Konstitusiya (testlər)

Konstitusiya (testlər)

 

I BÖLMƏ
 
ÜMUMİ MÜDDƏALAR
 DÖVLƏTİN ƏSASLARI
 
 
1. Konstitusiya sözünün məzmununu ifadə edir:
A) Əsas qanun                    B) Ana yasa
C) Qanunvericilik              D) İdarəetmə
 
 
2. Azərbaycan Respublikasının Konstitusiyasına
aid deyil:
A) 12 fəsil, 158 maddədən ibarətdir
B) 1995-ci ildə qəbul olunmuşdu
C) Əsas maddələri insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilmişdi
D) Konstitusiya hər bir vətəndaşa seçki hüququ vermişdi
 
 
3. Azərbaycan Respublikasının Konstitusiyasına görə hakimiyyətin yeganə mənbəyidir:
A) Prezident        B) Milli Məclis
C) Xalq                D)  Siyasi partiyalar
 
 
4. Respublikada ən yüksək hüquqi qüvvəyə malikdir:
A) Azərbaycan Respublikasının Konstitusiyası
B) Milli Məclisin qəbul etdiyi qanunlar
C) Referendum aktları
D) Prezident fərmanları
 
 
5. Azərbaycan Respublikasının Konstitusiyasına görə xalqa qarşı ən ağır cinayyət sayılır:
A) Hakimiyyətin mənimsənilməsi
B) Ərazi iddiaları
C) Qəsdən adamöldürmə
D) Qanunlara tabe olmamaq
 
 
6. Azərbaycan Respublikasının dövlətçiliyini və xalqın varisliyini təmin edir:
A) Prezident        D) Deputatlar
C) Məhkəmə       D) Siyasi partiyalar
 
 
7. Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan Respublikasının dövlət quruluşu:
A) Teokratik, dini, dünyəvi
B) Demokratik, hüquqi, unitar
C) Konfederativ, hüquqi, unitar
D) Federativ,dünyəvi, demokratik
 
8. Amerika Birləşmiş Ştatları konstitusiyasının qəbul olunmasından neçə il sonra müstəqil Azərbaycan respublikasının konstitusiyası qəbul olunmuşdur?
A) 169          B) 196        C)  221         D) 208
 
 
9. Konstitusiyaya görə sərhədlərin dəyişdirilməsi və Konstitutsiyaya dəyişikliklər hansı yolla mümkündür?
A) Milli Məclisin qərarı ilə
B) Prezidentin fərmanıyla
C) Yalnız referendumla    
D) Nazirlər Kabinetinin sərəncamiyla
 
 
10. Konstitusiyaya görə xalqı təmsil edə bilər:
A) Siyasi partiyalar           
B) Milli Məclis və Prezident
C) İctimai təşkilatlar        
D)Xalqın seçdiyi nünayəndələr
 
 
 
11. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər bir kəs ona məxsus olan mülkiyyətdən qərarı ilə məhrum edilə bilər?
A) Milli Məclisin                            
B) Baş Nazirin
C) Məhkəmənin                
D) Bələdiyyələrin
 
 
 
12. Konstitusiyaya görə Azərbaycan Respublikasının vətəndaşı sayılır:
1. Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxslər
2.Qarşılıqsız hüquqları olan şəxslər
3.Valideyinlərdən biri Azərbaycan Respublikasının vətəndaşı olarsa
4.Cəmiyyətin həyatında iştirak edirsə
A) 1.2            B) 1.3           C)  2.3              D) 2.4
 
 
 
13. Azərbaycan xalqı ibarətdir:
1. Azərbaycan Respublikası ərazisində yaşayan vətəndaşlardan
2. Azərbaycan Respublikası ərazisindən kənarda yaşayan vətəndaşlardan
3. Azərbaycan Respublikası ərazisində yaşayan vətəndaşlığı olmayanlardan
4. Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılmayan vətəndaşlardan
5. Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan vətəndaşlardan
A) 1.3.5         B) 1.2.5         C) 3.4.5         D) 2.3.4
 
 
 
14. Azərbaycan xalqının suveren hüququdur:
A) Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək
B) Seçkilərdə və referendumda iştirak etmək
C) Öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni həll etmək
D) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi
 
 
15. Ümumxalq səsverməsi — referendum yolu ilə həll edilən məsələlərdən biri deyil:
A) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi
B) Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi
C) Vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi
D) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi
 
 
16. Aşağıdakı məsələlər biri üzrə referendum keçirilə bilər:
A) Vergilər və dövlət büdcəsi
B) Amnistiya və əfvetmə
C) Azərbaycan Respublikası Konstitusiyasının dəyişikliklər edilməsi
D) Qanunvericilik və icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi
 
 
17. Uyğunsuz bəndi müəyyən edin:
A) Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətin bölünməsi prinsipi əsasında təşkil edilir
B) Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Məhkəmələri həyata keçirir
C) İcra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
D) Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər
 
 
18.  Konstitusiyaya görə dövlətin ali məqsədidir:
1. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi
2. Mülkiyyətin toxunulmaz elan edilməsi və dövlət tərəfindən müdafiə olunması
3. Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi
4. Hüquq və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilməsi
A) 1.2             B) 2.3             C) 1.3              D) 1.4
 
 
19. Azərbaycan dövlətinin başçısı haqqında fikirlərdən biri səhvdir:
A) Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidenti olub, ölkənin daxilində və xarici münasibətlərdə dövləti təmsil edir
B) Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir
C) Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin müstəqilliyinin təminatçısıdır
D) Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır
 
 
20. Konstitusiyaya görə Azərbaycan Respublikası Silahlı qüvvələrinə aid deyil:
A) Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır
B) Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi müharibəni rədd edir
C) Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır
D) Azərbaycan Respublikası daxili və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəyə tərəfdar çıxır
 
 
21. Konstitusiyaya əsasən Azərbaycan Respublikası başqa dövlətlərlə beynəlxalq münasibətlər qurur:
A) Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında
B) Konstitusiya məhkəmsinin təsdiq etdiyi prinsip və qaydalar əsasında
C) Xalqın mənafeyinə uyğun gələn və Prerzidentin imzaladığı sərəncamlar əsasında
D) Milli Məclisin müəyyən etdiyi ümumi qaydalar əsasında
 
 
22. Azərbaycan Respublikasının ərazisi haqqında fikirlərdən biri səhvdir:
A) Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir
B) Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir
C) Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə və heç bir hissəsini kimsəyə verə bilməz
D) Yalnız Azərbaycan Respublikası Prezidentinin qərarı ilədövlət sərhədləri dəyişdirilə bilər
 
23. Konstitusiyaya əsasən təbii ehtiyatlar mənsubdur:
A) Hər hansı fiziki və hüquqi şəxslərə
B) Dövlətin konsessiya verdiyi hər bir vətəndaşa
C) Yalnız hüquqi şəxslərə
D) Azərbaycan Respublikasına
 
 
24. Konstitusiyaya əsasən Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı xidmət edir:
A) Dövlətin bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına
B) Azad sahibkarlığın təminatına
C) İqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol verilməməsinə
 D) Müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə
 
 
25. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən:
A) Cəmiyyətin əsas özəyi kimi ailə bütün ictimai təşkilatların xüsusi himayəsindədir
B) Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək dövlətin borcudur
C) Uşaq hüquqlarının həyata keçirilməsinə cəmiyyət və beynəlxalq təşkilatlar nəzarət edir
D) Uşaqların həyatına, sağlamlığına, mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək və 15 yaşına çatmamış işə götürmək qadağandır
 
 
26. Azərbaycan Respublikasının Konstitusiyasına görə:
A) Azərbaycan Respublikasında din dövlətə tabedir
B) Dövlət təhsil sistemi dini xarakter daşıyır
C) İnsan ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd olan dinlərin təbliği qadağandır
D)  Bütün dini etiqadlar qanun qarşısında məsuliyyətdən azaddır
 
 
27. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən:
A) Azərbaycan Respublikasının pul vahidi rubldur
B) Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ Nazirlər Kabinetinə mənsubdur.
C) Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsub olub, dövlətin müstəsna mülkiyyəti hesab olunur
D) Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsinə də yol verilir
 
 
 
 
 
 
 
 
28. Göstərilənlər aiddir:
1. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız ona mənsubdur
2. Dövlətin müstəsna mülkiyyətindədir.
A) Mərkəzi Banka              B) Milli Məclisə
C) Prezidentə                     D) Nazirlər Kabinetinə
 
 
29. Azərbaycan Respublikası tərəfindən öhdəlik kimi qəbul edilə və ödənilə bilməz:
A) Azərbaycanda olarkən xarici vətəndaşlara dəymiş zərərlərin maddi dəyəri
B) Azərbaycan dövlətinə qarşı qiyama və ya dövlət çevrilişinə kömək məqsədi ilə alınmış borclar
C) Müharibə zamanı məhv olmuş və öldürülmüş düşmən əsgərlərinə dörə dəymiş zərər
D) Azərbaycan dövləti ilə xarici iş adamları arasında bağlanmış beynəlxalq müqavilələrin şərtlərinə əməl olunmadıqda
 
 
30. Azərbaycan Respublikasının dövlət rəmzləri:
1. Pul nişanları    2. Bayraq              3. Gerb
4. Himn                5. Konstitusiya
A) 1.3.5         B) 2.3.4         C) 3.4.5         D) 1.2.3
 
 
31. Azərbaycan Respublikasının Dövlət bayrağına
aid deyil:
A) Dövlət bayrağı bərabər enli üç üfqi zolaqdan ibarətdir
B) Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir
C) Bayrağın ortasında qırmızı rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir
D) Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir
 
 
32. Azərbaycan Respublikası dövlət bayrağı, dövlət gerbinin təsviri, dövlət Himninin musiqisi və mətni müəyyən edilir:
A) Konstitusiya Qanunu ilə
B) Prezident fərmanı ilə
C) Milli Məclisin qərarı ilə
D) Nazirlər Kabinetinin sərəncamı ilə
 
 
33. Uyğunluq pozulub:
A) İcraedici hakimiyyət - Prezident
B) Qanunverici hakimiyyət – Nazirlər Kabineti
C) Məhkəmə hakimiyyəti – AR-in məhkəmələri
D) Yerliözünüidarə etmə - Bələdiyyələr
 
 
 
 
II BÖLMƏ
 
ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARI, AZADLIQLARI VƏ VƏZİFƏLƏRİ
 
1. Konstitusiya görə vətəndaşların əsas hüquqlarından biridir:
A) Dövlət rəmzlərinə hörmət
B) Vətəni müdafiə etmək
C) Vətənə sədaqət
D) Dövlətin siyasi həyatında iştirak etmək
 
 
2. Konstitusiyaya görə dinə münasibəti ifadə edir:
A) Dini idarələrin dövlətə tabe edilməsi
B) İslam dininin dövlət dini elan edilməsi
C) Dövlətlə dinin vəhdət təşkil etməsi
D) Dinin dövlətdən ayrılması və bütün dinlərin qanun qarşısında bərabər olması
 
 
3. Konstitusiyaya görə seçkidə iştirak etmək hüququ yoxdur:
A) Dövlət orqanlarında çalışan işçilərinin
B) Din xadimlərinin
C) Respublikadan kənarda yaşayan vətəndaşların
D) Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxslərin
 
 
4. Konstitusiyaya görə tətil edə bilməzlər:
A) Tibb işçiləri   
B) Yetkinlik yaşına çatmayanlar
C) Hərbi qulluqçular  
D) Siyasi partiyaların üzvləri
 
 
5. Uyğunluq  pozulub:
A)  Hər kəs qanun və məhkəmə qarşısında bərabərdir
B)  Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır
C) İstisna hallarda milli mənşəyinə və sosial statusuna görə müəyyən şəxslərə imtiyazlar verilə bilər
D) İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır
 
 
6. Yaşamaq hüququna aid deyil:
A) Hər kəsin yaşamaq hüququ vardır
B) Heç bir halda yaşamaq hüququ məhdudlaşdırıla bilinməz
C) Müstəsna cəza tədbiri kimi ölüm cəzası ləğv olunmuşdur
D) Dövlətə silahlı basqın zamanı yaşamaq hüququ məhdudlaşdırıla bilinər
 
7. Silah işlədilməsinə yol verilmir:
A) Hər bir kəsin müdafiəyə ehdiyacı olduqda
B) Bəbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınmasında son zərurət olduqda
C) Dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınmasında
D) Ölkəyə silahlı basqın edilməsi hallarında
 
 
8. Konstitusiyaya görə hər bir kəsin dinə müstəqil münasibətini müəyyənləşdirir:
A) Məlumat azadlığı         
B) Vicdan azadlığı
C) Mənsubiyyət hüququ
D) Fikir və söz azadlığı
 
 
9. Konstitusiyaya görə Azərbaycanda mülkiyyətin növləri:
1. Dövlət      2. Kolxoz           3.Xüsusi
4. İctimai    5.Bələdiyyə      6.Dini idarələrin
A)1.4.5        B) 1.3.5        C) 2.4.6         D) 3.5.6
 
 
10. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən mülkiyyət hüququna aid deyil:
A) Mülkiyyətin xüsusi növünə üstünlük verilir
B) Mülkiyyət hüququ qanunla qorunur
C)  Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz
D) Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər
 
 
11. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən şəxsi toxunulmazlıq hüququna aid deyil:
A) Hər kəsin yazışma, telefon danışıqları, poçt, və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir
B) Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilir
C) Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır
D) Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izləmək,  şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır
 
 
12. Konstitusiyaya görə Azərbaycan Respublikasının vətəndaşları haqqında fikirlərdən biri səhvdir:
A) Heç bir halda vətəndaş ölkədən qovula bilməz
B) Ağır cinayyət etdikdə belə şəxslər vətəndaşlıqdan məhrum edilə bilməz
C) Ölkədə yaşayan əcnəbilərdə ölkə vətəndaşlarıyla bərabər hüquq və azadlıqlara malikdir
D) İstisna hallarda şəxs vətəndaşlıqdan məhrum edilə bilər
 
13. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Nigah hüququna aid deyil:
A) Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda könüllü razılıq əsasında nigah bağlamaq və ailə qurmaq hüququ vardır
B) Ər ilə arvadın hüquqları bərabərdir
C)  Nikah və ailə dövlətin himayəsindədir
D) Müəyyən hallarda qanun zorla evləndirilməyə imkan verir
 
 
14. Konstitusiyaya görə kimlərin istisna hallarda seçki hüququ məhdudlaşdırıla bilinər?
1. Hərbi qulluqçuların   
2. Qocaların 
3. Hakimlərin              
4. Məhbusların               
5. Pedaqoji işlə məşğul olanların
6. Din xadimlərinin
7. Tibb işçilərinin
A) 1.2.5.6     B) 2.4.5.7     C) 1.3.4.6      D) 2.4.7
 
 
15. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Əməh hüququ haqqında fikirlərdən biri səhvdir:
A) Hər kəs əmək müqaviləsi bağlamağa məcbur edilməlidir
B) Fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir
C) Hər kəsin heç bir ayrı-seçkilik qoyulmadan təhlükəsiz və sağlam şəraitdə işləmək, hüququ vardır
D) İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır
 
 
16. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Tətil hüququna aid deyil:
A) Hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır
B) Əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ heç bir halda məhdudlaşdırıla bilinməz
C) Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və digər silahlı birləşmələrdə xidmət edən hərbi qulluqçular və mülki şəxslər tətil edə bilməzlər
D) Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir
 
 
17. Məntiqi uyğunluğu müəyyən edin:
1. Şəxsi toxunulmazlıq
2. Mənzil toxunulmazlığı
3. ...
A) Sağlam ətraf mühitdə yaşamaq
B) Ətraf mühitin qorunması
C) Vətənə sədaqət
D) Dövlət rəmzlərinə hörmət
 
18. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Sosial təminat hüququna aid deyil:
A) Yardıma möhtac olanlara kömək etmək, ilk növbədə, onların ailə üzvlərinin borcudur
B) Hər kəs xəstəliyinə, əlilliyinə, ailə başçısını və əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə sosial təminat almaq hüququna malikdir
C) Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği Konstitusiya ilə müəyyən edilir
D) Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır
 
 
19. Konstitusiyaya görə vətəndaşların hüquqlarından biri deyil:
A) Təhsil              B) Seçki
C) Vergi               D) Vətəndaşlıq
 
 
20. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Şərəf və ləyaqətin müdafiəsi hüququna
aid deyil:
A) Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz
B) Hər kəsin ləyaqəti dövlət tərəfindən qorunur
C) Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz
D) Qanunla müəyyən edilmiş hallarda müəyyən şəxslərə cinayəti etiraf etmək üçün işgəncə və əzab verilə bilinər
 
 
21. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən vətəndaşların Seçki hüququna aid deyil:
A) Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır
B) Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur
C) Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, , məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər
D) Din xadimlərinin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ heç bir halda məhdudlaşdırıla bilinməz
 
 
22. Konstitusiyaya görə yaşamaq hüququ məhdudlaşdırıla bilər:
A) Düşmən əsgərləri öldürüldükdə
B) Ölüm cəzasiyla
C) Konstitusiyanı pozduqda
D) İnsan və dövlət əleyhinə ağır cinayyətlər törətdikdə
 
 
 
23. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən vətəndaşların Hüquqi yardım almaq və Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi hüququna aid deyil:
A) Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır
B) Hüquqi yardım ödənişli və dövlət hesabına göstərilir
C) Hər bir şəxsin həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardı
D) Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir
 
 
24. Uyğunluq  pozulub:
 A) Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsiri sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır
B) Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilir
C) Məhkəmənin hökmü olmasa kimsə cinayətdə təqsirli sayıla bilməz
D) Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz
 
 
25. Tutulan, həbsə alınan və cinayət törədilməsində təqsirləndirilən şəxslərin hüquqlarına aid deyil:
A) Həbsə aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir
B) Hər kəsə tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir
C) Cinayət törədilməsində təqsirləndirilən hər bir şəxs məhkum edilməzdən əvvəl dinlənilir
D) Həbsə aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxs ödənişli əsaslarla da olsa müdafiəçi ilə təmin olunur
 
 
26. Uyğunluq  pozulub:
A) İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz
B) Hər kəsin hüquq və azadlıqları Konstitusiya və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır
C) Müharibə, hərbi və fövqəladə vəziyyət, səfərbərlik zamanı əhaliyə qabaqcadan məlumat verilmədən vətəndaşların hüquqları qismən və müvəqqəti məhdudlaşdırıla bilər
D) Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz
 
 
 
27. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olarkən hüquqlarına
 aid deyil:
A) Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlara malikdir
B) Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün vəzifələri yerinə yetirməyə borclu deyillər
C) əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər
D) Beynəlxalq hüquq normalarına uyğun olaraq əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir və cinayət sayılmayan əmələ görə təqib edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir
 
 
28. Vətəndaşların hüquqlarından biri deyil:
A) Bərabərlik      B) Yaşamaq
C) Azadlıq            D) Vətənə xidmət
 
 
29. Konstitusiyaya görə  "Ailə və dövlət” maddəsinə aiddir:
A)Valideyinlərin borcu tərbiyə və uşaqların qayğısına qalmaqdır
B) Dövlət ailədə  uşaqların təriyəsinə qarışa bilməz
C) Uşqlar tam sərbəst sayılır
D) Valideyinlər toxunulmaz şəxslərdir
 
 
30. Konstitusiyaya görə "Təhsil hüququ” haqqında fikirlərdən biri səhvdır:
A) Təhsil dini və dünyəvi xarakter daşıyır
B) Orta ümümi təhsil icbari və pulsuzdur
C) Təhsil sisteminə dövlət nəzarət edir
D) İstedadlı şəxslərin təhsilini davam etdirməsinə dövlət zəmanət verir
 
 
31. Vətəndaşların əsas hüquqlarından biri deyil:
A) Mülkiyyət
B) Əqli mülkiyyət
C) Məsuliyyət
D) Təhlükəsiz yaşamaq
 
 
32. Məntiqi uyğunluğu müəyyən edin:
1. Milli mənsubiyyət
2. Ana dilindən istifadə
3. ...
A) Vətəni müdafiə
B) Tarix və mədəniyyət abidələrinin qorunması
C) Qanuna zidd vəzifələrin icrasına yol verilməməsi
D) Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak etmək
 
 
33. Konstitusiyaya görə - cinayyət törədilməsində təqsirli bilinən şəxsin təqsiri sübuta yetirilməyibsə və məhkəmənin qanuni hökmü qüvvəyə minməyibsə, onda həmin şəxs:
A) həbs oluna bilməz        
B) məsuliyyətdən azaddır
C) təqsirsiz sayılır            
D) şübhəli şəxs sayılır
 
 
34.Konstitusiyaya görə yol verilə bilməz:
1. Eyni cinayətə görə təkrar məhkum olunmaq
2.  Vətəndaşlıq vəzifələrinin yerinə yetirilməsi
3. Qohumlar əleyhinə ifadə vermək
4. Təhsil almağa məcbur etmək
A)  1.2           B) 1.3         C) 2.4          D)  3.4
 
 
35. Konstitusiyaya görə vətəndaşlarının hüquqları qismən və müvəqqəti məhdudlaşdırıla bilər:
A) Prezidentin və Milli Məclisin sərəncamı ilə
B) Siyasi proseslər zamanı
C) Müharibə və fövqaladə vəziyyət zamanı
D) Heç bir halda məhdudlaşdırıla bilinməz
 
 
36. Məntiqi uyğunluğu müəyyən edin:
1.  Fikir və söz azadlığı
2. Vicdan azadlığı
3. Məlumat azadlığı...
A) Sərbəst toplaşmaq
B) Şərəf və ləyaqətin müdafiəsi
C) Təhsil almaq
D) Sağlamlığın qorunması
 
 
37. Vətəndaşların əsas hüquqlarından biri deyil:
A) Dövlətin idarə olunmasında iştirak etmək
B) Təqsirsizlik prezumpsiyası
C) Məhkəməyə təkrar müraciət etmək
D) Qohumların əleyhinə ifadə verməyə məcbur edilməsi
 
 
38. Konstitusiyaya görə vətəndaşların əsas azadlıqlarından biridir:
A) Sağlamlığını qorumaq 
B) Sərbəst toplaşmaq
C) Təhlükəsiz yaşamaq
D) Tətil etmək
 
 
 
 
 
 
 
 
 
39. Uyğunluq  pozulub:
A) Qanunu bilməmək insanı məsuliyyətdən azad edir B) Hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır
C) Hər kəsin üzərinə vəzifələr yalnız Konstitusiya ilə və ya qanunla qoyula bilər
D) Hər bir şəxs qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir
 
 
40. Vətəndaşların əsas azadlıqları:
1. Sərbəst toplaşmaq
2. Toxunulmazlıq                             
3. İstədiyi dinə ibadət etmək
4. Məlumat əldə etmək    
5. Dövlət rəmzlərinə hörmət
6. Yaradıcılıqla məşğul olmaq
A) 1.2.3.4    B) 1.4.5.6    C) 1.3.4.6   D)  1.3.4.5
                             
 
41. Azərbaycan Respublikasının Konstitusiyasına görə vətəndaşların əsas vəzifələrindən biridir:
A) Təhlükəsiz yaşamaq
B) Ətraf mühitin qorunması
C) Ana dilindən istifadə etmək
D) Dövlətin idarə olunmasında iştirak etmək
 
 
42. Məntiqi uyğunluğu müəyyən edin:
1. Vətənə sədaqət
2. Dövlət rəmzlərinə hörmət
3. ...
A) Vətəni müdafiə             B) Təhlükəsiz yaşamaq
C) Mülkiyyət                      D) Əqli mülkiyyət
 
 
43. Vətəndaşların vəzifəərindən biri deyil:
A) Tarix və mədəniyyət abidələrinin qorunması
B) Ətraf mühitin qorunması
C) Qanuna zidd vəzifələrin icrasına yol verilməməsi
D) Dövlətin idarə olunmasında iştirak etmək
 
 
44. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin etmək hansı orqanların borcudur?
1. Prakurorluq     2. Ədliyyə            3. Qanunverici
4. İcra                   5. Bələdiyyə        6. Məhkəmə
 A) 1.3.5         B) 2.4.6         C) 3.4.6         D) 2.5.6
 
 
45. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisəli məsələləri həll edir:
A) Prakurorluq orqanları  
B) Məhkəmələr
C) Qanunvericilik  hakimiyyəti
D) Bütün dövlət orqanları
 
46. Vətəndaşların əsas vəzifələrindəndir:
1. Toxunulmazlıq                             
2. Vergilər
3. Birləşmək                     
4. Dövlət rəmzlərinə hörmət
5. Vətəni müdafiə                            
6. Təhsil              
7. Ətraf mühitin qorunması            
8. Azadlıq
A) 2.4.5.7      B) 1.3.5.6     C) 1.4.7.8        D) 3.5.6.8
 
 
47. Uyğunsuz bəndi müəyyən edin:
A) Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini ödəməyə heç kim məcbur edilə bilməz
B) Hakimiyyəti orqanlarında işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar
C) Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla məsuliyyətə səbəb olur
D) Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir
 
 
48. Uyğunluq  pozulub:
A) Ətraf mühitin qorunması hər bir şəxsin borcudur
B) Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinin təminatçısıdır
C) Vətəni müdafiə hər bir vətəndaşın borcudur
D) Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin hüququdur
 
 
49. 2002-ci il 24 avqust və 2009-cu il 18 mart tarixi üçün səciyyəvi cəhət:
A) Konstitusiyaya dəyişikliklər və əlavələrin edilməsi haqqında referendum keçirilməsi
B) Xarici şirkətlərlə neft müqavilələri imzalanması
C) Yeni Konstitusiya qəbul edilməsi
D) Dövlət sərhədlərinin dəyişdirilməsi
 
 
50. 2002-ci il 24 avqust və 2009-cu il 18 martda Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklərin və əlavələrin edilməsinin səbəbləri:
1. Milli Məclis tərəfindən dünya standartlarına cavab verən bir sıra qanunların qəbul edilməsi
2. Respublikanın BMT-yə üzv qəbul olunması
3. Respublikanın bir sıra beynəlxalq konvensiyalara qoşulması
4. Demokratik dəyərlərə cavab verə bilməməsi
A) 2.4           B) 1.4            C) 2.3           D) 1.3
 
 
 
 
III BÖLMƏ
 
DÖVLƏT HAKİMİYYƏTİ
 
QANUNVERİCİLİK, İCRAEDİCİ VƏ MƏHKƏMƏ HAKİMİYYƏTİ. NAXÇIVAN MR-IN STATUSU
 
 
1. Konstitusiyaya görə dövlət hakimiyyəti hansı prinsip əsasında təşkil edilir?
A) Prezident hakimiyyəti
B) Hakimiyyətin bölünməsi
C) Məhkəmə nəzarəti
D) Siyasi partiyaların iradəsi
 
 
2.Konstitusiyaya görə hakimiyyətin bölünmə prinsipi:
1. Qanunverici     2. İcraedici          3. Yerli
4. Mətbuaat          5. Məhkəmə        6. Bələdiyyə
A) 2.3.6       B) 1.4.5        C)  4.5.6         D) 1.2.5
 
 
3. Milli Məclis haqqında fikirlərdən biri səhvdir:
A) İcraedici hakimiyyəti həyata keçirir
B) Deputatların sayı 125-dir
C) İki – yaz və payız sesiyasına yığılır
D) 83 deputatın səlahiyyəti təsdiq edilərsə işinə başlayır
 
 
4. Deputat seçkilərində iştirak edən namizədlərə dair tələblər:
1. Yaşı 25-dən yuxarı olmalı
2. İkili vətəndaşlığı ola bilər
3. Cinayyətə görə məhkum olanlar
4. Elmi fəaliyyətlə məşğul olanlar
A) 1.2         B) 2.3         C) 3.4         D) 1.4
 
 
5. Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçkilərinin nəticələrini yoxlayır və təsdiq edir:
A) Seçki komissiyası
B) Konstitusiya Məhkəməsi
C) Nazirlər Kabineti
D) Ali Məhkəmə
 
 
6. Milli Məclisin işinə aiddir:
A) Seçkiləri təşkil etmək
B) Qanunları icra etmək
C) Qanun və qərarlar qəbul etmək
D) Məhkəmə hakimiyyəti
 
 
 
 
7. Milli Məclisin müəyyən etdiyi ümumi
qaydalara aiddir:
1. Referendum
2. Yerli özünüidarəetmə
3. Milli Məclis və Prezident seçkiləri
4. Bələdiyyələrin statusu
5. Beynəlxalq müqavilələrin bağlanması
A) 1.4.5        B) 1.3.4       C)  2.3.5       D) 2.4.5
 
 
8. Milli Məclisin həll etdiyi məsələlər:
1. Milli Məclisin işinin təşkili
2. Bələdiyyələrin işinin təşkili
3. İnzibati ərazi bölgüsü
4. Prezidentin fərmanlarının təsdiqi
5. Prezidentin fərmanlarının icrası
A) 1.3.4       B) 2.4.5       C) 2.3.5       D) 2.4.5
 
 
9. Milli Məclisin səlahiyyətlərinə aiddir:
1.Dövlətlərarası müqavilələrin təsdiqi və ləğvi
2. Diplomatik nümayəndəliklərin təsisi
3. Məhkəmələrin işinə nəzarət
4. Prezidentin təqdimatı ilə Ali və Appelyasiya məhkəməsi hakimlərinin təyin edilməsi
5. Qanunların icrası
A) 1.2.3       B) 1.2.4       C) 2.3.4      D) 1.3.5
 
 
10. Milli Məclisin səlahiyyətlərinə aid deyil:
1. Referendum təyin edilməsinə razılıq vermək
2. Sosial praqramların icrası
3. Müharibə edilməsi və sülh bağlanmasına razılıq vermək
4. Mübahisəli məsələlərin həlli
5. Prezidentin impicment qaydasında vəzifədən kənarlaşdırılması
A) 3.5          B) 2.4           C)  4.6          D) 1.3
 
 
11. Milli Məclisin deputatları hansı hallarda deputat mandatından məhrum ola bilər?
1. Elmi fəaliyyət göstərdikdə
2. Yaradıcılıq fəaliyyəti göstərdikdə
3. Seçkidə səslərin düzgün hesablanmadığı aşkar olunduqda
4.Vətəndaşlıqdan çıxdıqda
A) 3.4         B) 1.2           C) 1.3          D) 2.4
 
 
12. Milli Məclisin həll etdiyi məsələlərə aiddir:
1. Bələdiyyə seçkiləri
2. İnzibati ərazi bölgüsü
3. Dövlətlərarası müqavilələrin təsdiqi və ləğvi
4. Sosial-iqtisadi proqramların icrası
A)  1.3           B) 2.3          C)  3.4          D) 1.2
 
 
 
13. Azərbaycan Respublikasının Konstitusiyasına görə Milli Məclisin növbədən kənar iclası çağrıla bilər:
A) Hökumət üzvlərinin çağırışı ilə
B) 83 deputatın səlahiyyəti təsdiq olunduqda
C) Konstitusiya Məhkəməsinin təklif ilə
D) Prezidentin və Milli Məclisin 42 deputatının tələbi ilə
 
 
 
14. Milli Məclisin səlahiyyətlərinə aiddir:
1.Amnistiya
2.Mərkəzi Bankın idarə heyətinin üzvlərini vəzifəyə təyin edilməsi
3. Bələdiyyələrin statusu
4. İcraedici hakimiyyət
5. Baş prakurorun vəzifəyə təyin edilməsinə razılıq verilməsi
A) 2.3.4          B)  1.3.4        C)  1.2.5          D) 2.4.5
 
 
 
15. Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququ məxsusdur:
1. Milli Məclisin deputatlarına
2. OMBUDSMAN-a
3. Prezidentə
4. Ali məhkəmə və prokurorluğa
5. Naxçıvan MR-in Ali Məclisinə
6. Baş Nazirə
A) 1.3.4.5     B) 1.2.5.6     C) 2.3.5.6     D)1.3.4.5
 
 
 
 
16. Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti haqqında fikirlərdən biri səhvdir:
A) Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir
B) Müharibə şəraitində hərbi əməliyyatların aparılması Milli Məclisə seçkilərin keçirilməsini mümkün etmədikdə, onun çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır
C) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyət müddəti bitdikdən sonra yenidən artırıla bilər
D) Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır
 
 
 
 
 
 
 
17. Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədlərə aid tələblərə görə deputat seçilə bilməzlər:
A) Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan şəxslər
B) Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul ola bilən şəxslər
C) İkili vətəndaşlığı olub, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən şəxslər
D) Başqa ödənişli fəaliyyətlə məşğul olan, məhkum olunmuş və cəza çəkən şəxslər
 
 
18. Azərbaycan Respublikası Milli Məclisinin  deputatı seçilə bilərlər:
1. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan şəxslər
2.Ödənişli fəaliyyətlə məşğul olan şəxslər və din xadimləri
3. İcra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən şəxslər
4. Ağır cinayətlərə görə məhkum olunmuş və cəza çəkən şəxslər
5. Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul olan şəxslər
A) 1.3.5           B) 2.3.4         C) 3.4.5          D) 1.2.3
 
 
19. Uyğunluq  pozulub:
A) Milli Məclisin deputatlığından çıxanların yerinə seçkilər onun səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, keçirilmir
B) Milli Məclisin 83 deputatının səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir
C) Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının iclasları qapalı keçirilir
D) Milli Məclisinin növbədənkənar sessiyasının gündəliyini onun çağırılmasını tələb edənlər müəyyənləşdirir
 
 
20. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdən sonra martın 10-dək onun 83 deputatının səlahiyyətləri təsdiq edilməzsə, Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilmə vaxtını müəyyən edir:
A) Nazirlər Kabineti
B) Konstitusiya Məhkəməsi
C) Prezident
D) Apeliyassiya Məhkəməsi
 
 
 
 
 
 
 
 
21. Azərbaycan Respublikası Milli Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər:
1. 83 deputatının tələbi ilə
3. Ölkədə böyük fövqaladə hadisə baş verərsə
3.Azərbaycan Respublikası Prezidentinin təklifi ilə
4. Azərbaycan Respublikası Milli Məclisinin sədrinin tələbi ilə
A) 1.2             B) 2.3             C) 1.3              D) 2.4
 
 
22. Azərbaycan Respublikası Milli Məclisinin deputatı aşağıdakı hallardan hansılarında mandat hüququndan məhrum edilə bilməz:
1. Seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda
2. Mənsub olduğu partiya tərəfindən mandat yerindən imtina edildikdə
3. Cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda
4) Dövlət orqanlarında vəzifə tutduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda
5. Özü imtina etdikdə və ya öz səlahiyyətlərini daimi icra edə bilmədikdə
6. Siyasi və ictimai təzyiqlərə məruz qaldıqda
7. Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə
A) 1.5             B) 3.6           C) 2.7            D) 3.4
 
 
23. Azərbaycan Respublikası Milli Məclisinin deputatları üçün səciyyəvi deyil:
A) Səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə və tutula bilməz
B) Cinayət başında yaxalanarsa tutula bilər
C) Səlahiyyət müddəti bitmiyənədək etdiyi cinayətə görə həbs edilə və axtarışa məruz qala bilməz
D) Səlahiyyət müddəti dövründə deputatın toxunulmazlığına yalnız Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər
 
 
24. Azərbaycan Respublikası Milli Məclisi deputatları məsuliyyətə cəlb oluna bilər:
A)Azərbaycan Respublikası Milli Məclisinində söylədiyi fikrə görə
B) Azərbaycan Respublikası Milli Məclisindəki fəaliyyətinə görə
C) Milli Məclisdə sesvermədə iştirak etmədikdə
D) Səlahiyyət müddəti bitmiyənədək etdiyi cinayətə görə
 
 
 
 
 
 
25. Göstəriənlər aiddir:
1. Milli Məclisin iş qaydasını müəyyən edir
2. Milli Məclisin sədrini və onun müavinlərini seçir
3. Komitələr və komissiyalar təşkil edir, hesablama palatası yaradır
A) Prezidentə                    
B) Milli Məclisə
C) Nazirlər Kabinetinə     
D) Konstitusiya məhkəməsinə
 
 
26. Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalara aid deyil:
A) Prezident, Milli Məclisə seçkilər və deputatların, fiziki və hüquqi şəxslərin statusu
B) Bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu
C) Fövqəladə vəziyyət və hərbi vəziyyət rejimi
D) Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası haqqında qərar qəbulu
 
 
27. Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlərə aid deyil:
A) Diplomatik nümayəndəliklərinin təsis edilməsi
B) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi
C) Dövlət iqtisadi və sosial proqramlarının təsdiqi
D) Dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət
 
 
28. Göstərilənlər aiddir:
1. Azərbaycan Respublikasının hərbi doktrinasını təsdiq edilməsi
2. Azərbaycan Respublikası Prezidentinin impiçment qaydasında vəzifədən kənarlaşdırılması
3. Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi
4. Müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verilməsi,  referendum təyin edilməsi, bələdiyyələrin hesabatlarının dinlənilməsi
A) Milli Məclisə
B) Prezidentə
C) Konstitusiya məhkəməsinə
D) Nazirlər Kabinetinə
 
 
29. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü və ya qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququna malik deyil:
A) Milli Məclisinin deputatları və Prezidenti
B)  Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
C) Nazirlər Kabinetinin sədri və müavinləri
D) Ali Məhkəmə, Baş Prokuror və seçki hüququ olan 40 min vətəndaşı
 
 
30. Azərbaycan Respublikası Milli Məclisətəqdim olunmuş şəkildə çıxarılmır və səsə qoyulmur:
A) Ali Məhkəmə, Prokuror və seçki hüququ olan 40 min nəfərin təşəbbüsü ilə verdiyi qərar layihələri
B)  Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin təşəbbüsü ilə verdiyi qanun və ya qərar layihələri
C) Nazirlər Kabinetinin sədri və müavinlərinin təşəbbüsü ilə verdiyi qanun və ya qərar layihələri
D) Milli Məclisinin deputatları və Prezidentin təşəbbüsü ilə verdiyi qanun və ya qərar layihələri
 
 
31. Uyğunluq  pozulub:
A) Qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisinə təqdim olunan qanun və ya qərar layihələri iki ay ərzində səsə qoyulur
B) Qanunlar qəbul edildiyi gündən 14 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilir
C) Təcili elan olunan qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün qəbul edildiyi gündən 42 saat ərzində təqdim edilir
D) Qanun və ya qərar layihəsini müzakirəsi və qəbulu Prezident, Ali Məhkəmə və Naxçıvan MR-nin Ali Məclisi təcili elan edibsə, bu müddət 20 gün təşkil edir
 
 
32. Milli Məclisin qanun və qərarları qüvvəyə minir:
A) Qəbul olunduğu andan
B) Dərc edildiyi gündən
C) Prezidentin razılığı ilə
D) Məhkəmənin icazəsiylə
 
 
33. Konstitusiyaya görə Milli Məclis tərəfindən 83 səs çoxluğu ilə qəbul edilən məsələlərdən biri deyil:
A) Azərbaycan Respublikası Prezidentinin seçkiləri;
B) Beynəlxalq müqavilələrin təsdiqi və ləğvi
C) Referendum
D) Milli Məclisinə seçkilər və Milli Məclisinin deputatlarının statusu
 
 
34. Konstitusiyaya görə  prezident öz səlahiyyətlərinin icrasına başlamış sayılır:
A) And içdiyi gündən
B) Seçkilərin keçirildiyi gündən
C) Seçkidən sonrakı ilk gündən
D) Məlumat dərc edildiyi gündən
 
 
35. Azərbaycan Respublikasında prezidentliyinə namizədlər haqqında fikirlərdən biri səhvdir:
A) Yalnız Azərbaycan Respublikasının vətəndaşı olmalı və 10 il müddətində ölkədə yaşamalı
B) Ağır cinayətə görə məhkum olunmamalı
C) Ali təhsilli olmalı
D)  Yaşı 45-dən aşağı olmalı
 
36. Azərbaycan Respublikası prezidenti haqqında fikirlərdən biri səhvdir:
A) 5 il müddətində seçilir
B) Səsvermədə səs verənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir
C) Seçkilərdə iki dəfədən artıq seçilə bilmir
D) Seçkilərin nəticələrini Konstitusiya Məhkəməsi elan edir
 
 
37. Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti uzadıla bilir:
A) Müharibə şəraitində hərbi əməliyyatların aparılması Prezident seçkilərinin keçirilməsini mümkün etmədikdə
B) Ümumxalq səsverməsi - referendum keçirilməklə
C) Milli Məclisin 83 deputatının səs çoxluğu ilə
D) Konstitusiya Məhkəməsinin qəbul etdiyi qanunla
 
 
38. Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti uzadılması haqqında qəbul edilir:
A) Konstitusiya Məhkəməsi tərəfindən
B) Milli Məclis tərəfindən
C) Baş Nazir tərəfindən
D) Nazirlər Kabineti tərəfindən
 
 
39. Prezident istefa verdikdə, vəzifədən getməsi haqqında ərizəni təsdiq edir:
A) Appelyasiya məhkəməsi
B) Milli Məclis
C) Konstitusiya Məhkəməsi
D) Baş Nazir
 
 
 
40. Azərbaycan Respublikası prezidenti vaxtından əvvəl vəzifədən gedərkən, yeni prezident seçkilərinədək prezidentin səlahiyyətlərini icra edir:
A) Milli Məclisin sədri                  
B) Baş Nazir
C) Müvəqqəti hökumət    
D) Ali Məhkəmə
 
 
 
41. Azərbaycan Respublikası prezidenti hansı hallarda vəzifədən kənarlaşdırıla bilər?
1. Prezidentə qarşı ittiham irəli sürüldükdə
2. Ağır cinayyət törətdikdə
3. Milli Məclisin deputatlarının  95 səs çoxluğu ilə
4. Ali Məhkəmənin təklifi ilə
A) 1.2            B) 1.3          C) 3.4         D) 2.4
 
 
 
 
 
42. Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə:
A) üç ay ərzində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir
C) yeni Prezidenti seçilənədək onun səlahiyyətlərini Azərbaycan Respublikasının Baş prakroru icra edir
C) Prezidentin səlahiyyətlərini icra edən Azərbaycan Respublikasının baş naziri istefa verir
D) yeni Prezidenti seçilənədək onun səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Məclisinin sədri icra edir
 
 
43. Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında Konstitusiya Məhkəməsi həmin qərara bir həftə ərzində imzalanmasına tərəfdar çıxmazsa:
A) qərar qüvvəyə minmir
B) Milli Məclisə müraciət etdiyi gündən başlayaraq
2 ay ərzində qəbul olunur
C) Prezidentinə qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır
D) Prezidenti seçilmiş şəxs istefa verir
 
 
44. Konstitusiyaya görə icra hakimlərini vəzifəyə birbaşa təyin edir:
A) Prezident                       B) Baş Nazir
C) Nazirlər Kabineti          D) Milli Məclis
 
 
45. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə daxildir:
1. Milli Məclisə seçkiləri təyin edir
2. Aministiya
3.  Sığorta işinin təşkili
4. Dövlət büdcəsini Milli Məclisə təqdim edir
5. Sosial-proqramları təsdiq edir
A)  3.4.5        B)  2.3.5        C)  1.4.5        D) 1.2.4
 
 

Diqqət! GİZLİ MƏTN! Siz gizli mətnə baxmaq üçün qeydiyyatdan keçməlisiniz.

 


 
 


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 23 fevral 2015 22:30
    tewekkurler .demek olar ki men tqdk vesaitlerin qoymuwam bir kenara ancaq sizin hazirladiginiz 6 7 8 tarix fenlerini oxuyuram.cox gozel dizaynda hazirlamisiniz buda melumatlari yadda saxlanmasi ucun musbet olur.esas daki esas weyleri , hansiki bawqa kitabladan oxuduqda cox cetin yazilan cumleleri cox gozel wekilde ozunemexsusi cumle qurluwlari ile yuksek seviyyede hazirlamisiniz.amma onlarin davamini tezlikle olmasini gozleyirdik .8 9 10 11 azerbaycan ve 10 11 dunya tarixi dersliklerin gozleyirik sizden.tewekkurler

  2. 25 fevral 2015 14:58
    Deymez. Diger kitablar tedricen yüklenecek sayta

    Sitat: Melisa Can
    testler super,dunen gece bulari iwdemiwem,mellim,,23 cu sual B) variantiidr??tewekkur edirem.testlere Gore.

    Xeyir D) variantidi. Yorulmayasiz

  3. 4 sentyabr 2016 18:29
    Test cavablarinin bezileri yanlishdir ve bezi suallar duzgun qoyulmayib. Tam cavab yoxdur..meselen 3cu bolumun 17,18,22 ci suallari kimi.

  4. 13 avqust 2017 11:06
    cavablari hardan goture bilerik?

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.