Buz döyüşü

Buz  döyüşü

XI
-XII əsrlərdə Avropa cəngavərlərinin Şərq ölkələrinə qarətçi yürüşləri davam edirdi. Bu za­man alman cəngavərlərinin bir qismi də Baltik dənizi boyunca şimal-şərq isti­qamətində işğalçılıq yürüşlərinə başladılar. Onları bura cəlb edən Baltikyanı xalq­ların sərvətləri və onları xristianlaşdırmaq barədə Roma papasının göstərişləri idi.

           Hələ 1184- ildə  Roma papası monax Meynardı Litvaya göndərmişdi ki, livləri xristianlaşdırsın. Lakin yerli əhali Meynardı qovmuşdu. Bunun qisasını almaq üçün papa 1198-ci ildə səlibçiləri livlərin üzə­rinə göndərdi.  Papa elan et­mişdi ki, kim Baltikyanı xalqlar ararsında xristianlığı yayayrsa, onun bütün gü­nahları bağışlanacaqdır. Bununla səlibçilərin sırasına daha çox adam cəlb olunurdu. Alman cən­ga­vər­ləri 1201-ci ildə Riqa qalasının bünövrəsini qoydular və orada özlərinin Livoniya ordenini yaratdılar. Alman cəngavərlərinin yürüşləri dəf edilməmiş Danimarka kralı da Baltikyanı torpaqlara hücum etdi. Danimar­kalılar estlərin torpaqlarını tutdular və 1219-cu ildə Revel qalasının əsasını qoydular. 1222-1223- illərdə estlər alman və Danimarka cəngavərlərinə qarşı üsyana başladılar. Novqorodlular da üsyançılara köməyə gəldilər. Novqorodlular lar başa düş­ürdülər ki, estlərin torpaqlarının işğal olunması onlar üçün təhlükəlidir. Birləşmiş qüvvələrin mərdliklə vuruşmasına baxmayaraq, onlar məğlub oldular.

           

Buz  döyüşü

 Cəngavərlərin Baltiky­anı ərazilərə yiyələnmək planlarını həyata keçirmək məqsədilə 1237-ci ildə Tevton ordeni ilə Livoniya ordeni birləşdi.

           1240- ildə İsveç kralı böyük bir ordu ilə Novqorod torpaqlarına hücum etdi.  Novqorod knyazı Aleksandr Yaroslaviçin qoşunları 1240- il iyunun 15-də Ne­va çayı sahilindəki döyüşdə isveçləri ağır məğlubiyyətə düçar etdilər. Alek­sandra göstərdiyi igidliyə görə «Nevski» ləqəbi verildi.

           

Buz  döyüşü

Alman cəngavərləri Novqorod üzərinə də yürüşə hazırlaşırdılar. 1240- ildə onlar Pskov torpağının bir hissəsini ələ keçirmişdilər. Aleksandr  Nov­qorodun təhlükəsizliyini təmin etmək məqsədilə öz drujanilarını toplayıb, Pskkov torpağını azad etmək üçün alman cəngavərləri ilə döyüşə girdi. Cənga­vərlər məğlub oldu və Pskov azad edildi. 1242-ci ildə alman cəngavərlərinin böyük bir ordusu şimal-şərq istiqamətində yürüşə başladı.  1242-ci il aprelin 5-də Çud gölünün donmuş səthi üzərindəki Buz  döyüşündə almanlar ağır məğ­lubiy­yə düçar oldular. Bir  daha səilbçilərin Novqorod torpağına  hücum etmə­yəcək­lərinə təminat verən saziş bağlandı. Bu döyüş nəticəsində Poskov və Nov­qorod torpaqları öz müstəqilliklərini qoruyub saxlaya bildilər.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 11 mart 2012 11:25
    niye baxa bilmirsen axi bizde hele problem olmamailid axi

  2. 12 mart 2012 19:42
    OX SAGOLUN MARQL MELUMATLARD OXUDUM

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.