İnteraktiv Dərslik (I HİSSƏ)

İnteraktiv Dərslik (I HİSSƏ)

 

Azərbaycan Tarixi fənni üzrə interaktiv dərs vəsaiti şagirdlərə təlim materiallarını elmi-metodik cəhətdən mənimsəməyə kömək məqsədi ilə hazırlanmışdır. 
Azərbaycan Tarixi fənni üzrə interaktiv dərs vəsaitinin hazırlanması zamanı məktəb dərsliklərindən, TQDK-nın Test Bankından, Azərbaycan tarixi üzrə audiovizual tədris vəsaitlərindən istifadə olunmuşdur. Vəsait hazırlanarkən  orta məktəb dərsliklərinin tam məzmunu nəzərə alınmış  və heç bir ixtisar aparılmamışdır.
Vəsait hazırlanarkən, qabaqcıl təcrübə öyrənilərək ümumiləşdirilmş, təcrübədə tətbiq olunan müasir metodika və texnologiyalardan,  üsul və vasitələrdən,  xüsusilə testləşdirmədən geniş istifadə edilmişdir. Burada TQDK tərəfindən təsdiq olunmuş  proqramda nəzərdə tutulmuş mövzular daha çox diqqət mərkəzində saxlanılmışdı. 
Vəsait didaktik istiqamətdə işlənmişdir. Məktəblilərin tarixi bilik, bacarıq və vərdişlərinin formalaşdırılması bir biri ilə bağlı olan bir neçə mərhələdən ibarətdir. Bu mərhələlərin ən əsası şagirdlərə biliyin mənimsədilməsi prosesidir. Biliyin tam mənimsədilməsi üçün əsas vasitə isə dərslikdir. Dərsliyin didaktik baxımından nə qədər yaxsı və son texnologiyalarla işlənməsi şagirdlərə biliyin mənimsədilməsinə çox kömək edir. Odur ki, şagirdlərdə nəzərdə tutulmuş bilik, bacarıq və vərdişləri formalaşdırmaq üçün öyrənmə üsulları müəyyənləşdirilmiş, materiallar didaktik məqsədlərə görə təsnif edilmişdir.. Bu da şagirdlərdə motivasiya yaradır, düşünülmüş şəkildə şüurlu mənimsəmə və diqqətlə öyrənməyə imkan verir,. Hadisələr aydın, təhlil formasında, müqayisə oxşarlıq,  xüsusiyyətləri, səbəb-nəticə əlaqələri  aydın  verilmiş, əsas diqqət  faktların təhlilinə, onlar arasında oxşar və fərqli cəhətlərə  yönəldilmişdir. Bu isə passiv öyrənməni tamamilə aradan qaldırır.  Vəsait terminlər və xronologiya ilə təchiz olunmuşdur.
 
 
 
Yüklə bax

Yükləmək ücün qeydiyyatdan keçin!

 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 7 aprel 2015 14:11
    tesekkurler anar mellim. cox gozel kitablardi. cox

  2. 7 aprel 2015 22:30
    Eziyyətinizi halal edin.Cox əmək sərf olunmuş bir iş çıxarmısınız qarşımıza.Minnətdaram lap cox.Bu vəsait mənə o qədər kömək olduki,yazmqla anladamam,bir daha təşşəkkür

  3. 12 aprel 2015 18:20
    Təşəkkürlər Anar müəllim

    --------------------

  4. 13 aprel 2015 20:27
    əllərinizə sağlıq Anar müəllim.

  5. 13 aprel 2015 23:04
    Təşəkkürlər. İnşallah növbəti ayda II HİSSƏNİ də Hamlet müəllimin dəstəyi ilə sayta yükləyəcəyik

  6. 10 yanvar 2016 18:59
    Salam Anar müellim. Sizin bu kitabınız satışda var?


  7. 12 mart 2016 09:10
    yeniden köçürtdüm.təşəkkür eliyirəm

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.