İnteraktiv Dərslik (II HİSSƏ)

İnteraktiv Dərslik (II HİSSƏ)

 

Azərbaycan Tarixi fənni üzrə interaktiv dərs vəsaiti şagirdlərə təlim materiallarını elmi-metodik cəhətdən mənimsəməyə kömək məqsədi ilə hazırlanmışdır. 
Azərbaycan Tarixi fənni üzrə interaktiv dərs vəsaitinin hazırlanması zamanı məktəb dərsliklərindən, TQDK-nın Test Bankından, Azərbaycan tarixi üzrə audiovizual tədris vəsaitlərindən istifadə olunmuş, orta məktəb dərsliklərinin tam məzmunu nəzərə alınmış  və heç bir ixtisar aparılmamışdır.
Vəsait hazırlanarkən, qabaqcıl təcrübə öyrənilərək ümumiləşdirilmş, təcrübədə tətbiq olunan müasir metodika və texnologiyalardan,  üsul və vasitələrdən,  xüsusilə testləşdirmədən geniş istifadə edilmişdir. Burada TQDK tərəfindən təsdiq olunmuş  proqramda nəzərdə tutulmuş mövzular daha çox diqqət mərkəzində saxlanılmışdı. 
Vəsait didaktik istiqamətdə işlənmişdir. Məktəblilərin tarixi bilik, bacarıq və vərdişlərinin formalaşdırılması bir biri ilə bağlı olan bir neçə mərhələdən ibarətdir. Bu mərhələlərin ən əsası şagirdlərə biliyin mənimsədilməsi prosesidir. Biliyin tam mənimsədilməsi üçün əsas vasitə isə dərslikdir. Dərsliyin didaktik baxımından nə qədər yaxsı və son texnologiyalarla işlənməsi şagirdlərə biliyin mənimsədilməsinə çox kömək edir. Odur ki, şagirdlərdə nəzərdə tutulmuş bilik, bacarıq və vərdişləri formalaşdırmaq üçün öyrənmə üsulları müəyyənləşdirilmiş, materiallar didaktik məqsədlərə görə təsnif edilmişdir.. Bu da şagirdlərdə motivasiya yaradır, düşünülmüş şəkildə şüurlu mənimsəmə və diqqətlə öyrənməyə imkan verir,. Hadisələr aydın, təhlil formasında, müqayisə oxşarlıq,  xüsusiyyətləri, səbəb-nəticə əlaqələri  aydın  verilmiş, əsas diqqət  faktların təhlilinə, onlar arasında oxşar və fərqli cəhətlərə  yönəldilmişdir. Bu isə passiv öyrənməni tamamilə aradan qaldırır.  Vəsait terminlər və xronologiya ilə təchiz olunmuşdur.
 
 
 
Yükləyin baxın
 

Yükləmək ücün qeydiyyatdan keçin!

 






Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 26 aprel 2015 21:38
    heqiqeten cox boyuk emek var.coox coox tesekkur edirem.cox yaxsidi her sey anar muellim

  2. 27 aprel 2015 14:02
    cox tesekkurler

    allah zehmet cekenden razi olsun. cox eziyet ceki/ halal eleyin

  3. 27 aprel 2015 22:37
    Həqiqətən, çox böyük zəhmət çəkmiş və minlərlə imkansız abituriyent üçün son dərəcə faydalı iş görmüsünüz. Paylaşdığınız üçün TƏŞƏKKÜRLƏR !!! Allah Sizdən razı olsun.

  4. 30 aprel 2015 17:09
    Çox sağ olun.Əla hazırlanıb.

    --------------------

  5. 30 aprel 2015 20:43
    TƏŞƏKKÜRLƏR... hər birinizə

  6. 6 may 2015 18:24
    Allah razi olsun cox gozeldir

  7. 20 noyabr 2015 22:41
    Allah Razi Olsun

  8. 17 yanvar 2016 18:10
    əllərinizə və beyninizə sağlıq.çox zəhmətli və yeni müəllimlər üçün vacibi bir işdir.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.