Azərbaycan Əhəmənilərin tərkibində

[/b]

Azərbaycan Əhəmənilərin tərkibində

Midiya hökmdarı Astiaqa qarşı üsyana başçılıq edib Astiaqı öldürən Fars vilayətinin hakimi II Kir miladdan əvvəl 550-ci ildə Əhəməni dövlətinin əsasını qoydu. Kir özü fars mənşəli Əhəmənilər süla­ləsindən olduğu üçün dövlət də sülalənin adı ilə belə adlandırılırdı. Bu dövlətin paytaxtı Persepol şəhəri idi. Məqsədi böyük imperiya yaratmaq olan II Kir tezliklə Babilistanı, Anadoludakı Lidiya döv­lə­ti­ni özünə tabe edə bildi. Misirə qədər olan ərazilərdəki Qərb ölkələri də işğal olundu.

 

 

 

 

Midiya dövləti Əhəmənilərin hakimiyyətə gəlməsi ilə dağıldı. Tarixin böyük bir kəsimində mövcud olmuş bu qüdrətli dövlətin yalnız adı qaldı. Beləcə, vaxtilə Midiyanın tərkibində olan Azərbaycan torpaqları da «Kiçik Midiya» adı ilə Əhəməni fars dövlətinin tərkibinə qatıldı. Əhəməni işğalı Azərbaycan üçün də fəlakətlər gətirdi. Fasiləsiz müharibələr, üç illiyinə bağışlanmış vergilərin yenidən toplanması xalqın var-yoxdan çıxması ilə nəticələndi.

[b]Azərbaycan Əhəmənilərin tərkibində

Massaget şahlığı

 

 

         Azərbaycanın cənub torpaqlarını ələ keçirib Yaxın və Orta Şərqin çox hissəsini zəbt edən II Kirin bir arzusu var idi. Hansı yolla olur-olsun Azərbaycanın şimalını  öz dövlətinə qatmaq, igid massagetləri özünə tabe etmək. Şimali Azərbaycanda hökmranlıq edən massaget hökmdarının dul qadını Tomiris onun bu arzusu yolunda ciddi maneə idi. Əri vəfat edəndən sonra massagetlərin hökmdarı olan qəhraman  məlakə vətənin6in sevən, onun yolunda ölməyə  hazır olan, azadlığı  hər şeydən üstün tutan bir qadın, şərəfli bir ana idi.

         Açıq döyüşdə qalib gələ  bilməyəcəyini  anlayan II Kir hiyləyə əl atdıö. Elçilər göndərib  Tomirislə evlənmək istədiyini bildirdi. Onun bu hiyləsinin arxasında evlənmək yox, massaget hakimiyyətini  ələ keçirmək olduğunu anlayan Tomiris onu rədd etdi. Massagetlərin Kuruş adlandırdığı II Kir isə hiyləsinin baş tutmadığını görüncə hücuma keçmək qərarına gəldi. Bu məqsədlə ordunun Araz çayından keçməsi üçün körpülər salmağa, körpü əmələ gətirən sallar üzərində qüllələr ucaltmağı əmr edir. Kuruş ciddi-cəhdlə bu işə girişdiyi vaxt  Tomiris ona belə bir sifariş göndərir: «Midiyalıların (farsların) şahı! Öz niyyətindən əl çək. Axı düzəltdirdiyinin bu körpülərin sənə xeyri-dəyib dəyməyəcəyini əvvəlcədən billə bilməzsən. Burax bunları, öz hökmdarlığında şahlıq elə, bizim də hökmdarlığımızda hakimiyyət sürməyimizə paxıllıq etmə».

        

Azərbaycan Əhəmənilərin tərkibində

Heredot yazırdı ki, Tomirisin  sülh, barışıq, əmin-amanlıq təklifi Kuruşun ağlına batmadı. Əksinə yeni hiylələr fikirləşən II Kir əvvəlcə Massagetlərə qalib gəldi. II Kirin hiyləsindən baş açmayan gənc sərkərdə-Tomirisin oğlu Əsir düşür və rüsvayçılığa dözməyərək özünü öldürür. Qəlbinə bala dağı çəkilən hökmdar anna sarsılmır. Əgər sarsılarsa Vətənintapdaq altında qalacağını, yağı düşmənin sevinəcəyin7i bildiyindən bu itkiyə mətanətlə dözür, qoşununu həlledici döyüşə  hazırlayır. Və e.ə. 530-cu ildə baş verən bu döyüş II Kir üçün sonuncu döyüş, Tomirism üçün isə əsl cəngavərlik meyjanı idi. Tomisirin əmri ilə II Kirin başı kəsilir , qanla doldurulmuş tuluğa salınır. II Kirə tökdjüyü qanlar qədər qan udduracağına And içmiş hökmdar-ana deyir:-«Qaniçən Kir! Sən qan istəyirdin. Buyur, nə qədər istəyirsən iç!»

 

 

 

 

         «Böyük Kir» ləqəbi qazanmış II Kirin üzərində qələbə  Azərbaycanın dövlətçiliyi tarixində ən şanlı səhifələrdən biridir. Tomirisin qeyrəti və yenilməzliyi isə Azərbaycanın şərəf simvoludur.

Əhəməni padşahı I Dara da öz sələflərinin siyasətini davam etdirərək ölkəni 20 satraplığa  böldü. Hər biri müəyyən vergi dairəsinə daxil olan satraplıqlardan biri də Azərbaycan idi. Miladdan əvvəl V əsrdə yunan şəhər-dövlətləri ilə  uzun müddət müharibə aparan Əhəməni dövləti Azərbaycanın cəsur tayfaların­dan, bu ölkənin sərvətlərindən gen-bol istifadə edirdilər.

         Ağır işğala, ciddi mənəvi və mədəni təzyiqə baxmayaraq Azərbaycan tayfaları öz  varlıqlarını yaşadır, mənəvi həyat tərzini və mədəniyyətini qoruyub saxlaya bilirdilər. Ona görə də Əhəmənilər imperiyası parçalanan kimi Azərbaycanın cənub torpaqlarında dövlətçilik ənənələri yenidən dirçəldi. Öz dövrü  üçün kifayət qədər güclü və müstəqil olan Atropaena dövləti yarandı.

         Qranik döyüşü. Bütün Yunanıstanı və Balkanları özünə tabe edən, güclü orduya malik Makedoniyalı İsgəndərin Şərqə yürüşü miladdan əvvəl 334-cü ildə başladı.  Onun sürətlə hərəkət edən qoşunları Dardanel boğazını keçərək Kiçik Asiyaya daxil oldular. Bu vaxt İsgəndərin  Şərqə yürüşünə mane ola biləcək bircə dövlət var idi. Bu da Əhəmənilər imperiyası idi. Əhəməni padşahı III Dara bu yürüşü dayandırmaq məqsədilə öz ordusunu Qranik çayı sahilinə topladı. Miladdan əvvəl 334-cü ildə Qranik çayı sahilində amansız döyüş oldu. Qədim yunan müəllifi Arrianın yazırdı: döyüş başla­mamışdan əvvəl  hiss olunrudu ki, İsgəndərin ordusu III Dara­nın ordusundan qat-qat üstündür». Qədim müəllifin yazdığına görə ağır silahlarla silahlanmış yunan-Makedoniya ordusu Qranik çayını keçərək döyüşə atıldı. Düşmənə mərkəzdən hücum edən İsgəndərin cəld və qəti qərar qəbul etməsi, sağ və sol falanqaların hər iki cinahdan təzyiqi fars ordusunu geri çəkilməyə vadar etdi. Farslar o qədər sürətlə geri çəkildilər ki, hətta onların arxasında yer­ləş­­dirilmiş muzdlu yunan qoşunu belə döyüşə girə  bilməyib farsların tapdağı altında qaldılar. Az itki ilə böyük qələbə qazanan İsgəndərin şöhrəti artıd. Dünya yeni bir fatehi qarşılamaq ərəfəsində idi. Aralıq dənizindən Hind okeanına qədər nəhəng bir ərazini fəth edəcək bu fatehin düşünülmüş qərarlar qəbul etmək, şəxsi igidliyi, inadkar döyüşçü və mahir sərkərdə olması onun çox uzaqlara gedəcəyindən xəbər verirdi.

         İss döyüşü. Qranik döyüşündə qələbənin nəticələrini möh­kəmlətmək məqsədi güdən İsgəndər fars ordusunu təqib etmək fikrindən daşınaraq hakimiyyətini bütün Kiçik Asiyaya yaymaq qərarına gəldi. Bir-birinin ardınca buradakı varlı şəhərləri və ölkələri özünə tabe edən İsgəndərin bircə məqəsdi var idi; Əhəməni imperiasyını məhv etmək, atını Hind okeanı sahillərində çapmaq. III Dara da bunu başa düşürdü. Bu dünya fatehinin qarşısını almaq, onu dayandırmaq qərarını verən III Dara rəqibinin gücü və məharəti qarşısında qorxuya düşmüşdü. 150 minlik ordu toplayan və döyüşə birbaşa özü rəhbərlik edən Əhəməni hökmdarının qalib gəlmək ümidi miladdan əvvəl 333-cü ildə baş vermiş İss döyüşündə alt-üst oldu. Dəniz və dağların arasında yerləşən  dar dərədə döyüşmək İsgəndər üçün əlverişli idi. Özünün başçılıq etdiyi süvari qoşuna hücum əmri verən İsgəndər sol cinahdan həmlə edərək farsları çaydan uzaqlaşdıraraq darmadağın etdi. Sol cinahın ilk həmlədəcə məğlub olduğunu görən III Dara qaçmaq, canını qurtarmaq qayğısına qaldı. Padşahın qaçması xəbəri qoşunu sarsıtdı, sağ cinah da geri çəkildi. Fars ordusu bu döyüşü də rüsvayçı məğlubiyyətlə başa vurdu. İsgəndər saysız-hesabsız sərvət və əsir ələ keçirdi. Əsirlərin arasında III Daranın arvadı və iki qızı da var idi. Çoxlu qənimət ələ keçirməsi İsgəndərin öz ordusunu möhkəmlətməyinə yardım etdi. Ona qarşıda yeni qələbələrə aparacaq,  yeni fəthlərə qovuşduracaq ordu lazım idi.

         Qavqamela döyüşü. Bu döyüş III Dara üçün fəlakət, İsgəndər üçün şan-şöhrət gətirdi. Son gücünü, ordunun qalıqlarını toplayıb döyüşə hazırlaşan III Dara İsgəndərin yürüşünü dayandıra biləcəyəini düşünürdü. Lakin o yanılmışdı. III Daranın yanıldığını miladdan əvvəl 331-ci ildə Cənubi Mesopotamiyadakı Qavqamela adlı yerdə baş verən döyüş sübut etdi. Bu döyüş III Daranın son döyüşü oldu. Ağır məğlubiyyətə uğrayaraq imperiyanın şərq hissəsinə qaçan padşah öz canını qurtarmağı qənimət bildi. Təntənəli şəkildə Persepola daxil olan İsgəndər  şəhəri darmadağın etdi, Əhəməni şahlarının sarayını yandırdı. Miladdan əvvəl 330-cu ildə Baktriya canişini Bessin III Daranı qətlə yetirməsi ilə Əhəməni imperiyası  dağılaraq tarixə qovuşdu. Azərbaycan torpaqları da Əhəmənilər imperiyasının digər əraziləri ilə birlikdə Makedoniya imperiaysının tərkibinə qatıldı.

Azərbaycan Əhəmənilərin tərkibində

Azərbaycan Əhəmənilərin tərkibində

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 22 avqust 2012 19:00
    tomrisin qeyreti........ mence onun kimi qadin hele yer uzune gelmeyib

  2. 31 avqust 2012 14:00
    cox gozel hekayeydi

  3. 1 oktyabr 2012 16:48
    mihazirelerime elave etmeliyem winked

  4. 6 yanvar 2013 22:53
    Maraqli melumatlara gore sagolun smile

  5. 10 mart 2013 20:34
    mene coox lazim oldu...Kitabda cox wey yox idi...twk

  6. 23 iyun 2013 11:06
    Çox lazımlı tarixi məlumatlar var.mənə çox lazım oldu.ALLAH razı olsun.

  7. 3 noyabr 2013 11:36
    mait mceliox lazimllardi


  8. 4 noyabr 2013 20:59
    Salam oncelikle maraqliydi twk ma yesilsu76çox abartama mence ok

  9. 23 noyabr 2013 16:25
    maarqlydu.tesekuler.oxudum axiracan

  10. 17 noyabr 2014 01:52
    sade anlasiqli dilde bu movzundan sohbet etdiyinizcun cox teskkurler.men bi kitabda bu moxzunu genis sekilde oxudum ve basa dusmekde ilk once cetinlik cekdim.orta mekteb dersliklerinde inandirim ki ,movzular asan ,sagirdlerin basa duseceyi dildedir,bu ise musbet gostericidir.tesekkuler.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.