Erkən dövlət qurumları

[/b]

[b]Erkən dövlət qurumları

İlk tayfa birlikləri.  Miladdan əvvəl III-II minilliklərdə Azər­baycan ərazisində nisbətən zəif və kiçik tayfaların birləşməsi nəti­cəsində bir sıra tayfa ittifaqları yaranmışdı. Bu ittifaqlar Azər­baycan tayfalarının məskunlaşdıqları ərazlərin sahiblərinə çevrilməsinə, Vətən adlı bir yurdun qoruyucusu olmalarına şərait yaratmışdı.

 

 

Bəhs edilən dövrdə Azərbaycanın cənubunda- Urmiya gölü ətrafında lullubi, quti, su və turukki, Araz çayından şimalda-Naxçıvan, Mil-Qarabağ ərazilərində isə naxç və gərgər tayfaları məskunlaş­mışdılar.

Lullubilər. Tezliklə lullubilər su və turukki tayfalarını özlərinə birləşdirərək böyük və güclü bir tayfa ittifaqı yaratmışdılar. Onlar öz igidlikləri ilə ad -san qazanmışdılar. Qonşu İkiçayarası əraziləri ilə sıx əlaqə saxlayan lullubilər maldarlıqla məşğul olur, bəslədikləri mal-qaran taxıla dəyişirdilər. Zaman-zaman daha geniş ərazilərə yayılan bu azad tayfalar Assuriyanın Nuzi şəhərində də məskunlaşmışdılar. İkiçayarsının het tayfaları ilə yaxın təmasda olan lullubilərin qoçaqlığı və mərdliyi Hurri və Het hökmdarlarının da diqqətini cəlb etmişdi. Hetlər bu cəsur insanları muzdla dövlət qulluğuna və orduda xidmətə götürür, onların sədaqətini yüksək qiymətləndiridilər. Miladdan əvvəl III minilliyə aid Akkad mənbələrinin birində lullubilərin Assuriya hökmdarlarına qarşı mübarizəsindən bəhs olunur. «Daş sütun» adlı abidədəki mixi yazıların verdiyi bilgiyə görə İkiçayarasınad yaşayan tayfalar lullubi sözünü «özgə», «yadelli», «düşmən» mənasında işlətmiş, həmişə onlardan ehtiyat etmişlər. 

Qutilər. Azərbaycanın cənub ərazisini özlərinə məskən seçmiş tayfalardan biri də qutitayfaları olmuşdur. Qutilər haqqında ilk yazılı məlumat miladdan əvvəl XXIII əsrə aiddir. Mənbələr bu cəsur tayfaların məskunlaşdığı yerləri «Qutium» adlandırır, onların igidliklərindən bəhs edir. Son dərəcə cəsur, döyüşkən olan igid qutiləri İkiçayrasının sakinləri «dağ əjdəhaları» adlandırar, onlardan aıçq-aşkar çəkinərmişlər.  Təxminən min il sonra yazılmış Urartu mənbələri onları «etium» Adı ilə xatırlamış, qutilərin maldarlıq və əkinçiliklə məşğul olduqlarını göstərmişlər. Qutilərin yaratdığı tayfa ittifaqı nə güclü və iri tayfa ittifaqı olmuşdur.

Kassitlər. Azərbaycanın cənub ərazilərində və Luristanda məskunlaşmış və bu torpağın tarixinə öz izlərini həkk etmiş qədim tay­falardan biri də kassitlərdir. Özlərini «kaşşen» adlandıran kas­sitlərin yaşadığı ərazilər də mənbələrdə «Kaşşen» adlanırdı. Onların adı ilk dəfə miladdan əvvəl XXVIII əsrə dair mənbələrdə çəkilir. Miladdan əvvəl II minilliyin ikinci rübündə atdan nəqliyyat kimi istifadə edən kassitlər cəng arabalarına minərək İkiçayarasına hücum edirdilər.  Bu da onu göstərir ki, döyüşdə ilk dəfə cəng ara­baları kassitlər tərəfindən tətbiq olunmuşdur.  Kassitlər tunc əşyalar və əmək alətləri düzəltmək sahəsində mahir sənətkarlar kimi tanınmışlar. Tuncun əsas tərkib hissəsi olan qalayın- «kassiteras»ın kassit tayfalarının adından götürülməsi fikrini irəli sürən alimlər də məhz kassitlərin sənətkarlığına əsaslanmışlar.

Lullubi dövləti. İnsanlar arasında bərabərsizliyin aranması, cəmiyyətin sosial cəhətdən fərqli qruplara parçalanması, varlıların yoxsullar üzərində hakimiyyətini qoruyub saxlamaq zərurətini yaratdı. Bu zərurət sonda ilk dövlət qurumlarının yaranmasına gətirib çıxardı.

Azərbaycan ərazisində ilk dövlət qurumu olan Lullubi dövləti də belə yaranmışdı. Azərbaycanın cənub torpaqlarında-Urmiya gölü ətrafında yaranmış bu dövlət qurumunun tarixi miladdan əvvəl III minilliyin ikinci yarısından başlayır.  Bu siyasi qurumda dövlətə xas olan bəzi əlamətlər öz əksini tapmışdı. Artıq miladdan əvvəl XII əsrdə dövlətə hökmdar başçılıq edirdi, onun ordusu və xəzinəsi var idi. Bu zaman İkiçayarasında şumer şəhər-dövlətləri Akkadın hakimiyyəti altında idilər. Akkad dövləti öz torpaqlarını genişlən­dir­mək, daha çox əra­zini tabeçiliyinə keçirmək istəyirdi. Azərbaycan torpaqlarının sər­vəti, təbiəti Akkad hökmdarını özünə cəlb eləmişdi. Təhlükə hər an gözlənilirdi. Bu təhlükəni sovuş­dur­maq, vətəni qorumaq və azad yaşamaq mübarizə tələb edirdi. Mübarizəyə qalxan bir çox tayfalara yaxşı döyüş təcrübəsi və hərbi gücü olan lullubilər də qoşulmuşdu. Lullubi hökmdarı Satuni müttəfiqləri ilə birlikdə Akkad hökmdarının ordusuna qarşı ölüm-dirim savaşına başladı. Təəssüf ki, ilk döyüşlər müvəffəqiyyətsiz oldu. Satunidən sonrakı lullubi hömdarları İmmaşqun və Anubani güclü ordu yaratdılar, Akkad təcavüzünü aradan qaldıra bildilər.

Anubani dövləti gücləndirdi, ərazini genişləndirdi. Onun hakimiyyəti dövründə lullubi dövlətinin ərazisi Urmiya gölünün cənub və cənub-şərq bölgələrini əhatə edirdi. Qədim dünyanın bir çox erkən dövlətləri kimi Lullubi dövləti də miladdan əvvəl III minilliyin sonlarında zəifləyərək öz varlığını itirdi, tarixə qovuşdu.

Quti dövləti. Miladdan əvvəl III minilliyin ikinciyarısında Ur­miya gölünün cənub-qərbində daha bir dövlət qurumu yük­səl­məyə başladı. Qədim quti tayfalarının  yaratdığı bu dövlət tayfanın adı ilə Quti adlanırdı. Akkad dövlətinə qarşı mübarizələrdə yaranan və möhkəmlənən bu dövlət Akkad təcavüzündən ziyan çəkən şumer şəhər-dövlətəlrinin himayədarına çevrilmişdi. İgid və cəsur qutilər müqəddəs Nippur şəhərini müdafiə edərək bir qədər də gücəlndilər. Sonra isə Akkad dövlətini süquta uğradaraq varlı­ğına son qoydular.

Miladdan əvvəl 2184-cü ildən başlayaraq qutilər ətraf əraziləri, xüsusən İkiçayarasını özlərinə tabe etməyə başladılar. Amansız, qanlı-qadalı döyüşlərdə bərkimiş, yaxşı hərbi və döyüş təcrübəsi qazanmış quti ordusu çox-çox uzaqlara gedib çıxdı. Quti dövlətinin ərazisi şimalda Urmiya gölünün qərbindən cənubda İran körfəzinə qədər uzandı. Xırda sülalələri özünə tabe edən qutilər bu ərazilərdə bir əsrə qədər ağalıq etdilər.

Qutilər özlərindən asılı hala saldıqları Akkad və Şumerin dövlət idarəçiliyini öyrənir, özlərinin, yəni qədim  qədim Azərbay­ca­nın mütərəqqi idarəçilik mədəniyyəti də yayırdılar. Başqa  Şərq ölkələrindən fərqli olaraq qutilər hökmdarı seçir, hakimiyyətin irsən keçməsini yox, seçim qaydası ilə ötürülməsini üstün tuturdular. Hər bir hökmdar vilayətlərə canişinlər təyin edir, onlara idarəçilik işində kifayət qədər müstəqillik verirdilər. Bu da onlara Dəclə və fərat çayları arasındakı ərazilərdə uzun müddət hökmranlıq etməyə im­kan verdi.

E.ə. 2104-cü ildə İkiçayrasında Uruk şəhərində qutilərin hakimiyyətinə qarşı baş verən üsyan bu ərazinin cənub hissəsində quti hakimiyyətinin ləğvi ilə nəticələndi. Şimalda isə qutilər hələ də ağalıq edirdilər. Assuriya dövlətinin yaranıb inkişaf etməsinə qədər bu ağalıq davam etdi.  Nəhayət miladdan əvvəl III minilliyin sonunda Quti dövləti də zəifləyərək süqut etdi, bir siyasi qurum kimi tarix səhənsindən silindi.

Turukkilər. Urmiya gölünün cənubunda yaşayan qədim Azərbaycan tayfalarından biri də turukki tayfaları olmuşdur. Quti və Lullubi dövlət qurumlarının tərkibinə daxil olan bu tayfalar adı çəkilən dövlətlərin dağılmasından sonra mühüm siyasi qüvvəyə çevrildilər. İkiçayarasında baş verən hadisələrdə fəal iştirak edən turukkilər müstəqil siyasət yeridirdilər. Zaqros dağ keçidlərini aşıb İkiçayrasına daxil olaraq Aşağı Zab çayının yuxarı axarında yerələşən turukkilər Assuriya ilə toqquşur, assurlara qalib gələrək Şuşarra vilayətini tuturlar. Qədim Babil sənədlərinin verdiyi mənbələrə görə Babil hökmdarı Hammurapinin səylərinə baxmayaraq, bu cəsur tayfalar tədricən Babil ərazisinə daxi olaraq orada özlərinə məskən salmışdılar.

Mədəniyyət. Qədim Azərbaycan tayfaları istər məskun­laş­dıq­ları, istərsə də işğal etdikləri ərazilərdə özünəməxsus mədəniyyət nümunələri  yaradaraq bəşər tarixinin mədəniyyət səhifələrinə  öz töhfələrini verirdilər. Bu dövrdə yayılmış ən möhtə­şəm mədəniyyət nümunəsi «Luristan tuncu» adlanan mədəniyyətdir.  Azərbaycan kas­sit tayfalarının mədəniyyətini özündə  əks etdirən bu mədəniyyət  miladdan əvvəl II minilliyin ikinci yarısına aid edilir. Bu mədəniyyətin ən səciyyəvi əlamətləri onların  mifoloji və magiya məzmunlu mürəkkəb bəzək sistemli olmasıdır. Stilləşdirilmiş insan və heyvan fiqurlarından ibarət olan bu rəmzlər və təsvirlər Babil möhürlərində  də əks olunmuşdur. Bu da kassit mədəniyyətinin Babilə təsirinin bariz nümunəsidir.  Luristan məmulatlarında günəş rəmzi olan xaç, rombşəkilli qadın rəmzi, qanadlı qrifonlar bu mədəniyyətin ən mühüm ünsürləri kimi tanınmaqdadır.

Din. Qədim Azərbaycan tayfalarının özünəməxsus dini inancları və dünyagörüşləri olmuşdur. Lullubi hökmdarı Anubaninin şərəfinə qoyulmuş «Daş sütun» abidəsindəki yazılardan bəlli olur ki, lullubilər Səma, Günəş, Ay allahlarına, məhəbbət və məhsuldarlıq ilahələrinə sitayiş etmişlər. Bu allahları müqəddəs bilən Azərbaycan tayfaları onların şərəfinə məbədlər tikmiş, tarixdə gözəl memarılq abiədələri, ibadətgahlar yaratmaları ilə yadda qalmışlar.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 14 aprel 2012 01:35
    cox sagolun bu movzunu yerleshdirdiyivize gore

  2. 3 noyabr 2012 15:53
    Salam universitetde serbest iwime komek oldunuz,tewekkurler...

  3. 15 noyabr 2012 08:33
    mence hamsi gopdur

  4. 3 aprel 2013 12:14
    gop niye?tariximiz gopdur.her halda tesekkur bu syti yaradanlara

  5. 3 aprel 2013 14:20
    men oxumusdum,yene de sagolun tekrar oldu wink

  6. 11 noyabr 2013 13:20
    twk ler coox sagoluuun

    --------------------

  7. 15 dekabr 2013 13:15
    melumata gore tesekkur edirem eve verilmis tapsiriq da bu movzuda idi feel

  8. 4 oktyabr 2014 21:51
    salam,Hamlet muellim bu xeberi siz yerlesdirmisiniz.men kitabda burada yazilanlardan cox ve olduqca maraqli melumatlar oxumusam.ve vaxtim olan kimi insallah oxudugum kitabdan qedim Azerbaycan tayfalarina aid meulmatlar qoyacam bu sayta.sizin yazdiqlariniz olduqca maraqli melumatlar idi.cooooooooooooooox tesekkur edirem.yaxsi ki,bu sayt var.yaxsi ki,siz bu sayti yaratmisiniz.her bir tarixsever bu saytdan yararlanir.siz minlerle insanin tarixi oxumasina,gormesine,anlamasina sebeb olursunuz.sizlere derin minnetdarligimi bildirirem.geleceyin tarixcisi kimi eger menim de sayta yerlesdirdiyim xeberlerin faydasi olursa,ne mutlu mene. wink smile

  9. 4 oktyabr 2014 23:08
    Çox sağol Milicka ! Əgər mənimdə sənin tarixçi olacağın arzunda onun reallaşdırılmasında İNŞALLAH payım varsə nə xoşdur mənədə, biləsən.......

  10. 6 oktyabr 2014 21:07
    Cox gozel ve aydin dilde yazilib,Hamlet muellim.Tesekkurler love

  11. 2 noyabr 2014 21:18
    rəvanə,şərh yazarkən smayl işarəsi olur yuxarıda. smile sən ordan seç

    --------------------

  12. 2 noyabr 2014 22:40
    Sitat: RevaneMemmedli
    LAMIYE xanim sizin dediyinizi etdim ancaq smayl evezine soz geldi hemde men sayta notbukla girirem mence ona gore olmur her-halda meslehet ucun tesekkur

    Revane Xanim 1cisi smileni sozlerden 1 abzas arali qowun her 2terefden,2cisi ise o ele soz kimi olur ancag reyi elave eliyennen sonra smile kimi gorsenir.

    --------------------

  13. 4 noyabr 2014 03:53
    Sitat: RevaneMemmedli
    tesekkur MELISA xanim meslehetinize emel ederem wink

    buyurun Rəvanə Xanım. smile

    --------------------

  14. 4 noyabr 2014 22:29
    Cox asan.Sadece rey yazanda 'reylerinizi bildirin' sozunun asagisindaki smayl isaresinin uzerine bir defe sicanla basirsan ve ekranda gorunen smayllardan birini secirsen.Secim sene qalib:) Sonra ise "elave et" sozune vurursan.Bax bele love wink lol winked .....
    Sitat: RevaneMemmedli
    Sitat: poli
    Cox gozel ve aydin dilde yazilib,Hamlet muellim.Tesekkurler love


    hormetliPOLI smayli nece qosursan mene de zehmet olmasa men qosmaq istiyirem

    Sitat: poli
    Cox gozel ve aydin dilde yazilib,Hamlet muellim.Tesekkurler love


    hormetliPOLI smayli nece qosursan mene de zehmet olmasa men qosmaq istiyirem

  15. 6 noyabr 2014 01:59
    Sitat: RevaneMemmedli
    COX SAGOL POLI TESEKKURLER winked

    Sitat: RevaneMemmedli
    COX SAGOL POLI TESEKKURLER winked

    Deymez..... love

  16. 17 noyabr 2014 01:32
    salam,Hamlet muellim.men demek isterdim ki,yaranan ilk dovlet qurumu Lullubi yox,Aratta dovlet qurumudur.bunu Ziya Bunyadov ve Yusif Yusifovun kitabindan eyani sekilde izlemek olar.hemcinin men qeyd etmeyi ozume borc bilirem ki,Lullubi ayrica tayfa adi deyil,Lullubi kenardan verilmis addir.su ,turrukki tayfalarinin birlesiyi lullubi adini almisdir.menbelerdeki melumata esasen,qedimde Azerbaycan ehalisi mal -qara otararken lo-lo sozunu isledirlermis ve bu sozun tez-tez islenmesi,verdis halina alinmasi neticesinde guman etmek olar ki,lo-lo sozune uygun kenardan su,turukki kimi tayfalara umumilikde lululubi adi verilmisdir.hemcinin qedimde reqs eden,sen mahnilar soyleyen ehaliye de lo-lo,lu-lu kimi ifade ederek adlandirirdilar.yeni,demek istediyim Lullubi kenardan verilmis addir,Lullubi adli ayrica tayfa yoxdur.Lullu ve ya lullubi (bezi qaynaqlarda bu adi bi ,mu sekilleri ile birge isledirler) su ,turukki tayfalarina verilen umumi addir.melumatiniz ucun tesekkurler.insallah gelen hefte sonu men bu haqda genis melumat yazacam.coooox sag olun,Hamlet muellim eger yazdiqlarimda sehv varsa,xahis edirem qeyd edin.tesekkuler

  17. 8 oktyabr 2015 14:41
    cooooox saqolun men 6 tida oxuyaram komek etdi tesekkkurleerrrr wink winked

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.