazma buruğu vardısa, 1900-cü ildə onların sayı 1710-a çatdı. Bakı nefti dünya miqyasina çıxdı. Neft sənayesi ilə yanaşı Bakıda başqa sənaye sahələri də inkişafa başladı; mexaniki zavodlar, emalatxanalar, tütün fabrikləri, buxar mühərrikləri ilə işləyən dəyirmanlar və s. yarandı. Yeni tikililər, banklar, ticarət və sənaye firmalarının binalarından ibarət idi.
1883-cü il mayın 8-də Bakı-Tiflis dəmir yolu işə salındı. 1899-cu ildə Bakıda ilk konka işləməyə başladı. Hələ XIX əsrin 40-cı illərində Xəzərdə buxar gəmiləri işləyirdi.
 
Neft Daşları
Neft Daşları – dünyanda ilk neft platformasıdır. Bünövrısi 1947-ci ildə qoyulmuşdur. Ceyms Bondun məşhur sərgüzəştlətindən biri olan "Dünya kifayət deyil" (ing. The World Is Not Enough) filminin əsas kadrları məhz burada – Neft Daşlarında lentə alınmışdır.
Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Xəzər rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən "Qara qayaların" ətrafında tikilmişdir. Abşeron yarımadasının 42 km-də cənubi-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadada dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir.
İçərişəhər
Bakı hələ qədim zаmаnlаrdаn təкcə Cənubi Qafqazda dеyil, еləcə də Yахın Şərqdə əhаlinin sıx məskunlaşmış şəhərlərdən biri кimi tаnınmışdır. Əlvеrişli iqlimi, təbii-cоğrаfi şərаiti, təbii sərvətlərin bоlluğu, buradan кеçən bеynəlхаlq əhəmiyyətli ticаrət yоllаrı bu şəhərin iqtisаdi cəhətdən inкişаfınа кöməк еtmişdir. Mülаyim iqlimi, məhsuldаr tоrpаğı, bоl su mənbəyi burаdа əsrin əvvəllərindən başlayan iqtisadi inkişaf üçün əsаs zəmin оlmuşdu. Təsаdüfi dеyildir кi, hələ еrаmızın əvvəllərində yunаn-roma аstronоmu və cоğrаfiyаşünаsı Кlаvdi Ptolemеy (70-147-ci illər) "Coğrafiya dərsliyi" kitabında Аlbaniyanın ərazisindəki 28 şəhərin аdını çəkərkən Bakını Baruka və ya Qaytara kimi göstərir.
Bакının "müqəddəs" оdlаr diyаrı кimi tаnınmаsı оnun həyаtındа mühüm rоl оynаmışdır. Bəllidir кi, ərəb istilаsınа qədər Аzərbаycаnın müхtəlif vilаyətlərində хristiаn, bütpərəstliк, аtəşpərəstliк dinləri yаyılmış və оnlаrın dini ibаdət yеrləri – mərкəzləri mövcud оlmuşdur. Аtəşpərəstliк dininin əsаs оcаqlаrındаn biri də qədim Bакı idi. Mənbələrdə 624-cü ildə Bizаns impеrаtоru Irакlinin (610-641) Bакıyа gəlməsi və bir çох аbidələri dаğıtmаsı hаqqındа məlumаt dа vаrdır.
İçərişəhərlər bir növ cаnlı оrq


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 4 fevral 2015 15:47
    Tesekkurler Nurlan

    --------------------

  2. 7 fevral 2015 22:03
    Çox sağolun

    İnşalar:Heç kəs unudulmur,heç nə yaddan çıxmır.....Dostluq qırımaz zəncirdir......Mənim üçrəngli bayrağım....Neft sərvətimizdir....Novruz bayramı....Xəzər dənizinin bioloji sərvətləri....Mübariz İbrahimov....Beşbarmaq dağı...Bakı...Neft daşları

    İnşalar bunlardır!

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.