Dövlətlərin sərhədləri


Dövlətlərin sərhədləri
 

Azərbaycan tarixi Azığ mağarasında ilk insanların məskunlaşmasından başlayır. Qarabağda Fizuli rayonuna yaxın bir ərazidə Quruçay dərəsində yerləşən bu mağara arxeoloq Məmmədəli Hüseynov tərəfindən aşkar edilmişdir. İbtidai icma quruluşu Azərbaycanın şimal torpaqlarında e.ə. II minilliyin sonu I minilliyin əvvəllərinə qədər davam etmişdir. 

 

            Şimali Azərbaycan ərazisində sinifli cəmiyyət e.ə. I minilliyin ortalarında başladı. Herodotun məlumatlarından bəlli olmuşdur ki, Araz çayının şimalın məskən salmış massaget tayfaları e.ə. 530-cu ildə Əhəməni şahı II Kiri ağır məğlubiyyətə uğratmış hətta döyüşdə II Kiri öldürülmüşdür. Massaget padşahlığı Şimali Azərbaycan ərazisində Araz çayı sahillərində yaranmışdır.

         Şimali Azərbaycan ərazisində dövlətçilik tarixi e.ə. IV ərsin sonu III əsrin əvvəllərində başlayıb. Makedoniyalı İsgəndərin Şərqə yürüşü nəticəsində Əhəmənilər imperiyası süqut etdi. Bu hadisədən sonra Azərbaycanın cənub torpaqları İsgəndər imperiyasının tərkibinə daxil olur, lakin şimal torpaqları yox. Məhz bu hadisələrdən sonra antik mənbələrin məlumatlarına istinad edərək demək olar ki, şimal torpaqları vahid və müstəqil dövlət şəklində ortaya çıxır. Azərbaycanın şimal torpaqlarında meydana gələn ilk müstəqil dövlət Albaniya dövlətidir. Bu dövlətin tarixi ərazisi şimalda Qafqaz dağlarından cənubda Araz çayına kimi, qərbdə İberiyadan (qədim Gürcüstan) şərqdə Xəzər dənizinə kimi çatırdı. Albaniyanın tarixi coğrafiyasına müasir şimali Azərbaycanla yanaşı Dağıstanın cənubu, indiki Ermənistan (Qərbi Azərbaycan) və Gürcüstanın Alazan (Qanıx) vadisi daxil idi.

        

Dövlətlərin sərhədləri
Şimali Azərbaycan dövlətlərinin sərhədləri

Albaniyadan sonra şimali Azərbaycan torpaqlarında Şirvanşahlar dövləti meydana gəlmişdir. Bu dövlət Azərbaycanın şimal-şərq torpaqlarını, Dərbənddən Kür çayına qədər uzanmışdır. Ayrı-ayrı vaxtlarda isə bu dövlət hətta bütün tarixi Azərbaycan torpaqlarını belə, qısa müddətə olsa da belə (Şirvanşah I İbrahimin zamanında) əhatə etmişdir.

 

         Şimali Azərbaycan torpaqlarının dövlətçilik tarixində Şəki hakimliyi də mühüm yer tutur. XIV əsrin 30-cu illərində meydana gələn bu dövlət qurumu Azərbaycanın şimal-qərb torpaqlarını əhatə etmişdir.

         971-ci ildə Azərbaycan torpaqlarının şimal-qərb hissəsində Şəddadilər dövləti yaranmışdır. Bu dövlət Azərbaycanın qərb torpaqlarının erməni-gürcü feodalları tərəfindən tutulmasının qarşısını alınmasında mühüm yer almışdır.  

         Şimali Azərbaycanda növbəti dövlətlər isə XVIII əsrin ikinci yarısına təsadüf edir. Bu zaman Nadir şah imperiyasının süqutundan sonra bir sıra xanlıqlar, sultanlıqlar və məlikliklər yaranmışdır. Bu haqda növbəti məqalələrimdə ayrıca yazacam.

         Şimali Azərbaycan torpaqlarında yaranan növbəti dövlət isə Azərbaycan Xalq Cumhuriyyətidir. Ərazisinin sahəsi 139 831 km² olan bu dövlətin tərkibində hal-hazırda Ermənistanın tərkibində olan Zəngəzur, Dərələyəz, İrəvan da vardı.

         Nəhayət sonuncu və əbədi olacaq dövlətimiz şimalda Azərbaycan Respublikasıdır. Sovet hakimiyyətinin Azərbaycana qarşı apardığı kəsib-tökmə əməliyyatından sonra sahəsi 86,6 km kv olan dövlətimiz Cənubi Qafqazın cənub-şərq torpaqlarını əhatə edir.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 4 avqust 2012 20:19
    SALAM muellim sizden bir sual xahis edim.Ehemeniler dovleti simali ve cenubi azerbycani ehate etmirdi?

  2. 4 avqust 2012 21:38
    Hormetli Kenan Siz her halda Azerbaycanin her iki hissesinin bu dovletin terkibine dushmesini sorushurdunuz Beli II Kambizin dovrunde her iki hisse bu dovletin terkibine dushub ve suqutuna kimi ehemenilerin onun terkibinde qalib

  3. 6 avqust 2012 21:13
    SALAM Muellim bes makedoniyalilar ehemenileri suquta ugratdiqda azer baycanin simali niye ona tabe olmadi.mene cox maraqlidir.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.