Gilan hakiminin hiyləsi

Gilan hakiminin hiyləsi

İsmayılın atası Şeyx Heydərlə dayıları Sultan Yaqub və Rüstəm Mirzə arasında inciklik var idi.Şeyx Heydər döyüşdə həlak olduqdan sonra Rüstəm mirzə İsmayılın qardaşlarını və anasını qətlə yetirdi.Şeyx Heydərin  dostları yalnız balaca İsmayılı qaçıra bildilər.

 

     Bir gün Rüstəm Mirzə eşdir ki,İsmayılı Gilanda gizlədirlər.Gilan hakiminin yanına adam göndərir ki,ya İsmayılı ver,ya da boynun vurulacaq.Hakim deyir:”Əgər Qurana and içsəm ki,İsmayıl Gilanda yoxdur,mənə inanarsınızmı?”Rüstəm Mirzənin adamları deyirlər:”İnanarıq”.İsmayılı zənbidə gizlədirlər.Zənbili isə bir hündür ağacın budağından asırlar.Bundan sonra Gilan hakimi əlini Qurana basır və deyir:”And olsun Qurana ki,Şeyx Heydər oğlu İsmayılın ayaları mənim torpağıma dəymir”.Rüstəm Mirzənin adamları çıxıb gedirlər...

  Bu hadisədən altı il sonra 14 yaşlı İsmayıl tərəfdarlarının köməyi ilə hakimiyyətə gəlir.

Gilan hakiminin hiyləsi

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 27 oktyabr 2011 10:32
    sanki bir roman oxudum

  2. 18 mart 2013 15:53
    Demek ki, qudretli Sefevi xanedaninin var olmasini bu hakime borcluyuq ..

  3. 30 mart 2013 15:14
    ewitmiwdim maraqlidi

  4. 11 avqust 2013 10:43
    Bu revayet cox meshurdur. Bunu onsuz da bilirdim.Amma zehmet cekib yazdiginiza gore tesekkurler

  5. 15 dekabr 2013 12:15
    kakketen cok iyi bir hiyle

  6. 21 aprel 2014 00:53

    Azərbaycan xalqının öz soykökü, milli dili və mədəniyyəti özəyində qol-budaq atmasında Şah İsmayıl Xətainin xidməti əvəzsizdir.

    Şah İsmayılın özünə təxəllüs götürdüyü Xətai sözünün açılması belə bir qaranlıq sahəni aydınlaşdırmaq, Səfəvilərin timsalında təsdiq olunan dövlət və mədəniyyətin tarixini min-min beş yüz il qabağa çəkmək üçün imkan yaradır.

    Şairin nəyə görə Xətai təxəllüsü götürməsi barədə indiyədək müxtəlif yorumlar olmuş, onu gah xəta-bəlaya düçar olmaq mənasında, gah da xəta eləməklə bağlı şəkildə izah etmişlər. Ancaq araşdırmalar göstərir ki, bu təxəllüs həmin yorumaların heç biri ilə səsləşmir.

    Şərq mədəniyyətinin tanınmış bilicisi, qocaman xalça sənətkarımız Lətif Kərimov daşyonma və ilmə sənətindəki xətai naxışlarından danışarkən, bu barədə maraqlı məlumat verərək göstərir ki, Azərbaycan mədəniyyətinin yaraşığı olan xətai sözü ərəb kəlməsi olub "bəla, zaval” anlamını verən xəta kəliməsilə deyil, Xatay və ya xatan adlanan türk ulusu ilə əlaqədardır. Yalnız Şah İsmayılın təxəllüsü yox, onun əcdadı Səfəvilər nəsli də qədim dünyanın ən mədəni və cəsur tayfalarından biri olan xataylardan törəmişdir.

    Xataylar haqqında ən tutarlı və geniş bilgilər Çin qaynaqlarındadır. Xataylar X əsrdən başlayaraq Yapon dənizindən tutmuş Baykal gölünə, Orta Çindən İssık-kula qədər imperiya yaratmağa başlamışlar. Artıq onlar X yüzilliyin sonlarına yaxın Şərqi Çinin hakimləri olublar. Xataylar islam dinini qəbul edib müsəlman paltarı geyir və yerli türk tayfaları ilə qarışmışlar.


Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.