Nizami Gəncəvi


[b]Nizami Gəncəvi
 

1141-1209-cu illərdə yaşamış böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsl adı Əbu Məhəmməd İlyas ibn Yusif olmuşdur.Onun beş poemadan ibarət "Xəmsə”si dünya ədəbiyyatının nadir incilərindəndir.Dövrün hökmdarları tərəfindən böyük hörmətlə qarşılanan Nizani öz əsərlərində həmişə onları ədalətlə,əmin-amnlığa çağırmışdı.

 

 

Bir gün Nizani ilə Gəncə əmiri ova çıxırlar.Çox gəzib dolaşdıqdan sonra gəlib bir xarabalığa çatırlar.onlar burada quru kəllə görürlər və insanların taleləri haqqında düşüncələrə dalıb söhbət edirlər.Nəhayət əmir Nizamiyə deyir:

    -Nizami,əgər sən,həqiqətən söz qoşununun sərkərdəsi,ariflər məclisinin bəzəyi,şahların xeyirxah məsləhətçisi,bir çox sirlərin açarı şair Nizamisənsə ,bu kəllə sahiblərinin necə adam olduqlarını bəyan elə.

   Nizami bir qədər düşündükdən sonra yerdən bir çubu götürüb kəllələrin birinə yaxınlaşır.O,çubuğu kəllənin bir qulağına salan kimi çubuq sürüşüb  kəllənin o biri qulağından çıxır.Sonra o biri kəlləyə yaxınlaşıb çubuğu qulağına taxmağa çalışır.Nə ədər eləyir.çubuq kələyə girmir.elə bil,daşa dirənir.Növbə üçüncü kəlləyə gəlir.Nizami bayaqkı hərəkətini təkrar edir.Çubuq kələnin içinə girir,ancaq orada nəyə isə ilişir.şair nə qədər dartır,çubuq çıxmır.

   Nizami üzünü əmirə tutub kəllə sahiblərinin necə adam olduğunu belə izah edir:

     -Əmir sağ olsun.çubuq birinci kəllənin bu qulağından girib dərhal o biri qulağındar çıxdı.O kəllə sahibi ömür boyu gördüklərini,eşitdiklərini bu qulağından alıb o bir qulağından ötürüb.Deməli,bu kəllə sahibi dünyadan bixəbər köçüb.Gördüyünüz kimi,nə qədər çalışdımsa ,ikinci kəllənin gen qulağına  nazik çubuğu sala bilmədim.Bunun beyninə söz girməyib.Nə bir məsləhətə qulaq asıb.nə də ağıllı sözə.Bax,qibleyi -aləm,üçüncü kəllə adamı heyrətə gətirir.Bənzərindən o saat aqil adamın kəlləsinə oxşayır.Çubuğu tutub saxlayan bu kəllədə həyatın bütün kəşməkəşləri iz salıb.Bu adam yanında deyilən hər sözü beyninə həkk edib.

  Nizaminin müdrik sözlərini diqqətlə dinləyən əmir mahir söz ustasının təfəkkürünə bir daha heyran oldu.

Nizami Gəncəvi

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 26 oktyabr 2011 20:59
    Dahi Nizami haqqinda o qeder meqaleler yazilib,sozler deyilib ki,bu meqalede onun mudrikliyinin,agilliliginin bir daha subutudur

  2. 21 noyabr 2013 15:58
    senin fikrine qatilram
    nigar ucarli!
    bu sayta girirsen?

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.