Tarixi anekdot

Tarixi anekdot

Tarix
dərsində

 6-cı sinifdə tarix dərsi gedir. Müəllim Pun müharibələri haqqında şagirdlərə qısa məlumatlar verir. Bu arada arxa partada əyləşən Kərimov dərsə qulaq asmir və yoldaşlarına zarafat etməyə çalışır. Müəllim Kərimovu görərək ondan soruşur : 

-         Kərimov de görüm Karfageni kim dağıdıb ?

-         Müəllim mən nə bilim kim dağıdıb.

-         Müəllim: Necə yəni mən nə bilim ?

-         Kərimov: Müəllim vallah mən dağıtmamışam. Heç mən dünən dərsə gəlməmişdim.

 

Ən qiymətli əşya

 Əmir Teymur şəhəri mühasirəyə alır və təslim olmağı tələb edir. Lakin şəhərlilər güclü müqavimət göstərir. Əmir isə heç ara getmədən şəhəri düz 1 ay mühasirədə saxlayır. Ərzaqları və suyu qurtaran şəhərlilər Əmirdən bağışlanmağı xaiş edirlər və təslim olmağa hazır olduqlarını deyirlər. Teymur isə yalnız bir şərtlə razı olur: Ancaq qadınlar və uşaqlar, bir də cəmi bir zənbillik istədikləri qiymətli əşyalarını götürüb çıxa bilərlər. Nəhayət şəhərlilər Əmirin təklifini qəbul edib şəhər qapılarını açıb çölə çıxırlar. Bu zaman Əmirin bütün əsgərləri və Əmir özü gülməkdən daya bilmir. Çünki şəhər qadınları zənbillərinə qoyduqları qiymətli əşyalar öz ərləri və qardaşalrını çətinliklə sürüyə-sürüyə çölə çıxarırlar. Bunu görən Əmir şəhərliləri bağışlayır.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 26 oktyabr 2011 20:47
    2-ci anekdot qadinlarin nece mudrik olduqlarini gosterir

  2. 24 yanvar 2012 21:35
    calisharam Muallime

  3. 27 yanvar 2012 21:20
    2 inci cox gozel idi

  4. 14 aprel 2013 00:02
    aaa =) 2ci hadise maraqliydiii))

  5. 13 iyul 2013 09:27
    Maraqlidir! SAG OLUN wink

  6. 21 sentyabr 2013 19:50
    maraqlıdır

    --------------------

  7. 22 noyabr 2013 18:47
    maraqlidir. sag olun.

  8. 22 avqust 2014 12:09
    Birincisi daha maraqlidir. winked

  9. 28 oktyabr 2014 23:42
    Her ikisi de gulmelidir lakin birincisi mence tarixe aid deyil,sadece zarafatdir lol amma 2-ci tarixi ehvalatdir bully
    birincisi gulmeli olsa da xosuma gelmedi sad

    TESEKKURLER!!!!!! love winked

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.